İnsanın vücudunun iki hissədən ibarət olması şübhəsiz aydındır: Cism və ruh. İslam dininin baxışında insanın ölməsi ruhun cismdən ayrılması deməkdir. Cism maddədir və maddəyə qayıdır. Belə ki, ya torpağa tapşırılaraq illər keçdikdən sonra çürüyüb torpaqla qarışır, ya da onu yandırıb külünü dağlara dənizlərə səpirlər. Hər iki halda maddəyə qarışır, lakin ruhun mahiyyəti cism kimi dəyişilmir əksinə sağlam qalmalıdır.
Həyatı davam edir. Çünki, O Allah taalanın əmridir, mənəviyyatla bağlıdır. Allahın əmri məhv ola bilməz. Buyurur: "Səndən ruhun (həqiqəti) barəsində soruşurlar. De: Ruh Rəbbimin əmrindəndir. Sizə elmdən yalnız az (miqdar) verilmişdir." ("İsra" surəsi, 85-ci ayə) Habelə insanı başqa yaranmışlardan fərqləndirən və ona üstünlük verən də həmin əmrdir. Belə ki, Allah taalanın yer üzərində xəlifə və canişini olmağa ləyaqət əldə edir. Başqa surədə insanın nütfədən (bir damla murdar sudan) yaranması haqda buyurur: "Onu nütfə şəklində möhkəm bir yerə (ana bətninə) qoyduq. Sonra nütfəni ələqə etdik (laxtalanmış qana çevirdik). Sonra ələqəni müzğə etdik (çeynənmiş ət parçası halına saldıq). Ondan sonra müzğəni (yumşaq) sümüklər etdik. Beləliklə sümüklərə ət (libası) geyindirdik. Sonra onu bambaşqa bir məxluq olaraq yaratdıq." ("Muminun" surəsi, 13 və 14-cü ayələr) O cümlədən buyurub:
"Əlbətdə sizi yaratdıq, sonra sizə surət verdik və mələklərə - Adəmə səcdə edin - dedik." ("Ə`raf" surəsi, 11-ci ayə) Aydındır ki: "Başqa bir varlıq olaraq yaratdıq" və ya "sonra sizə surət verdik." cümlələri insasın vücuduna öz ruhundan üfürməsi deməkdir. Belə ki, yaradılışın əvvəlində də belə olur. Sad surəsinin 71 və 72-ci ayələrinin bu ayələrdə azacıq fərqlə təkrar olunmasına baxın: "Yada sal ki, o zamanı Sənin Rəbbin mələklərə dedi: Mən qurumuş və qoxumuş qara palçıqdan insan yaradacağam, ona surət verib ruhumdan üfürdüyüm zaman, ona səcdə edin." ("Hicr" surəsi, 28 və 29-cu ayə)
Deməli, ruhun həqiqəti və mahiyyəti Allah taalanın əmrindən başqa bir şey deyil.Buna görə də xasiyyəti ilahi və məlakuti, mahiyəti isə həmişəlik və davamlı olmalıdır. Beləliklə, insanın vucudu iki hissədən ibarətdir: Cism və ruh. Cism bu gözlə görünən formadır, lakin ruh dedikdə bəşəri başaqa canlılardan ayırıb insan edən Allah taalanın əmri nəzərdə tutulur. Həqiqətdə demək olar ki, "mən" dedikdə elə ruha işarə edirik. Cism isə "mən"- in mərkəzidir.
(Azacıq diqqət lazımdır.) Bütün bunları nəzərə alaraq deyilib: Cism fanidir, lakin ruh qalıcıdır. Qiyamət günündə ruh yenidən öz cisminə qayıdacaq. Qiyamət günü, o gündür ki, Yasin surəsində belə vəsf olunub: "O gün şeypur çalınar, hamı qəbirdən çıxıb sürətlə öz yaradanlarına tərəf yola düşərlər. (Bir-birinə) deyərlər: Vay olsun bizə! Bizi yatdığımız yerdə qəbirdən kim qaldırdı. (Cavab eşidərlər:) Bu Rəhmanın məxluqata buyurduğu vəddir və onun peyğəmbərləri doğru deyirlərmiş!" ("Yasin" surəsi, 51 və 52-ci ayələr)