Hüseynə yerlər ağlar, göylər ağlar...
Bu gün - 7 dekabrdan Məhərrəm ayı başlayır.
Yaradan bəzi ayları başqalarından üstün tutar, onları fəzilətli edər
və müsəlmanların da həmin fəzilətdən bəhrələnməsinə imkan verər.
Dörd haram aydan biri sayılan Məhərrəm də belədir.
Allah seçdiyi bu ayı öz fəziləti, şanı və ehsanı ilə sayğılaşdıraraq,
insanlardan da xəlq edərək buyurduqlarına sayğı ilə yanaşmasını tələb edir.
Məhərrəm ayında nələr qadağandır?
Haram aylarda bir çox şərtlər var ki, onların arasında savaş etmək,
müharibələrə qoşulmaq, səhər və axşam namazları arasındakı
vaxtda şadyanalıq etmək kimi əməllər günah sayılır.
Qurani-Kərimdə də deyilir: "Həqiqətən, Allah yanında ayların sayı göyləri
və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir.
Onların dördü (Rəcəb, Zülqədə, Zülhiccə və Məhərrəm) haram aylardır.
Bu, doğru dindir” ("Tövbə", 36).
Məhərrəm ayının önəm və sayğısı İslamdan əvvəl də mövcud olub.
Belə ki, cahiliyyə dövründə qüreyşilər Məhərrəm ayında oruc tutar,
Kəbədəki qara daşa təzim edərdilər.
İbq Həcər və Qurtubinin yazdıqlarına görə,
bu davranış çox yəqin onlara Hz. İbrahim (ə.s) kimi ötən
peyğəmbərlərin buyruqlarından gəlibmiş.
Məhərrəm ayı və Aşura
Ölkə əhlinin "məhərrəmlik" dediyi ayda toy,
nişan mərasimlərinin məsləhət bilinməməsini, müsəlmanların
digər aylarla müqayisədə daha sadə davranmalarını gərəkdirən səbəb var.
O səbəb Aşuradır.
Aşura kəlməsinin kökü ərəb dilindəki "əşr", yəni "onuncu" sözündəndir.
Əşr isə haram ay sayılan Məhərrəmin 10-cu günüdür.
Həmin gün, hicri təqvinin 10 məhərrəmində (680-ci ilin oktyabrın 10-da)
bəşər tarixində ən böyük faciələrdən biri baş verib.
Cəmi müsəlmanlar üçün faciəli və qəmli həmin gündə
Kərbəla yaxınlığındakı döyüşdə Hz. Məhəmmədin sevimli nəvəsi,
onun qızı Fatimeyi-Zəhra (ə.s.) və Hz.Əlinin (ə.s.) ikinci oğlu
İmam Hüseyn (ə.s.), habelə İmamın 72 nəfərlik dəstəsi şəhid olublar.
O dəstədə aralarında yeniyetmələr və azyaşlı uşaqlar da olmaqla
18 nəfər Allahın Rəsulunun (s.ə.s) birbaşa qohumları idilər.
İmam Hüseyn şücaəti
656-cı ildə üçüncü xəlifə Osmanın ölümündən sonra bütün
hakimiyyət qanuni seçilmiş Hz. Əli ibn əbu Talibə (ə.s.) keçmişdi.
İlk üç xəlifədən fərqli olaraq Hz.Əlinin seçilməsi onun gerçəkdən də,
ümumxalq hakimə və hökmdara çevirmişdi. Ona mədinəlilər,
misirlilər, kufəlilər və bəsrlilər sədaqət andı içmişdilər.
Fəqət, hakimiyyətin ilk günlərindən etibarən Əli
çox ciddi çətinliklərlə qarşılaşdı.
Onun hakimiyyətinə qarşı ilk əvvəl Təlha və Zübeyir,
sonra isə Suriyanın sabiq valisi Müaviyə qiyam qaldırdılar.
661-ci ilin yanvarın 19-da Küfə şəhərinin məscidində xarici ibn Mulcamın
sui-qəsdi nəticəsində Hz.Əli ölümcül yaralandı və iki gün sonra dünyasını dəyişdi.
Hz.Əlinin qətlə yetirilməsindən sonra müsəlmanlar üzərində
hakimiyyət Fatimeyi-Zəhra və Hz.Əlinin oğlu Həsən Müctəbaya keçdi.
Hiyləgərlik, əclaflıq və qəddarlığı ilə məşhur olan Müaviyə yaranmış
vəziyyətdən istifadə edərək şirin vədlər, Hədələr və satınalmalar
vasitəsilə İmam Həsənin bir çox tərəfdarlarını mübarizədən kənarlaşdıra bildi.
Bu isə İmam Həsəni Müaviyə ilə müvəqqəti barışığa vadar etdi,
çünki əks təqdirdə hakimiyyət uğrunda mübarizə şüarları ilə
pərdələnən Müaviyə İslamın özünə hədəyə çevrilmişdi.
Anlaşma necə pozuldu?
İmam Həsənlə Müaviyə arasında bağlanmış sazişə görə,
Müaviyənin özünə varis təyin etmək hüququ yoxdu və o,
öləcəyi təqdirdə hakimiyyəti ya İmam Həsənə, ya da İmam Hüseynə çatmalıydı.
İmam Həsən 10 il sərasər müsəlmanlara rəhbərlik etdi,
amma sonucda Müaviyənin hazırladığı məkrli fitnə nəticəsində
yeməyinə zəhər qatılaraq öldürüldü. İmam Həsənlə bağladığı
sazişə rəğmən, Müaviyə oğlu Yezidi varisi elan etdi və
xilafət də Öməyyidlərin idarə etdiyi məkana çevrildi.
İmam Hüseyn isə nə Müaviyəyə, nə də onun oğlu - əxlaqsızlıq,
qumarbazlıq, arvadbazlıq və əyyaşlığı ilə ad çıxarmış
Yezidə sədaqət andı içmək niyyətində deyildi.
Müaviyə öləndən sonra isə xilafətdə hakimiyyət Yezidə keçdi.
Fəqət hakimiyyətinə qanuni görkəm vermək istəyən,
habelə atasının vəsiyyətini unutmayan Yezid ibn Müaviyə nəyin
bahasına olursa-olsun, İmam Hüseynin ona sədaqət andı içməsini istəyirdi.
Bununla da o, bütün alçaq əməllərinə haqq qazandırmağa çalışırdı.
İslam uğrunda ölümə doğru...
Yezid Mədinənin valisi Validə məktub yazaraq İmam Hüseynin and
içməsinə nail olmağı, bunun reallaşmayacağı təqdirdə də
İmam Hüseyni öldürməyi əmr edir.
Valid əmrə tabe olmur, İmam Hüseyn də
Mədinəni tərk edərək Məkkəyə yollanır.
Yezid yenidən Məkkəyə qatilləri göndərərək İmam Hüseyni öldürtmək istəyir.
Vəziyyəti belə görən İmam Hüseyn şəhərdən çıxaraq Küfə tərəfə yollanır.
Yolda, Səlabiyyə yaxınlığında o, Yezidin qoşunu ilə
onu Küfədə gözlədiyindən xəbər tutur.
İmam Hüseyn dəstəsindəki adamları yanına çağıraraq onlara
yaranmış vəziyyətdən bəhs edir, hamıdan geri qayıtmağı istəyir
və özünün də yoluna davam edəcəyini deyir.
Fəqət 72 nəfər İmamla gedəcəyini deyirlər.
İmam Hüseynin ölümə doğru getdiyini anlayaraq yolundan qalmamasının da
əsas səbəbi İslam uğrunda hər şeyə rəğmən mübarizəsini dayandırmaması,
can və qanını üstün tutmamasıdı.
İmam Hüseyn göstərdi ki, İslama təhlükə varsa,
heç bir müsəlman əsla geri çəkilməməlidir.
Kərbəla müsibəti şəhidliyin tarixini yazdı
Kərbəla yaxınlığındakı döyüş başlandı, sərkərdə Hürr Yezid ibn
Müaviyənin qoşunları ilə döyüşdə ilk şəhid oldu.
Bir dəstə qəhrəmanın şərə qarşı döyüşündə İmam Hüseynin
özü də şəhidliyə qovuşdu.
O gün səhərdən axşama qədər döyüşdülər.
Şəhidlərin içində İmam Həsənin (ə.s) iki kiçik oğlu, İmam Hüseyinin
bir kiçik oğlu və daha qundaqda olan bir balası da vardı.
Döyüş bitdikdən sonra düşmən ordusu, İmamın (ə.s) hərəmini yağma etdilər
və çadırları yandırdılar, şəhidlərin başlarını kəsib paltarlarını çıxardılar.
Cəsədləri dəfn etmədən Əhl-i Beyt əsirlərini təşkil edən sığınacaqsız qızları
və qadınları, şəhidlərin başlarıyla birlikdə Kufəyə doğru hərəkət etdirdilər.
Əsirlərin içində kişi olaraq İmam Hüseyinin (ə.s) iyirmi iki yaşındakı oğlu,
ağır xəstə olan dördüncü İmam Zeynalabidin (ə.s), bir də onun oğlu
beşinci İmam Məhəmməd b. Əli və İmam
Həsənin (ə.s) oğlu Həsən-ül Müsənna da vardı.
Yezidin vəhşiliyi hətta o yerə çatmışdı ki, onun əmrilə
İmam Hüseynin (ə.s) kəsilmiş mübarək başı onun qızı 6 yaşlı
Səkinənin önünə qoyulmuşdu. Bu hərəkət atasının ölüm
xəbərinin təsiri altında olan qızcığazın ölümünə səbəb olur.
Məhərrəm yası
Məhərrəm ayında müsəlmanların Şəhidlərin Şəhidi İmam Hüseynə (ə.s.)
yas tutmaları bu ayın matəm ruhunu müəyyənləşdirir.
Məhz bu səbəbdən sabah başlayacaq ayda səhər və axşam namazları arasında toy,
nişan və s. məclislərin düzənlənməsi, bayram tədbirləri və konsertlərin keçirilməsi
məsləhət görülmür. Lakin axşam namazından sonra toy məclisi keçirmək olar.
Bir şərtlə ki, orada musiqi səslənməyə, növraq-büsat olmaya:
bu da ən məcbğuri hallar üçün nəzərdə tutulub.
Yas tutmağa gəldikdə, bu barədə də Hz. Məhəmmədin (s.ə.s) şəriəti var.
Hey şübhəsiz ki, ölüm də digər faciə və bəlalar təki Allahın təqdir etdiyi bir
hadisə olduğu üçün, ona qarşı üsyan etmək olmaz.
Onu səbr ilə qarşılamaq gərəkdir. Hər nə qədər ölüm haqdırsa,
gerçəklik ölümün özünün iztirablı olmasıdır.
Bu dünyadan və dünyadakılardan ayrılıq həm ölən,
həm də yaxınları üçün bir hüzn, bir dərddir.
İslamdan əvvəlki dönəmdə, cahiliyyə dövründə ərəblər arasında
bir adət vardı. Birinin ailəsinə bəla düşəndə, müsibət yaşananda
ərəb qadınlar bir yerə yığışaraq uca səslə hönkürər, vaveyla deyər,
üzlərini cırar, paltarlarını yırtar, saçlarını yolardılar.
Allahın Rəsulu (s.ə.s) isə bütün bunları qadağan etdi.
Heç bir hiss, duyğu, heç bir məhəbbət, hətta Allah rizasından dolayı belə,
Allahın buyurduğu tələblər və qoyduğu şəriəti dəyişdirməyə haqq qazandırmaz.
Təbii, hər insan bunu edə də bilər, amma Allahın rizası və bərəkəti onunla olmaz.
Məhərrəm ayında nişan və elçilik olarmı?
Suala bilavasitə cavab verməzdən əvvəl xatırladaq ki, sabah başlanacaq
ayın adının mənası ərəb dilində "hörmət edilən, sayğıya layiq" deməkdir.
Bəzi din xadimlərimiz Məhərrəm ayında Aşuranın olduğunu və sevimli
imamımız Hz.Hüseynin (ə.s) şəhadətə yüksəldiyini deyərək,
elçilik və nişanların yolverilməz olduğunu deyirlər.
Fəqət, belə deyil, çünki İslam baxımından belə
yasağın heç bir əsası və ya əsli yoxdur.
İslamda "Lə ilahə illəllah", yəni "Allahdan başqa ibadətə layiq
heç bir məbud yoxdur" düsturu var. Belədirsə, insanlar və xüsusilə də
möminlər Allahın buyruqlarına şərtsiz əməl etməli,
öz ayinlərini və adətlərini Şəriətə pərçim etməməlidir.
Allah kişiləri qadınlar, qadınları da kişilər üçün yaradıb və bəşər övladına
"ailə" məfhumunu verərək başqa məxluqlardan ayıraraq uca məqama yüksəldib.
Elçi getmək, nişan da ailə qurulmasının ilkin mərhələlərindən biridir.
Ona görə də Məhərrəm ayında elçi gedən və ya nişan edənlər günah iş tutmurlar.
Sadəcə, belə mərasimlərdə musiqi, şadyanalıq və içki qadağandır.
Əslində spirtli içkilər qiyamətə qədər ilin hər günü müsəlmana haramdır.
Fitnənin yasaq buyrulduğu ay
Məhhərm ayında hər müsəlman dedi-qodu, münaqişə, kimisə incitmək,
xətrinə dəymək kimi əməllərdən çox uzaq olmalıdır.
Habelə, söz-söhbət, münaqişə, incimə, küsməyə səbəb olacaq
fitnədən də uzaq durmaq gərəkdir.
Unutmayın ki, Aşura günü İmam Hüseyn(ə.s) və onun 72 tərəfdarı
Kərbala düzündə şəhid oldu. Həmin gün İslam dinində həm matəm,
həm də İslamın qələbə çaldığı gündür. Həmin gün İslamın necə
böyük din olduğunu göstərirdi. Bu səbəbdən də Ramazan ayından
sonra ən fəzilətli oruc məhərrəm orucu sayılır.
Aşura orucunun özəlliyi
Məhərrəm ayının 10-cu günü hər mömin müsəlman oruc tutmalıdır ki,
bunun da adı "Məhərrəm orucu"dur. Müsəlmanlarla bahəm,
yəhudi və xristianlarda da həmin gün "böyük gün" sayılır.
Məhərrəm ayının 10-cu günü, yəni Aşura orucunun fəziləti böyukdür.
Belə ki, hədisi-şərifə görə, Hz. Məhəmməd (s.ə.s) buyurub:
"Ramazan ayından sonra ən fəzilətli oruc "Şəhrullah" (Allahın ayı) olan
Məhərrəm ayının orucudur. Fərz namazından sonra ən əfzəl
(üstün) namaz gecə namazıdır" (Müslim, Əbu Davud, Tirmizi).
Məhz bu səbəbdən də mömin müsəlmanlar Məhərrəm ayını "şəhrullah",
yəni "Allahın ayı"adlandırırlar.
Hədislərdə o da buyurulur ki, Allahın Rəsulunun (s.ə.s) özü də Aşura orucu tutarmış.
Buna görə də Aşura gününün orucu digər sünnət
oruclar kimi müsəlmanlara buyrulmuş tələblərdən biridir.
Yeni il qeyd olunmalıdırmı?
Yeni il xrisian əsilli bayramdır və bu il Məhərrəm ayına təsadüf etdiyindən
onun təmtəraqla, şövqlə qeyd edilməsi məsləhət bilinmir.
Zəncir vurmaq olarmı?
Artıq bir neçə ildir Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə
islam əhlinə müracət edərək, insanları bədənə zülm edib qan
çıxarmamağa çağırır. Yəni son illər Aşura günündə müsəlmanlar qanvermə
aksiyasına dəvət olunur. Əgər Aşura günündə hər hansı bir ehtiyacı olan
xəstəyə qan yardımı göstərilirsə, bu, özünə qəsd edib əzab verməkdən
dəfələrlə yaxşıdır və savab işdir. Yaxşı olardı ki, səhhəti imkan
verən bütün müsəlmanlar bu savab işdə iştirak etsinlər