Qəzetlərə iflasdan xilas yolları axtarırlar

 
Qəzetlərə iflasdan xilas yolları axtarırlar

Qəzetlərə iflasdan xilas yolları axtarırlar

İnternet media yaranandan qəzetlərin sıradan çıxma təhlükəsi gündəmdədir. Bütün dünyada müşahidə olunan narahatlıq, ölkəmizdən də yan keçməyib. Üstəlik son zamanlar qəzetlərin əsas satış məkanları olan “Qasid”in ləğv olunub, onun əvəzində fəaliyyət göstərən yeni obyektlərdə isə, qəzet satışı ilə bağlı problemlər yaranır. Bu hal qəzetlərin onsuz da yüksək olmayan tirajlarının bir az da azalmasına səbəb olub.

Lakin məhv olmaqdan qorunmaq üçün bəzi qəzetlər alternativ yollar da axtarmağa başlayıblar. “Yeni Müsavat” qəzeti çıxış yolunu qəzetin PDF variantının hazırlanmasında tapıb. Bu variant ənənəvi qəzetdən iki dəfə ucuz qiymətə satılacaq, üstəlik, daha rəngli və oxunaqlı formada olacaq.

Bəzi ölkələrdə uzun müddətdir ki, tətbiq olunan bu sistem özünü doğruldub. Hətta bundan yüksək gəlir də əldə edilir. Bəs, Azərbaycanda qəzetlərin bu sistemə keçməsi nə qədər realdır? Bunun hansı üstünlükləri ola bilər?


“Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı bir müddət qəzetin PDF variantını saytda yerləşdirdiklərini, lakin yaxşı təbliğat aparılmadığından oxunma sayının istənilən səviyyədə olmadığını bildirdi: “Son bir aydır ki, PDF variantının yayımını saxlamışıq. Çünki pullu varinantın hazırlanması üzərində işləyirik. Bir neçə həftəyə bu proses başa çatacaq, oxucularımıza qəzeti yeni formatda çatdıra biləcəyik. Bəzi obyektiv və subyektiv səbəblər bizi PDF varinatına keçməyə məcbur edib. Öncəliklə kağız üzərində qəzetləri oxumaq istəyənlərin sayı azalıb, xüsusən də, gənc nəsil daim yeni format istəyir. Bundan başqa, yeni quraşdırılan köşklərdə qəzet tapmaq mümkün deyil, ona görə də, yeni daşıyıcılara ehtiyac var”.

E.Şıxlı dünyanın bir sıra ölkələrində bu sisteminin tətbiqinin nəticələrindən də danışdı: “Almaniyanın ən nüfuzlu 5-6 qəzetindən biri “Frankfrut algemine saytunq”un tirajı 1-1.5 milyondan 350 minə düşüb. Bunun əvəzində isə, onun PDF variantına keçiblər. “Nyu York Times” qəzeti də PDF formatına keçib və cüzi də olsa, gəlir əldə edirlər. PDF formatında qəzet tam rəngli olacağına görə, reklamçılar üçün də üstünlükləri var. Həmçinin qəzet köşklərdən ən yaxşı halda 11-də alınırsa, PDF formatını maksimum gecə saat 3-də oxumaq imkanı olacaq”.

O, yeni formatda qiymətlərin necə olacağına da aydınlıq gətirib: “PDF formatında bir həftəlik abunə 1 manat olacaq, bu isə, 40-45 faiz daha ucuz məhsul deməkdir. PDF formatının ənənəvi qəzeti sıradan çıxaracağına inanmıram. Bu, əksinə, ənənəvi qəzetə dayaq üçün yaradılıb”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid
də artıq uzun müddətdir ki, PDF formatının saytda yerləşdirildiyini, amma oxucu sayından razı olmadıqlarını bildirdi: “İnsanların bu barədə yetərincə məlumatlı olmaması səbəbindən oxucu sayı istənilən səviyyədə deyil. PDF formatının nə olması anlaşılandan sonra, təxminən, bir neçə ilə PDF formatının oxucu sayı da artacaq. Düşünürəm ki, insanların buna alışması üçün müəyyən bir müddət lazımdır. Bundan başqa, bütün kompüterlərdə bu proqramın açılma problemi var”.

Qiymət məsələsinə gəldikdə isə, R.Məcid bunun simvolik bir qiymət olaraq, prosesə uyğun müəyyən olunacağını dedi. O, PDF qəzetin ənənəvi qəzeti sıradan çıxaracağına da münasibət bildirdi: “Bu diskussiyalara 1998-ci ildən qoşulmuşam. O zaman bu fikirlərə inanmasam da, artıq son bir neçə ildə ənənəvi qəzetə marağın azaldığını müşahidə edirəm. Ənənəvi qəzetin tam məhv olacağına inanmıram. Amma bu tirajı müəyyən qədər azaldacaq”.

"Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyevin sözlərinə görə, qəzetlərin PDF formatda hazırlanması ilə bağlı Rusiyada iş 2009-cu ildən başlanılıb, 2011-ci ildən isə, elektron tirajlar, çap tirajlarını üstələyib. O, həmçinin PDF qəzetin üstünlüklərindən də danışdı: “Qəzet yayımı zəif olan ölkələrin bir çoxunda bu sistem tətbiq olunub. Çünki PDF variantı bir çox texniki problemlər - kağız, mətbəə, nəqliyyatla bağlı yaranan məsələləri aradan qaldırır. Bu xərclər aradan qalxdığına görə, qəzetlər iki dəfə ucuz qiymətə satılır. Bu isə, əməkdaşların maaşına təsir etməyəcək. Bu, ənənəvi medianın inkişaf perspektivlərini genişləndirir və onu istiqamətləndirir. Həm də zaman, məsafə problemi yoxa çıxır, qəzet çapa gedəndə artıq oxucu onu ala bilir. Medianın əsas məqsədi oxuculara maksimum tez çatmaqdır və bu sistemlə də həmin istəyə daha tez nail ola bilər. Bundan başqa, PDF formatındakı qəzet ənənəvi qəzetdən təxminən 50 faiz ucuz olur. Nəzərə alsaq ki, qəzet intellektual informasiya vasitəsidir və intellektual təbəqə isə, internet materialı oxumaqda maraqlıdır. Bundan başqa, xaricdə yaşayan azərbaycanlıların da bu qəzetləri portal xəbəri yox, qəzet kimi oxumasına imkan yaradırıq”.

O, PDF varinatına keçməyin reklamverənlər üçün əlavə imkanlar yaratdığını da dedi: “Elektron formatda çap zamanı ən yüksək reklamların çoxrəngli formada yayımı daha böyük auditoriyaya çatmaq imkanı yaranır. Bu da reklamverən üçün bəzi üstünlüklər deməkdir. Bu gün bir neçə qəzetdə rəngli çap tətbiq edilir ki, onların da keyfiyyəti istənilən səviyyədə deyil. PDF variantında tətbiq edilən rəngli və keyfiyyətli çap reklamçılar üçün böyük imkanlar yaradacaq”.

A.Əliyev onu da vurğuladı ki, qəzetin PDF variantı ənənəvi qəzetdən çox da fərqlənməyəcək, psixoloji fon saxlanılacaq, oxucu sadəcə, kağız qoxusunu hiss etməyəcək. Bu, həm də əlavə kağız xərclərinin aradan qalxması deməkdir. A.Əliyev yeni üsulun ənənəvi qəzeti sıradan çıxarmasına da toxundu: “Dünya təcrübəsində də təsdiqlənib ki, qəzetlər PDF variantına keçərkən çap variantına yalnız 5-10 faiz təsir edir. Bu, elə də böyük itki deyil. Çünki yağışlı gündə tirajlarının 90 faizini itirə bilirlər”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırli PDF formatına keçməyin, qəzetlərin maliyyə durumunun yaxşılaşmasına kömək etməklə yanaşı, çap mediasına mənfi təsir göstərəcəyini də dedi: “Son vaxtlar qəzetlərin satış problemləri ilə əlaqədar tirajları aşağı düşüb. Yeni köşklərin qəzet satışı ilə məşğul olması effektli deyil. Düşünürəm ki, PDF variantına keçmək uğurlu variantlardan biridir. Yeni sistem maliyyə imkanları ilə yanaşı, oxucu auditoriyasının da artmasına təsir edəcək. Bu, Azərbaycan üçün bir yenilikdir. Ancaq hələlik, yüksək qazancın əldə olunacağını düşünmürəm. Müasir qəzetçilik prosesinin bizə gətirdiyi yeniliyin nəticələrini əvvəldən demək mümkün deyil. Mənim üçün də hələ məsələ tam mənası ilə aydın deyil”.

PDF variantların kağız medianı sıradan çıxarmasına gəldikdə isə, A. Aşırlı bununla qətiyyən razılaşmadı: “İctimai rəyə təsir edən, normal oxucusu olan qəzetlər hər zaman olacaq. Hətta düşünürəm ki, daha da inkişaf edəcək. Çünki internet medianın mənbə kimi qəbul olunmasında problemlər var. İnformasiyanın etibarlılığına görə, kağız medianın imkanları daha genişdir. Çap mediasının qalacağı şübhəsizdir”.

Qeyd edək ki, artıq ölkədə 10-a yaxın qəzet bu sistemə keçməyi planlaşdırır. Yaxın gələcəkdə həmin qəzetlərin PDF formatlarının toplandığı sayt da fəaliyyətə başlayacaq.


Geri dön

GuNaY_83

  • 28 noyabr 2012 15:41
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
xebere gore teskkur..

--------------------

ღ★ Firuzə ★ღ

  • 20 noyabr 2012 14:55
  • Məqalə: 359
  • Şərh: 8839
  • Bal:
{awards}
#Hмм..χмм..тѕѕ..ρѕѕ..

--------------------

solnuska

  • 19 noyabr 2012 20:38
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
MELUMATA GORE MERSI

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Leo Messi

  • 19 noyabr 2012 19:32
  • Məqalə: 438
  • Şərh: 538
  • Bal:
{awards}
şərhlərinizə görə minnətdaram....

Amma 2-3 gündü xəbərlərim silinire nəyə görə Adminlər???

--------------------

ShoKKi_MoKKi

  • 19 noyabr 2012 18:48
  • Məqalə: 801
  • Şərh: 11344
  • Bal:
{awards}
xebere gore teskkur..

--------------------

unfaithful

  • 19 noyabr 2012 18:21
  • Məqalə: 31
  • Şərh: 3486
  • Bal:
{awards}
məlumat üçün təşəkkürlər

--------------------

come back

  • 19 noyabr 2012 17:17
  • Məqalə: 588
  • Şərh: 11716
  • Bal:
{awards}
indi hec kim qezet oxumur hami oyrenecklerin internetden oyrenir amma qezetinde oz yeri var

Prank girl

  • 19 noyabr 2012 17:11
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
tesekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

so_sad

  • 19 noyabr 2012 17:10
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
{awards}
teşekkürlerrrrr

Zehra Awiqi

  • 19 noyabr 2012 17:05
  • Məqalə: 39
  • Şərh: 2948
  • Bal:
{awards}
cox uun metindiye ee balaca yaa bilmezdi men hele dersi bu qeder oxumamiwam xebere gore twk

--------------------
http:// [?] Загрузить с интернета:

Gözlüklü

  • 19 noyabr 2012 15:54
  • Məqalə: 216
  • Şərh: 9220
  • Bal:
{awards}
Tesekkurler

ღ★Diamond★ღ

  • 19 noyabr 2012 15:42
  • Məqalə: 340
  • Şərh: 8986
  • Bal:
{awards}
xebere gore twkr

Kamran.E

  • 19 noyabr 2012 15:26
  • Məqalə: 5
  • Şərh: 991
  • Bal:
{awards}
tewekurler xebere qore..

--------------------
-İki Üzlü Olub Bir Dünyan üçün Yox , Bir üzlü Olub iki Dünyan üçün Yaşa!

Nuray2012

  • 19 noyabr 2012 15:26
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

..::MisS DioR::..

  • 19 noyabr 2012 15:05
  • Məqalə: 147
  • Şərh: 3792
  • Bal:
{awards}
xebere gore tesekkurler...

--------------------

dəli qız

  • 19 noyabr 2012 14:52
  • Məqalə: 0
  • Şərh: 350
  • Bal:
{awards}
təşəkkürlər winked

GuNaY_83

  • 19 noyabr 2012 14:51
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
{awards}
cox sag ol....

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 56
Cəmi: 79

 

Top 10 Müəllif

ραყιȥ
Xəbərləri: 57
Cəmi: 137
 
The Shield
Xəbərləri: 57
Cəmi: 152
 
NIGAR
Xəbərləri: 44
Cəmi: 790
 
lamiye_2001
Xəbərləri: 30
Cəmi: 32
 
♔Hе важно∞
Xəbərləri: 29
Cəmi: 243
 
Nergiz__Sirinova
Xəbərləri: 24
Cəmi: 505
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}