"Heç bir vəzifədə gözüm yoxdur"

 
"Heç bir vəzifədə gözüm yoxdur"


Eldar İbrahimov: "Mənim üçün deputat olmaqdan şərəfli dünyada heç bir vəzifə yoxdur"

"Mənim heç bir vəzifədə gözüm yoxdur. 20 ildir deputatam və bu iş də mənim üçün çox önəmlidir. Millət vəkili olmaq mənim üçün şərəfdir və bundan başqa heç bir vəzifə nə istəmişəm, nə də bundan sonra istəyəcəm".
Bu sözləri "Şərq"ə açıqlamasında millət vəkili Eldar İbrahimov söyləyib.
Qeyd edək ki, mətbuatda gedən informasiyalara görə, E.İbrahimov yaxın zamanlarda Kənd təsərrüfatı naziri postuna gətiriləcək. Məsələyə münasibət bildirən E.İbrahimov yayılan məlumatların həqiqət olmadığını və "sadəcə uydurma" olduğunu bildirib: "Mən bu xəbəri yayan qəzetə heç vaxt cavab verməmişəm. Çünki ehtiyac görməmişəm. Onlar özünü kim hesab edir? Bəyəm, "Azadlıq" qəzeti məni millət vəkili edir, ordan çıxardıb nazir qoyur? Onlar hər dəfə belə yazılar yazırlar. Axı ayıbdır, adamların adını niyə hallandırırlar? Yenə bildirmək istəyirəm ki, mənim heç bir nazir vəzifəsinə ehtiyacım yoxdur. Mən bu vəzifədə Naxçıvanda lap yüksək səviyyədə işləyən adam olmuşam. İndi də 20 ildir ki, qanunvericiliklə məşğulam. 15 ildir ki, Aqrar siyasət komitəsinin sədriyəm və mənim üçün deputat olmaqdan şərəfli dünyada heç bir vəzifə yoxdur".

Bu barədə onunla heç kimin söhbət etmədiyini vurğulayan millət vəkili əlavə edib ki, "hazırda ölkənin kənd təsərrüfatı naziri var və o, çox yaxşı fəaliyyət göstərir": "Nəyə görə o öz vəzifəsindən çıxmalıdır və Eldar İbrahimovu onun yerinə qoymalıdırlar? Bu adam o vəzifədə yaxşı işləyir və mən də parlamentdə. İkimiz də yaxşı işləyirik".


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 12:03
  • Məqalə: 515
  • Şərh: 3322
  • Bal:
COX SAQOLUN YAZAN ELLERIVIZ VAR OLSUN MARAQLIDIR.....kiwisen

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Just For Legend

  • 11 dekabr 2010 20:39
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
maraqli xebere gore minnattaram

--------------------

romantikim

  • 8 dekabr 2010 10:46
  • Məqalə: 27
  • Şərh: 604
  • Bal:
{awards}
O qədər də maraqlı olmadı canım incimə

Sergio Ramos

  • 7 dekabr 2010 23:53
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
yeri yoxdur bu xəbərin...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 37
Cəmi: 56

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 84
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}