Yalnız 1 yol məndən keçir

 
Yalnız 1 yol məndən keçir

Sarı qızılgüllər var...Günəşin şəfəqlərindən yaranıb ətrafı nura qərq edən.
Qırmızı qızılgüllər var...ehtirasın odundan alışaraq dünyanı isidən.
Ağ qızılgüllər var...Ay işığının toxunuşundan rəng alaraq utancaq bir görkəm alan.
Qara qızılgüllər var...İnsan kədərinin dərinliyini özündə cəmləyərək ona şərik olmağa çağıran.
Mavi qızılgüllər var..Hisslərin günahsızlığını əks etdirən.
Buz bağlamış qızılgüllər var...donmuş sevgini təcəssüm etdirən...
Baxdım ki,bu qədər rənglər var, bəs insan inamının gücünü əks etdirən rəng hansıdır?

Yalnız 1 yol məndən keçir

-Sən həqiqətən də inanırsan ki,məni oxuya bilərsən?
-Məncə hə!
-Axı necə?
-Hələ bilmirəm, fikirləşirəm. Amma inanıram ki, bu mümkündür.
-Amma bu yağış yağarkən hansısa yağış damcısını tanımağa çalışmaq kimi bir şeydir.
-Qulaq as, insan həyatı yağış damlası deyil.O göydən düşməyib və onu minlərlə oxşar insanlar arasında səhv salmaq mümkün deyil.Sənin inanmaq bacarığın varsa-inan mənə.Onda mən mütləq səni tapacam.
-Məni məndə tap! Xahiş edirəm..
.
Yalnız 1 yol məndən keçir

...Bilirsən, mənim səninlə məsləhət edəcək vacib işlərim var!
...Bilirsən,mən bilmirəm bunu ona necə deyim. Kömək elə! Sən daha yaxşı izah edə bilirsən.
...Bilirsən.....


Günün müxtəlif zamanlarında bu sözləri deməyin,səbirsizliklə mənim fikirlərimi gözləməyin,mənim nə düşündüyümə diqqət etməyin bilirsənmi nə qədər dəyərlidir mənə.
Bu artıq çox şeydir.
Bu sevgidən də yüksəkdir. Bu etibarın, inamın ən yüksək zirvəsidir. Bilirəm ki, tək bu cümlən ilə sən məni hər kəsdən yüksək tutursan. Hətta yaxın olduğu insanlardan, hətta hər gün birlikdə vaxt keçirdiyi dostlarından da. Bilirəm ki, hər zaman bu belə olacaq-hər kəsdən əvvəl fikirlərini mənimlə bölüşəcəksən. Çünki başqası yox, məhz mən birinci eşitməliyəm sənin uğurlarını da, sənin məyusluqlarını da.Həyəcan və qorxularını da mən bölüşməliyəm. Məhz mən!
Birinci, qeydsiz-şərtsiz birinci olmaq kiminsə həyatında. Bu mənimçün əsil məhəbbətin, sevginin, səmimiliyin ən ali sübutudur. Burda artıq nə Səni sevirəm cümləsinə ehtiyac var, nə də Sən hər kəsdən dəyərlisən deməyə. Artıq bundan sonra həyatımın sonuna qədər nə qədər Səni sevirəm desələr də o hec vaxt Bilirsən bu gün...-cümləsini əvəz edə bilməz. Və mənim fikrimcə birlikdə hər şeyi bölüşmək üçün bəzən bircə cümlə kifayət edir.

Yalnız 1 yol məndən keçir

Mən səni sevirəm...amma zorla saxlamaq istəmərəm!
Mən səni dəyərləndirirəm...amma heç vaxt mühakimə etmərəm!
Mən sənimlə birgə addımlamaq istəyirəm...amma məcbiri həyatına soxulmaq istəmərəm.
Mən xahiş edə bilərəm...amma tələb etmək istəmərəm.
Mən kömək edə bilərəm...amma anlamadığın üçün məzəmmət etmərəm.
Amma bunlar kifayət deyil. Eyni yolu addımlamaq üçün hər iki tərəf bunu arzulamalıdır.
Odur ki,mən sənə doğru yoldayam,bəs sən?))....

Irəli bax.Qarşında çoxlu yollar var.Bütün yollar və cığırlar səni səsləyir.

Amma onları yalnız biri məndən keçir...


Geri dön

Made_In_Bakinka

  • 6 dekabr 2010 22:21
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
maraqlidir.. belay

maraqlidir.. belay

Ulya

  • 6 dekabr 2010 21:37
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol

SerSeRi_RuzGaR

  • 6 dekabr 2010 21:37
  • Məqalə: 67
  • Şərh: 656
  • Bal:
{awards}

-Sən həqiqətən də inanırsan ki,məni oxuya bilərsən?
-Məncə hə!
-Axı necə?
-Hələ bilmirəm, fikirləşirəm. Amma inanıram ki, bu mümkündür.
-Amma bu yağış yağarkən hansısa yağış damcısını tanımağa çalışmaq kimi bir şeydir.
-Qulaq as, insan həyatı yağış damlası deyil.O göydən düşməyib və onu minlərlə oxşar insanlar arasında səhv salmaq mümkün deyil.Sənin inanmaq bacarığın varsa-inan mənə.Onda mən mütləq səni tapacam.
-Məni məndə tap! Xahiş edirəm...

TeweKkur eDIrEM qEyri adI xEBeRDi))))))))))))))

--------------------
<<<$aLunKa>>>

AskZede

  • 6 dekabr 2010 21:25
  • Məqalə: 10
  • Şərh: 679
  • Bal:
{awards}
Mən səni sevirəm...amma zorla saxlamaq istəmərəm!
Mən səni dəyərləndirirəm...amma heç vaxt mühakimə etmərəm!
Mən sənimlə birgə addımlamaq istəyirəm...amma məcbiri həyatına soxulmaq istəmərəm.
Mən xahiş edə bilərəm...amma tələb etmək istəmərəm.
Mən kömək edə bilərəm...amma anlamadığın üçün məzəmmət etmərəm.
Amma bunlar kifayət deyil. Eyni yolu addımlamaq üçün hər iki tərəf bunu arzulamalıdır.
Odur ki,mən sənə doğru yoldayam,bəs sən?))....

Irəli bax.Qarşında çoxlu yollar var.Bütün yollar və cığırlar səni səsləyir.

Amma onları yalnız biri məndən keçir...

Super Xeberdi esasdi bu yerleri superdi cox beyendim cox sagol Ghost Twk...!

--------------------

Sergio Ramos

  • 6 dekabr 2010 21:24
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
nəSə mArAqLI oLmAdI ))) təşəkkür

İLk şəRh məNdəN

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 53
Cəmi: 67

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}