Facebookdan gülməli statuslar =)

 
Facebookdan gülməli statuslar =)

Bir gün bir jurnalist dəlixanayagəlir. Birinci mərtəbədən soruşur:
-Müdir hanı?
-İkinci mərtəbədə.
İkinci mərtəbəyə qalxır:
-Müdir hanı?
-Üçüncü mərtəbədə.
Üçüncü mərtəbəyə qalxır:
-Müdir hanı?
-Damda.
Qalxır dama. Görür ki, dəlilər damda quş düzəldim uçururlar. Onlardan soruşur:
-Müdir hanı?
-Çatdıra bilmədin, əvvəlki reysdə o da uçdu.

* * *

Metroda oğlan qıza deyir:
-Kartın var?
-Hə.
-Payla oynayaq.
Sabah yenə həmən oğlan həmən qıza deyir:
-Kartın var?
-Yox.
-Onda 20 qəpik ver keçirdim.

* * *

Bir gün dəlilər dəlixanadan qaçmaq üçün plan qurur.Bir gün qaçırlar və sabahsı gün qayıdırlar.Onlardan soruşurlar.
-Niyə qayıtdız?
-Bu gün planı yoxlayırdıq.Sabah qaçacağıq.

* * *

Bir gün qarışqa filə qışqırır:
-Ay fil tez hovuzdan çıx!
-Niyə?
-Sənə dedim ki,hovuzdan çıx!
-Niyə çıxmalıyam eee?
-Mənim beynimi xarab eləmə çıx.
Fil hovuzdan çıxıb,deyir:
-Hə çıxdım nə olub?
-Hə indi gir. Elə bildim plafkimi sən geymisən!!!

* * *
Bir gün heyvanlar futbol oynayır. Hakim qarışqaya qırmızı kart göstərir. Qarışqa deyir:
-Mənə niyə qırmızı kart verirsən?
-Elə bilirsən ki,görmədim filə necə padnoşka verirsən.

* * *
Oğlan:
- Mən ölsəm nə edərsən?
Qız:
- Heç mən sənsiz qala bilərəm, sevgilim? Özümü öldürərəm!
Oğlan ağlamağa başlayır. Qız deyir:
- Niyə ağlayırsn?
-Day denən o biri dünyada da məni rahat buraxmayacaqsan...

* * *
İki qonşu söhbət edir:
- Qonşu salam tozsoranınızı istifadə etmək üçün verə bilərsiniz?
- İndi ərim evdən bayıra nəsə çıxarmağa icazə vermir. İstifadə etmək istəyirsənsə, gəl burada, bizim evdə istifadə elə...

* * *
Cərrah narkozdan ayılmış xəstəyə deyir:
- Əməliyyat uğurla başa çatdı.
Xəstə:
- Çox sağolun həkim! Amma mən bura krantı düzəltməyə gəlmişdim.

* * *

Narkoman tum çırtlayır. Birdən tumun biri əlindən yerə düşür. Narkoman deyir:
- Adə qayıt dala.
Tumdan səs çıxmır.
- Adə sənnən deyiləm, qayıt dala!
Tumdan yenə səs çıxmır. Sonda narkoman əsəbləşir və əlindəki bütün tumları yerə töküb deyir:
- Onu tutub gətirin bura!

* * *

Bir gün bir oğlan yolla gedir və yolda quş nəcisi olur. Oğlan əlini nəcisə vurub ağzına qoyur və deyir:
-Aaa nəcis imiş ki, yaxşı ki ayağımı vurmadım.

* * *

Hüseyn Arif çoxdan dost olduğu bir
sürücü ilə uzaq səfərə çıxır. Bütün yol boyu aşıqlardan, şairlərdən danışır, əzbər şeir oxuyur. Sürücünün dinmədiyini görüb dayanır.
-Sən də şeir yazırsanmı?
-Xeyr, Hüseyn müəllim, mən şeir yazan deyiləm.
-Niyə yazmırsan, ay beyinsiz, indi hamı yazır, sən də yaz. Qorxma özüm çap etdirərəm.

* * *

Gənc şairlərin birinin toyunda Hüseyn Arif tamada olur. Bir az yeyib-içəndən sonra bəyin sağlığına badə qaldırır.
- Başınıza and olsun, belə oğul yoxdur dünyada. Mən onu çox yaxşı tanıyıram. Bakıda gəzmədiyi qız qalmayıb. Lap yaxşı eləyib başını bağlayırsınız. Bunun ipini açıq qoymaq olmaz.

* * *

Bir gün Hüseyn Arif Şəmşad Rza ilə görüşüb, hal-əhval tutur.
- Nə var, nə yox, necə dolanırsan?
- Bir təhər....
- Görürəm, halın o qədər də yaxşı deyil, korluq çəkirsən?
- Elədi, qağa.
- Ə, beynin olsun, şeirdən-zaddan əl çək, ondan bir şey çıxan deyil. Gəl, göndərim səni Tovuza, get işlə orda.
- Nə işində, qağa?
- Orda Aşıqlar Birliyinin filialını yaradıram. Ol filialın direktoru.
Şəmşad Rza xeyli fikirləşir.
- Dolana bilərəmmi, qağa?
- Ay bivec, niyə dolana bilmirsən? Orda adamdan çox aşıq var, deyərəm dolandırarlar.

* * *

Bir dəfə Nazim Axundov Gəncədən Bakıya, Mirzə İbrahimova zəng vurur. Akademiya ilə bağlı nəsə soruşur. Rəsmi söhbəti qurtarandan sonra Mirzə İbrahimov gülə-gülə deyir:
- Nazim, dostun Hüseyn Arif deyir ki, Gəncədə ferma açıbsan. Hər gələnə bir erkək kəsirsən?
Nazim dinmir.
Bu söhbətdən bir neçə gün sonra Hüseyn Arif Nazim Axundovgilə qonaq gəlir. Nazim onu əvvvəlki kimi çox mehribanlıqla qarşılayır, orda-burdan söhbət edib zarafatlaşırlar. Günortaüstünə yaxın Nazim onu ucuz bir fəhlə yeməkxanasına aparır. Boz-bulanıq əriştə şorbası, boyat çörək, bir az da göy-göyərti gətirirlər. Şairi bunlar açmır. Üzünü Nazimə tutub soruşur.
- Bə, kabab-zad olmayacaq?
- Yox.
- Niyə ?
- Fermada daha qoyun qalmayıb, hamısını kəsib yemişik.
Hüseyn halını pozmur.
- Yaxşı eləyib kəsib-yemisiniz. Onsuz da hökümət hamısını əlimizdən alacaqdı.
İndi deyər ki, paltar da mənimdir

* * *

Molla hər səhər јuxudan duranda dua edib min qızıl istəyərmiş.
— Əgər doqquz yüz doxsan doqquz olsa, almayacağam, — deyərmiş.
Mollanın varlı qonşusu bununla maraqlanır. Kisənin içinə doqquz yüz doxsan doqquz qızıl qoyub, bir səһər Molla dua edərkən bacadan içəri buraxır. Molla, duasının qəbul olunduğunu görüb bacadan düşən qızılları sayır. Görür ki, bir qızıl əskikdir. Heç halını dəyişməyib deyir:
— Doqquz yüz doxsan doqquzunu verən birini də verər.
Qızılları yığışdırır. Mollanın bu hərəkətini görən qonşu tez damdan aşağı enib onun yanına gəlir:
— Molla, bizim qızılları ver görək.
— Dəli olmamısan ki!.. Məndən nə qızıl istəyirsən?
— Sənin hər səhər dua elədiyini görüb sözünün üstündə dayanıb-dayanmadığını bilmək üçün qızılları bacadan mən atdım.
Məsələ uzanır. Axırda qonşu deyir:
— Elə isə gedək məhkəməyə.
— Mən məhkəmədən qaçmıram. Ancaq piyada gedə bilmərəm. Mənim üçün yaxşı bir qatır gətir.
Qonşu, Molla üçün yaxşı bir qatır gətirir. Molla bu dəfə də:
— Mənim paltarım köhnədir. Məhkəməyə bu çür gedə bilmərəm, — deyir.
Qonşu, Mollanı məhkəməyə aparmaq üçün gedib bir yaxşı paltar gətirir.
Molla paltarı keyib qatırı minir və gedir.
Məhkəmədə qonşu, məsələni danışıb qızılları istəyir. Molladan soruşurlar:
— Molla, sən nə deyirsən?
— Soruşun ki, mənə əli ilə qızıl verib?
Qonşu təkrar məsələni danışıb Mollanı sınamaq istədiyini deyir. Molla:
— Ehtimal, mən pullarımı sayanda bu bilib, onu məndən almaq istəyir. Doğrusu bunlar elə adamlardır, indi deyər ki, «bayırdakı qatır da mənimdir».
Qonşu özünü itirib:
— Əlbəttə... əlbəttə mənimdir! — deyir.
— Gördünüz... İndi deyər ki, əynindəki paltar da mənimdir.
— Əlbəttə, əlbəttə mənimdir!
Məhkəmə sədri qonşunun «mənimdir, mənimdir» deməyini görüb Mollanı aldatmaq istədiyinə inanır və o adamı qovlayır.

* * *

Bir yoxsul kişi bir parça çörək tapır; onunla yeməyə bir şey axtara-axtara bir aşpaz dükanının qabağına gəlir. O görür ki, dükandan ət iyi gəlir. Yoxsul tez qazana yanaşıb çörəyini xörəyin buğuna tutub iştah ilə yeməyə başlayır. Yeyib qurtardıqdan sonra aşpaz, kişinin yaxasından yapışıb xörəyin pulunu istəyir.
Kişi nə qədər «mən sənin xörəyini yemədim», deyirsə də aşpaz əl çəkmir.
Aşpaz, yoxsul kişini darta-darta Mollanın yanına gətirib məsələni olduqu kimi ona danışır. Molla diqqətlə aşpaza qulaq asandan sonra cibindən bir ovuc pul çıxarıb aşpazı çağırır və deyir:
— Qulağını yaxın gətir.
Aşpaz qulağını Mollaya yaxınlaşdırdıqda Molla ovcundakı pulunu vingildədib deyir:
— Pulunun səsini al.
Aşpaz:
— Molla, səsin nəyini alım? Molla:
— Xörəyin buğunu satan, pulun da səsini alar.

* * *

Bir gün şəhər hakiminin yanına iki nəfər gəlib mübahisələrinin həll olunmasını istəyirlər. Hakim:
— Nə olubdur? — deyə soruşduqda onların biri deyir:
— Bu şəxs dalına odun yükləyib gəlirdi. Birdən ayağı sürüşüb yıxıldı; odunları dalından aşıb yerə düşdü. Bu vaxt, o məndən odunları yenidən dalına qaldırmağı xahiş etdi. Mən «Zəhmətimin əvəzində nə verəcəksən?» dedikdə, o, «heç nə» deyə cavab verdi. Mən razı olub odunları qaldırdım. Lakin «heç nəyi» vermədi. İndi mən «heç nəyimi» istəyirəm. Mənim haqqımı versin.
Hakim bu divanın həllini Molla Nəsrəddinə həvalə edir. Molla məsələni dinləyib:
— Oğlum, haqqındır, əlbəttə, nə deyibsə verməlidir, — deyir və oturduğu döşəyin kənarını göstərib soruşur:
— Gəl, oğlum, yanıma, döşəkçənin ucunu qaldır, gör orada nə var.
O adam döşəkçənin altına baxıb cavab verir:
— Heç nə...
— Tez ol «heç nəyini» götür get, — deyə Molla ona əmr edir.

* * *

Bir gün Molla köynəyini çıxarıb eşşəyin üstünə qoyur və hovuza girib çimməyə başlayır. Qayıdanda köynəyinin oğurlandığını görür. O tez eşşəyin palanını götürüb deyir:
—Aşna, zarafat eləmə, köynəyimi ver, palanını verim.

* * *

Bir gün Molla öz-özünə deyir:
—Mən bu ayın hesabını özüm saxlayacağam.
Hesab saxlamaq üçün Molla hər gün qazana bir noxud salır.
Mollanın qızı bunu görüb elə zənn edir ki, atası noxudu sevdiyi üçün qazana salır. O da ovucunu noxudla doldurub qazana tökür.
Bir gün Molladan ayın neçəsi olduğunu soruşurlar . Molla :
— Bir az səbir eləyin, bu saat deyərəm,—deyə dərhal evə gedir. Qazanda olan noxudları sayıb görür ki, yүz iyirmi iki dənədir.
Molla өz-өzünə fikirləşir: «Sözün düzünü desəm mənə «dəli» deyərlər». Onun üçün də gəlib bu cür cavab verir.
—Bu gün ayın altmış biridir.
Camaat gülüb deyir.
—Ay Molla! Bir ay otuz gündür; necə olur ki, bu gün ayın altmış biri olur?
Molla isə onlara bu cür cavab verir:
—Mən hələ insafla danışdım, əgər iş qazandakı noxudların hesabına qalsaydı, bu gün ayın yüz iyirmi ikisi olacaqdı.

* * *

Qonşu kənddə verilən bir ehsana Mollanı da də'vət edirlər. Molla ehsanda doyunca yeyir, qonaqlar dağılışandan sonra kəndlərinə gedən bir öküz arabasına minib evlərinə qayıtmaq istəyir. Molla arabanın içində arxası üstə uzanıb göyə baxır. Göydə sarışan topa-topa ulduzları görüb:
—Görəsən yenə göydə nə var ki, ulduzlar bir yerə toplaşıb?—deyə arabaçıdan soruşur.
—Molla, deyəsən orada da ehsan verirlər,—deyə arabaçı cavab verir.
Molla tez deyir:
—Başına dönüm, tez ol, öküzlərin başını döndər göyə, yoxsa yubanarıq.

* * *

Molla Nəsrəddin bir gün məscidə gəlib deyir:
—Camaat, bilirsiniz nə var? —Yox, bilmirik.
— İndi ki, bilmirsiniz, mən sizə daha nə deyim,— deyərək Molla çıxıb gedir.
Yenə bir gün Molla məscidə gəlib həmin sözü soruşur. Camaat bu dəfə:
—Bilirik,—deyə cavab verir. Molla isə:
— İndi ki, bilirsiniz, daha mən nə deyim?—deyərək yenə də çıxıb gedir.
Molla üçüncü dəfə minbərə çıxıb əvvəlki sualını soruşduqda çamaat cavab verir ki:
— Yarımız bilirik, yarımız yox...
Molla bu cavabı eşidib heç halını pozmadan deyir:
— İndi ki, belədir, bilənlər bilməyənlərə öyrətsin.

* * *

Molla bir dəstə yoldaşı ilə gəzməyə gedir. Yeyib-içəndən sonra əllərini yumaq üçün böyük bir hovuzun üstə çıxırlar. İçlərində olan məhəllə mollalarının biri əlini yuyanda ayaғı süryşyb hovuza düşür. Ətfont-size: small; font-family: rafdakılar nə qədər:
— Əlini mənə ver!—deyirlərsə, qulaq asmayıb suyun içində çapalayır.
Bu vaxt Molla Nəsrəddin gəlib:
— Çəkilin, mən bu saat onu çıxardım!—deyib əlini ona uzadaraq çağırır:
— Al əlimi!
O da həmin saat Molla Nəsrəddinin əlini tutub çıxır.
Molla Nəsrəddin ətrafdakılara deyir:
— Bunlar şey verməyə deyil, almağa өyrəniblər. Onun üçün də sizin sözünüzə heç qulaq asmazlar

* * *

Qardaş:
-Mənim bacım dünya gözəlidi.
Bacı:
-Çay süzən deyiləm, Yalan yerə Tərifləmə.
-Ata bilir, rüblükdə 2-in var?
-Qaqaşım çay limonlu olsun yoxsa limonsuz?

* * *

Bir gün eşşək ağlayır at gəlib soruşur:
-Ay eşşək niyə ağlayırsan?
-Kim pis iş gğrür mənim adımı çəkirlər. Artıq bezmişəm.
At da deyir:
-Fikir vermə, eşşəkdilər dəəə.

* * *

Ərlə arvad evdə oturur... Birdən ər durub işığı söndürür
Arvad:
-Ooo...Romantika?!
Ər:
-Az nə romantika. Şotçik yazır...

* * *

Dərslər söhbət edir:
-Niyə heç kim məni anlamır? İmaz: CƏBR
-Guya ki,mən səndən fərqliyəm? İmza: HƏNDƏSƏ
-Ölündə paxıllığıvızdan... İmza: BƏDƏN TƏRBİYƏ.

* * *

Metrroda oğlan qıza baxır, qızda sevinirki, oğlanın məndən xoşu gəlir:
Oğlan yaxınlaşıb:
-Sən evlisən?
-Yox.
-Sən canın evlənmə, Qoy sənə oxşar biri də dünyaya gəlməsin.

* * *

İki ovçu meşədə rastlaşır. Biri deyir:
-Neçə patronun var.
-Bir dənə.
-Niyə az?
-Onsuzda ova gələndə heç nə vura bilmirəm. Nəyə çox güllə gətirim.

* * *

Komandir deyir:
-Əsgər sənə sirr desəm sağlaya bilərsn?
-Komandir, Mən saxlayıram,amma mən hər şeyi əsgər yoldaşımla bölüşürəm. O da söz saxlaya bilmir.

* * *

Bir gün gecə saat 2 olur, Mamed evə gəlmir. Arvadı zəng vurur qaynanasıgilə. Deyir:
- Ay qaynana, saat 2-di,amma, Mamed evə gəlməyib. Bəlkə başqa arvadı var, onun yanına gedib?
- Ay gəlin. Niyə ağlına pis-pis fikirlər gətirirsən? Bəlkə bıçaqlayıblar, bəlkə maşın vurub?

* * *

İki ovçu söhbət edir. Biri deyir:
- Mən 1 güllə ilə tülkünü həm qıçınnan, həm də qulağından vurmuşam
- Yaxşıda goplama, o necə olur?
- Mən tülkünü vuranda ayağınnan qulağını qaşıyırdı.


Facebookdan gülməli statuslar =)


Geri dön

DILEKLER

  • 1 dekabr 2012 20:57
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
Bir gün bir jurnalist dəlixanayagəlir. Birinci mərtəbədən soruşur:
-Müdir hanı?
-İkinci mərtəbədə.
İkinci mərtəbəyə qalxır:
-Müdir hanı?
-Üçüncü mərtəbədə.
Üçüncü mərtəbəyə qalxır:
-Müdir hanı?
-Damda.
Qalxır dama. Görür ki, dəlilər damda quş düzəldim uçururlar. Onlardan soruşur:
-Müdir hanı?
-Çatdıra bilmədin, əvvəlki reysdə o da uçdu.

ღ★Damla★ღ

  • 20 noyabr 2012 12:00
  • Məqalə: 213
  • Şərh: 3971
  • Bal:
{awards}
Bir gün eşşək ağlayır at gəlib soruşur:
-Ay eşşək niyə ağlayırsan?
-Kim pis iş gğrür mənim adımı çəkirlər. Artıq bezmişəm.
At da deyir:
-Fikir vermə, eşşəkdilər dəəə.

..:::EmOwka_eMo:::..

  • 17 noyabr 2012 21:06
  • Məqalə: 0
  • Şərh: 351
  • Bal:
{awards}
Ərlə arvad evdə oturur... Birdən ər durub işığı söndürür
Arvad:
-Ooo...Romantika?!
Ər:
-Az nə romantika. Şotçik yazır...

Kamran.E

  • 17 noyabr 2012 13:41
  • Məqalə: 5
  • Şərh: 1040
  • Bal:
{awards}
Metroda oğlan qıza deyir:
-Kartın var?
-Hə.
-Payla oynayaq.
Sabah yenə həmən oğlan həmən qıza deyir:
-Kartın var?
-Yox.
-Onda 20 qəpik ver keçirdim.

--------------------
-İki Üzlü Olub Bir Dünyan üçün Yox , Bir üzlü Olub iki Dünyan üçün Yaşa!

_favorit_arkadas

  • 16 noyabr 2012 14:11
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
Bir gün bir jurnalist dəlixanayagəlir. Birinci mərtəbədən soruşur:
-Müdir hanı?
-İkinci mərtəbədə.
İkinci mərtəbəyə qalxır:
-Müdir hanı?
-Üçüncü mərtəbədə.
Üçüncü mərtəbəyə qalxır:
-Müdir hanı?
-Damda.
Qalxır dama. Görür ki, dəlilər damda quş düzəldim uçururlar. Onlardan soruşur:
-Müdir hanı?
-Çatdıra bilmədin, əvvəlki reysdə o da uçdu.

--------------------

cicek_7

  • 14 noyabr 2012 19:26
  • Məqalə: 0
  • Şərh: 120
  • Bal:
{awards}
ela statuslardi cox sagol tongue

GuNaY_83

  • 14 noyabr 2012 15:22
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Bir gün gecə saat 2 olur, Mamed evə gəlmir. Arvadı zəng vurur qaynanasıgilə. Deyir:
- Ay qaynana, saat 2-di,amma, Mamed evə gəlməyib. Bəlkə başqa arvadı var, onun yanına gedib?
- Ay gəlin. Niyə ağlına pis-pis fikirlər gətirirsən? Bəlkə bıçaqlayıblar, bəlkə maşın vurub?
wink

--------------------

usb

  • 11 noyabr 2012 00:56
  • Məqalə: 0
  • Şərh: 27
  • Bal:
{awards}
Teşekkur *16

so_sad

  • 10 noyabr 2012 16:57
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
gülmeliydi lol

solnuska

  • 10 noyabr 2012 16:38
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Bir gün dəlilər dəlixanadan qaçmaq üçün plan qurur.Bir gün qaçırlar və sabahsı gün qayıdırlar.Onlardan soruşurlar.
-Niyə qayıtdız?
-Bu gün planı yoxlayırdıq.Sabah qaçacağıq.

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Nara huseynova

  • 10 noyabr 2012 12:57
  • Məqalə: 21
  • Şərh: 2418
  • Bal:
{awards}
tewekkkurlerrr.!

romantik_awk

  • 10 noyabr 2012 12:37
  • Məqalə: 35
  • Şərh: 3372
  • Bal:
{awards}
Ərlə arvad evdə oturur... Birdən ər durub işığı söndürür
Arvad:
-Ooo...Romantika?!
Ər:
-Az nə romantika. Şotçik yazır

--------------------

..:MeleK kiz:..

  • 10 noyabr 2012 12:32
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
Bir gün eşşək ağlayır at gəlib soruşur:
-Ay eşşək niyə ağlayırsan?
-Kim pis iş gğrür mənim adımı çəkirlər. Artıq bezmişəm.
At da deyir:
-Fikir vermə, eşşəkdilər dəəə.

GuNaY_83

  • 10 noyabr 2012 11:22
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
coxu tekrardi oxumusam..

--------------------

Demi Love

  • 10 noyabr 2012 10:14
  • Məqalə: 16
  • Şərh: 1976
  • Bal:
{awards}
Bir gün qarışqa filə qışqırır:
-Ay fil tez hovuzdan çıx!
-Niyə?
-Sənə dedim ki,hovuzdan çıx!
-Niyə çıxmalıyam eee?
-Mənim beynimi xarab eləmə çıx.
Fil hovuzdan çıxıb,deyir:
-Hə çıxdım nə olub?
-Hə indi gir. Elə bildim plafkimi sən geymisən!!!

* * *

classic_guiter_girl

  • 10 noyabr 2012 09:07
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
Bir gün qarışqa filə qışqırır:
-Ay fil tez hovuzdan çıx!
-Niyə?
-Sənə dedim ki,hovuzdan çıx!
-Niyə çıxmalıyam eee?
-Mənim beynimi xarab eləmə çıx.
Fil hovuzdan çıxıb,deyir:
-Hə çıxdım nə olub?
-Hə indi gir. Elə bildim plafkimi sən geymisən!!! wink wink

my angel__

  • 10 noyabr 2012 02:16
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
xaxxxaac)))))))))cox maraqli letiflerdir..twk

--------------------
Помни, что ты - мое все ❤

TAYNA VOSTOKA

  • 10 noyabr 2012 01:13
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
MARAQLI IDI,TEWEKKURLER

--------------------

...BARSA FANATI....

  • 10 noyabr 2012 00:36
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
İki qonşu söhbət edir:
- Qonşu salam tozsoranınızı istifadə etmək üçün verə bilərsiniz?
- İndi ərim evdən bayıra nəsə çıxarmağa icazə vermir. İstifadə etmək istəyirsənsə, gəl burada, bizim evdə istifadə elə...

SALLİ

  • 10 noyabr 2012 00:34
  • Məqalə: 0
  • Şərh: 577
  • Bal:
{awards}
bəzilərini oxudum təşəkkür smile

1heyat_1desen

  • 10 noyabr 2012 00:01
  • Məqalə: 143
  • Şərh: 727
  • Bal:
{awards}
qeweng idi twk

TeKtoNik_EMO_BoY

  • 9 noyabr 2012 23:44
  • Məqalə: 8
  • Şərh: 520
  • Bal:
{awards}
Mraqlidi twk

--------------------
ß █ %5 üzqüN,,muTsuz ws..
█ █ %1o AcaiP ...
█ █ █ %21 qıCıqK ...
█ █ █ █ %32 Bash beLaSı .. .
█ █ █ █ █ %44 MaTrocqK...
█ █ █ █ █ █ %56 AnTi Ciddi ...
█ █ █ █ █ █ █ %61 . SéwimLiii..
█ █ █ █ █ █ █ █ %73 Züfee xDe...
█ █ █ █ █ █ █ █ █ █ %1oo DéLüüü ... x)) …

Samir98

  • 9 noyabr 2012 23:02
  • Məqalə: 35
  • Şərh: 953
  • Bal:
{awards}
Bunların hamısı mənim məqaləmdə var.Amma yenədə təşəkkür edirəm.

Pink World

  • 9 noyabr 2012 22:56
  • Məqalə: 11
  • Şərh: 1280
  • Bal:
{awards}
Metroda oğlan qıza deyir:
-Kartın var?
-Hə.
-Payla oynayaq.
Sabah yenə həmən oğlan həmən qıza deyir:
-Kartın var?
-Yox.
-Onda 20 qəpik ver keçirdim.

--------------------
OZUNU BAHALI GOSTERME
SENE ENDIRIMLI GUNLERINI XATIRLADARAM!!!

ZaLaToY PaReN

  • 9 noyabr 2012 22:40
  • Məqalə: 12
  • Şərh: 1399
  • Bal:
{awards}
Twk xebere gore...

ღ★Diamond★ღ

  • 9 noyabr 2012 22:29
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Bir gün bir oğlan yolla gedir və yolda quş nəcisi olur. Oğlan əlini nəcisə vurub ağzına qoyur və deyir:
-Aaa nəcis imiş ki, yaxşı ki ayağımı vurmadım

aksana1993

  • 9 noyabr 2012 22:24
  • Məqalə: 62
  • Şərh: 2160
  • Bal:
{awards}
super ellerine sagliq

--------------------
SEVGIM YALNIZ ALLAHA.....

NeZNaKoMKa.

  • 9 noyabr 2012 22:17
  • Məqalə: 385
  • Şərh: 2135
  • Bal:
{awards}
Sitat: come back
tewekkurler bezileri gulmeli idi.

--------------------

..::MisS DioR::..

  • 9 noyabr 2012 22:12
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
coxu tekrardi oxumusam..

--------------------

::Jessica Alba::

  • 9 noyabr 2012 22:01
  • Məqalə: 13
  • Şərh: 1791
  • Bal:
{awards}
coxu tekrardi ama yenede cox guldum wink

<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 42
Cəmi: 55

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}