Dində and içməyin hökmləri

 
Dində and içməyin hökmləri

Əgər bir şəxs bir işi yerinə yetirəcəyinə yaxud tərk edəcəyinə and içsə, məsələn oruc tutacağını yaxud siqaret çəkməyəcəyinə and içsə, bilə-bilə andı ilə müxalif etdiyi təqdirdə günah etmiş olur və kəffarə verməlidir, yəni bir qul azad etməli yaxud on fəqiri doydurmalı və yaxud onları geyindirməlidir. Əgər bunları yerinə yetirməsə üç gün ardıcıl oruc tutmalıdır.

Andın bir neçə şərti vardır:

1. And içən şəxs yetkinlik həddinə çatmalı və ağılllı olmali, öz iradə və ixtiyarı ilə and içməlidir. Deməli, uşaq, dəli, sərxoş və məcbur edilən şəxsin andı düzgün deyildir. Həmçinin əsəbi halda ixtiyarsız və məqsədsiz and içsə də, düzgün deyildir.

2. And içib yerinə yetirəcəyi iş haram, yaxud məkruh olmamalı və and içib tərk edəcəyi iş də vacib yaxud müstəhəb olmamalıdır. Əgər mübah işi tərk edəcəyinə yaxud yerinə yetirəcəyinə and içsə, onu tərk etmək yaxud yerinə yetirmək əql sahiblərinin nəzərində üstünlüyə malik yaxud onun özü üçün dünyəvi məsləhəti olduğu təqdirdə andı düzgündür.

3. "Allah" və "Xuda" kimi Onun müqəddəs zatından başqasına deyilməyən adlarından birinə and içməli yaxud yalnız Allaha məxsus olan sifət və yaxud feillərlə Allahı yad etməlidir, məsələn:

"Səmaları və yeri yaradana and olsun" - deyə and içməlidir. Yaxud da elə bir ada and içməlidir ki, o ad Allahdan başqasına deyilsə də, Allahla əlaqədar çox deyildiyindən bir şəxs o adı dilinə gətirdikdə yalnız Onun müqəddəs zatı nəzərə gəlir. Məsələn: "Xaliq və Raziq" adına and içsə düzgündür. Hətta elə bir ada and içməlidir ki, yalnız and içmə məqamında "Səmi və Bəsir" kimi Allahın zatını xatırlasa, o andı düzgündür.

4. Andı dilə gətirməlidir: Amma lal bir şəxs işarə ilə and içərsə andı düzgündür. Həmçinin danışmaq gücünə qadir olmayan şəxs onu yazıb qəlbində də niyyət edərsə, kifayət edər. Hətta əgər danışmağa qadir olsa belə, andı yazsa vacib ehtiyata əsasən, ona əməl etməlidir.

5. Anda əməl etmək onun üçün mümkün olmalıdır. Əgər and içdiyi zaman mümkün olmasa, lakin sonradan mümkün olsa kifayətdir. Əgər and içdiyi zaman mümkün olub sonradan ona əməl etməkdə aciz qalsa, aciz qaldığı vaxtdan etibarən andı pozulur. Həmçinin anda əməl etmək dözülməyəcək qədər məşəqqətli olarsa da, hökm eynidir. Əgər bu acizlik onun ixtiyari ilə olsa, yaxud öz ixtiyari ilə olmasa da, qadir olduğu zamandan təxirə salmaqda üzrü olmasa, günah etmiş, kəffarəsi vacibdir.

Əgər ata övladını yaxud ər öz arvadını and içməkdən çəkindirsə, onların andı düzgün deyildir.
Əgər övlad atasının və arvad ərinin icazəsi olmadan and içsə, ata və ər onların andını poza bilər.

Əgər insan unutqanlıq,çarəsizlik və yaxud qəflət üzündən öz andına əməl etməsə, ona kəffarə vacib deyildir. Həmçinin onu andına əməl etməyə məcbur etsələr də, belədir. Vasvası şəxs, məsələn: "Allaha and olsun ki, indi namaza başlayıram" - deyə and içsə sonra da vasvası olduğu üçün namaza məşğul ola bilməsə onun vasvasılığı qeyri-ixtiyari olaraq öz andına əməl etməyəcək tərzdə olsa, ona kəffarə vermək lazım deyildir.

Sözünün doğru olduğu üçün and içən şəxsin sözü doğru olarsa, and içməsi məkruhdur. Əgər yalan olarsa, haramdır. Hətta mübahisəyə son qoymaq üçün yalan yerə and içmək böyük günahlardandır. Lakin özünü və yaxud başqa bir müsəlmanı bir zalımın şərindən qurtarmaq üçün yalandan and içsə, eybi yoxdur. Hətta bəzən vacib də olur. Yalnız "tövriyə" etməsi (yəni and içdiyi zaman sözün həqiqi mənasını bir işarə işlətmədən cümlənin zahiri mənasından başqa bir mənanını nəzərdə tutmaq) mümkündürsə, vacib ehtiyata əsasən, tövriyə etsin. Məsələn: Bir şəxsə əziyyət vermək istəyən bir zalım insandan onu görüb görmədiyini soruşsa, o da onu bir saat qabaq görübsə beş dəqiqə qabaq görmədiyi məqsədində tutaraq "Xeyr, görməmişəm" - desin.


Geri dön

solnuska

  • 17 noyabr 2012 22:31
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
ALLAH razi olsun............

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

ZuZuM__

  • 14 noyabr 2012 23:04
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
teshekkurlerrr

--------------------

..::MuSLiMaNKa::..

  • 12 noyabr 2012 10:54
  • Məqalə: 129
  • Şərh: 385
  • Bal:
{awards}
tewekkurler

--------------------

tinker bell

  • 11 noyabr 2012 22:55
  • Məqalə: 0
  • Şərh: 3885
  • Bal:
{awards}
1. And içən şəxs yetkinlik həddinə çatmalı və ağılllı olmali, öz iradə və ixtiyarı ilə and içməlidir. Deməli, uşaq, dəli, sərxoş və məcbur edilən şəxsin andı düzgün deyildir. Həmçinin əsəbi halda ixtiyarsız və məqsədsiz and içsə də, düzgün deyildir.

--------------------

Allah_Bendesi

  • 11 noyabr 2012 20:30
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
.ALLAH RAZI OLSUN SİZDƏN.

fatimeyinur

  • 11 noyabr 2012 20:03
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Maraqli idi. Allah razi olsun.

unfaithful

  • 11 noyabr 2012 19:58
  • Məqalə: 31
  • Şərh: 3681
  • Bal:
{awards}
"Səmaları və yeri yaradana and olsun" - deyə and içməlidir. Yaxud da elə bir ada and içməlidir ki, o ad Allahdan başqasına deyilsə də, Allahla əlaqədar çox deyildiyindən bir şəxs o adı dilinə gətirdikdə yalnız Onun müqəddəs zatı nəzərə gəlir. Məsələn: "Xaliq və Raziq" adına and içsə düzgündür. Hətta elə bir ada and içməlidir ki, yalnız and içmə məqamında "Səmi və Bəsir" kimi Allahın zatını xatırlasa, o andı düzgündür.
ALLAH razı olsun!Oxudum maraqlı idi

--------------------

come back

  • 11 noyabr 2012 18:20
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
Allah razi olsun cox maraqlidir.

nazligul

  • 11 noyabr 2012 17:48
  • Məqalə: 10
  • Şərh: 316
  • Bal:
{awards}
Əgər insan unutqanlıq,çarəsizlik və yaxud qəflət üzündən öz andına əməl etməsə, ona kəffarə vacib deyildir. Həmçinin onu andına əməl etməyə məcbur etsələr də, belədir. Vasvası şəxs, məsələn: "Allaha and olsun ki, indi namaza başlayıram" - deyə and içsə sonra da vasvası olduğu üçün namaza məşğul ola bilməsə onun vasvasılığı qeyri-ixtiyari olaraq öz andına əməl etməyəcək tərzdə olsa, ona kəffarə vermək lazım deyildir.

--------------------
Kimlərinsə mənim haqqımda nə düşündüyü mənə maraqlı deyil!!!!!!Əsas odur ki,mən onlar haqqında düşünmürəm.........

ZeMka

  • 11 noyabr 2012 17:26
  • Məqalə: 282
  • Şərh: 4518
  • Bal:
{awards}
Allah razi olsun xowuma geldi xeber

--------------------

Prank girl

  • 11 noyabr 2012 16:38
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

C.I

  • 11 noyabr 2012 16:07
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
en yaxsi insan ozun taniyandan yeni boyudukden sonra and ii4memelidir cunki,and i4mek hele bele oyun-oyuncaq deyil axi ona gore and i4ersen onudaki mecbur olduqda ....Allah Razi Olsun........

--------------------

my angel__

  • 11 noyabr 2012 15:49
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
Sitat: _favorit_arkadas
Allah Razı Olsun....

--------------------
Помни, что ты - мое все ❤

Samir98

  • 11 noyabr 2012 15:48
  • Məqalə: 35
  • Şərh: 953
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

solnuska

  • 11 noyabr 2012 15:33
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Hilary Duff

  • 11 noyabr 2012 15:19
  • Məqalə: 0
  • Şərh: 460
  • Bal:
{awards}
Tewekkurler Allah razi olsun.....

Demi Love

  • 11 noyabr 2012 15:19
  • Məqalə: 16
  • Şərh: 1976
  • Bal:
{awards}
Allah razı olsun.

..::MisS DioR::..

  • 11 noyabr 2012 14:43
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
cox saq olun)

--------------------

GuNaY_83

  • 11 noyabr 2012 14:30
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Allah Razı Olsun...

--------------------

J ♥ S

  • 11 noyabr 2012 14:11
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
cox maraqla oxudum mence her kes oxumalidi cunki lazim ola-biler! Allah razi olsun ! tewekkur edirem

--------------------
J & S ∞♥....

aysel.99

  • 11 noyabr 2012 13:58
  • Məqalə: 0
  • Şərh: 105
  • Bal:
{awards}
melumat ucun twk beyendim

--------------------
men

★WirinKa★

  • 11 noyabr 2012 13:53
  • Məqalə: 14
  • Şərh: 4476
  • Bal:
{awards}
allah razi olsun tesekkurler

--------------------

TAYNA VOSTOKA

  • 11 noyabr 2012 13:41
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
And içən şəxs yetkinlik həddinə çatmalı və ağılllı olmali, öz iradə və ixtiyarı ilə and içməlidir.

--------------------

Sladkiy_Elgun

  • 11 noyabr 2012 13:40
  • Məqalə: 26
  • Şərh: 73
  • Bal:
{awards}
twklar elleruve sagliq belay

--------------------
2014
(░)
█████
███████
█████████
(░░░░░░░░░░░)
(░(░█░░░█░)░)
(░░(░░░●░░░)░░)
(░░░░░░=░░░░░░)
(░░░░░░░░░░░░░)
██(░░░░░░░░░░░)██
████(░░░░░░░░░)████
████_██(░░░░░)██_████
████_███████████_██

AURORA

  • 11 noyabr 2012 13:36
  • Məqalə: 0
  • Şərh: 14
  • Bal:
{awards}
tesekkurler xebere gore

_favorit_arkadas

  • 11 noyabr 2012 13:33
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
Allah Razı Olsun...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 26

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}