Allah və beyin

 
Allah və beyin

Biz həyatı ali əsəb sistemimizin bizə təklif etdiyi kimi dərk edirik

Ölümsüz məxluq üçün zaman anlayışı dumanlıdır. Fərdi həyat nə qədər qısadırsa, dəyişiklik də o qədər sürətli gedir və zaman anlayışı da o qədər əhəmiyyətli olur. Biz kainatı ölçüb, təsvir edirik. Kosmoqonik nəzəriyyəyə görə, əgər insanı nəzərə almasaq (və ya bir başqa ölümlü şüurlu məxluqu, alimlər onu müşahidəçi adlandırırlar), kvant dünyası istənilən istiqamətdə inkişaf edə bilər (kvant dünyasında zaman geriyə axa bilir və ya ümumiyyətlə dayana bilir), di gəl ki, məhz bizim bioloji həyatımız, şüurumuz onu özündən qabağa itələyir. Biz hər şeydə illuziya yaradırıq, yəni bizim beynimiz illuziya törədir. Biz həyatı ali əsəb sistemimizin təklif etdiyi kimi dərk edirik. Bu da sual: o, əslində bizə nə göstərir və nə üçün?
Din nəyə lazımdır?

Bu çox çətin sualdır. Kliniki ölüm keçirən insanlar arasındakı sorğu göstərir ki, dini qarabasmalar insanlara müsbət əhval-ruhiyyə verir, onlar bilirlər ki, öz həyatlarını düzgün yaşayıblar və onları ilahi xoşbəxtlik işığı gözləyir. Bu insanların beyni, onlara cənnət həzzi verə bilir. Özünü günahkar hesab edənlərsə, daha çox xoşagəlməz şeylər görür. Əgər desəniz ki, bütün bunlar beynimizdəki illuziyanın oyunlarıdır, sizə xatırlada bilərəm ki, əgər beyniniz sizə qırmızı əvəzinə yaşıl işıq göstərərsə, heç bir qarabasma görə bilməyəcəksiniz: Ölüm çox sürətlə gələcək. Təsadüfi deyil ki, xristianlar dua edərkən “sakit xristian ölümü” arzulayırlar. Həmin vaxt “ölüm dalğası” onlara yaxşı şeylər göstərə bilər.

Biz dünyanı beynimizin bizə təqdim etdiyi kimi hiss edirik və o, ölümqabağı bizə sonuncu hədiyyəsini verə bilər. Dünyadan xoşluqla ayrılmaq, Allahla birləşmək hissi və s.
Yaxşı, bəs ölümə qədər inanclı insan beyindən nələri ala bilər? Prinston universitetinin tədqiqatçıları meditasiya vəziyyətində olan tibet buddistlərinin və intensiv dua mərasimində olan rahiblərin beyin aktivliyini tədqiq ediblər.

Nəticələr göstərib ki, intensiv dua edənlər və transda olanların məkan və zaman duyğuları dəyişir. Meditasiya vəziyyətində özündən uzaqlaşan insan özünü dünyəvi koordinatlardan kənarda görür, o inancından asılılıq, kosmosla birləşmə, Allaha yaxınlaşmanı hiss edir. Bu situasiyanı yaşayan adama elə gəlir ki, o, əbədiyyətin bir parçasıdır.

Alimlər deyir ki, həmin hissləri sözlə ifadə etmək olmur, amma o situasiyada bir dəfə olan adam onu dəfələrlə istəyir. Təkrar edirəm, söhbət heç də qarabasmalardan getmir, hallüsinasiyalar alimlər tərəfindən çox yaxşı öyrənilib. Burada tamam başqa mexanizmdir. Bu hisslərdən sonra, inanclı insanlar xüsusi emosional təcrübə əldə edir.
Bu məsələdə önəmli məqam budur ki, həmin sistem dini-metafizik təcrübənin inkişaf etdiyi istənilən beyində çalışır. Yəni, hər bir insan obyektiv mənada dinə meyillidir. Ateizm isə (allahı inkar) əslində, “mənfi” variantlı dindir.

Bütün bunlar Feyerbaxın aforizminə uyğun gəlir: “Allah insanı deyil, insan Allahı yaratdı”. Amma 140 il qabaq Lüdviq Feyerbax onu deyəndən bəri, bizim dünya haqqında biliklərimiz dəyişib. Doğrudur, insan beyni “Allahı yaradır” - amma, hər kəsin öz nəzəriyyəsinə uyğun olaraq. Bəs mücərrəd, kor evolusiya bu spesifik mexanizmi necə yarada bilib?

Allahın xeyri

Antropologiya üzrə mütəxəssislər bilir ki, “şüurlu insan” yarandığı vaxtdan ilk dini ayinlər də yaranıb. Gəlin nəzərə alaq ki, həmin “şüurlu insan” özünü təbiətin bir parçası hesab edirdi. O gecələr qorxmur, günün istənilən vaxtı ov edirdi, bu gün ibtidai dövrdəki kimi yaşayan bəzi qəbilələr də eyni vəziyyətdədir. Gəlin, ilkin dini hisslərin necə yaranması sualını bir kənara qoyaq, qoy bu, mutasiya olsun.

Amma müsbət mutasiya, yoxsa alınmazdı. Onun müsbət xarakteri ondadır ki, din istənilən fikir sistemi kimi beyindən nizam-intizam, təşkilatçılıq qabiliyyəti və düşünmək bacarığı tələb edir.
Mən 1570-ci ildə “iezuitlər məktəbi” kimi yaranıb, 1579-cu ildə universitet statusu qazanan Vilnüs universitetində təhsil almışam. Kitabxanada “şeytanlar, cinlər və s” haqqında mənasız düşüncələrdən yaranmış ehtimal nəzəriyyəsi barədə mühazirələr dinləmişəm. Hətta sovetlərin ən qatı ateist dövründə belə, etiraf edirdilər ki, məhz dini düşüncələrin mükəmməlləşdirilməsi bu günkü elmə gətirib çıxarıb.

Özünü “rus provoslav ateisti” adlandıran Sergey Petroviç Kapiçça ara vermədən iddia edir ki, “elm dindən yaranıb”. Amma bu, o demək deyil ki, elm yaranıb deyə, dini unutmaq lazımdır.
Alınmayacaq. İnsanlıq inanıb, inanacaq da. Əgər inkişaf etmiş biliyi, intellekti olan insanlar üçün dinsiz yaşamaq mümkündürsə, əksəriyyət üçün bu mümkün deyil. Böyük ateist filosof Volter hesab edirdi ki, əgər beş yüz kəndlini idarə etməli olsan, Allaha inamdan gələn xeyri anlayarsan. Bundan başqa, yoxsulluq, fəlakət, müharibə, xəstəlik və ölüm zamanı məhz din, sağlam təfəkkürü saxlamaqda yardımçı olur. “İnsanı kim yaradıb” sualı isə başqa müzakirənin mövzusudur.


publika.z


Geri dön

unfaithful

  • 20 noyabr 2012 19:42
  • Məqalə: 31
  • Şərh: 3681
  • Bal:
Allah razi olsun

--------------------

Prank girl

  • 19 noyabr 2012 18:15
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

GuNaY_83

  • 19 noyabr 2012 12:56
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

_Susqun_

  • 19 noyabr 2012 00:16
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
{awards}
allah razi olsun.....

--------------------

solnuska

  • 18 noyabr 2012 19:59
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
COX SAQ OLUN MELUMATA GORE

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Banned1

  • 18 noyabr 2012 19:12
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
Allah razi olsun twklerrrrrrrrrrrrr

solnuska

  • 18 noyabr 2012 16:53
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TWK.........

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

come back

  • 18 noyabr 2012 16:44
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
Allah razi olsun maraqli meqaledir.

so_sad

  • 18 noyabr 2012 16:21
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUN

..:::EmOwka_eMo:::..

  • 18 noyabr 2012 16:15
  • Məqalə: 0
  • Şərh: 351
  • Bal:
{awards}
♥ >>>___...:::__♥__XeBeR__UcUn__♥__TwKlaR__:::...___<<<♥

ShoKKi_MoKKi

  • 18 noyabr 2012 15:18
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

_favorit_arkadas

  • 18 noyabr 2012 14:59
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
Allah razı olsun...

--------------------

ღ★ Firuzə ★ღ

  • 18 noyabr 2012 14:26
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN what cox sagolun

--------------------

Friendly_Girl

  • 18 noyabr 2012 14:00
  • Məqalə: 21
  • Şərh: 3146
  • Bal:
{awards}
ALLAH razi olsun!

--------------------

canim ablamin ilk hediyesi

Gözlüklü

  • 18 noyabr 2012 13:14
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Allah razi olsun

..::MisS DioR::..

  • 18 noyabr 2012 12:40
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
maraqlidi.coox saq ol...

--------------------

WITH_YOU

  • 18 noyabr 2012 12:21
  • Məqalə: 0
  • Şərh: 1724
  • Bal:
{awards}
ilk şərh. Ay maşallah

--------------------
LƏNKƏRANLIYAM ..... (TALIŞ)
VƏƏƏ BUNUNLA DA "ÇOX FƏXR EDİRƏM" !!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 58
Cəmi: 70

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}