Əgər belə qorxursansa
Bir tərəfdən elm adamları, din xadimləri bu iddianın, yəni 21 dekabrda dünyanın qaranlığa bürünməsini təkzib edən açıqlamalar verirlər, bir tərəfdən də xəbər portalları camaatın altdan-altdan “qara gün”ə hazırlaşdığını yazırlar. Ən çox da 60 qəpiklik şamların, quru peçenyelərin, konservlərin bərk satıldığı bildirilir. Biləcəridən Elşad adlı bir mağaza sahibi bu fürsətdən faydalanan bəzi topdansatış mərkəzlərinin qiymətləri qaldırdığını deyir. Hətta qəzetlərin yazdığına görə, AFFA da həmin günə təyin edilmiş oyunların tarixini dəyişib.
Belə şeyləri görəndə istər-istəməz qədim tarixləri və o tarixlərdə yaşanmış ibrət dolu hadisələri düşünməli olursan. Tarixdə o qədər məhəlli qiyamətlər yaşanıb ki... Hər birindən əvvəl də müəyyən xəbərdarlıqlar, cəzalar gəlib. O toplum ki, gördüyündən düzgün nəticə çıxarıb, bəlalardan da canını qurtara bilib, düzgün nəticə çıxara bilməyənlər isə tarixin də, torpağın da dibinə gömülüblər. XXI əsrdə yaşayırıq. Çox şükür, hər iki adamımızdan birinin də cibində ali təhsil diplomu var. Amma, görəsən, bu adamlar hansı kitabları oxuyublar, hansı dərsləri keçiblər ki, bu qədər avam qalıblar? Lap tutaq ki, qiyamət qopdu, sənin şamından, ya quru peçenyendən kimə nə fayda?
Peyğəmbərimizin (s.ə.s.) bir söhbəti var. Bir gün səhabələrindən soruşur ki, ömrünüzdən bircə saat qaldığını bilsəniz, nə edərdiniz? Cavablar da müxtəlif olur, amma müxtəlif olsa da, hamısı doğru qəbul olunmalı cavablardır:
- Ya Rəsulullah, bilsəm ki, bircə saat ömrüm qalıb, insanlardan halallıq istəyərdim.
- Alnımı səcdəyə qoyub Allaha yalvarardım.
- İnsnalara yaxşılıq edərdim.
- Hər şeyimi sədəqə verərdim...
Beləcə, cavablar uzanıb gedir. Rəsulullah da cavablardan heç birini təkzib eləmir, yəni hamısı ilə razılaşır. Sonra da hər kəs susur və nəzərlər o Sevgililər Sevgilisinin üzünə zillənir, hər kəs o dodaqlardan süzüləcək həqiqəti öyrənməyə, öyrəndiyini ruhuna köçürməyə hazırlaşır. Allah Rəsulu da təbəssüm dolu o gözəl baxışlarını səhabələrinin üzərində dolandırır və sakitcə buyuyur:
- Kim əmindir ki, onun ömründən cəmi bircə saat qalmayıb?
Cavab çox mənalı, çox da düşündürücüdür, elə deyilmi? Demək istədiyimiz odur ki, qiyamətə hazırlaşırıqsa, heç olmasa, lazım olduğu kimi hazırlaşaq. Yəni elə şamlar alaq, elə ərzaqlar yığaq ki, yerin altında qalacağımız illər uzunu yolumuzu işıqlandırsın, aclığımızı, susuzluğumuzu aradan qaldıra bilsin. Yoxsa, əmin olun ki, mağazadan aldığınız şamlar oksigensiz yerə girən kimi sönəcək. Vəssalam.