iPad Üçün Qeyri-adi Dok-Stansiya

 
iPad Üçün Qeyri-adi Dok-Stansiya


iPad Üçün Yeni Dok-Stansiya iPhone və iPod Touch-la da İstifadə Edilə Bilər

Microlab Electronics şirkəti bu günlərdə daha bir yeni məhsulunu - iPad üçün Giraffe dok-stansiyasını təqdim edib. Qeyd edək ki, dok-stansiya iPhone və iPod Touch-la da uyğunlaşdırıla bilər.

Giraffe Dok-Stansiyasının Əsas Funksiyaları

Bu məhsulun iki təyinatı var: 1) portativ multimedia qurğularını daha uca və keyfiyyətli akustika ilə təmin etmək və 2) istifadəçi üçün rahat tutacaq funksiyasını yerinə yetirmək. 700 q ağırlığında olan iPad planşetini daşımaq bəzən istifadəçi üçün narahatçılıq törədə bilir. Giraffe dok-stansiyası isə bu problemi asanlıqla həll etməyə imkan verir.

Giraffe Dok-Stansiyasının Özəllikləri
Tam quraşdırılma üçün nəzərdə tutulmuş dok-stansiyanın qararəngli ağır oturacağı (baza hissəsi) rezin təkərlər üzərində yerləşir. Bu təkərlər qurğunu döşəmə üzərində asanlıqla hərəkət etdirməyə imkan verir.
Oval formada olan bazanın ölçüləri 283×208×72 mm-dir.
Bu baza hissədə yerləşən 2.1 kanallı audiosistem iki ədəd 2-dyüm geniş zolaqlı dinamikdən və 3,5-dyüm sabvuferdən ibarətdir.

Baza hissəyə bir qədər maili hərəkətsiz dayaq birləşdirilmişdir. Dayağın yuxarı ucuna isə şaquli və üfüqi istiqamətdə asanlıqla fırlana bilən ştanq bərkidilmişdir. Başqa sözlə, bu dok-stansiya vasitəsilə istifadəçi planşetin ekranını istədiyi bucaq və yüksəklikdə nizamlaya bilər.


iPad Üçün Qeyri-adi Dok-Stansiya


Geri dön

Ulya

  • 7 dekabr 2010 22:45
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
cox sagol

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 50
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}