Iblis insan cildinə girə bilərmi?

 
Iblis insan cildinə girə bilərmi?
İblis insan cildinə girə bilərmi?

Bəziləri belə düşünürlər ki, şeytan insan cildinə girə bilməz. Ancaq əksər alimlərin nəzəri belədir ki, şeytan insan cildinə girə bilər. Xüsusilə də hədislərimizdə oxuyuruq ki, İblis başqa varlıqlar kimi insan cildinə də girə bilər. Məsələn, Quranda belə deyilir: “Və (xatırla) o zaman(ı) ki, Şeytan onların gözlərində (batil) əməllərini zinətləndirdi və «bu gün insanlardan sizə qalib gələcək bir kimsə yoxdur və mən sizə pənah verənəm» dedi. Beləliklə, iki dəstə bir-birlərini gördükləri zaman o, dabanları üstə geriyə döndü və dedi: «Mən sizdən uzağam (mənim sizin əməllərinizə heç bir qarışacağım yoxdur), mən sizin görmədiyiniz şeyi (mələklərin nazil olmalarını və kömək etmələrini) görürəm. Həqiqətən, mən Allahdan qorxuram və Allah şiddətli cəza verəndir». (“Ənfal” 48).

Bəli, bu ayədən göründüyü kimi şeytan insan cildinə girə bilir. Hədislərin birində oxuyuruq ki, qureyş Bədr meydanına getməyi qərara alan zaman Bəni Kənanə tayfasının hücumundan qorxurdu. Çünki əvvəllər düşmən idilər. Bu zaman İblis Bəni Kənanə qəbiləsinin başçılarından biri olan Səraqə ibni Malikin cildində onların sorağına gəlir. Onları inandırır ki, onlarla bir yerdədir və heç kim onlara qalib gələ bilməz. Ancaq mələklərin nazil olmasını görəndən sonra geri çəkilib, qaçır. Bu hədisdən də görünür ki, şeytan insan cildinə girib, insanları aldada bilər.

Əllamə Təbatəbai “Əl-Mizan” təfsirində İslamın əvvəlindəki bəzi hadisələrə işarə edərək, nəql edir ki, İblis bəzi kafirlərin cildinə girir və insanları yolundan azdırırdı. O, kafirlərlə söhbət edir və Peyğəmbərə (s) qarşı çıxmağa təşviq edirdi. Məsələn, Peyğəmbər (s) vəfat edən zaman Məğirə ibni Şöbənin cildinə girib insanları Bəni Haşimə qarşı təhrik edirdi.

Şeytanın insan cildinə girməsi o demək deyildir ki, öz həqiqi mahiyyətindən xaric olub, mahiyyətini dəyişir. Bəlkə bu o deməkdir ki, insanın hiss və idrak qüvvəsində müxtəlif şəkillərdə hiss olunur.

Allah buyurur: «Ey Adəm övladları, məbada Şeytan ata və ananızı Cənnətdən çıxartdığı - belə ki, ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını əyinlərindən çıxardığı - kimi sizi (də) aldatsın və azdırsın! Şübhəsiz, o və onun qəbiləsi sizi sizin onları görə bilmədiyiniz yerdən görürlər. (O bəşəri gözlə görünməyən mələk və ruh kimi lətif bir yerdir.) Əlbəttə, Biz Şeytanları imanı olmayan kəslərin başçıları etmişik». (“Əraf” 27).

Bu ayədən görmək olur ki, heç kəs şeytanı həqiqi sifəti ilə görmür. Ancaq onlar insanı görürlər. Şeytan napak bir insan cildinə girə bilir. Bəzi hədislərdən görmək olur ki, peyğəmbərlər (ə) şeytanı həqiqi siması ilə görürdülər.

Şeytan peyğəmblərin (ə), İlahi Övliyaların, İmamların (ə) cildinə girə bilmədiyi kimi, pak Əhli-beyt (ə) davamçılarının cildinə də girə bilmir. Peyğəmbər (s) buyurur: “Şeytan mənim simama girə bilməz, nə vəsilərimdən birinin və nə də Əhli-beyt (ə) davamçılarından birinin simasına girə bilməz”.

Şeytan insanı görə bilər, ancaq onun niyyətindən və qəsdindən heç bir zaman xəbərdar ola bilməz. Çünki buna elmi yoxdur. Heç bir yerdə bu cür iddiaya rast gəlinməmişdir. Xüsusilə də əgər bu məsələ qeyb məsələsidirsə. Qeyb elmini Allahdan, pak bəndələrindən (peyğəmbələr və imamlar) başqa heç kim bilmir. Şeytanın belə bir qüdrəti yoxdur ki, bu elmi əldə edə bilsin.

Həzrət Peyğəmbər (s) başqa yerdə belə buyurur: “Hər kim məni yuxusunda görər, məni həqiqətdə görmüş deməkdir. Çünki şeytan mənim simamda zahir ola bilmir”.

Beləliklə deyə bilərik ki, şeytan ancaq kafirlərin və napak insanların cildinə girə bilər və bu cür başqalarını yolundan azdıra bilər. Ancaq heç bir zaman həqiqi Əhli-beyt (ə) davamçısının simasına girə bilməz.


Geri dön

solnuska

  • 17 noyabr 2012 19:25
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
WEYTANA LENET OLSUN TWK XEBERE GORE

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

ZuZuM__

  • 14 noyabr 2012 18:17
  • Məqalə: 430
  • Şərh: 6929
  • Bal:
{awards}
mence bele bir shey mumkun deyil...

--------------------

m.gulshen

  • 13 noyabr 2012 16:14
  • Məqalə: 14
  • Şərh: 2185
  • Bal:
{awards}
Allah razi olsun

solnuska

  • 12 noyabr 2012 21:16
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

fatimeyinur

  • 12 noyabr 2012 20:47
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}


ALLAH RAZI OLSUN...

ZaLaToY PaReN

  • 12 noyabr 2012 19:15
  • Məqalə: 12
  • Şərh: 1399
  • Bal:
{awards}
twk xebere gore...

Banned1

  • 12 noyabr 2012 18:01
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
cox saqol baci maraqli idi

Allah_Bendesi

  • 12 noyabr 2012 17:22
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN !

★WirinKa★

  • 12 noyabr 2012 17:13
  • Məqalə: 14
  • Şərh: 4476
  • Bal:
{awards}
tesekkurler

--------------------

come back

  • 12 noyabr 2012 17:07
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
Allah razi olsun cox maraqli meqaledir cox beyendim.

_favorit_arkadas

  • 12 noyabr 2012 16:58
  • Məqalə: 556
  • Şərh: 8237
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------

keven

  • 12 noyabr 2012 16:47
  • Məqalə: 43
  • Şərh: 1219
  • Bal:
{awards}
allah seytani bizden uzaq elesin
bully

--------------------

Samir98

  • 12 noyabr 2012 16:24
  • Məqalə: 35
  • Şərh: 953
  • Bal:
{awards}
ALLAH seytana lenet elesin!!!!Təşəkkürlər.

WITH_YOU

  • 12 noyabr 2012 16:13
  • Məqalə: 0
  • Şərh: 1724
  • Bal:
{awards}
ALLAH şeytana lənət etsin.....

--------------------
LƏNKƏRANLIYAM ..... (TALIŞ)
VƏƏƏ BUNUNLA DA "ÇOX FƏXR EDİRƏM" !!!

aysel.99

  • 12 noyabr 2012 15:06
  • Məqalə: 0
  • Şərh: 105
  • Bal:
{awards}
maraqli idi tesekkurler

--------------------
men

ღ★Diamond★ღ

  • 12 noyabr 2012 15:00
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Allah buyurur: «Ey Adəm övladları, məbada Şeytan ata və ananızı Cənnətdən çıxartdığı - belə ki, ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını əyinlərindən çıxardığı - kimi sizi (də) aldatsın və azdırsın!

my angel__

  • 12 noyabr 2012 14:58
  • Məqalə: 291
  • Şərh: 11177
  • Bal:
{awards}
Allah razi olsun,.,.,.

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

..::MisS DioR::..

  • 12 noyabr 2012 14:47
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
xebere gore tesekkurler

--------------------

SALLİ

  • 12 noyabr 2012 14:40
  • Məqalə: 0
  • Şərh: 577
  • Bal:
{awards}
maraqlı idi təşəkkür

One Directioner M

  • 12 noyabr 2012 14:40
  • Məqalə: 0
  • Şərh: 169
  • Bal:
{awards}
tesekkurler iyiydi

2miz 1olaq

  • 12 noyabr 2012 14:32
  • Məqalə: 1
  • Şərh: 189
  • Bal:
{awards}
twkler xebere gore...

--------------------
❤~°°•.♥.•°
❤~°°•.♥.•° Eshqin❤~°°•.♥.•°
❤~°°•.♥.•°

julyen

  • 12 noyabr 2012 14:09
  • Məqalə: 0
  • Şərh: 334
  • Bal:
{awards}
belə görünür ki, şeytan insan cildinə girib, insanları aldada bilər what

--------------------
"Biraz insan ol deyəcəm, ama səni də çətin vəziyyətdə qoymaq istəmirəm."

unfaithful

  • 12 noyabr 2012 14:05
  • Məqalə: 31
  • Şərh: 3681
  • Bal:
{awards}
ALLAH razı olsun!

--------------------

Ghost of legend

  • 12 noyabr 2012 13:45
  • Məqalə: 13
  • Şərh: 1199
  • Bal:
{awards}
tesekkur xeber ucun laughing

SinglE GirL

  • 12 noyabr 2012 13:40
  • Məqalə: 0
  • Şərh: 264
  • Bal:
{awards}
cox sag olun winked

NeZNaKoMKa.

  • 12 noyabr 2012 13:38
  • Məqalə: 385
  • Şərh: 2135
  • Bal:
{awards}
tewekkurler

--------------------

GuNaY_83

  • 12 noyabr 2012 13:28
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tewekkurler........

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 40
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}