Mingəçevir şəhərində yanğın ailə faciəsinə səbəb olub. Fövqəladə Hallar Nazirlyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı ata-bala diri-diri yanıb. Hadisə şəhər ərazisində yerləşən beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində meydana gəlib. Ümumi sahəsi 20 kvadratmetr olan 1 otaq və aynabənddən ibarət mənzilin yanar konstruksiyaları yanıb.
Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər binanın 4-cü mərtəbəsindən 10 nəfər sakinin təxliyyəsini həyata keçiriblər. Yanğın saat 00:55-də söndürülüb. Yanğından sonra ev sahibi 44 yaşlı Elşad Həsənov və onun bir neçə aylıq qızı Xədicənin cəsədi aşkarlanıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.