Şamaxı Rəsədxanasından Qiyamət açıqlaması

 
Şamaxı Rəsədxanasından Qiyamət açıqlaması


Onsuz da boş və cəfəngiyat olan “21 dekabr məsələsi” insanları təşvişə salıb, üstəlik bu cür yalan məlumatlar ötürməklə insanları qorxuya salmaq olmaz

Bu gecə Yer kürəsində guya ən güclü geomaqnit qasırğasının (fırtınasının) gözlənildiyi barədə yayılan məlumatların heç bir əsası yoxdur. Bizi ən çox təəccübləndirən isə informasiya agentliklərinin bir-birindən bu məlumatları götürərək şişirtməsidir”. Bu açıqlamanı APA-ya N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev verib.

Onun sözlərinə görə, hazırda Yerətrafı kosmik fəzada tamamilə sakitlikdir: “İş ondadır ki, informasiya agentlikləri www.mignews.com saytına, onlar isə www.likar.info saytına istinad edirlər. Həmin saytlar isə dünyada kosmosun tədqiqi ilə məşğul olan ən nüfuzlu təşkilat - NASA-ya istinad edirlər. Həqiqətən də, NASA-nın elmi cihazı olan Solar Dynamic Observatory (SDO) noyabrın 16-da iki güclü plazma atılması (eruptiv protuberanslar) qeyd edib. Onlar bir-birindən 4 saat fərqlə atılıb. Bunlar milyonlarla ton kütləli çox yüksək temperatura malik plazma buludlarıdır. Amma məsələ burasındadır ki, bu dəfə həmin plazma kütlələri Yerə doğru deyil, əsasən planetlərarası fəzaya atılıb. Çox cüzi ehtimal var ki, onun müəyyən hissəsi Yer istiqamətində gəlsin. Hətta gəlsə də belə, zəif və ya orta səviyyəli həyəcanlanma yarada bilərdi. Amma birmənalı olaraq deyə bilərik ki, həmin məlumatları oxuyanda adamı dəhşətə gətirə biləcək geomaqnit qasırğaları gözlənilmir”.

E. Babayev deyib ki, bu cür məlumatların şişirdilərək KİV-də verilməsi kimi məsələlərə ciddi yanaşmaq lazımdır: “Onsuz da boş və cəfəngiyat olan “21 dekabr məsələsi” insanları təşvişə salıb. Bu təşvişin üstünə bu cür yalan məlumatlar ötürməklə insanları qorxuya salmaq məsuliyyətini sadəcə dərk etmək lazımdır”.

E. Babayevin sözlərinə görə, son günlərin elmi araşdırmaları göstərir ki, hazırda 24-cü Günəş 11 illik sikli öz maksimumunu keçmək ərəfəsindədir: “Günəşdə fəallıq hazırda azalmağa doğru meyllidir. Amma bunu daha dəqiq olaraq bir və ya iki ildən sonra demək mümkün olacaq. Çünki 24-cü sikl həddən artıq uzandı. Hazırda Günəşin səthində 122 irili-xırdalı ləkə var. Bunlar isə 9 aktiv regionda birləşiblər. Bu ləkə regionlarından 2-nin çox böyük alışma potensialı var. Bu, 1618 və 1619 nömrəli ləkə regionlarıdır. Amma hazırda Günəşdə güclü və orta səviyyəli alışma baş verəcəyi ehtimalı müvafiq olaraq 5-30 faiz arasındadır”.


Geri dön

solnuska

  • 25 noyabr 2012 02:22
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
HMM((((((((((((((((((((((

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

DILEKLER

  • 22 noyabr 2012 18:28
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
serh yazanlara twk

..:::EmOwka_eMo:::..

  • 21 noyabr 2012 22:42
  • Məqalə: 0
  • Şərh: 351
  • Bal:
{awards}
♥ >>>___...:::__♥__XeBeR__UcUn__♥__TwKlaR__:::...___<<<♥

solnuska

  • 21 noyabr 2012 20:54
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
BIRCE GELIB 21I KECSEYDI BU SOHBETLER OLMAZDIEEEEEE

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Prank girl

  • 21 noyabr 2012 19:11
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
eee bezdiyeeee

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

SaD_AngeL

  • 21 noyabr 2012 19:10
  • Məqalə: 0
  • Şərh: 1033
  • Bal:
{awards}
Tewekkurlerrr......

--------------------
O mene sevdiyinden daniwarken, men Sevdiyimi dinledim.....

so_sad

  • 21 noyabr 2012 18:47
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
teşekkürlerrr

..::MisS DioR::..

  • 21 noyabr 2012 16:12
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
tesekkurler

--------------------

ღ★Diamond★ღ

  • 21 noyabr 2012 15:50
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
hmmmmmmmmmmmmmm

Loveless Heart

  • 21 noyabr 2012 13:14
  • Məqalə: 0
  • Şərh: 56
  • Bal:
{awards}
Tewekkurler

::Jessica Alba::

  • 21 noyabr 2012 13:03
  • Məqalə: 13
  • Şərh: 1791
  • Bal:
{awards}
tewekkurleeer xebere gore

Slatkaya_Detka

  • 21 noyabr 2012 12:59
  • Məqalə: 1
  • Şərh: 27
  • Bal:
{awards}
twkler xebere goreee maraqlidii)))

aksana1993

  • 21 noyabr 2012 12:10
  • Məqalə: 62
  • Şərh: 2160
  • Bal:
{awards}
XEBERE GORE TWK EDIREM ALLAH RAZI OLSUN

--------------------
SEVGIM YALNIZ ALLAHA.....

GuNaY_83

  • 21 noyabr 2012 10:44
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tewekkurler...

--------------------

SALLİ

  • 21 noyabr 2012 10:27
  • Məqalə: 0
  • Şərh: 577
  • Bal:
{awards}
Dünyanın sonu olmayacaq

come back

  • 21 noyabr 2012 09:40
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
ne bilim bele weylere inanmiram mence Allah biler insanlar bilmez.

nuraska

  • 21 noyabr 2012 09:32
  • Məqalə: 0
  • Şərh: 1298
  • Bal:
{awards}
Allahin elinde olan bir seydi hec kimin xeberi yoxdu hecneyden birde Allah ozu istese neyinki 21 dekabr indinin bu saatinda dagidar dunyani yerle yeksan eder ammma onun biz insanlara ve bendelere yazigi gelir gelin bizde bu fursetden yararlanarag Allaha siginalim dine imana geleyin

--------------------
kim Meni Dostlugdan silib Allah razi olsun mende fikirlesirdimki bulari basimnan nece redd edim http://youtu.be/14mqF-fpc4Q
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 32
Cəmi: 49

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}