Bankların sayı məsələsi ətrafında fikirlər haçalanır

 
Bankların sayı məsələsi ətrafında fikirlər haçalanır


Nazim Məmmədov: "Bankların çox olmasının yalnız və yalnız faydası var"

Azərbaycanda fəaliyyət göstərən bankların sayının həddən çox olması, onların bir çoxunun isə ölkə iqtisadiyyatında hər hansı ciddi rola malik olmaması barədə mətbuatda zaman-zaman yazılıb. O da bildirilib ki, bir sıra banklar, hətta nizamnamə kapitalı ilə bağlı Mərkəzi Bankın qarşıya qoyduğu tələbləri də yerinə yetirə bilmək imkanında deyil.
Belə bankların tədricən maliyyə bazarından çıxması qaçılmazdır. Ən azından, bu vəziyyətdə uzun müddət qalmaq mümkün olmayacaq.

Digər tərəfdən, Azərbaycanda bu günə qədər 47 bank mövcud olsa da, onların yalnız 20-si mövcud tələblərə cavab vermək imkanındadır. Digər banklar isə, daha çox, hansısa firmanın, şirkətin kassası rolunda çıxış edir. Yəni həmin banklar 9 milyon əhalisi olan Azərbaycanda elə bir mühüm çəkiyə malik deyil. Ölkədə prestijinə görə daha çox sayılıb-seçilən banklar bunlardır: Beynəlxalq Bank, "Kapitalbank", "Texnikabank", "Unibank", "Rabitəbank".

Məlum olduğu kimi, bu günlərdə Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə fəaliyyətdə olan "Debütbank" ASC və "Kövsərbank" ASC-nin lisenziyalarının ləğv edilməsi bankların say məsələsini yenidən aktuallaşdırdı. Qeyd edək ki, müstəqilliyinin ilk illərində, digər SSRİ ölkələrində olduğu kimi, Azərbaycanda da bankların sayında kütləvi artım müşahidə edilib. Artıq 90-cı illərin ortalarında onların sayı 200-dən də çox olub. 1995-ci ildən başlayaraq MB-nin sərt tədbirləri, o cümlədən nizamnamə kapitalının minimal həddini artırması nəticəsində bankların sayı 5 dəfəyədək azalıb. Bu günə kimi ölkədə 47 bank fəaliyyət göstərirdi ki, artıq MB-nin məlum qərarından sonra onların sayı 45-ə endi. Lakin ekspertlər bağlanacaq bankların sayının daha çox olacağını bildirir. Bütövlükdə Azərbaycan kimi ölkə üçün normalda neçə bankın mövcud olması maraq doğurur.

Tanınmış iqtisadçı Nazim Məmmədov hesab edir ki, Azərbaycanda nə qədər çox bank olsa, bir o qədər yaxşıdır: "Bankların çox olmasının yalnız və yalnız faydası var. Lakin o bankların necə işləməsi barədə fikir yürüdə bilərik. Bankın az və ya çox olmasını bazar instrumenti olan tələb-təklif müəyyənləşdirir. Şəxsən mən bir istehlakçı, bir vətəndaş kimi marağındayam ki, nə qədər bank çox olsa, bu bir o qədər yaxşıdır. Lakin o da var ki, çox olacaq bankların göstərdiyi xidmətlər də yüksək standartlara cavab verməlidir. Bəziləri belə bir fikirlə çıxış edir ki, guya Azərbaycan üçün 50 bankın olması çoxdur. Belə fikirləri iqtisadçı alim olaraq gülüşlə qarşılayıram. Belə təkliflər məndə həmin insanların bazar və liberal iqtisadiyyatdan xəbəri olmaması təəssüratını yaradır. Məlumat üçün qeyd edim ki, hazırda banklar üçün nizamnamə kapitalının 10 milyon manat olması məcburi xarakter daşıyır. Ona görə də Mərkəzi Bankın lisenziya tələblərinə uyğun olmayan banklar öz məsələlərini özləri həll etməlidir. Ya daha böyük banklarla birləşməlidi, ya da başqa fəaliyyət növü seçməlidilər. Ona görə də bankların bağlanması və yaxud da süni olaraq azaldılması ölkə istehlakçısının xeyrinə ola bilməz. Bu zaman rəqabət mühiti yaradılmalıdır. Təbii ki, tələblərə cavab verməyən banklar onsuz da duruş gətirə bilməyəcək".


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 12:00
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
COX SAQOLUN YAZAN ELLERIVIZ VAR OLSUN MARAQLIDIR

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Just For Legend

  • 11 dekabr 2010 20:08
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
maraqli xebere gore minnattaram

--------------------

CandyGirl

  • 10 dekabr 2010 18:04
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
lap yaxsi wink

--------------------

Ulya

  • 8 dekabr 2010 23:17
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur edirem

Sergio Ramos

  • 8 dekabr 2010 23:00
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
maraqlı olmadı

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 47
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 30
Cəmi: 509
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 67
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 3
Cəmi: 1144
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}