Kişi və qadın: itaətdə kimdir?

 
Kişi və qadın: itaətdə kimdir?


Kişinin qadından üstünlüyü - güclü cinsin zərifləri zorən yenməsindədirmi?

Qadın kişiyə tabe olmalıdır, yoxsa zərif cinsin tabeçiliyi onu gücsüz və taqətsiz etdiyindən insan haqlarının pozulması sayılmalıdır? Ümumiyyətlə, qadınların “biçarə taleyi” nədir və bunun səbəbləri hasnı məqamlardan qaynaqlanır?
İstanbulda çıxan «Dergah» jurnalında böyük məqalə ilə çıxış etmiş Sibel Eraslanın fikrincə, qadının madam Bovari və ya Anna Karenina olmadan hansısa dəbli müzakirələrin, ya da mübahisələrin mövzusuna dönmək şansları çox azdır.
«Qərb ədəbiyyatında qadın və tale mövzusu çox qarışıq olsa da, üzə çıxan bir məqam var. Həmin məqamı araşdıranda istər-istəməz sual doğur: əgər qadının taleyində mübarizə, savaş, xəyanət və ya emosional əməllərin izləri yoxdursa, bu insan ədəbiyyatın subyektinə çevrilə bilərmi?

Kişi gözündə qadın bölgüsü

Bir qədər də sadələşdirim: əgər Leyla Məcnunun ağlını başından almasaydı, Züleyxa da Yusifi həbsxanaya yollamasaydı, bu qadınlar nə qədər məşhur olardılar? Deyirlər ki, qədimlərdə din xadimləri qadınlara yazmağı yasaqlasalar da, Allah-Təala öz Sözünü söyləməyə elçi etdiyi insan vasitəsilə qadınların hüquq və haqlarını müəyyələşdirdi. Heç düşündünüzmü ki, nədən Şərq ədəbiyyatında qadın əks qütblərdə olur ��" ya qəhrəman, ya da qəhrəmanı məhv edən insan?!», - deyə, Sibel Eraslan yazır.

Türkiyənin ən məşhur «dindar feminist» yazarlarından biri kimi tanınan Sibel xanımla diskussiya etmək çətin işdi, çünki o, bütün arqumentlərə rəğmən mövqeyini dəyişməyən insanlardan biridir.
Qonşu və qardaş dövlətin ədəbi mühitinin mənsublarında, keçmişlə indikində qadınlara olan münasibət maraqlıdı, amma Azərbaycanda durum necədir ��" ilginc məsələdi.

Əntiq ədəbiyyat və söz sənətimizdə qadına biçilmiş rol bir neçə kvazivariantdan ibarətdi.
1. Qadın istəklidir - Belədə qadın siniflər baxımından uyğunsuz bir varlıq təki dəyərləndirilərək, yalnız eşq və həmin eşqin doğura biləcəyi şücaət mənbəyi sayılır. Sevdiyi xanıma qovuşmaq üçün kişi qarşısına çıxan bütün sədləri dəf edir, hicranın enişdən yoxuşa çıxaraq sonra üzüaşağı yuvarlanan yolu ilə gedir və sonda bütün faciələrlə ağrıların toplusunu ərsəyə gətirərək sınaq müntəxabatını ortaya qoyur. Ki, buyur, sevgilim, sənə görə bax, bunları etdim. Belə istək fatalizmdir və «eşqin gözü kordur» ifadəsinin yaranma səbəblərindən biri də məhz sevdiyi xanım üçün həyatını qara əskiyə bükməyə könüllü razılaşan müxtəlif yaşlı kişilərin davranışıdır.

2. Qadın məcburiyyətdir - Sevgi, rutinlik, yaşam və soyuq düşüncənin ayırdığı yer ��" bu, qadının sevgidən sonrakı nikah həyatında keçmək məcburiyyətində qaldığı mərhələlərdir. Bəhs edilən istiqamətin alternativi nikahsız yaşamdır ki, bütün Şərqdə olduğu kimi, Azərbaycanda da belə adyulterə cəmiyyətin münasibəti qayət soyuq olub. Sıradan bir vətəndaş ailə həyatının yeknasəqliyindən bezən, vücudunun içindəki canı darıxan kişinin yeni ruh mənbəyi arayaraq ayağını kəbin çevrəsindən kənara qoymasını başını yelləyərək anlamağa çalışsa da, həmin kişi üçün təcili və təxirəsalınmaz yardım funksiyasını yerinə yetirən qadına baxışları həmişə çatılı qaşların altından qəzəblə qıyılmış gözlərin süzülməsi olur. Gördünüzmü, cümlə necə də uzun alındı? Belə də olmalıdı zatən, çünki kişi-qadın münasibətlərində zərif cinsin nəyəsə məcbur olması (edilməsi) uzun prosesdir.

3. Qadın ilham mənbəyidir - Belə qadın irrealdır, ona toxunmaq və ya səsini eşitmək mümkün deyil. Zira həmin qadınlar gecədən xeyli keçmişə qədər otaqda oturub kompüterin boz sayrıntılar verən monitoruna, ya da prostrasiyaya düşmüş kxmer partizanı təki masaya uzanmış ağ vərəqə baxaraq qəmlənən şairin, osmanlı türkləri demişkən, "xəyal ürünü"dür. İlham mənbəyi funksiyasını yerinə yetirən qadın əlçatmazlıq əbasına büründürülür və ona çatmaq nə qədər cəfalı olarsa, nəzm və nəsr məhsuldarlığı bir o qədər çox olur.

4. Qadın həyat yoldaşıdır - Ölkədə nikahın bir tərəfi qarşı tərəfdəki xanımı «arvad» adlandırır, sivillər isə zərifləri «həyat yoldaşı» adlandırır. Həmin anlamı dərk edənlər gerçəkdən də, xanımını öz həyatına yoldaş edirsə, çətinlik və problemlərlə bahəm, sevinc və uğurlarını da qadınla bölüşmək məcburiyyətindədir.
Amma qadın sadəcə, «arvad» sayılırsa, onun nəsibi nikahdakı problemlər və çətinliklərdir - uğurları kişi yalnız özünə, xarüqələr yaradan əməyi, Eynşteyni aysberq kölgəsində qoyan beyni və 999 terabaytlıq superkompüterdən də sürətli düşüncəsinə bağlayır.

Haqq havasızlığındakı insan

Nə edəsən ki, Azərbaycanda qadın əksər hallarda zaman və koordinatlardan kənar tutulur.
Qadının qədim əyyamlardakı dilsiz-ağızsızlığı və ya onun gələcəyi ilə bağlı müxtəlif, hələ gerçəkləşməmiş fantaziyalar orta əsrlər qərinələrindən bəri sümük iliyində qalan daxili həqiqət təsiri bağışlayır.
Azərbaycanda qadın və ədəbiyyat məhfumlarının kəsişdiyi müstəviyə gəldikdə isə, yerli nəsr-nəzm paralelliyindəki kulturoloji mübahisələrdə son illərdə qadın yazıçılar sovet illərindəki ağırlığı bərpa edirlər deyəsən.
Nədən?

Çünki ədəbiyyat təki, diskussiya da artıq kişinin kişi ilə apardığı ciddi söhbət, nəyinsə müzakirəsi hesab olunmur.
Orta statistik azərbaycanlı kişi hələ də anlamır ki, «niyə hansısa qadınlar yazıçı olur».
Məncə, səbəb sadədir.
Özünü özü üçün qorumaq istəyən qadınlar yazıçılıq edir. Bu isə əsrlərdən bəri Şərq qadınına şamil edilən çox danışmaq, «çənədən bərklik» və «hülqumsuzluq» anlayışları ilə köklü ziddiyyət təşkil edir.

Qadınlarımız üçün yazarlıq şüurun yüksəlişi sayıldığından ədəbi mühitdə hələlik yalnız yaza bilən və ya yazan qadınlara diskussiya icazəsi verilir.
Bəs yaxşı, belədə yaza bilməyən və adidən adi həyat yaşayan qadın nə etməli -bilinmir.
Şərqin aksiomlaşmış, daşlaşmış ifadələrindən biri də odur ki, qadın incə və zərif olmalıdır.
Halbuki qadının özü zərifliyə incəlik verir. Bu isə parçada vahidin: təkdə çoxluğun görülməsidir.

Kənanın yox, Yusifin anlayışı, kəmiyyət əvəzinə keyfiyyətə üstünlük verilməsidir.
Türk sufi Həzrət Kənan Rifai yazırdı: «Qadınların incəliyi onların anlamlarının bizə aşkar olan təzahürüdür. Biz kişilər düşünürük ki, onlardan ağıllı və güclü olduğumuzu düşünürük. Fəqət, güclü məxluqu zəif varlıq dünyaya gətirə bilərmi? Ağıl bisavadlıq, istedad korafəhmlik, cəsarət isə xofdan doğa bilərmi?»

Fransız kinorejissor Fransua Trüffonun «Qadınları sevən kişi» («L'homme qui aimait les femmes») filminin qəhrəmanı Bernard deyir: «Axı nədən bir insanda tapa biləcəklərimizi kütlədə axtarırıq?».

Bu səbəbdən də çoxluqda yol aramaq, fetişə can atmaq, ifrat əlaqələr vasitəsilə obrazlar hovuzunda təmizlənə bilməyib düşünmək… Qadın şüurunu dərk etmək istəyi və hər insanın haqqına şəfqət olmadan bütün bunlar əzabdır ki, var.
Əzab - qadının gözlərində sevincin yoxluğu, ananın göz yaşları, qızın pərişan gözləntisidir.
Kişilər bunları görür, amma çox vaxt anlamır.
Anlarsa, yalançı üstünlük hissinə döndərilən səylərdən qurtula bilər.


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 12:03
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
COX SAQOLUN YAZAN ELLERIVIZ VAR OLSUN MARAQLIDIR

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

babyzz

  • 4 iyun 2011 22:07
  • Məqalə: 0
  • Şərh: 116
  • Bal:
{awards}
Siz oldum (ruben_shara@yahoo.com)
My name Miss Shara, mən profil gün gördüm və maraqlı oldu, mən də daha çox bilmək kimi olacaq və sizə kimə bilmək üçün mənim şəkil verə bilər ki i, mənim e-poçt ünvanına e-poçt göndərmək istəyirəm i am.Here mənim e-mail (ruben_shara@yahoo.com) Shara above.Miss biz (mənim e-mail poçt gözləyirəm here.I dən hərəkət edə bilər və ya məsafə unutmayın rəng fərqi yoxdur, lakin sevgi məsələləri bir çox inanırsınız həyatında.
My gəldikdə
Miss Shara.
ruben_shara@yahoo.com

;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
Nice to meet you,( ruben_shara@yahoo.com)
My name is Miss Shara,i saw your profile today and became interested in you,i will also like to know you more,and i want you to send an email to my email address so i can give you my picture for you to know whom i am.Here is my email address ( ruben_shara@yahoo.com) believe we can move from here.I am waiting for your mail to my email address above.Miss Shara(Remember the distance or color does not matter but love matters a lot in life.
My regards
Miss Shara.
ruben_shara@yahoo.com

::..ONSLAUGHT::..

  • 4 aprel 2011 22:44
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Maraqli melumata gore cox sag ol

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Just For Legend

  • 11 dekabr 2010 20:40
  • Məqalə: 407
  • Şərh: 3195
  • Bal:
{awards}
maraqli xebere gore minnattaram

--------------------

romantikim

  • 8 dekabr 2010 10:11
  • Məqalə: 27
  • Şərh: 612
  • Bal:
{awards}
Axıra qeder sebrim çatıb oxuya bilmədim . Amma demək istiyirəm ki qadın hər şeydi.hamıdı

YazYamuru

  • 8 dekabr 2010 01:49
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
HEEEEEEE fellow

--------------------



AskZede

  • 8 dekabr 2010 00:50
  • Məqalə: 10
  • Şərh: 679
  • Bal:
{awards}
hmm maraqlidir twk

--------------------

Grace_Angel

  • 8 dekabr 2010 00:20
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler xeber ucun...

--------------------

Ulya

  • 8 dekabr 2010 00:07
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagoll winked

Sergio Ramos

  • 7 dekabr 2010 23:53
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
təşəkkür

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 33
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}