Bəşər övladının ən böyük düşməni.. NƏFS!

 
Bəşər övladının ən böyük düşməni.. NƏFS!!!

Bağışlayan və mehriban ALLAHın adı ilə !!!
Nəfs..Bəşər övladını hər cür pisliklərə,cəhalətə,iftiraya və zəlalətə sürükləyən bir qüvvə! Nədir nəfs? Nəfs, könül, qəlb, ürək..Bunlar eynidirmi?..Nədir bunların fərqi?

ALLAHu Təala Səcdə surəsinin 9-cu ayəsində belə buyurmuşdur : “Sonra onun (bədən) üzvlərini (ananın bətnində) kamil etdi və ona Öz ruhundan üfürdü; sizin üçün (insanlar üçün hiss edilənləri dərk etmə vasitəsi olan) qulaq və göz və (ağılla qavranılanları dərk etmə vasitəsi olan) ürək verdi, halbuki, çox az şükr edirsiniz.”
Qəlb - Bu köksümüzün sol tərəfindəki ət parçası deyildir. Ona ürək deyərlər. Qəlb ürəkdə kök salan bir qüvvədir ki,gözə görünməz.Ürək daxilində bir elektrik cərəyanı kimidir.Buna könül də,deyilər

Qəlb-Könül, ürəyin işıgıdır, nurudur. Könül, yalnız insanlara əta olunmuşdur. Heyvanlarda bu yoxdur. Bədənin bütün əzaları qəlbin əmrindədir. Hissiyyat orqanlarımızın, sinirlərimizin duydugu hər nə varsa,qəlbdə toplanır. İnanmaq, sevmək, qorxmaq insanın qəlbindədir. Etiqad edən də, küfr edən də, inanan da, kafir olan da, qəlbdir! Qəlbi təmiz olan,dinə,imana gələr.Imanının kamil olması üçün çalışar. Qəlbi küfr içində olan insan isə, dinindən, imanından, haqqın aliliyindən hər bir vəchlə qaçar. Gözəl əxlaqın və bədxah düşüncələrin yeri qəlbdir. ALLAHu Təala dinini,Peygəmbərlərini bəşər övladlarının qəlblərini təmizləmək üçün göndərdi.Qəlbi təmiz olan hər kəsə yaxşılıq edər,dünyada rahat,hüzür içində ömür sürər.Axirətdə isə,əbədi və sonsuz səadətə qovuşar.
Əgər ürəksiz qorxaq və cəsarətsiz deməkdirsə,qəlbsiz də,mərhəmətsiz deməkdir.Amma könül qəlb deməkdirsə,könülsüz heç də qəlbsiz demək deyildir.Könülsüz,istəksiz deməkdir. Könül bir də NƏFS anlamına gəlir.Nəfsin daha çox iki anlamı vardır:
1.Bir kəsin özü, məni. Məsələn,Qur’ani Kərimdə :”Hər nəfs, ölümü dadıcıdır” buyurulur.
2.Dinə uymayan,imandan qaçan istəklərin mənbəyi.Buna nəfsi-əmmarə deyilər.


Ümumən nəfsin növləri 7-dir. Bunlar:

1. Nəfsi-Əmmarə.
2. Nəfsi-Ləvvamə.
3. Nəfsi-Mülhimə.
4. Nəfsi-Mütməinnə.
5. Nəfsi-Radiyə.
6. Nəfsi-Mərdiyyə.
7. Nəfsi-Təzkiyyə


Bunların ən qorxulusu, bəşər övladını ləzzətə və şəhvətə sürükləyən,bütün növ azğınlıqlara təhrik edən nəfsi-əmmarədir(əmmarə-əmr edən).Insan doğulduğundan qəbr evinə qədər onunla mübarizə aparır.

Nəfsi-ləvvamə-Insanı məzəmmət edən nəfs.Pis iş gördüyündə,bundan peşiman olub,əfv diləyən nəfs və yuxarıda sadaladığım növlərin içərisində ən gözəli,ən xeyirlisi.Kamil insan zirvəsinə yalnız nəfsin bu növünə uymaqla,dininə,Yaradanına baglılıgı ilə insan çata bilər.” Və and içirəm özünü məzəmmət edən nəfsə (möminin nəfsinə və ALLAHa asi olduğu üçün özünü məzəmmət edən ayıq vicdanına and olsun ki, Qiyamət haqdır)!!!.”Qiyamət surəsi,2

Nəfsi-mülhimə-Nəfsin bu mərtəbəsində insan qəlbi artıq ALLAHından ilham almağa başlar.Nəfsi təzkiyyə etməklə-təmizləməklə insan yavaş-yavaş,mərtəbə-mərtəbə ALLAHına yaxın olmaga başlar.

Nəfsi-mütməinnə-Nəfsin uca məqamı.Heç bir nəfs mütməinnə məqamına çatmamış əsla Cənnət üzü görməz.Mütməinn olmayan nəfs,Cənnətə girə bilməz!ALLAHu Təala Qur’ani Kərimdə buyurur : “Ey Sükunətə qovuşmuş və doymuş Nəfs,Sən Rəbbindən,Rəbbin də səndən razı olduğu halda Rəbbinə dön!Qullarımın arasında Cənnətə gir!”

Nəfsi-Radiyə-Razı olan, xoşhal olan nəfs. Bu nəfs,hər bir əməlilə ALLAHına yönələn,ALLAHından və Onun yaratdıqlarından qafil olmayan,Uca ALLAHdan daima razı olan nəfsdir.

Nəfsi - Mərdiyyə-ALLAHu Təala bu məqamda nəfsdən razı oldugu üçün ona bu ad verilmişdir. Bu məqamda ALLAH,həqiqət yolçusundan,öz mömin bəndəsindən razı olur.Yəni insan artıq ALLAHına kifayət qədər yaxınlaşmışdır.Başqa cür desək,hər bir halında,hər hərəkətində ALLAHladır.Dünya malına gözünün ucu ilə belə baxmaq istəməz.Yalnız və yalnız ALLAHına qovuşacagı günü gözlər,InşahALLAH!Bu Fəcr surəsinin 28-ci ayəsindəaçiqcasına buyurulmuşdur : “Rəbbindən razı ol ki,Rəbbin də,səndən razı olsun!”

Və ən nəhayət…Nəfsi-Təzkiyyə (Nəfsi-Safiyyə və ya Maiyyədə,deyilir)
- Təzkiyyə-təmizlik anlamına gəlir.Bu məqamda nəfs artıq təmizlənmişdir.Kamillik zirvəsindədir.Varlıgında ALLAHına sevgidən başqa heç nə yoxdur.Bu məqam,nəfsin ən yüksək və ən ali məqamıdır.Bu məqama çatan,artıq öz meracını tamamlamışdır.Bu məqamda insanın hərəkətləri və sözləri ALLAHın hərəkətləri və sözləridir.Bu məqam sadəcə yaşana bilər,anladıla bilməz!!!
"Şübhəsiz, insanı Biz yaratdıq və nəfsinin ona nə ilə vəsvəsə etdiyini bilirik. Biz ona şah damarından da yaxınıq." Qaf suresi,16.

Hz.Aişə Peygəmbər əfəndimizə belə bir sual edir: Ya Rəsul, İnsan ALLAHını nə zaman tanıyır?
Cavab: NƏFSİNİ TANIDIĞI ZAMAN

ALLAH sizlərdən razı olsun..Amin..


Geri dön

music_angel

  • 1 sentyabr 2011 14:22
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

lqasimova

  • 13 may 2011 19:31
  • Məqalə: 0
  • Şərh: 116
  • Bal:
{awards}
cox sag olun.

Just For Legend

  • 12 dekabr 2010 00:51
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
maraqli xebere gore minnettararam

--------------------

Ulya

  • 7 dekabr 2010 21:08
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol bele maraqli yaziya gore

Sergio Ramos

  • 7 dekabr 2010 20:34
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
təşəkkür

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 28

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}