Hər mömin əhəmiyyətli bir sənətkardır

 
Hər mömin əhəmiyyətli bir sənətkardır

Həyatımız əlimizə alovlandırılmış bir qələmdir. Xüsusi aləmimizsə həyat qələminin üzərində yazılar yazıb naxışlar çəkdiyi səhifələrdir.

Doğumdan ölümə qədər həyat qələmimizin ucu xüsusi aləm səhifəmizin üzərində bir an belə dayanmır, yatarkən belə işləyir.

Ya "varlıq" yazacağıq aləm dəftərimizin səhifələrinə, ya da "yoxluq". Ya lazımsız olacaq o səhifələr, ya da sonsuz qiymətli bir sənət icra ediləcək. Məsələn: bir alma yeyiləcək. Mömin üçün bir almanı yemək belə sənətkarcasına bir işdir.

Almanı necə gəldi yeməz, bu hərəkəti bir şah əsərə çevirər. Həyat qələmiylə elə şeylər çəkər ki, mələklərin belə gözünü qamaşdırar, təriflərinə məzhər olar.

Məsələn, əvvəl Allahın adıyla başlayar yeməyə. O meyvənin bir şah əsər olduğunu bilər; bu məlumatla yeyilən hər loxma ilə də öz sənətini incə-incə çəkər. O almanı yemək elə bir hərəkətə çevrilər ki, mələklər salam verib dua edərlər möminlərə bu hərəkətinə görə. Mələklər gözəlliyin zirvə hallarından olan "Bismilləh"in deyilmə anını sevinclə ərşi alaya daşıyarlar .

Mömin böyük bir sənətkardır.

Əməl qələmiylə naxış-naxış işləmələr qoyar sərgüzəşti həyatına və hər naxış bir yalvarışdır. Hər naxış hər şeyi sənətlə yaradan Mütləq Varlığın sənətinə bir tərifdir. Hər sənət əsəri özünü deyil, sənətkarını göstərdiyi ölçüdə böyükdür, dəyərlidir, qiymətlidir.

Mömin həyat qələmiylə aləminin səhifələrində çəkdiyi çizgilərlə özünü, mənliyini, eqoizmini deyil, ONU göstərər, ONA dəlalət edər; özünü deyil, ONU tərifləyər. Özünə pərəstiş edilməsini istəməz mömin. ONA pərəstiş edilməsini tələb edər.

Bir almanı "Bismilləh" deyərək yeməyə başlayan bir mömin həyatının qələmiylə sonsuz qiymətli və sonsuz mənalı bir yazı nəqş etmişdir öz fərdi dünyasının səhifəsinə. Qızıl hərflər belə sönük qalar yanında. Almanın yaranmasını nəfsinə və arzularına fəda etməz, edə bilməz mömin. Bir almanın meydana gəlişinin məqsədinin ondan dad yığmaq olmadığına inanar. Bir dad üçün almaya, almadakı sonsuz sənətə xəyanət etməz, edə bilməz. Yeyərkən zikrini də edər. Almadakı sənətə baxar, təfəkkür edər. Beş duyğusuyla dadar almanı. Ağılıyla və ürəyi ilə dadar. Ruhu belə almadan zövq alar. Bir mömin üçün alma almadan ibarət deyil. Alma onun sonsuz rəhmət və qüdrət qazanında bişirilmiş, sonsuz qiymətli bir varlıqdır. Alma ONUN sonsuz gözəl adlarının təcəllisidir.

Möminin fərqi tövbəsidir.

Bir mömin sonsuz gözəl adların təcəllisinə gözəl bir ayna ola bilmək üçün yaşayar. Yaşayarkən kimilərinin qəflətinə də düşər. Düşdüyü qəflətdən belə bir sənətkar həssaslığıyla çıxar mömin.

Möminin fərqi səhvsizliyi deyil, səhvini qəbul edən tövbəsidir. Tövbəylə sənətinə sənət qatar mömin. Səhvləriylə sonsuz acizliyini dərindən dərk edər. "Səhvsizəm" qüruruyla, özünü sevərək gəzməz. Hər zaman qüsurluluğunu təqdim edər Mütləq Varlığa.

Mömin böyük bir sənətkardır.

Həyatıyla naxışlar çəkər inci-incə. O naxışlar ONUN sonsuz adlarının təcəllisi üçündür.

Mömin bir almanı yeməyi bitirən kimi elə susqun oturmaz. Qalan parçanı başdan edib niyyətini zibil qutusuna atmaz, ata bilməz. Geridə qalan yeyilməyən qismə belə hörmət göstərər.

Almanı yedikdən sonra kainatın ən əhəmiyyətli sənətlərindən birini daha icra edər. Dodaqlarından ''Əlhəmdülillah'' sözü tökülər. Ürəyi və ruhu ONA sonsuz bir minnətlə doludur.

Bir sənət əsərinin dəyərini təyin edən faktorlardan biri də daimilikdir.

Mömin bu dünyada həyat qələmiylə cənnətini tikər. Xüsusi dünyasının axirət və cənnətin keçici bir cücərtisi olduğunu dərk etmiş, sonsuz bir əsər ortaya qoymuşdur. Möminin sonsuz qiymətli sənət əsəri həyatıyla ONU təriflədiyi, ONU xatırladığı, ONA şükr etdiyi, ONA minnət duyduğu anlardır. Mütləq Varlıq da onun həyat qələmiylə yazdıqlarını əbədi bir əsərə çevirər.

Kim ki, nə edirsə-etsin, istər kitab yazsın, istər göz oxşayan bir arxitekturası olan bir bina, istər icadların ən böyüyünə nail olsun, əgər etdiyi işdə ONU tərifləmirsə, ONU izah etmirsə; dünyada bir cür davamlılıq qazansa da, kainatın ölümüylə lazımsız olacaq.

Sənətçi ortaya qoyduqlarıyla ONA deyil, özünə mədhiyyələr düzülməsini gözlədiyi anda, heçliyin və mənasızlığın içində yox olub gedər. Həyat boşu boşuna yaşanmışdır. ONU izah etməyən bir həyatın, bir əsərin heç bir qiyməti yoxdur.

Həyat qələmiylə ONA təriflər düzən, ONA yalvaran, ONU izah edən, ONU tanıyan mömin buna görə böyük bir sənətkardır. Əbədi həyat da möminin ONU izah edən sənət əsərinin əbədi sərgiləndiyi bir sərgi kimidir. Bu da Mütləq Varlığın bizə böyük bir lütfüdür.

Sonda isə yazını Allahın çox gözəl bir ayəsi ilə bitirmək istərdim İnşAllah: ‎(Öz peyğəmbərinə) Quranı öyrətdi. İnsanı yaratdı. Ona danışmağı öyrətdi.Günəş və ay müəyyən bir ölçü ilə (hərəkət edir). Otlar da, ağaclar da səcdə edir. (Allah) göyü ucaltdı və tərəzini qoydu ki, Ona görə ki, çəkidə həddi aşmayasınız (insafı əldən verməyəsiniz). Tərəzini düz tutun, çəkini əskiltməyin! O, yeri məxluqat üçün döşədi. Orada meyvələr və salxımlı xurma ağacları vardır. Həmçinin saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? (Rahmən surəsi 2-13)

Hər mömin əhəmiyyətli bir sənətkardır


Geri dön

ZuZuM__

  • 16 dekabr 2012 16:35
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
allahc komek olsn sizlerreee

--------------------

GuNaY_83

  • 26 noyabr 2012 11:05
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------

Priya

  • 17 noyabr 2012 20:08
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Özünə pərəstiş edilməsini istəməz mömin. ONA pərəstiş edilməsini tələb edər.
Çox sağ olun.

--------------------




ღ★Diamond★ღ

  • 17 noyabr 2012 19:58
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Doğumdan ölümə qədər həyat qələmimizin ucu xüsusi aləm səhifəmizin üzərində bir an belə dayanmır, yatarkən belə işləyir.

ღ★ Firuzə ★ღ

  • 17 noyabr 2012 17:23
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
cooox sagolun

--------------------

_Susqun_

  • 17 noyabr 2012 17:16
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.....

--------------------

so_sad

  • 17 noyabr 2012 17:14
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUN

solnuska

  • 17 noyabr 2012 17:05
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN ..........

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

my angel__

  • 17 noyabr 2012 16:25
  • Məqalə: 291
  • Şərh: 11173
  • Bal:
{awards}
Allah razi olsun..dddddddddddddddddddddddddddd

--------------------
Помни, что ты - мое все ❤

i see you

  • 17 noyabr 2012 16:17
  • Məqalə: 8
  • Şərh: 798
  • Bal:
{awards}
tesekkurler,ALLAH RAZI OLSUN

--------------------

_favorit_arkadas

  • 17 noyabr 2012 13:57
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------

J ♥ S

  • 17 noyabr 2012 13:00
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
Doğumdan ölümə qədər həyat qələmimizin ucu xüsusi aləm səhifəmizin üzərində bir an belə dayanmır, yatarkən belə işləyir. tewekkurler maraqlidi

--------------------
J & S ∞♥....

2miz 1olaq

  • 17 noyabr 2012 12:28
  • Məqalə: 1
  • Şərh: 189
  • Bal:
{awards}
cox saolun xebere goreee))

--------------------
❤~°°•.♥.•°
❤~°°•.♥.•° Eshqin❤~°°•.♥.•°
❤~°°•.♥.•°

Prank girl

  • 17 noyabr 2012 11:55
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

GuNaY_83

  • 17 noyabr 2012 11:46
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

..::MisS DioR::..

  • 17 noyabr 2012 11:33
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
coxx saq olun...

--------------------

DILEKLER

  • 17 noyabr 2012 11:28
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Kamran.E

  • 17 noyabr 2012 11:10
  • Məqalə: 5
  • Şərh: 1040
  • Bal:
{awards}
Möminin fərqi tövbəsidir.

Bir mömin sonsuz gözəl adların təcəllisinə gözəl bir ayna ola bilmək üçün yaşayar. Yaşayarkən kimilərinin qəflətinə də düşər. Düşdüyü qəflətdən belə bir sənətkar həssaslığıyla çıxar mömin.

--------------------
-İki Üzlü Olub Bir Dünyan üçün Yox , Bir üzlü Olub iki Dünyan üçün Yaşa!

keven

  • 17 noyabr 2012 10:54
  • Məqalə: 43
  • Şərh: 1219
  • Bal:
{awards}
allah razi olsun

--------------------

come back

  • 17 noyabr 2012 10:53
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
Allah razi olsun.

WITH_YOU

  • 17 noyabr 2012 10:49
  • Məqalə: 0
  • Şərh: 1724
  • Bal:
{awards}
möminin ferqi tövbesidir

--------------------
LƏNKƏRANLIYAM ..... (TALIŞ)
VƏƏƏ BUNUNLA DA "ÇOX FƏXR EDİRƏM" !!!

fatimeyinur

  • 17 noyabr 2012 09:49
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Meqaleye gore tesekkurler

Demi Love

  • 17 noyabr 2012 09:43
  • Məqalə: 16
  • Şərh: 1976
  • Bal:
{awards}
çox sağ olun.

susan test

  • 17 noyabr 2012 09:40
  • Məqalə: 3
  • Şərh: 453
  • Bal:
{awards}
xebere gore tesekkurler

--------------------
dostlarimm
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 13
Cəmi: 25

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}