Sabah Məhərrəm ayı başlayır

 
 Sabah Məhərrəm ayı başlayır


Qafqaz Müsəlmanları İdarəsi fətva verib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Hicri-qəməri təqvimi ilə Məhərrəm ayının başlanması münasibətilə fətva verib. QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, fətvada Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası yeni 1432-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimi ilə 2010-cu il dekabr ayının 7-nə təsadüf etdiyini bildirir.

“Məhərrəm ayı hicri-qəməri ilinin ayları arasında müqəddəs, möhtərəm aylardan biridir. Bu ay müqəddəs İslam dinimizdə döyüşlərin qadağan edildiyi ay olmaqla yanaşı, həm də Aşura - Məhərrəm ayının 10-cu günü-İmam Hüseyn əleyhissəlam və Əhli-Beyt tərəfdarlarının şəhadətə yetirildiyi ay kimi daxil olub. Müsəlman ümmətinin tarixinə ən acı, lakin, eyni zamanda insanlara qeyrət, qürur bəxş edən bir hadisə kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn əleyhissəlamın həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir”.

Aşura gününün dekabr ayının 16-na təsadüf etdiyi bildirilir.

“Kərbəla şəhidlərinin xatirəsinin yad edildiyi təziyə günləri münasibətilə bütün dindarlara dərin hüznlə başsağlığı verir, onlara Allah-Təaladan səbr, məğfirət diləyir və İmam Hüseyn əleyhissəlamın əzadarlığının İmamın şəninə layiq şəkildə keçirilməsini tövsiyə edirik", deyə fətvada bildirilir.

Fətvada qeyd edilir ki, Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalı, müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda bəyənilməyən hərəkətlərə yol verilməməlidir.

"Son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən, xalqımız tərəfindən təqdir edilən və İmam Hüseyn əleyhissəlam naminə tibbi ehtiyaclar üçün qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir. Bu təcrübə örnək olaraq müsəlmanlar arasında yayılmalıdır. Ümidvarıq ki, inşaallah, dindarlarımız bu il də İmam Hüseyn təziyədarlığı ilə İslamın şəhidlik fəlsəfəsinin mahiyyətinə daha dərindən yiyələnəcəklər. Bu hikməti dərk edən və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş Vətən oğullarının xatirəsini əziz tutan xalqımız sıx birləşərək torpaqlarımızın bütövlüyünü, Vətənimizin davamlı tərəqqisini, müqəddəs dini-mənəvi dəyərlərin təntənəsini təmin etmək yolunda daha artıq əzmkarlıq nümayiş etdirəcəkdir, inşaallah”, – deyə fətvada bildirilir.


Geri dön

music_angel

  • 1 sentyabr 2011 14:21
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

only-girl

  • 15 fevral 2011 21:37
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
coox tesekkur edirem ALAH RAZİ OLSUN

--------------------

Ulya

  • 7 dekabr 2010 11:23
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol melumatina gore

Shady Lady

  • 7 dekabr 2010 00:01
  • Məqalə: 0
  • Şərh: 111
  • Bal:
{awards}
Cox sag olun xebere gore.

Sergio Ramos

  • 6 dekabr 2010 23:52
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
təşəkkürlər

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 41
Cəmi: 58

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}