Paytaxt siqaret tüstüsü ilə nəfəs alır

 
Paytaxt siqaret tüstüsü ilə nəfəs alır

Mütəxəssislər qapalı yerlərdə siqaret çəkməyin xüsusən ürək-damar sisteminə mənfi təsir etdiyini söyləyirlər.

Bütün dünyada siqaretə aludəçilik ölümün əsas səbəblərindən birinə çevrilib. Dünya ölkələri təhlükənin daha da artmasından narahatlıqlarını bildirərək müxtəlif mübarizə tədbirlərinə əl atıblar. Məsələn, qonşu Rusiyanın səhiyyə sistemi siqaret çəkməklə mübarizədə mühüm dövrünü yaşayır. Xüsusən günlərini kafe və restoranlarda keçirən qızların və yeniyetmə oğlanların, hamilə qadınların siqaretə aludəçiliyi böyük problemə çevrilib. Ekspertlər bildirirlər ki, Rusiyada siqaretlə mübarizə Qərbdən 60 il geri qalır. Ölkədə siqaretlə mübarizə ilə bağlı milli konsepsiya qəbul olunsa da, indi-indi milyonlarla insanın həyatını xilas etmək üçün unikal şans yaranıb. Xüsusən qapalı yerlərdə - restoran, bar və kafelərdə siqaretin çəkilməsi insanları daha çox narahat edir.

Qeyd edək ki, artıq dünya təcrübəsində qapalı yerlərdə siqaretin qadağan olunması ilə bağlı qərar öz müsbət nəticəsini göstərib. Hazırda ABŞ-ın 29 ştatında belə qadağa qoyulub. Son 10 ildə ABŞ-da qapalı məkanlarda siqaretin qarşısını almağa xeyli nail olublar. Əhalinin daha sıx yaşadığı Nyu-York şəhərində restoranlarda turistlərin “tüstülü” məkana daxil olmaq istəməmələrindən ehtiyatlanaraq nəzarət tədbirləri gücləndirilib. Bu qadağadan sonra aparılan sorğular restoran biznesinin heç də ziyan çəkməməsini, hətta müştərilərinin sayının çoxalmasını göstərib. Daha çox siqaret çəkən qadınların olduğu ölkələrdə də restoranlarda bu vəziyyət stabilləşməyə başlayıb. Üstəlik, restoranın daha bir qazancı olub: ofisiantlar nadir hallarda xəstəxanalara bülleten üçün müraciət edirlər.

Rusiyada isə deyirlər ki, əgər bu cür qapalı yerlərdə siqareti ləğv etsək, bu, ölkənin restoran biznesinə ciddi zərbə ola bilər. Bununla belə, Rusiyada restoranlarda siqaretin və əhaliyə ünvanlanan bu tipli reklamların qadağan olunması ilə bağlı böyük ictimai dəstək var. Ekspertlər siqaretlə bağlı reklamların azlığından narazılıqlarını bildirirlər. Hazırda Rusiyada Qərbin 40-60 il əvvəl istifadə etdiyi metodlardan istifadə olunur. Siqaret əleyhinə beynəlxalq ekspert Metyu Mayersin sözlərinə görə, sonuncu dəfə ABŞ-da siqaretlə bağlı reklamlardan çox-çox əvvəllər istifadə olunub. Hazırda ABŞ-da siqaretə çağırışla bağlı reklamlar qadağandır. Reklamlar qadağan olunandan sonra qadınlar arasında siqaretə aludəçilik azalıb və ağ ciyər xərçəngi ilə xəstələnənlərin sayında da azalma müşahidə edilib.

Rusiyada isə vətəndaş cəmiyyəti əhali arasında siqaret əleyhinə təbliğatın hansı metodunun daha effektli olması ilə bağlı müzakirələrini hələ də aparmaqdadır. O cümlədən, bu cür kampaniyalar Hindistanda, Türkiyədə, Avstraliyada da keçirilir.

Xüsusən uşaqların siqaretə qurşanması dünya ölkələrini narahat edir. Nyu-Yorkda aparılan belə kampaniyalar uşaqların məktəbdə siqaret çəkməsini xeyli azaldıb. Hazırda Nyu-Yorkda yalnız 7 faiz yuxarı sinif şagirdi siqaret çəkir. Üstəlik, kampaniya başlayandan sonra Nyu-Yorkda uzunömürlülük 3 il artıb.

Mütəxəssislər həm də qapalı yerlərdə siqaret çəkməyin insanların səhhətinə, xüsusən ürək-damar sisteminə mənfi təsir etdiyini söyləyirlər. Həkimlər daha çox qapalı yerlərdə siqaret çəkənlər arasında ürəktutmaların sayının get-gedə artdığını bildirirlər.

Örnək modellər

Misirin Səhiyyə Nazirliyi qapalı yerlərdə siqaret çəkməyi qadağan edib. Qonşu Gürcüstanda isə uşaq bağçaları və orta məktəblərdə siqaret çəkmək qanunla qadağan edilib.

Siqaretlə mübarizədə Türkiyə modeli isə örnək kimi götürülə bilər. Belə ki, qonşu ölkədə öncə siqaret əleyhinə qadağa ictimai nəqliyyatda tətbiq olunub. 8 il aparılan monitorinqdən sonra bütün qapalı mühitdə siqaret çəkilməsinə qadağa qoyulub. Hazırda qonşu ölkədə bu işə bir neçə qurum nəzarət edir. Belə ki, bölgələrin, şəhər bələdiyyələrinin, tibb işçiləri, vergi nümayəndələrinin iştirakı ilə qrup yaradılır, onlar qanunun icrasına nəzarət edirlər. İdarə, müəssisələr qanunu pozursa, əvvəlcə 500 türk lirəsi məbləğində cərimə edilir. İkinci dəfə cərimənin məbləği daha da artırılır, üçüncü dəfə artıq müəssisə qapadılır.

Siqaretə “yox”

Qeyd edək ki, ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanun bizim ölkədə də ictimai müzakirəyə çıxarılıb. Artıq Azərbaycanda ictimai nəqliyyatda siqaret çəkməyə qadağa qoyulub və bu qadağaya məhəl qoymayanlar 50 manat cərimə olunmalıdırlar. İctimai nəqliyyatda tətbiq olunan qadağanın effektivliyini müəyyən etmək üçün aparılan monitorinq ictimai nəqliyyatda siqaret çəkilməsinin qarşısının xeyli alındığını göstərib. Hələlik cərimə mexanizmləri işə düşməsə də, qadağa özünü göstərib. Bundan əlavə, ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanun bütün qapalı yerlərə, idarə və müəssisələrə, avtovağzal, dəmiryolu vağzalı, avtobuslar, hətta taksilərə də şamil ediləcək. Avtobusda, taksidə sərnişin varsa, sürücünün siqaret çəkməsi qadağan ediləcək.

Bununla belə, qanunun qəbul ediləcəyi təqdirdə, bizdə də müəyyən etiraz edənlərin olacağı istisna edilmir. Qanun layihəsinin təşəbbüskarlarından biri olan millət vəkili Musa Quliyevin fikrincə, qanun qəbul olunandan sonra etiraz edənlər ilk olaraq restoran, çayxana sahibləri və tütün satan şirkətlər olacaq: “Bu qanunun qəbulu ilk olaraq siqaret çəkənlərin sayını azaldacaq. Türkiyədə qanunun qəbulundan sonra siqaret çəkənlərin sayı 2 il ərzində 20 % azalıb. Bu elə qanundur ki, qəbul olunan kimi işləməlidir, əgər işləməsə, qanun nüfuzdan düşür və işlətmək olmur
”.

Qeyd edək ki, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) dəstəyi ilə Azərbaycanda 13-15 yaşlı gənclər arasında keçirilən tütündən istifadənin qlobal tədqiqatının (GYTS) nəticələrini açıqlayıb. Məlum olub ki, şagirdlərin 94 faizi düşünür ki, ictimai yerlərdə tütünçəkmənin qadağan edilməsi zəruridir.

Həmçinin bizdə də qadağa ilə yanaşı, müəyyən təbliğat işlərin görülməsi nəzərdə tutulub. Belə ki, televiziyalar qarşısında ay ərzində 90 dəqiqədən az olmayaraq siqaret çəkməməklə bağlı maarifləndirici verilişlərin verilməsi barədə öhdəlik qoyulacaq. Televiziyalarda siqaret reklamı tam qadağan olunacaq və s. Eyni zamanda, orta məktəblərin yuxarı sinifləri və ali məktəblərdə siqaret əleyhinə dərs proqramı olacaq. Dövlətin bütün səhiyyə ocaqlarında siqareti tərgidənlər üçün ayrıca pulsuz kabinetlər fəaliyyət göstərəcək və s.

Bütün bunlar, qanun qəbul olunandan sonra olacaq. Hələlik isə bizdə ictimai yerlər, xüsusən restoran və kafelər siqaret dumanına bürünüb.


Geri dön

ZuZuM__

  • 16 dekabr 2012 16:37
  • Məqalə: 430
  • Şərh: 6929
  • Bal:
тесеккурлер....муеллифин авикиндеки оглан пис ыедилидеки зекиьые охсиыирр

--------------------

GuNaY_83

  • 26 noyabr 2012 11:05
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
XEBERE GORE SAG OLUN....

--------------------

ShoKKi_MoKKi

  • 18 noyabr 2012 01:08
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
zehlem gedire siqaretin iyinden...tesekkur xebere gore..

--------------------

ღ★ Firuzə ★ღ

  • 17 noyabr 2012 20:06
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
xmmm bele bele iwderrr :) tewekkurler eziyyete goree winked

--------------------

ღ★Diamond★ღ

  • 17 noyabr 2012 19:58
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
bulari bilirkde tebiyiki fellow

so_sad

  • 17 noyabr 2012 17:16
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
maraqli xeberdi

_Susqun_

  • 17 noyabr 2012 17:16
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
{awards}
XEBERE GORE SAG OLUN....

--------------------

SALLİ

  • 17 noyabr 2012 17:08
  • Məqalə: 0
  • Şərh: 577
  • Bal:
{awards}
Xəbərə görə təşəkkürlər

solnuska

  • 17 noyabr 2012 17:06
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
XEBERE GORE COX SAQ OLUN...

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

my angel__

  • 17 noyabr 2012 16:24
  • Məqalə: 291
  • Şərh: 11177
  • Bal:
{awards}
menim xowum gelir siqaret iyinden=)

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

✰GoLd GirL✰

  • 17 noyabr 2012 16:13
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Siqaretə "yox"

2miz 1olaq

  • 17 noyabr 2012 12:30
  • Məqalə: 1
  • Şərh: 189
  • Bal:
{awards}
cox saolun xebere goreee))

--------------------
❤~°°•.♥.•°
❤~°°•.♥.•° Eshqin❤~°°•.♥.•°
❤~°°•.♥.•°

Prank girl

  • 17 noyabr 2012 11:56
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Siqaretə “yox”

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

GuNaY_83

  • 17 noyabr 2012 11:47
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
xebere gore tesekkurler

--------------------

..::MisS DioR::..

  • 17 noyabr 2012 11:33
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
zehlem iyinden geidre...xebere gore cox saq ol...

--------------------

DILEKLER

  • 17 noyabr 2012 11:29
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
Siqaretə “yox”

Kamran.E

  • 17 noyabr 2012 11:12
  • Məqalə: 5
  • Şərh: 1040
  • Bal:
{awards}
Siqaret Insan Ucun Cox Ziyandi Insanin olumune sebeb ola biler ..tek onu ceken yoxx onun yaxininda kilarda bundan zitan ceke biler..tewekurler

--------------------
-İki Üzlü Olub Bir Dünyan üçün Yox , Bir üzlü Olub iki Dünyan üçün Yaşa!

keven

  • 17 noyabr 2012 10:55
  • Məqalə: 43
  • Şərh: 1219
  • Bal:
{awards}
xebere gore tesekkurler

--------------------

come back

  • 17 noyabr 2012 10:51
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
xebere gore tewekkur edirem teesuf ki eledir.

fatimeyinur

  • 17 noyabr 2012 09:50
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
xebere gore cox sag olun...

susan test

  • 17 noyabr 2012 09:41
  • Məqalə: 3
  • Şərh: 453
  • Bal:
{awards}
xebere gore tesekkurler

--------------------
dostlarimm
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 51
Cəmi: 72

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 22
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1143
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}