Təsadüf

 
Təsadüf

Mənasız saydığım bir dövürdə təsadüfən girdin həyatıma.

Hər şeyi dəyişdin. Çətini sevdim səninlə.

Özünlə gətirdin bütün sevincləri və sevgiləri…

Qınadılar məni, səni təsadüfən tanıdığım üçün.

Sənin bir başqa dünyanın insanı olduğunu, əslində mənim o dünyada

yerimin olmadığını, mənimsə dəli olduğumu dedilər zaman-zaman.

Heç nə düşünmədim. Mənim üçün bir sən var idin.

Bütün dünyama bəs edən bir sən...

Səninlə sevdim hər şeyi. Səbr etməyi, bağışlamağı,

laqeyd olmağı, düşündüklərimi deməyi. Əslində sevmədiyim hər şeyi

səninlə öyrəndim və sevdim. Bilmirəm mənim üçün kimsən.

Dostmu, yoxsa...? Dəyərlisən mənim üçün, bircə bunu bilirəm..

.Dünyamsan mənim... Dünyanın belə sığmaqda acizlik çəkdiyi dünyam...

Sənin ala gözlərinlə baxmağı sevirəm bütün kainata. Anlayırsan məni?

Başa sala bilmirəm hislərimi. O qədər dəyərlisən ki...

Hislərimin adını nə qoyacağımı bilmirəm. Ucuzlaşmağındanmı

qorxuram görəsən duyğularımın? Yoxsa səni itirməkdənmi?

Desələr bu eşqdir, inanmaram. Ya da inanmamaq ucun israr edərəm.

Bir omur boyu yanımda deyil, beynimdə, ruhumda olmağını istəyirəm.

Səninlə düşünməyi sevirəm...Səninlə sən olmasan belə, dərdləşməyi sevirəm...

Sevincimi elə beynimdəki, ürəyimdəki səninlə bölüşməyi sevirəm...

Hərdən özum belə öz duyğularımdan qorxuram.

Ancaq eşqdə bir şəhvət vardır. Axı sən mənim xəyalımda

belə toxunmaqdan çəkindiyimsən... Ancaq sən həmişə mənimsən...

Bəlkə bir gun təsadüfən ağlına gəlsə mənim sənə olan hislərim, qorxma...

Qürurlu ol... Necə varsansa, bax elə...Dəyişməsin heç nəyin...

Düşüncələrin, duyğuların...Çünki mən səni belə tanımışam...

Duymaq istəmədiyini ağlına gətirmə...Unut hər şeyi..

.Hətta varlığım əzab versə sənə, məni belə unut...

Nə olursa olsun, kiminlə olursan ol, unutma ki, sən dualarımda

hər gün dilə gətirdiyimsən...Sən mənim sadəcə təsadüfümsən...

Bütün ömrümə sığan təsadüfüm...


Geri dön

_RONALDO_

  • 11 mart 2011 00:29
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
men tesadufe inanmiram

--------------------

Just For Legend

  • 12 dekabr 2010 01:00
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
maraqli xebere gore minnettararam

--------------------

MiYasKa KrEoZi

  • 8 dekabr 2010 02:30
  • Məqalə: 35
  • Şərh: 695
  • Bal:
{awards}
♥Princess♥,
celal,
Sergio Ramos,
SerSeRi_RuzGaR,
Realium, 1 tehER oLmuRam belay hE4 2 TeheR dE oLmuRam belay beLkE meNe gOre naRahaT oLduN belay aMa mEnim4uN xOshDu mEne xOsh oLan Da buDu.. winked tEshekkuR eZiyyeT 4eKmiseN shEr yazMIsan saGoL.. smile
Ulya,
aise,

4oOOoxx saGoLun bEyeNdiYiniZe sEvinDimM winked

--------------------

фея

  • 7 dekabr 2010 21:38
  • Məqalə: 594
  • Şərh: 2972
  • Bal:
{awards}
ela yazidi cox saqol

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

Ulya

  • 7 dekabr 2010 21:03
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
cox beyendim.tesekkur edirem

SerSeRi_RuzGaR

  • 7 dekabr 2010 20:03
  • Məqalə: 67
  • Şərh: 654
  • Bal:
{awards}

Bütün ömrümə sığan təsadüfüm...)))))))))))))))))))))) recourse love
TeweKkuR_EdIrEM_SIZe)))))))))..............S.R

--------------------
<<<$aLunKa>>>

Sergio Ramos

  • 7 dekabr 2010 19:45
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
gözəl yazıdı xüsusilədə sonLArı lap gözəl alınıb

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 44
Cəmi: 68

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 640
 
MiSS HaPPy)
Xəbərləri: 45
Cəmi: 76
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 42
Cəmi: 57
 
Arzu_zadeh
Xəbərləri: 37
Cəmi: 173
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 148
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}