Mercedes-Benz CLS Shooting Brake 2013

 
Mercedes-Benz CLS Shooting Brake 2013

Mercedes-Benz CLS Shooting Brake 2013

Mercedes-Benz CLS Shooting Brake 2013

Mercedes-Benz CLS Shooting Brake 2013

Mercedes-Benz CLS Shooting Brake 2013

Mercedes-Benz CLS Shooting Brake 2013

Mercedes-Benz CLS Shooting Brake 2013


Alman avtomobil istehsalçısı dinamika ilə praktiklik arasında çətin seçim problemini aradan qaldıraraq 2013-cü model ilinin yeni idman universalını – Mercedes-Benz CLS Shooting Brake avtomobilini təqdim edir. Yeni avtomobil dörd mühərriklə təklif olunur. Salonu təbii ağac elementlərlə işlənmiş avtomobil dəbdəbəli interyeri, habelə əla təhlükəsizlik göstəriciləri və yanacaq baxımından yüksək qənaətcilliyi ilə seçilir.

Mercedes-Benz CLS Shooting Brake kuzovu kifayət qədər alçaqda olan misilsiz idman avtomobilidir, ön tərəfin havaya qarşı aerodinamik müqavimət əmsalı Cd 0,29-dur. Yeni CLS-in orijinal dizaynı idmansayağı və eleqant üslubdadır. Onun qabarit ölçüləri (uzunluğu 4956 mm, eni 1881 mm, hündürlüyü 1413 mm) praktiki olaraq sedan versiyasınınkı ilə eynidir (sedan versiyası universaldan 3 mm alçaq və 16 mm enlidir).
Yeni universal dünyada ikinci avtomobildir ki, hər farasında 71 işıq-diod lampasından istifadə olunmuş yeni işıqlandırma sistemi ilə təchiz olunub. Burada bütün standart fənərlər işıq-diod lampaları ilə əvəzlənib ki, onlar da funksional baxımdan sonuncu nəsil biksenon faraların effektivliyindən geri qalmır. İstehsalçı şirkətin sözlərinə görə, yeni işıqlandırma sistemi ilk dəfə CLS kupesində nümayiş etdirilib və bundan sonra istifadəçilərin 95%-i daha effektiv və qənaətcil olan işıq-diod işıqlandırma sisteminə üstünlük veriblər.

İnteryer

Avtomobilin salonu beş rəng variantında təklif olunan yüksək keyfiyyətli dəri üzlüyü ilə seçilir. Salonun tərtibatında həmçinin üç növ təbii ağac elementlərindən, o cümlədən qəhvəyi qoz, parlaq qara göyrüş və tutqunlaşdırılmış açıq qəhvəyi qovaq ağacından istifadə olunub. CLS Shooting Brake universalının interyerini royal lakı və ya AMG karbon lifi, habelə saxsı material bəzəyir. Qeyd edək ki, sonuncu materiala bir qayda olaraq S-Class modellərində rast gəlinir və o, CLS modellərində ilk dəfədir ki, peyda olur.
CLS Shooting Brake 2013 avtomobilinin baqaj bölməsi baqaj üçün 590 litr məkan təqdim edir. Baqaj bölməsinin döşəməsi albalı ağacından hazırlanıb. Qeyd edək ki, baqaj bölməsinin tutumuna görə, yeni universal Jaguar XF Sportbreak (550 litr), BMW 5-ci Seriya Touring (560 litr) və Audi A6 Avant (565 litr) kimi avtomobilləri üstələyir və yalnız E-Class Wagon stablemate (695 litr) avtomobilindən geri qalır. Lakin arxa oturacaqlar qatlandıqda vəziyyət dəyişir. Belə ki, bu zaman baqaj üçün 1.550 litr məkan yaranır, bu göstəriciyə görə yeni universal yuxarıda sadalanan modellərin hamısından geri qalır (Jaguar: 1675 litr, BMW: 1670 litr, Audi: 1680 litr, E-Class Wagon: 1950 litr).

Mühərrik

CLS Shooting Brake 2013 avtomobilinin kapotunun altında ilk dövrlərdə 4 güc aqreqatı quraşdırılacaq. Bunlardan ikisi benzin, ikisi isə dizel mühərriki olacaq. 7 pilləli avtomat transmissiya ilə tandemdə işləyən bu mühərriklər yanacağa qənaəti təmin edən "start-stop" texnologiyası ilə təchiz olunacaq.

Dizel mühərrikləri

• CLS 250 CDI: 2,1 litr həcmli 4 silindrli turbinli mühərrik. Gücü 204 at gücü təşkil edən bu mühərriklə avtomobil 235 km/satadək sürətlə şütüyür və hər 100 kilometrə 5,3 litr yanacaq sərf edir;
• CLS 350 CDI: 3,0 litr həcmli 6 silindrli V6 mühərriki. Gücü 265 at gücü təşkil edən bu mühərriklə avtomobil 250 km/satadək sürətlə şütüyür və hər 100 kilometrə 6,0 litr yanacaq sərf edir.

Benzin mühərrikləri

• CLS 350: 3,5 litr həcmli 6 silindrli V6 mühərriki. Gücü 302 at gücü təşkil edən bu mühərriklə avtomobil 250 km/satadək sürətlə şütüyür və hər 100 kilometrə 6,7 litr yanacaq sərf edir;
• CLS 500: 4,7 litr həcmli 8 silindrli V8 mühərriki. Gücü 408 at gücü təşkil edən bu mühərriklə avtomobil 250 km/satadək sürətlə şütüyür və hər 100 kilometrə 5,3 litr yanacaq sərf edir.

4 silindrli mühərriklər istisna olmaqla bütün mühərriklər seçim üçün alıcılara arxa və tam (4MATIC) ötürücülü sistemlərlə təklif olunacaq. Konserndən verilən məlumata görə, 2013-cü ildə idman universalları sırasına yeni flaqman versiya – CLS 63 AMG əlavə olunacaq. Onun baza komplektasiyasına 5,5 litr həcmə və 573 at gücünə malik səkkiz silindrli iki turbinli V8 motoru daxil ediləcək.

Təhlükəsizlik

Yeni Mercedes-Benz CLS Shooting Brake universalının yüksək səviyyəli təhlükəsizliyinin səbəbi 10-dan artıq müasir yardım paketlərindədir. Onların arasında üç əsas paket bunlardır: DISTRONIC PLUS, BAS PLUS və PRE-SAFE.

Yuxarıda sadalanan üçlüyün sayəsində avtomobil hərəkət zolağından gözlənilməz kənarlaşmanı aşkar etməyə, görünməyən zonada avtomobil olduğu barədə sürücüyə xəbərdarlıq etməyə, vizual və audiosiqnallardan sonra sürücü avtomobilin hərəkətini korrektə edən tədbirlər görmədikdə qəzanın ağırlıq dərəcəsini azaltmaq üçün əyləc sistemini işə salmaqla hərəkəti korrektə etməyə qadirdir.


Geri dön

unfaithful

  • 20 noyabr 2012 19:22
  • Məqalə: 31
  • Şərh: 3486
  • Bal:
təşəkkürlər

--------------------

Prank girl

  • 19 noyabr 2012 17:53
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
tesekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Kamran.E

  • 19 noyabr 2012 15:57
  • Məqalə: 5
  • Şərh: 991
  • Bal:
{awards}
Superr wekiler tewekur

--------------------
-İki Üzlü Olub Bir Dünyan üçün Yox , Bir üzlü Olub iki Dünyan üçün Yaşa!

GuNaY_83

  • 19 noyabr 2012 12:36
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
{awards}
twk qeweng mawinlardi

--------------------

keven

  • 18 noyabr 2012 23:21
  • Məqalə: 43
  • Şərh: 1181
  • Bal:
{awards}
xebere gore tesekkur

--------------------

Pink World

  • 18 noyabr 2012 22:50
  • Məqalə: 11
  • Şərh: 1231
  • Bal:
{awards}
Kaski menimde bele masinim olaydi....

--------------------
OZUNU BAHALI GOSTERME
SENE ENDIRIMLI GUNLERINI XATIRLADARAM!!!

_Susqun_

  • 18 noyabr 2012 20:09
  • Məqalə: 34
  • Şərh: 2346
  • Bal:
{awards}
salonunu daha cox beyendim....

--------------------

..::MisS DioR::..

  • 18 noyabr 2012 19:41
  • Məqalə: 147
  • Şərh: 3792
  • Bal:
{awards}
salon superdii....

--------------------

solnuska

  • 18 noyabr 2012 19:29
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
COX SAQ OLUN ...........

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

★WirinKa★

  • 18 noyabr 2012 19:13
  • Məqalə: 14
  • Şərh: 4283
  • Bal:
{awards}
tewekkurler xeber ucun

--------------------

ღ★Diamond★ღ

  • 18 noyabr 2012 19:10
  • Məqalə: 340
  • Şərh: 8986
  • Bal:
{awards}
Jaguar XF Sportbreak

come back

  • 18 noyabr 2012 19:08
  • Məqalə: 588
  • Şərh: 11716
  • Bal:
{awards}
superdir super. winked

..:::EmOwka_eMo:::..

  • 18 noyabr 2012 18:41
  • Məqalə: 0
  • Şərh: 337
  • Bal:
{awards}
♥ >>>___...:::__♥__XeBeR__UcUn__♥__TwKlaR__:::...___<<<♥

so_sad

  • 18 noyabr 2012 18:39
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
{awards}
teşekkürlerrrr

SALLİ

  • 18 noyabr 2012 17:30
  • Məqalə: 0
  • Şərh: 534
  • Bal:
{awards}
Клевая тачка. Спасибо

ღ★ Firuzə ★ღ

  • 18 noyabr 2012 17:05
  • Məqalə: 359
  • Şərh: 8839
  • Bal:
{awards}
mercedese nifret elirem ama eziyyete hormet twk

--------------------

Gözlüklü

  • 18 noyabr 2012 16:56
  • Məqalə: 216
  • Şərh: 9220
  • Bal:
{awards}
Yaxwi mawindi tesekkurler

solnuska

  • 18 noyabr 2012 16:43
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
ilk werh menden twk qeweng mawinlardi

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 43
Cəmi: 61

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 58
Cəmi: 77
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 18
Cəmi: 441
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}