O an hər şeyə dəyər

 
O an hər şeyə dəyər

Mən hələ yenicə doğulmuşdum, heç nə anlamırdım, dərk etmirdim...

Yanımda yaşıdlarımla bərabər, məndən böyüklərdə vardı...

Yaşıdlarımla 1-1imizə baxıb gülüşərdik...

Böyüklərə isə qibtə ilə yanaşardım. Onlar necə yetkin, necə də gözəl idilər.

Gün gələcəkdi məndə onlar kimi olacaqdım.

Bir nurani , xoştəbiət, üzünün hər cizgisindən ayrı bir zəhmət duyulan qoca vardı.

Onu o qədər sevərdimki... O da məni sevərdi, daha doğrusu bizi.

Qayğımıza qalıb, xoş sözlər deyər.. əzizlərdi. Beləsini kim sevməz?

Lakin bir gün gördüklərim məni dəhşətə gətirdi! Bu nə olan işdir anlamadım.

O, əlində böyük bir qayçı ilə bizə yaxınlaşdı.

Amma bu dəfə üzündə ayrı bir ifadə vardı.

Həmişəki kimi bizi təngə gətirən kollardan qurtarmaq üçün gəlmədiyini hiss etmişdim sanki.

O böyüklərimizə yaxınlaşdı. Bu mənzərə çox dəhşətli, çox ağlasığmaz idi..

O axı bunu niyə edirdi? Ayırdı köklərindən onları...

Mən öz yaşıdlarımla üzərimizdə şehlər süzülərkən o yazıqlarda qəribə

bir sevinc ifadəsi vardı. "Dəlimi olmuşlar?" - deyə düşünərkən bizə :

" Bir gün anlayacaqsınız..." dedilər. Axı onlar niyə belə şad idilər?

Köklərindən ayrılmaq onları üzmədimi?

Vaxt keçir, bu hadisənin bir neçə dəfə şahidi ola-ola özümdə yetkinləşirdim.

Buna sevinirdim, qəribədir?

Əlbəttə məndə axırımın onlar kimi olacağını dərk edirdim,

lakin köklərimdən ayrılacağımı bilsəmdə o sualın cavabın öyrənəcəkdim...

Bu cavaba mənim bütün həyatım bağlı idi.

Çünki mən məhz elə həmin gün səbəb öyrənəcəkdim :

"Bu həyata niyə gəldim? Hansı nəticəyə görə?".

Həyatda çox gözlənilən anlar gec gəlib tez gedir,

ancaq sənin bütün həyatının mənasını həmin o qısa an təşkil edər.

Məndə o gün anladım... Bizlər :

... dünyaya gələn yeni canı mükafatlandıran,

... ən xoşbəxt gününü yaşayan,

... doğum gününü qeyd edən,

... gözəl anlar yaşamaq istəyən romantik,

... yaxınını sevindirməyə can atan gözəl,

... qırdığı qəlbi təmir etməyə çalışan kədərli insanlara bir vasitəyik...


Üzülmürdüm, tam əksinə sevinirdim...

Mən həyatımın mənasın dərk edərək məqsədimə çatmışdım..

Ən yüksək zirvədəydim artıq.

Bəzən o qısa lakin mənalı anlar bütün həyata dəyər, bax mən o anı dadmışdım!

Məqsədinizdən dörd əlli yapışın, çünki o, yalnız sizinlə birlikdə dəyər qazanar.


Geri dön

Sergio Ramos

  • 6 dekabr 2010 20:45
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
məNə mArAqLı oLmAdı ))) tŞk

--------------------

Ulya

  • 6 dekabr 2010 20:44
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox gozel sozlerdi.ellerine sagliq

L_SimuS

  • 6 dekabr 2010 20:37
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tewekkur xebere gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 54

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 59
Cəmi: 235
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 53
Cəmi: 75
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 549
 
aytc.sza
Xəbərləri: 24
Cəmi: 27
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 281
 
Lmzade
Xəbərləri: 22
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}