Ehtiyacım var sənə

 
Ehtiyacım var sənə

Bir nağıl, hekayət, bəlkə də bir rəvayət oldu dillərdə varlığını belə bilmədiyin sevgim. Səssiz-səmirsiz gəldin kimsəsiz könlümə. Sevginin nə olduğunu bilmədən sevgi yağışına qərq etdin cansız ruhumu. Əsdikcə insan ruhunu məst edən xəfif meh kimi əsib zülmət dünyamı nura doğru apardın. İlk səni sevdi ürək. Mən sevməyi səndən öyrəndim. ”Taleyim” deyib qəlbimi və ağlımı sənlə doldurarkən sildim oradakı bütün keçmiş kədərləri. Atdım ruhumu inlətən kimsəsizlik yükünü. ”Sevirəm” deyib səni kimsəyə anlatmağa cəsarət etməsəm də hər kəs sənə olan sevgimi azacıq da olsa anladı. Amma yaşadığım bu adi həyatda dünyamı hədsiz gözəl edən varlığın nə olduğunu heç kəs bilmədi. Bu xəyalının bəxş etdiyi xoşbəxtlik duyğusu idi .O xəyal ki, sonralar qəlbim onu özünə həmdəm seçib hər an onunla söhbət edirdi. Bax beləcə xoşbəxtliyimin təməlini qoydu bu məhəbbət. Mən xoşbəxtliyin nə olduğunu səndən öyrəndim.


Ehtiyacım var sənə

Elə bu xoşbəxtliyə qovuşmaq üçün hər gün sənli sabahlara oyanmaq ümidi ilə yumuram gözlərimi: bir gün həsrətdən ağlaya-ağlaya, bir gün də xəyalının bəxş etdiyi xoşbəxtlikdən gülərək. Qəribədir ki, dodaqlarıma qonan ilk gülüşün səbəbkarı sən olduğun kimi, gözlərimdən axan ilk yaşların da səbəbkarı sənsən. Mənsə düşünmədən, hiss etmədən, uzaqlardan hər gün bir az daha bağlanıram sənə. Artıq sevgin qəlbimdə elə bir yer tutub ki, o sevginin bitməsi üçün bu ürəyin dayanması gərək. Amma neyləyim ki, bu vücud bu ürəksiz yaşaya bilmədiyi kimi bu ürək də bu sevgisiz yaşaya bilmir. Artıq nə sənsizliyə, nə də sənsizliyin gətirdiyi tükənməz iztirablara dözmür ürək. Öz sevgisinin oduna hər gün bir az daha əriyib asta-asta məhv olur. Xəyalının gözləri önündə bitir zavallı bir ömür. Mənsə bu ömrü deyil xəyalını, varlığını hiss edərək bitirmək istərdim.


Ehtiyacım var sənə

Gözlərinə baxaraq, ömürlük bir həsrətə qollarının arasındakı ölümlə son qoyardım. Sənsiz yaşanan ömürdənsə sənli gerçəkləşən ölümü seçərdim. Ölümü belə səninlə xəyal etdiyimə təəccüblənmə: mən yaşarkən ölməyi də səndən öyrəndim. Gecələr yastığa sən deyə sarılarkən göz yaşlarım öyrətdi mənə sənin xəyal deyil əslində uzaq bir həqiqət olduğunu. Bir kərə olsa belə əlini tutmadım, amma, dəfələrlə xəyalına sarıldım. Ayrılmadım saatlarca, səni itirməməkçün. İtirmədim də. Çünki sən səninlə yaşayan qəlbimdə yaşayırsan, ruhumu yaşadırsan. Ayırırsan yalan dünyanın gerçək kədərindən. Mən xəyallara sığınıb gerçəklərə yad olmağı da səndən öyrəndim .Sənsiz ötən illər gəncliyimi aldı məndən. Həsrətinlə itirdim ömrün ilk baharını.İndi sənsizliklə qocalıram. Amma, bilmədən ürəyimə bəxş etdiyin bu əzablı sənsizlikdən xəbərin yoxdu sənin.


Ehtiyacım var sənə

Bilmirsən bir ürəkdə bitməz sevgiyə çevrilib o ürəyi varlığının təsəllisi ilə yaşatdığını. Xəbərsizsən mənliyimdə bir sən yaradan sevgimdən. Sən mənə məndən yaxın olduğundan, mən də sənə səndən yaxın olmağı öyrəndim. Səndən öyrəndim. Həyatımdakı bütün özəlliklər kimi bunu da səndən öyrəndim. Məktəb oldun sanki ömrümə. Mən axı hər şeyi səndən öyrəndim. Sözlərimə inanıb bir həqiqəti də sən öyrən:mənim sənə anlatılması mümkün olmayacaq qədər çox EHTİYACIM VAR...


Geri dön

unfaithful

  • 20 noyabr 2012 19:29
  • Məqalə: 31
  • Şərh: 3681
  • Bal:
Sənsiz ötən illər gəncliyimi aldı məndən. Həsrətinlə itirdim ömrün ilk baharını.İndi sənsizliklə qocalıram.

--------------------

Prank girl

  • 19 noyabr 2012 17:57
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tesekkurler...

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Kamran.E

  • 19 noyabr 2012 16:08
  • Məqalə: 5
  • Şərh: 1040
  • Bal:
{awards}
Ehtiyacim var sene...

--------------------
-İki Üzlü Olub Bir Dünyan üçün Yox , Bir üzlü Olub iki Dünyan üçün Yaşa!

Friendly_Girl

  • 19 noyabr 2012 13:21
  • Məqalə: 21
  • Şərh: 3146
  • Bal:
{awards}
tesekkurler...

--------------------

canim ablamin ilk hediyesi

GuNaY_83

  • 19 noyabr 2012 12:48
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
cox sag ol...

--------------------

love 2012

  • 19 noyabr 2012 12:31
  • Məqalə: 0
  • Şərh: 102
  • Bal:
{awards}
twkler !!!!!!!!!!

--------------------
Bir AmbuLansın Siqnal Sesi Kimi İdi Gedişin . .
.
" YOL " Vermekten başqa Çarem yox idi . . ! # unvanli
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 23
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}