Mətbəxdə xoşagəlməz qoxu var?

 
Mətbəxdə xoşagəlməz qoxu var?

Şkafda xoşagəlməz qoxu var? Döyülmüş qəhvədən azca kağızın üstünə töküb şkafa qoyun. İy çəkiləcək.

Əsasən yay vaxtı çörək qabında spesifik qoxu yaranır. Onu yox etmək üçün sirkədə isladılmış əski ilə silin, sonra isə açıq havada qurudun.

Metal qutuda iy varsa, bir-iki kibrit çöpünü içində yandırın.

Bufet, yaxud dolabda pis qoxu varsa, bir nəlbəkiyə soğan dilimi, yaxud da ağac kömürü töküb oraya qoyun.

Mətbəxdə xoşagəlməz qoxunu yox etmək üçün portağal, yaxud limon qabığını yandırın. Yaxud da qızmar tavanın içinə qoyun.

Termosda qoxu var? İçinə iki qaşıq düyü, soyuq su tökün, qapağını bağlayın, bir neçə dəfə yaxşıca silkələyin. Sonra isə qaynar su ilə yaxalayın. Həmçinin sirkəli su ilə yaxalamaq da termosdakı qoxunu aparar.

Əlüzyuyanın borusunda xeyli yağ, piy qalıqları yığışır və vaxt keçdikcə iylənməyə başlayır. Bunu aradan qaldırmaq üçün həftədə bir dəfə onu paltar yumaq üçün istifadə olunan sodanın qaynar məhlulu ilə yuyun (1 l qaynar suya 2 x.q. soda).

Zibil vedrəsi iylənir? Tez-tez boşaltmaq da kömək eləmir? Vedrənin özünü də yumaq lazımdır. Yaxşı olar ki, içinə zibil üçün xüsusi sellofan paket döşəyəsiniz. Sonra isə müntəzəm olaraq sirkə və su qarışığını pulverizator vasitəsilə üstünə püskürdün.

Qabyuyan maşından iy gəlirsə, deməli, qablardakı yemək qalığı içində yığışıb qalıb və filtrini də çirkləndirib. Filtri təmizləyin (o, qabyuyanın aşağı siyirməsinin altında yerləşir), sonra isə durulama rejimini qoşun (içində qab olmamaq şərtilə). Sonra isə qapağını açıq saxlayaraq qurudun (havalandırın).

Mikrodalğalı sobadan da iy gəlir? Sobanın içinə, ortaya bir neçə limon dilimi və 1 st. su qoyun, sonra isə sobanı 5 dəqiqəliyə qoşun.

Çini və yaxud saxsı qabda, çaynikdə kif, nəmişlik iyi əmələ gəlibsə, onu yaxşıca yuyub qupquru qurulayın, dibinə 1 parça qənd qoyun.

Soğan doğrayandan sonra bıçaqda onun iyi qalır. Onu yox etmək üçün bıçağı duzla, yaxud bitki yağı ilə sürtün.

Qabda soğan iyi qalıbsa, onun içinə 2-3 x.q. sirkə tökün, ocağın üstünə qoyub qızdırın, sonra soyuq su ilə yuyun (temperatur rejiminə diqqət edin, çini, saxsı, torpaq boşqabdırsa, onu qızdırılmış dəmirin, tavanın üstünə qoyun, sonra isə soyudun və soyuq su ilə yuyun).

Balıq, kələm şorabası və sarımsağın iyi qablarda qalırsa, onları sirkə qatılmış su ilə yuyun. Əgər əlinizin altında sirkə yoxdursa, o zaman qaynar suya duz tökün və qabları bununla yuyun.

Qoxuların məskəni - soyuducu! İlk öncə içindəki ərzaqları ayırd edin, xarabları atın. Soyuducunu qida sodası qatılmış isti su ilə təmiz yuyun, qurulayın, yarım saat havalandırın. Sonra isə içinə nəlbəkidə sodalı su qoyun (o, 3 ay müddətində qoxunu özünə çəkir).

Soyuducunu təmizləmək üçün onu bərabər miqdarda götürülmüş sirkə və suyun qarışığı ilə də yumaq olar. Bundan sonra suya bir neçə damcı araq və ya naşatır əlavə edib yenə də soyuducunu təmizləyin. Soyuducuya qoxunu udan xüsusi vasitələr də qoya bilərsiniz. Bunlar yoxdursa, xırda nəlbəkilərə döyülmüş aktiv kömür və ya soda töküb soyuducunun hər rəfinə qoyun. Bunların yerinə çovdar çörəyinin dilimlərindən də istifadə edə bilərsiniz. Kəklikotu, kərəviz, tərxun, reyhan da qoxunu bir müddətə yox edir. Yaxud limonu yarı bölün, lətini çıxarın, içinə düyü, soda və ya qara çörək qırıntıları səpin. Hər həftə dəyişməyi unutmayın.

Bankalar və butulkalar da hərdən iylənir. Bunu aradan qaldırmaq üçün bankanın içinə qənd qoyub qapağını bağlayın. Bir müddət sonra çıxarın. Butulkalardakı kif iyini aradan qaldırmaq üçün qəhvə xıltını içinə töküb iki-üç saat saxlayın, sonra yuyun.

Üstündə soğan və sarımsaq doğranılan taxtadan iy gəlməsin deyə, onu limonla sürtün.

Əllərinizdən xoşagəlməz qoxu gəlirsə, onları duz və ya üyüdülmüş qəhvə ilə sürtün, sonra isə su və sabunla yuyun. İndi yeni bir metod da var: metal "sabun". Bu, sabun deyil, sabun formasında paslanmayan dəmirdən qəlibdir. Əli onunla "sabunlayırsan", qoxunu aparır. "Haradan tapacam?" deyə dərd eləməyin - evdə paslanmayan dəmirdən qaşıq, çömçə varsa, əlinizə sürtün, sonra isə yuyun. Həmçinin əlinizə bitki yağı çəkib, sonra yuyun. Bu da qoxunu aparır. Siyənək və quru balığın iyini pivə aparır. Yarıya bölünmüş soğan və kartofu da əlinizə sürtsəniz, iylərdən qurtularsınız. Amma bundan sonra əllərinizi sabunlamağı unutmayın.

Balıq qızardarkən iyi çox çıxmasın deyə kartofu kubik doğrayıb yağa salın.

Balıq iyindən qurtulmaqda ən yaxşı vasitələr duz, limon, limon və ya portağal sedrası, sirkədir. Duzu tavada qovurub, sonra bir müddət elə həmin tavada saxlasanız, iyin bir hissəsini çəkəcək. Sonra isə başqa tavada limon, yaxud portağal sedrasını qızdırın (yaxud da açıq konforkanın üstündə tutun).

Balıq bişirəndən sonra 1 litr suya 3 x.q. sirkə əlavə edin, 5-10 dəqiqə qaynadın. Yaxud suyun içinə limon şirəsi əlavə edib qaynadın.

Balıq qızardılan tavanın yağını kağız salfetlə təmizləyib atın (bu zaman əlüzyuyanı da əlavə yağdan azad etmiş olursunuz). Sonra yuyun, qurulayın. İçinə duz töküb qızdırın, tavanın iyini çəkəcək.

Bıçaq, qazan və boşqablardan balıq qoxusunu itirmək üçün onları sirkə ilə silin.

Bunlardan başqa, bəzən evdə kənar qoxular da olur. Məsələn, kəsif boya iyini boşqablara duz və yaxud sürtgəcdən keçirilmiş 1 diş sarımsaq tökərək iy gələn yerə qoysanız, tezliklə başağrıdan qoxudan qurtularsınız. Bundan sonra isə pəncərələri açıb otağı havalandırın.

Tütün qoxusunu yox etmək çətin olsa da, çarəsi var. Bir neçə yaş əskini isladıb otaq boyu düzün. Həmçinin şam yandırmaqla da onun qoxusunu yox etmək olar.

Əgər xoşagəlməz qoxunun mənbəyi dəhlizdəki ayaqqabıdırsa, onun içini (əgər tünd rəngdədirsə) pambığı kalium-permanqanat (marqans) məhlulunda islatmaqla silin. Əgər ayaqqabının içi açıq rənglidirsə, o zaman pambığı hidrogen-peroksid məhlulunda isladıb, onu silin.


Geri dön

ZuZuM__

  • 2 dekabr 2012 11:32
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
Mətbəxdə xoşagəlməz qoxunu yox etmək üçün portağal, yaxud limon qabığını yandırın. Yaxud da qızmar tavanın içinə qoyun.

--------------------

unfaithful

  • 20 noyabr 2012 20:09
  • Məqalə: 31
  • Şərh: 3681
  • Bal:
{awards}
xebere gore saq olun

--------------------

Prank girl

  • 19 noyabr 2012 19:03
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tesekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

GuNaY_83

  • 19 noyabr 2012 14:12
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Cox maraqli idi''''

--------------------

come back

  • 18 noyabr 2012 04:47
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
xebere gore tewekkurler.

..::MisS DioR::..

  • 18 noyabr 2012 03:22
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
xebere gore saq olun

--------------------

TeKtoNik_EMO_BoY

  • 18 noyabr 2012 00:15
  • Məqalə: 8
  • Şərh: 520
  • Bal:
{awards}
twk.........

--------------------
ß █ %5 üzqüN,,muTsuz ws..
█ █ %1o AcaiP ...
█ █ █ %21 qıCıqK ...
█ █ █ █ %32 Bash beLaSı .. .
█ █ █ █ █ %44 MaTrocqK...
█ █ █ █ █ █ %56 AnTi Ciddi ...
█ █ █ █ █ █ █ %61 . SéwimLiii..
█ █ █ █ █ █ █ █ %73 Züfee xDe...
█ █ █ █ █ █ █ █ █ █ %1oo DéLüüü ... x)) …

Deliyem iliwme:))

  • 17 noyabr 2012 23:44
  • Məqalə: 0
  • Şərh: 455
  • Bal:
{awards}
twk.............................

--------------------

solnuska

  • 17 noyabr 2012 22:57
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Balıq, kələm şorabası və sarımsağın iyi qablarda qalırsa, onları sirkə qatılmış su ilə yuyun. Əgər əlinizin altında sirkə yoxdursa, o zaman qaynar suya duz tökün və qabları bununla yuyun.

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

...BARSA FANATI....

  • 17 noyabr 2012 22:45
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
meslehet ucun sag ol...

İnteresting_girl

  • 17 noyabr 2012 22:38
  • Məqalə: 1
  • Şərh: 790
  • Bal:
{awards}
Ilk werh menden , tewekkurler melumata gore.Maraqli idi..

--------------------

ღ★Diamond★ღ

  • 17 noyabr 2012 22:08
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Bufet, yaxud dolabda pis qoxu varsa, bir nəlbəkiyə soğan dilimi, yaxud da ağac kömürü töküb oraya qoyun.

solnuska

  • 17 noyabr 2012 21:53
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
tewekkurler...................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

✰GoLd GirL✰

  • 17 noyabr 2012 21:34
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Çox sağ ol gözəl məsləhətlərə görə

Gözlüklü

  • 17 noyabr 2012 21:22
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Tesekkurler

dj_asqa.

  • 17 noyabr 2012 21:19
  • Məqalə: 5
  • Şərh: 1487
  • Bal:
{awards}
xebere gore twk

ShoKKi_MoKKi

  • 17 noyabr 2012 21:10
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
tesekkurr...xebere gore..

--------------------

susan test

  • 17 noyabr 2012 21:05
  • Məqalə: 3
  • Şərh: 453
  • Bal:
{awards}
xebere gore tesekkurler

--------------------
dostlarimm

::Jessica Alba::

  • 17 noyabr 2012 21:04
  • Məqalə: 13
  • Şərh: 1791
  • Bal:
{awards}
bu ilk werhe gore axirda sac yoldu olacagee

ღ★ Firuzə ★ღ

  • 17 noyabr 2012 20:48
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
cox sagol baci hemweki kimi maraqli xeber idi secilmiwlere elave eledim

--------------------

MELEK INSAN...

  • 17 noyabr 2012 20:43
  • Məqalə: 40
  • Şərh: 1729
  • Bal:
{awards}
Cox maraqli idi''''

--------------------

_Susqun_

  • 17 noyabr 2012 20:42
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
{awards}
uyyyyyyy qoxu en acigim gelen seylerden biridi.....

--------------------

so_sad

  • 17 noyabr 2012 20:39
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
ilk şerh menden tongue

..:::EmOwka_eMo:::..

  • 17 noyabr 2012 20:39
  • Məqalə: 0
  • Şərh: 351
  • Bal:
{awards}
__Ilk_WeRh__MeNdeN__

Banned1

  • 17 noyabr 2012 20:39
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
twklerrrrrrrrrrrrrrrrr

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 37
Cəmi: 55

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}