"Qiyamət günü"nə hazırlıq

 
"Qiyamət günü"nə hazırlıq

21 dekabr” – son vaxtlar bu tarix barədə çox danışılır. Mayya təqvimində guya 2012-ci ilin 21 dekabrında bir neçə sutka ərzində Yer kürəsinin qaranlığa qərq olacağı ilə bağlı məlumatlar verilib. Bu tarixdə dünyanın sonu olacağı barədə “proqnoz” verənlər də az deyil. Cəmiyyətimizdə də bu fikirlər bir çox insanları narahat edir. Hətta həmin günə öz tədarükünü görənlər var. Elə bu səbəbdən paytaxtın bazar və dükanlarında bəzi məhsullara tələbat çoxalıb. Apardığımız müşahidələr deməyə əsas verir ki, dükanlarda əsasən şam, kibrit, enerji daşıyıcıları, müəyyən qida məhsulları azalıb. Elə satıcıların özləri də bunu gizlətmirlər.

Biləcəridə yerləşən dükanlardan birinin satıcısı Elşad Məmmədov deyir ki, son bir ay ərzində şamlar, enerji daşıyıcıları, konservləşdirilmiş ətlər, suxarilər daha çox alınır. Bu məhsullar dükana gətirildikdən 2-3 saat sonra qurtarır. Hətta əvvəlcədən bunları Elşada sifariş etdirənlər də olur. Satıcı deyir ki, 21 dekabrdan sonra dünyada qaranlığın olması ilə əlaqədar yayılmış fikirlərə görə, onun bazarı da güclənib. Hətta bundan istifadə edən bəzi topdan-satış mərkəzləri də var ki, satdıqları malların qiymətini cüzi də qaldırıblar.

Alıcılar isə “21 dekabr” məsələsinə çox inanmasalar da, hər ehtimala qarşı lazımi tədbirlər gördüklərini deyirlər. Alıcı Mais Abbasovun sözlərinə görə, anası dünyanın zülmətə qərq olacağı xəbərindən sonra böyük stress yaşayır. O, anasını rahatlaşdırmaq üçün evə 25 qutu şam aldığını deyir. Mais hər ehtimala qarşı kiçik həcmli generator da alıb ki, birdən lazım olar. Bu xəbər telefon dükanlarına da sərf edib. Satıcılar deyirlər ki, tələbat telefondan çox onun batareyasınadır. Bir gündə 10-a yaxın müxtəlif telefon batareyası satılır.

Ekspertlər isə məsələyə başqa prizmadan yanaşır. Onlar belə xəbərlərin yayılmasının məqsədini birbaşa iqtisadi maraqlarda görürlər. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, deputat Musa Quliyev açıqlamasında deyib ki, belə məlumatlar ümumiyyətlə cəmiyyətdə çaxnaşma yaradır. Onun sözlərinə görə, bəzi dələduzlar insanların savadsızlığından, tez aldanmasından istifadə edərək özlərinə müəyyən qazanc mənbəyi seçirlər: “Dünyada müəyyən güc sahibləri var ki, onlar bəzi informasiyalar yayırlar. Necə ki, bir vaxtlar “Quş qiripi” və s. kimi qorxu yayılmışdısa, indi də “21 dekabr” xofu yaranıb”.

Psixoloqlar isə belə absurd fikirlərin yayılmasından sonra cəmiyyətdə uzun müddət psixoloji gərginliyin hökm sürdüyünü deyirlər. Psixoloq Elmir açıqlamasında bildirib ki, bu tip fikirlər ötən illərdə də olub. Əvvəllər belə fikirlər çox təsir etməsə də, indi yaranmış çaxnaşmanın əsas səbəbi insanların inamsızlığıdır. Elə bu səbəbdən də bu yönlü fikirlər inamsız insanlar arasında tez panika yaradır.

Mənə psixoloji yardım üçün müraciət edənlərin çoxu21 dekabr” xəbərindən panikaya düşənlərdir. Müraciət edənlər ən çox gənclərdir. Çoxu da hansısa işinə görə getmək istəyir, lakin ailəsini, valideynlərini həmin ərəfədə qoyub getmək istəmir. Mən həmin insanlar arasında psixoanalizlər aparıram”, - deyə Elmir Əkbər bildirib.

Elm xadimləri də “21 dekabr” xofunun əsassız olduğunu deyirlər. Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov mətbuata açıqlamasında bildirmişdi ki, belə söhbətlərin elmlə bağlılığı yoxdur. Onun sözlərinə görə, yer o halda qaranlığa qərq ola bilər ki, o hansısa böyük cisimlə toqquşsun: “Əgər Yerə tərəf hansısa böyük cisim irəliləyirsə, bir neçə il əvvəldən onun trayektoriyası dəqiq hesablanır, onun Yerin trayektoriyası ilə kəsişmə ehtimalı qiymətləndirilir. Lakin hazırda Yerə tərəf hərəkət edən elə bir cisim yoxdur”.

Dini baxımdan da yayılmış fikirlərin heç bir əsası yoxdur. İlahiyyatçı alim Hacı Şahin “21 dekabr” məsələsinin və dünyanın sonu barədə deyilənlərin cəfəngiyyat olduğunu bildirib. İlahiyyatçı deyir ki, təşvişə heç bir ehtiyac yoxdur. Bu fikirlər insanlar haqqında çaşqınlıq yaratmağa hesablanaraq yayılıb: “Qurani-Kərimdə dünyanın sonu haqqında heç bir məlumat verilmir. “Səndən qiyamət günü haqqında soruşsalar, de ki, bu yalnız Allaha məlumdur”. Hətta peyğəmbərimiz qiyamətin vaxtı barədə məlumatsız olub”.


Geri dön

solnuska

  • 17 noyabr 2012 17:50
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
EYNI SOHBETDEN YORULDUQEEEEEEEE

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Sladkiy_Elgun

  • 15 noyabr 2012 12:36
  • Məqalə: 26
  • Şərh: 69
  • Bal:
{awards}
bu xeberi men qoyacagdim sen meni qabagladin

--------------------
2014
(░)
█████
███████
█████████
(░░░░░░░░░░░)
(░(░█░░░█░)░)
(░░(░░░●░░░)░░)
(░░░░░░=░░░░░░)
(░░░░░░░░░░░░░)
██(░░░░░░░░░░░)██
████(░░░░░░░░░)████
████_██(░░░░░)██_████
████_███████████_██

GuNaY_83

  • 15 noyabr 2012 10:11
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
{awards}
twk.................................

--------------------

keven

  • 15 noyabr 2012 08:59
  • Məqalə: 43
  • Şərh: 1181
  • Bal:
{awards}
men sexsen bir az inaniram ancaq evdekiler menim kimi dushunmur

--------------------

Deliyem iliwme:))

  • 15 noyabr 2012 00:14
  • Məqalə: 0
  • Şərh: 432
  • Bal:
{awards}
twk.........................

--------------------

ShoKKi_MoKKi

  • 14 noyabr 2012 21:56
  • Məqalə: 801
  • Şərh: 11344
  • Bal:
{awards}
bele xeberlere inanmiram yalniz ALLAha inaniram..ALLAh bilen meslehetdir..tesekkur..

--------------------

✰GoLd GirL✰

  • 14 noyabr 2012 19:43
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
Nəysə əlavə şərhə ehtiyac yoxdur....Olacaq olacaq da...

come back

  • 14 noyabr 2012 17:57
  • Məqalə: 588
  • Şərh: 11716
  • Bal:
{awards}
i love islam,

Allahu Ekber..... Qiyametin gununu peygemberimiz bilmirdi o ki qalib mayyalilar bilsin duzdur qiyamet tedaruku gormek lazimdir ama yemek azuqesi olaraq deyil savab emeller olaraq...

Allah razi olsun tewekkurler.

so_sad

  • 14 noyabr 2012 17:02
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
{awards}
eziyyete göre sağ olun

Ghost of legend

  • 14 noyabr 2012 16:54
  • Məqalə: 13
  • Şərh: 1137
  • Bal:
{awards}
Bunu planetlerin paradina gore deyirler.Planetlerin paradi zamani Yer kuresine ne gunes isigi ne de ay isigi dusecek.Buna gore de qaranliq olacaq

i love islam

  • 14 noyabr 2012 16:39
  • Məqalə: 63
  • Şərh: 550
  • Bal:
{awards}
Allahu Ekber..... Qiyametin gununu peygemberimiz bilmirdi o ki qalib mayyalilar bilsin duzdur qiyamet tedaruku gormek lazimdir ama yemek azuqesi olaraq deyil savab emeller olaraq...

--------------------



sevmek iki dunya arasinda qalib,duwunmekdir......

m.gulshen

  • 14 noyabr 2012 16:37
  • Məqalə: 14
  • Şərh: 2128
  • Bal:
{awards}
tesekkurler amma inanmiram no

Prank girl

  • 14 noyabr 2012 16:20
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
.Allah razı olsun ..

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

nuraska

  • 14 noyabr 2012 15:58
  • Məqalə: 0
  • Şərh: 1222
  • Bal:
{awards}
Bu milletin basi xarab olubeeeeeeeee ozum olum

--------------------
kim Meni Dostlugdan silib Allah razi olsun mende fikirlesirdimki bulari basimnan nece redd edim http://youtu.be/14mqF-fpc4Q

dj_asqa.

  • 14 noyabr 2012 15:27
  • Məqalə: 5
  • Şərh: 1382
  • Bal:
{awards}
Camaat $am alir

_favorit_arkadas

  • 14 noyabr 2012 15:24
  • Məqalə: 556
  • Şərh: 8076
  • Bal:
{awards}
Elm xadimləri də “21 dekabr” xofunun əsassız olduğunu deyirlər.

--------------------

ღ★Diamond★ღ

  • 14 noyabr 2012 15:18
  • Məqalə: 340
  • Şərh: 8986
  • Bal:
{awards}
Dünyada müəyyən güc sahibləri var ki, onlar bəzi informasiyalar yayırlar. Necə ki, bir vaxtlar “Quş qiripi” və s. kimi qorxu yayılmışdısa, indi də “21 dekabr” xofu yaranıb”.

unfaithful

  • 14 noyabr 2012 15:11
  • Məqalə: 31
  • Şərh: 3486
  • Bal:
{awards}
ehhhh....eziyyete gore tewekkurler

--------------------

aysel.99

  • 14 noyabr 2012 15:06
  • Məqalə: 0
  • Şərh: 96
  • Bal:
{awards}
Insanlar qiyamet diye-diye axiri ozleri qiyamet qoparacaqlar, qiyamet diyede bir sey yok

INSANLAR qiyamet diye-diye axiri ozleri qiyamet qoparacaqlar

--------------------
men

Dj aka

  • 14 noyabr 2012 15:02
  • Məqalə: 37
  • Şərh: 1016
  • Bal:
{awards}
Bülüwka,
=)))) twkler

--------------------
Qeyretsiz insan ipsiz iyneye benzer. Ne qeder cehd etsede tikis alinmaz!

Allah_Bendesi

  • 14 noyabr 2012 14:59
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Heç bir sözə inanmayın..Allaha inanın yetər..Allah razı olsun ..

my angel__

  • 14 noyabr 2012 14:56
  • Məqalə: 291
  • Şərh: 10842
  • Bal:
{awards}
cox sagol xebere gore mende boyuk panikadayam ...o geder ewitdim kii bu xeberlerden...bawdan axira kimi oxudum meqaleni..Allah ozu qorusun..

--------------------
Səndən sonra içimdə yoxdur qorxu. Çünki səni itirmək idi ən pis qorxulu duyğu.. #17

ZuZuM__

  • 14 noyabr 2012 14:41
  • Məqalə: 431
  • Şərh: 6749
  • Bal:
{awards}
bilirsinizmi butun dunyada 21.12.2012 tarixi milli sam gunu kimi elan olundu

--------------------

2miz 1olaq

  • 14 noyabr 2012 14:41
  • Məqalə: 1
  • Şərh: 171
  • Bal:
{awards}
twk.................................

--------------------
❤~°°•.♥.•°
❤~°°•.♥.•° Eshqin❤~°°•.♥.•°
❤~°°•.♥.•°

hello kitty

  • 14 noyabr 2012 14:31
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
MUZAKIRE ELEMEYE MOVZU TAPAMMIRLAR DA YAZIQLAR
MEN GOZUMU ACANDAN DEYIRLER DUNYA DAGILACAQ... DEYE DEYE AXIRDA DAGIDACAQLAR angry ALLAH BILEN MESLEHETDI love

::Jessica Alba::

  • 14 noyabr 2012 14:19
  • Məqalə: 13
  • Şərh: 1671
  • Bal:
{awards}
bezdimee bu 21 dekabr meselesinden hami olse mende onlarin icinde olecem Allah bilen meslehetdi her wey Onun elindedi

GuNaY_83

  • 14 noyabr 2012 14:05
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
{awards}
twk...............

--------------------

lilly

  • 14 noyabr 2012 14:03
  • Məqalə: 0
  • Şərh: 397
  • Bal:
{awards}
cefengiyyatdi hamisi...INANMIYIIIIN!!!!

--------------------
SADECE YORGANI UZERIME CEKEREK BELE XOWBEXT OLA BILIREMSE,MENI BEDBEXT EDECEK DERECEDE AXMAQ OLA BILMEZSEN!!!

Aytac12

  • 14 noyabr 2012 13:58
  • Məqalə: 2
  • Şərh: 44
  • Bal:
{awards}
boş-boş sohbetlerdi her sey ALLAHİN Elindedi ALLAHDAN cox bilecekler!!! Men bele boş-boş sohbetlere inanmiram!!!

tongue
HAHAHAHAHAHAHAHAH

--------------------
1)Oglanlarin nezerine eziyyet cekib dostluq yollamayin qebul etmeyecem!
2)Bir defe dostluq yolladiqda men qebul etmesem eziyyet edib ikinci sefer ya da 10 defede yollasaz qebul edesi deylem!!!!!!!!!!!!

romantik_awk

  • 14 noyabr 2012 13:41
  • Məqalə: 35
  • Şərh: 3237
  • Bal:
{awards}
yalandi...

--------------------
<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 34
Cəmi: 60

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 67
Cəmi: 734
 
The Shield
Xəbərləri: 66
Cəmi: 83
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 47
Cəmi: 476
 
♔Hе важно∞
Xəbərləri: 36
Cəmi: 207
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}