ALLAH Rəsulunun yuxusu

 
ALLAH Rəsulunun yuxusu

Ən böyük hədis kitablarından biri olan, Buxarinin rəvayətinə görə səhabələrdən Səmurə ibn Cündəb (r.a) belə demişdir: Rəsulullah (s.ə.s) bir səhər bizə: Bu gecə yuxumda mənə hər zaman gələn iki mələk “Cəbrail” ilə “Mikayıl” gələrək: “Qalx! Ey Məhəmməd, gedirik” dedilər. Mən də onlarla bərabər getməyə başladım.
İlk olaraq yanı üstə yatmış bir adamın yanına gəlib çatdıq. Əlində bir qaya parçası olan başqa bir adam da, yanı üstə yatan adamın başına, əlindəki qaya parçasını vuraraq, onun başını yarırdı. Adamın baş nahiyəsinə şiddətli bir zərbə ilə vurulan daş, yuvarlanıb gedərkən, həmin adam daşı gedib gətirənə qədər, yaralının başı sağalaraq əvvəlki halına dönürdü. Adam əvvəl etdiklərinin eynisini təkrarlayırdı. Mən bu mələklərə: "Sübhanəllah,bu nə haldır?" dedim. Onlar: "Heç soruşma, irəli get!" dedilər.
İrəli getdikdə bu səfərdə arxası üstə yatmış bir adamın yanına gəlib çatdıq. Bu adamın da başı üstündə əlində dəmirdən çəngəl olan bir başqası dururdu. Bu adam, yatan adamın bir tərəfinə keçərək əlindəki çəngəllə, həmin adamın burnundan boynun arxasına qədər olan hissəsini parçalayırdı. Sonra o biri tərəfinə keçərək, o tərəfini də eyni şəkildə parçalayırdı. Bir tərəfin işini bitirmədən, daha əvvəl yardığı tərəf əvvəlki halına gələrək sağalırdı. Sonra əvvəlki tərəfə dönüb birinci dəfə etdiyini təkrar edirdi. Mən: "Sübhanəllah, bu nədir?" dediyimdə. Onlar: "Heç soruşma, irəli get ey Məhəmməd!" dedilər.
Təndir kimi altı geniş, üstü dar bir quyuya çatdıq. Bu quyunun dibində alov yanırdı. Alov yüksəldikcə içindəki insanlar da yüksəlir, hətta quyunun ağzından çıxmağa yaxınlaşırdılar. Alov sakitləşəndə də aşağı düşürdülər. Burada Peyğəmbərimiz (s.ə.s) yuxusunu danışmağa belə davam etdi. Orada nə dedikləri başa düşünülməyən qışqırıqlar, fəryadlar bir birinə qarışmışdı. Biz qışqıranların içində bir çox çılpaq kişi və çılpaq qadınların olduğunu hiss etdik. Mən bu iki mələyə: "Bunlar kimdir?" deyə soruşduğumda mələklər yenə mənə: "Heç soruşma, irəli get!" dedilər.
İrəli getdik. Nəhayət qarşımıza içi qanla dolu bir çay çıxdı. Bir adam həmin çayın içində boğulmaq üzrə idi. Çayın kənarında da qarşısına daşlar yığmış başqa bir adam var idi. Çayın içində boğulmaqda olan adam, sahilə yönəlib oradan çıxmaq istəyincə, sahildəki adam, onun ağzına bir daş atıb əvvəlki yerinə qovurdu. Çıxmaq üçün sahilə hər gəldiyində sahilin kənarında olan həmin şəxs, dərhal onun ağzına bir daş atırdı. O da, uzaqlaşdıgca uzaqlaşırdı. Mən, o iki mələyə: "Bu iki adamın halı nədir?" dedim. Onlar mənə: "Heç soruşma, irəli get!" dedilər.
İrəli getməyə davam etdik. Çox çirkin bir adamın yanına gəlib çatdıq. Himayəsində bir alov vardı. Həmin alovu dayanmadan yandırır və ətrafında fırlanırdı. Mən o iki mələyə: "Bu adamın halı nədir?" dedim. Onlar mənə: "Heç soruşma, irəli!" dedilər.
İrəliyə doğru hərəkət etməyə davam etdik. İçərisində hər cür çicək olan; sıx və uzun bitkilərlə bürünmüş bir bağçaya gəldik. Bağçanın ortasında uzun boylu bir adam var idi. Səmayə doğru uzanan boyunun uzunluğundan, başını görə bilmədim. Bu adamın ətrafında bir çox uşaq vardı ki, bu vaxta kimi o qədər uşağı bir arada görməmişdim. Mən: "Bu adam və uşaqlar kimlərdir?" deyə soruşdum. Onlar mənə: "Heç soruşma irəli get!" dedilər. İrəlilədikdə böyük bir ağacla rastlaşdıq ki, ondan da böyük və daha gözəl ağac görməmişdim. Mənə: "Buraya çıx" dedilər. Birlikdə o ağaçda olan bir şəhərə doğru çıxdıq. O şəhərin binaları qızıl və gümüş kərpiçlərdən tikilmişdi. Şəhərin qapısına gəldikdə, qapının açılmasını istədik. Qapı vəzifəli şəxslər tərəfindən açıldı. Bizdə içəri daxil olduq. Bizi bəzi adamlar qarşıladı. Onların vücudlarının yarısı, sizin gördüyünüz şeylərin ən gözəli, digər yarısı da sizin gördüyünüz şeylərin ən çirkininə bənzəyirdi. Yanımdakı o iki mələk bu kimsələrə:
"Gedin və bu çaya girin!- deyərək onlara ətrafda olan bir çayı göstərdilər. Baxdım ki, eninə axmaqda olan bir çay, suyuda süd kimi ağappaq. Onlar gedib göstərilən çaya girdilər. Sonra çıxıb bizə gəldiklərində çirkinliklərindən əsər əlamət qalmamışdı. Peyğəmbərimiz (s.ə.s) sözlərinə belə davam etdi: Məni götürən o iki mələk: bura Adn cənnətidir, bura da sənin evindir. Başımı qaldırıb baxdım, birdə nə görsəm yaxşıdır; ağ buluda bənzəyən bir köşk. Bax buda sənin evindir, dedilər. Mən o iki mələyə: ALLAH sizə xeyirlər versin, icazə verin mən oraya girim dediyimdə: xeyr, indi deyil! Sən oraya daha sonra, yəni öldükdən sonra girəcəksən, dedilər. Bunun üzərinə mən: bu gecə boyunca heyrət verici çox şeylərlə qarşılaşdım. Gördüklərimi mənə izah edərsinizmi?- deyə soruşduğumda: İndi izah edərik, deyərək izah etməyə başladılar.
İlk əvvəl qarşına çıxan, başı daşla vurulan adam Quranı bildiyi halda onu tərk edən və fərz namazın vaxtını yuxu ilə keçirən kimsədir.
Burnundan boynunun arxasına qədər yarılan adam da, evindən çıxaraq ətrafa yalan yayan kimsədir.
Təndirin içərisində olan çılpaq kişi və qadınlar isə, dünyada ikən zina edən kişi və qadınlardır.
Çayda boğulubda səhraya çıxmaq istəyən adam, faiz yeyən kimsədir.
Ətrafındakı atəşi davamlı yandırıb, onun ətrafında dolanan çirkin görünən kimsə də, cəhənnəmin qoruyucusu Malikdir.
Bağçadakı uzun boylu adam, İbrahim (ə.s)-dır. Ətrafındakı uşaqlar da İslam fitrəti üzrə ölən kiçik uşaqlardır.

Vücudlarının yarısı gözəl, yarısı çirkin olan adamlara gəlincə, onlar da gözəl işləri ilə pis işləri bir-birinə qarışan kimsələrdir. Allah onları bağışlamışdır- dedikdən sonra ALLAHın Rəsulu (s.ə.s) beləcə ona diqqətlə qulaq asan əshabına, yuxusunun bitdiyini bildirdi.


Geri dön

music_angel

  • 1 sentyabr 2011 14:22
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

omur

  • 11 dekabr 2010 18:12
  • Məqalə: 0
  • Şərh: 231
  • Bal:
{awards}
maraqli idi cox sagol minnettarim sad

--------------------
wirinler

a.n.g.e.l

  • 8 dekabr 2010 19:51
  • Məqalə: 0
  • Şərh: 7
  • Bal:
{awards}
cox sagol.

Ulya

  • 7 dekabr 2010 21:53
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox maraqli idi

Sergio Ramos

  • 7 dekabr 2010 21:48
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
təşəkkür edirəm

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 49

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 410
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}