Körpəsini itirən ananın məktubu: Yuxuma gəl

 
Körpəsini itirən ananın məktubu: Yuxuma gəl

Yenə röyamda gördüm səni, yenə gülümsər, yenə şən, yenə qayğısız. Yenə danladın məni, tənbeh etdin. Ala gözlərini qayğılı-qayğılı baxan nəmli gözlərimə dikdin, başını buladın.
Ağ-qırmızı paltarda görürəm səni həmişə, hər gecə eyni geyimdə, eyni formada gəlirsən röyama. Bu 4 ildir ki, belədir. Nə üzün dəyişir, nə saçların, nə də baxışın. Yox, yox, səhv etdim, baxışın dəyişir hərdən. Gah qayğılı olursan, gah kədərli olursan, gah da xoşbəxt olursan gözlərinlə. Məni qüssəli görəndə qayğılı olur gözlərin. Məni ağlayan görəndə kədərli olur o ala gözlər. Elə ki məni sevinmiş görürsən (səni gördüyüm üçün sevinirəm yuxumda), onda sən də xoşbəxt olursan.

Səninlə bağlı o qədər az xatirəm var ki… O qədər az xatırlayıram səni… Yaddaşımı zorlayıram hər səfərində, unutmamağa çalışıram. Səndən xatirə qalan bir-iki geyimin, cox az sayda rəsmindir təsəllim. Hər gün o kiçik rəsimlərinə baxıram əzizim, səni unutmamaq üçün.
İlahi, nə qədər çətinmiş əzizindən ayrılmaq, nə qədər zormuş. Hardasa dayanıb məni seyr etdiyini bilirəm, mən də səni görürəm hara baxıramsa. Oğluma baxıram səni görürəm, ömür-gün yoldaşıma baxıram, səni görürəm, aynada özümə baxıram, özümdə səni görürəm. Hər yerdəsən canim mənim, hər yerdə…

Birlikdə keçirdiyimiz bütün vaxtı gözümün önünə gətirirəm, 4 il öncəki anlarımı yenidən yaşayıram hər gün. Birlikdə olduğumuz o 7 saat mənə həyatımın ən əziz anlarını yaşatdı, ən müqəddəs anlarını yaşatdı, ən ağrılı, ən acılı, ən dəhşətli anlarını yaşatdı. Dəhşətim sevincimdən çox oldu təəssüf…
Səni ilk gördüyüm an gözlərimdən, ağlımdan heç getmir – o qədər gözəldin, o qədər şirindin ki mələyim, səni görənlər “bəxtəvər” dedi mənə… Gözəmi gəldin, gözəmi gəldim, bilmirəm…

O təmiz gözlərinlə uzaqdan baxdın mənə, 7 saat bir otaqda olduq, bir havanı udduq, amma yaxınlaşmadıq bir-birimizə. Mən halsız, sən çarəsiz… İzin vermədilər toxunum sənə, əlim dəysin, qoxunu duyum. İzin vermədilər saçını oxşayım, o tərtəmiz ətrini ciyərlərimə çəkim. Heç olmasa təsəllim olardı mənim… Heç olmasa sənsiz qalanda səni hiss edərdim əzizim…

Birlikdə bir dənə rəsmimiz belə yoxdur, təsəllim köməksiz baxışlarını zillədiyin, içində tək sən olan şəkillərindir. Ona baxmaqdan doymuram, qoxulamaqdan, öpməkdən doymuram, səni hiss edərəm deyə onları basıram bağrıma…
Sənə qədər cox acı çəkmişdim, amma səni görən kimi unutdum hamısını, ən xoşbəxti oldum dünyanın. Nə hikmət varmış səndə, nə qüdrət, nə güc varmış… Sənin verdiyin acı hamısından ötə oldu, möhkəm oldu. Həyatın ən sərt şilləsini vurdun mənə o tərtəmiz əlinlə… Unuda bilməyəcəyim dağ çəkdin sinəmə, od saldın ürəyimə…
Hər dəfə yuxuma gələndə eyni sözü deyirsən mənə - “Burda çox rahatam, incitmə məni, ağlama!” deyirsən. Bədənini tərk etdikdən sonra yenə doğulmusan mələyim, yenə məsum bir can olmusan. Nə günahın varmış bilməm, Tanrım 7 saatlıq cəza kəsmiş sənə, gəldin, getdin…
Hər şeyin olduğu kimi qalıb, üz cizgilərin, baxışın. Bircə fərq var. Məndən uzaqda doğulmusan, ayrı doğulmusan, mənsiz doğulmusan. Bir tək röyalarda gəlirsən yanıma, bir tək orda buluşa bilirik…

Əlim belə dəymədi əlinə, telinə, bədəninə. Xatirən yox məndə, qoxun yox, ətrin yox burnumda. O qədər ağır cəza verdi ki mənə yaradan, o qədər ağır tale yazdı ki…
Sənsiz çox çətindir mənə, əziz balam! Sənsiz çox çətindir… Sənsiz dünya dünya deyil, mələyim! Sənsiz həyat çox sönükdür, çox eybəcərdir, çox rahatsızdır. Sənsiz günlərim gün deyil, əzabdır, çilədir. Bağışla məni, sən olmadan davam etdim həyatıma, bağışla….Amma unuda bilmədim səni, canım mənim!
Taleyi kəm, ömrü kəm, bəxti kəm qızım- Turanım! Adı kimi özü də qutsalım mənim! Eşidirsənmi məni? Duyursanmı ananı- gözünün nəmi heç qurumayan, ürəyi heç içdən sevinməyən, həyatdan küskün ananı… Yuxularımı əskik etmə məndən əziz balam, yuxuma gəl tez-tez, ətrini yuxumda duyum… Yuxumda görüm səni… Yuxuma gəl… Yuxuma gəl…

Körpəsini itirən ananın məktubu: Yuxuma gəl


Geri dön

DILEKLER

  • 1 dekabr 2012 19:24
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
cox tesirlidi twk

aksana1993

  • 28 noyabr 2012 13:57
  • Məqalə: 62
  • Şərh: 2160
  • Bal:
{awards}
DEYERLI MEQALE UCUN ALLAH SIZDEN RAZI OLSUN

--------------------
SEVGIM YALNIZ ALLAHA.....

love emo

  • 27 noyabr 2012 18:53
  • Məqalə: 30
  • Şərh: 2601
  • Bal:
{awards}
Cooox gpzeldi...

--------------------
Bəzən müdrik olman belə yetməz onu anlamağa.

my angel__

  • 23 noyabr 2012 23:00
  • Məqalə: 291
  • Şərh: 11177
  • Bal:
{awards}
cooo..xx tesirli hekayedir..cox sagol

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

ღ★ Firuzə ★ღ

  • 20 noyabr 2012 14:35
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
tewekkurr edirem recourse sad

--------------------

Pink World

  • 19 noyabr 2012 23:06
  • Məqalə: 11
  • Şərh: 1280
  • Bal:
{awards}
Xebere gore tesekkurler

--------------------
OZUNU BAHALI GOSTERME
SENE ENDIRIMLI GUNLERINI XATIRLADARAM!!!

ShoKKi_MoKKi

  • 19 noyabr 2012 21:48
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
ayyyy cox pis oldumee cox tesirli idi recourse tesekkur...

--------------------

Banned1

  • 19 noyabr 2012 21:08
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
offfff pis tesir elediye cox saqollllll

solnuska

  • 19 noyabr 2012 20:44
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Yuxularımı əskik etmə məndən əziz balam, yuxuma gəl tez-tez, ətrini yuxumda duyum… Yuxumda görüm səni… Yuxuma gəl… Yuxuma gəl…

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

unfaithful

  • 19 noyabr 2012 18:26
  • Məqalə: 31
  • Şərh: 3681
  • Bal:
{awards}
ALLAH razı olsun!

--------------------

aksana1993

  • 19 noyabr 2012 18:07
  • Məqalə: 62
  • Şərh: 2160
  • Bal:
{awards}
CANIM BACIM GOZEL MEQALE IDI ALLAH RAZI OLSUN

--------------------
SEVGIM YALNIZ ALLAHA.....

so_sad

  • 19 noyabr 2012 17:32
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
maraqliydiiiiiiii

Zehra Awiqi

  • 19 noyabr 2012 17:31
  • Məqalə: 39
  • Şərh: 3019
  • Bal:
{awards}
cox sagolun

--------------------
http:// [?] Загрузить с интернета:

Prank girl

  • 19 noyabr 2012 17:21
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Yuxuma gəl… Yuxuma gəl…

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

come back

  • 19 noyabr 2012 17:12
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
of cox pis oldum cox tesirli meqale idi tewekkurler. recourse

nuray88

  • 19 noyabr 2012 16:28
  • Məqalə: 0
  • Şərh: 305
  • Bal:
{awards}
Yuxularımı əskik etmə məndən əziz balam, yuxuma gəl tez-tez, ətrini yuxumda duyum… Yuxumda görüm səni… Yuxuma gəl… Yuxuma gəl…

ღ★Diamond★ღ

  • 19 noyabr 2012 15:47
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
“Burda çox rahatam, incitmə məni, ağlama!

Nuray2012

  • 19 noyabr 2012 15:39
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Maraqli hekaye idi cox sagol

--------------------

Kamran.E

  • 19 noyabr 2012 15:38
  • Məqalə: 5
  • Şərh: 1040
  • Bal:
{awards}
:"((( chox sagolun xebere gore

--------------------
-İki Üzlü Olub Bir Dünyan üçün Yox , Bir üzlü Olub iki Dünyan üçün Yaşa!

::Jessica Alba::

  • 19 noyabr 2012 14:39
  • Məqalə: 13
  • Şərh: 1791
  • Bal:
{awards}
tewekkurleeeer muellfe cox gozel hekayedi

dəli qız

  • 19 noyabr 2012 14:37
  • Məqalə: 0
  • Şərh: 363
  • Bal:
{awards}
AYYYYYYY ÇOX GÖZƏLDİ TƏŞƏKKÜR

..::MisS DioR::..

  • 19 noyabr 2012 14:32
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
tesekkurler...

--------------------

GuNaY_83

  • 19 noyabr 2012 14:32
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
İlahi, nə qədər çətinmiş əzizindən ayrılmaq, nə qədər zormuş. Hardasa dayanıb məni seyr etdiyini bilirəm, mən də səni görürəm hara baxıramsa. Oğluma baxıram səni görürəm, ömür-gün yoldaşıma baxıram, səni görürəm, aynada özümə baxıram, özümdə səni görürəm. Hər yerdəsən canim mənim, hər yerdə…

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 48
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 28
Cəmi: 509
 
♔Hе важно∞
Xəbərləri: 23
Cəmi: 65
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1143
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}