Nişan üzüyü niyə sol əlin adsız barmağına taxılır?

 
Nişan üzüyü niyə sol əlin adsız barmağına taxılır?

Qədim inanclardakı gerçəkləri dərk etmək üçün elmi araşdırmalara ehtiyac var imiş.

Yer üzündə bərqərar olan bütün millət və irqlərdə toy adətləri bir-birindən fərqlidir, amma bir məsələdə fikirlər üst-üstə düşür, bütün adətlərə görə, nişan üzüyü eyni barmağa taxılır. El arasında adsız barmaq "üzük barmağı" deyə adlandırılır. Maraqlıdır, nişan üzüyü niyə məhz sol əlin soldan ikinci barmağına - yəni, adsız barmağa taxılır? Nişan üzüyünün və nişan barmağının mahiyyəti nədir? Millətləri, xalqları, irqləri birləşdirən bu adətin kökü hardan qaynaqlanır?

5 barmaq - 5 anlam

Əlimizdəki 5 barmağın hər birinin öz funksiyası var. Orqanizmdəki önəmindən başqa, barmaqların hər biri el arasında xüsusi mənaya malikdir. Xanımların istifadə etdiyi aksessuarların içində önəmli yer tutan üzüyün hansı barmaqda hansı anlam verdiyini öyrənməyə çalışdıq.
Bu yazını hazırlarkən Azərbaycanda nişan üzüyü və adsız barmağın qədim tarixi ilə bağlı kiminlə söhbət etmək olar, deyə çox düşündüm. Sonunda yaşlı nəslin nümayəndələrindən öyrənməyə qərar verdim. Suallarımızı da Tovuz rayonunda yaşayan 82 yaşlı Həcər nənə cavablandırdı.

Qədim adətlərimiz bilicisi bizə 5 barmağın və o barmaqlara taxılan üzüklərin anlamını anlatdı:

"Adətlərimizə görə nişan mərasimində oğlan və qızın adsız barmaqlarına taxılan üzük onları bir ömür bir-birinə bağlayır. Nişanlı qız barmağındakı üzüyü çıxarmamalı, ətrafdakılar onun nişanlı olduğunu barmağındakı nişanədən bilməlidir. Bizim zamanımızda qız-gəlinlər 5 barmağın hamısına üzük taxardı. Əgər qadın baş barmağına üzük taxırsa, deməli, o, duldur. Şəhadət barmaqda üzük "yar axtarıram" deməkdir. Uzun-orta barmağa üzük taxılırsa, bunun anlamı qadının evli olması demək idi. Adsız barmağa üzüyü nişanlı qızlar taxardı. Çeçələ barmağa üzüyü isə hələ ərə getməyi düşünməyən qızlar taxırdı. Adsız barmağa ona görə nişanlı olanlar üzük taxırdı ki, bu barmağın ürəklə əlaqəsi olduğunu düşünürdülər. Həm də nişanlılar bir-birindən uzaqda olurdular və nişanlılar bu barmağın sehirli bir qüvvəyə malik olduğuna və uzaq olsalar da ürəklərini birləşdirdiyinə inanırdılar".

Bir az irəlidə bu inamın elmi təsdiqini tapması ilə bağlı məlumatımız olacaq. Hələlik isə, yenə qədim mədəniyyətlərə müraciət edək.

Üzük mərasimi qədim dünya mədəniyyətlərində necə formalaşıb?

Qədim Misirdə halqa fiquruna böyük önəm verilirdi. Bu işarənin anlamı əbədiyyət və sonsuzluq demək idi. Fironların istifadə etdiyi bütün əşyaların, yataq örtüyünün, geyimlərin üzərində halqa işarələri var idi. Bununla fironlar özlərinin əbədi və sonsuz olaraq var olacaqlarına inanırdılar.

Bunun səbəbi kimi halqanın heç bir ucunun, sonunun olmaması qəbul edilirdi. Bu həyatın əbədi dövranı, doğuluş və ölüm dövranı sayılırdı. Halqa həm də Günəşin simvolu hesab olunurdu. Misirlilər Günəşə Tanrının ən böyük enerji ocağı kimi ehtiram göstərirdilər, o üzdən Günəş kultu güclü idi.
Qədim Misir heroqliflərində bu cür halqa işarələrinə çox rast gəlinir. Araşdırmaçılar hesab edir ki, nişan üzüyü və üzüyün adsız barmağa taxılması adəti də məhz misirlilərdən qaynaqlanıb.

Dövrümüzdə də nişanlı gənclərin, evli cütlüklərin sol əlinin adsız barmağını bəzəyən nişan üzüyünü Misirdə ilk dəfə şahzadə Nefertiti taxıb. Hindistanda isə bu adətin daha qədimlərdə təşəkkül tapdığı haqda məlumatlar var.

Qədim Romada insanlar "vena amoris"dən bəhs edirdilər. Bu sözün tərcüməsi "eşq damarı" deməkdir. Romalılar inanırdı ki, sol əlin sağdan 4-cü barmağı xüsusi bir damarla ürəyə birləşir. Amerika, Kanada, Yaponiya, Hindistan və Qərbi Avropada da bu inanca əməl edirlər.

Üzük mədəniyyəti hətta mağara dövründə də vardı. Sap və ya parçadan olan ilkin üzüklər xanımların bəzək əşyası sayılırmış və adsız barmağa taxılırmış.

Adsız barmaqlardan birbaşa ürəyə fiziki və energetik bağlantı var imiş

Xristian adətlərinə görə də sol əlin 4-cü barmağı özəl bir önəm daşıyır. Qədimdə xristian toylarında gəlinin ortadakı 3 barmağına - şəhadət, böyük (orta) və adsız (nişan) barmaqlarına üzüklər taxılırdı. Bunun mənası da 3 qutsal - ata, oğul və müqəddəs ruh demək idi. Gəlin toydan sonra digər iki barmağındakı üzükləri çıxarırdı, nişan barmağındakı üzük isə evli olduğu müddətdə barmağında qalırdı.

Bəzi Avropa mədəniyyətlərinə görə isə, qadın üzüyü dördüncü barmağına toydan öncə, nişanlılıq dövründə taxır, amma daha sonra, yəni rəsmi olaraq evlənəndə üzüyü sağ əlinin adsız barmağına keçirir.

Türkiyəli cərrah Ömər Aydın bu yaxınlarda bu məsələ ilə bağlı bir açıqlama da verdi. Qan-damar cərrahı olan Aydın qədimdən bəri söylənən və inanılan bu inancın gerçək olduğunu təsdiqlədi. O bildirdi ki, sol əlin adsız barmağı həqiqətən də xüsusi bir damarla ürəyə bağlanır.

Maraqlıdır ki, qədim hind-çin təbii təbabətinin mənbəyi olan Tibet elmi "Ayurvedalar"da bu məqam geniş izah olunur. Qeyd olunur ki, insan orqanizmində əslində bir neçə (astral, mental, ruhi və s) bədən qərar tutur ki, bunlardan da biri energetik bədəndir. Qədim hind elmi-fəlsəfi mənbələrinin araşdırmaçısı olan Vüqar Əliyev bildirir ki, insanda 6 əsas energetik mərkəzlər var ki, bunlardan 2-si əllərin 3-cü barmaqlarıdır. Filosofun sözlərinə görə, xüsusilə də adsız barmaqlardan ürəyə birbaşa həm fiziki, həm də energetik bağlantı var.

Göründüyü kimi, əski çağlarda təbabətin və elmin hansı səviyyədə olması hələ də mübahisə mövzusu olsa da, bu cür faktlardan aydın olur ki, müasir alimlərin "şüursuz", elmsiz adlandırdıqları əcdadlarımız bizdən daha bilikli imiş. İndi müasir tibb elminin onlarla dərmanla sağalda bilmədiyi xəstəni 1-2 otla sağaldan qədim insanlar, deyəsən, axı savadsız olmayıblar...

"Ayrılmayan" barmaqların bəsit və mürəkkəb sirri nədə gizlənib?

Həcər nənə ilə maraqlı bir test də etdik. Qədim inanca görə, baş barmaq valideynlər, şəhadət barmaq qardaş-bacı, orta barmaq özün, nişan barmaq həyat yoldaşı və kiçik barmaq isə uşaqlar demək idi. İnanca görə, bu testdə həyatın mənası və yaşam fəlsəfəsi gizlənir. Beləliklə, başlayaq testə.

Öncə ovuclarınızı bir-birinə baxacaq formada açın. Bütün barmaqlarınızı bir-birindən aralayın. Hər iki əlinizin orta-uzun barmaqlarını, yəni özünüzü təmsil edən barmaqları bir-birinə yaxınlaşdırın, qatlayın və çöl tərəflərini bir-birinə söykəyin. (Çətinlik çəksəniz yazının sonundakı rəsmə baxın.) Daha sonra bütün barmaqlarınızı uc-uca gətirin.

Ata-ana barmağını - baş barmaqları bir-birindən ayırın, ayrılacaq. Çünki, insan doğulur, böyüyür, zaman gəlir, ata-anasından ayrılır, yeni həyat qurur.

Sonra şəhadət barmaqları ayırın-ayrılacaq. Eynilə, valideynlərdən ayrıldığın kimi, gün gələcək bacı-qardaşdan da ayrılacaqsan.

Orta barmaq - özünü bildirən barmaq bükülüdür, çünki insan özü-özündən ayrıla bilməz.

Çeçələ barmaq - uşaqları tanıdan barmaqları ayırın - ayrılacaq. Çünki vaxt gələcək, övladlar da bizi tərk edəcək.

Nəhayət, adsız barmağı - nişan üzüyü taxılan barmaqları ayırın - ayrılmayacaq! Çünki insanlar evlənəndə bir ömür bir yerdə olacaqlarına and içirdilər, yaxşı və pis gündə bir-birinə dayaq olurdular, ayrılmaq barədə düşünmürdülər.

Düzdür, indiki insanların əksəriyyəti haqda bunu demək olmaz. İndi çoxlarında andlar da saxtadır, sözlər də, duyğular da, sevgi də. Burada günahkar nə üzük, nə də onun taxıldığı barmaqdır. Hər şeyin saxta olduğu halda bir metal parçasının insanları sevgi və qarşılıqlı inam əsasında əbədi qoşuşdurması mümkün deyil.

Zaman dəyişib, insanlar dəyişib, üzüklərin materialı da dəyişib, bu adət isə dəyişmir. Çünki bu, bir simvoldur, yalanı ilə, doğrusu ilə, sevgisi ilə, nifrəti ilə Tanrının ayırdığı yarıların birləşdiyi qəlblərin simvolu. Dəyişən bir də bu birliyin vaxtıdır - qədimlərdə bu birlik əbədi idi, indi isə müvəqqəti. Bu sözlər hər kəsə aid olmasa da, dünyanın hazırki mənzərəsi budur.

... Əlimizdəki adsız barmaq əslində adsız-filan deyilmiş, onun adı ən böyükmüş - "sevgi" barmağı.
Adsız barmağın sirri həm bu qədər bəsitmiş, həm də bu sirr çox dərin fəlsəfədə gizlənirmiş...


Geri dön

ASMIYA

  • 26 noyabr 2012 20:51
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
MARAQLIDIR SAĞ OLUN

--------------------


GuNaY_83

  • 26 noyabr 2012 11:18
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tewekkurler maraqli idi.

--------------------

Prank girl

  • 19 noyabr 2012 17:02
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
SERH YAZANLARA MİNNETDARAM

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

come back

  • 18 noyabr 2012 03:17
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler maraqli idi.

ShoKKi_MoKKi

  • 17 noyabr 2012 23:10
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
oxumusdum bunu...tesekkur...oxumadim..

--------------------

ღ★Diamond★ღ

  • 17 noyabr 2012 19:51
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
melumatim vardi twkrr

Banned1

  • 17 noyabr 2012 19:46
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
tewekkurler canim

solnuska

  • 17 noyabr 2012 16:57
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Əlimizdəki adsız barmaq əslində adsız-filan deyilmiş, onun adı ən böyükmüş - "sevgi" barmağı.

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

ღ★ Firuzə ★ღ

  • 17 noyabr 2012 16:57
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
çoooox sağolunnn

--------------------

✰GoLd GirL✰

  • 17 noyabr 2012 16:51
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Çox maraqlı idi həqiqətən təşəkkür edirəm

_Susqun_

  • 17 noyabr 2012 16:37
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
{awards}
TEWEKKURLER XEBERE GORE...

--------------------

my angel__

  • 17 noyabr 2012 16:34
  • Məqalə: 291
  • Şərh: 11173
  • Bal:
{awards}
hmm..tewekkurelr meqaleye gore feel

--------------------
Помни, что ты - мое все ❤

so_sad

  • 17 noyabr 2012 16:24
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
maraqli xeberdi sağ olun winked

classic_guiter_girl

  • 17 noyabr 2012 15:52
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
maraqlidir twkler

keven

  • 17 noyabr 2012 15:51
  • Məqalə: 43
  • Şərh: 1219
  • Bal:
{awards}
xebere gore tesekkur

--------------------

viska

  • 17 noyabr 2012 14:21
  • Məqalə: 0
  • Şərh: 41
  • Bal:
{awards}
melumata gore tesekkur smile

..:::EmOwka_eMo:::..

  • 17 noyabr 2012 14:15
  • Məqalə: 0
  • Şərh: 351
  • Bal:
{awards}
__CoH_SaOl__

UmUTSUz HaYaT

  • 17 noyabr 2012 14:05
  • Məqalə: 0
  • Şərh: 158
  • Bal:
{awards}
tesekurler

nihan aliyeva

  • 17 noyabr 2012 13:50
  • Məqalə: 4
  • Şərh: 420
  • Bal:
{awards}
hmmm. axi mence nisan barmagina nisan uzuyu taxilir.......

GuNaY_83

  • 17 noyabr 2012 13:44
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tewekkurler...

--------------------

_favorit_arkadas

  • 17 noyabr 2012 13:39
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
5 barmaq - 5 anlam

Əlimizdəki 5 barmağın hər birinin öz funksiyası var. Orqanizmdəki önəmindən başqa, barmaqların hər biri el arasında xüsusi mənaya malikdir. Xanımların istifadə etdiyi aksessuarların içində önəmli yer tutan üzüyün hansı barmaqda hansı anlam verdiyini öyrənməyə çalışdıq.
Bu yazını hazırlarkən Azərbaycanda nişan üzüyü və adsız barmağın qədim tarixi ilə bağlı kiminlə söhbət etmək olar, deyə çox düşündüm. Sonunda yaşlı nəslin nümayəndələrindən öyrənməyə qərar verdim. Suallarımızı da Tovuz rayonunda yaşayan 82 yaşlı Həcər nənə cavablandırdı.

--------------------

..::MisS DioR::..

  • 17 noyabr 2012 13:31
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
ilk serh menden
..maraqlidi cox saq olun...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 9
Cəmi: 25

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}