Hava soyuyacaq, sulu qar yağacaq

 
Hava soyuyacaq, sulu qar yağacaq


Bakıda və Abşeron yarmadasında yağmurlu hava müşahidə olunacaq

Bakıda və Abşeron yarımadasında sabah yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hava buludlu olacaq, arabir açılacaq. Səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək, günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 12-14° isti olacaq.
Dekabrın 8-də havanın buludlu olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-15° isti təşkil edəcək.
Dekabrın 9-da isə hava dəyişkən buludlu olsa da, əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10° isti, gündüz 12-15° isti olacaq.
Azərbaycanın rayonlarında sabah əsasən gecə və axşam yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə yağıntıların sulu qara keçəcəyi ehtimalı var. Səhər duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-17° isti, dağlarda gecə 4-9° isti, gündüz 10-15° isti olacaq.
Dekabrın 8-9-da bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və axşam intensiv olacağı, dağlıq ərzilərdə sulu qara keçəcəyi ehtimalı var. Ayın 9-da gündüz əsasən yağmursuz olacaq. Qərb küləyi 5-10 m/s, arabir güclənəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 12-15° isti, dağlarda gecə 2-6° isti, gündüz 8-12° isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz: yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin əsasən mülayim tərəddüdləri gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.


Geri dön

only-girl

  • 16 fevral 2011 16:41
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
xebere gore twk

--------------------

ELEGANT

  • 7 dekabr 2010 23:01
  • Məqalə: 0
  • Şərh: 39
  • Bal:
{awards}
ALLAH OZU XEYIRLI ETSIN.Dunya xeberlerine baxanda insanin bedenine qorxu duwur.

--------------------
BİR GÜNÜNÜZÜ ONLARA AYIRIN! BİR GÜN ONLARI SEVİNDİRİN!

Sergio Ramos

  • 7 dekabr 2010 21:45
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
təşəkkür

--------------------

..::BLacK_BLooD::..

  • 7 dekabr 2010 21:32
  • Məqalə: 11
  • Şərh: 223
  • Bal:
{awards}
lap yaxshi

--------------------
Insan doğulanda Azan oxunular qulağina, amma Namazi qilinmaz... Çunki,doğulanda oxunan Azan, öldüyündə qılınacaq Azansız Namaz üçündür...
İnsan ömrü Azanla Namaz arasindakı zaman qədərdir...

Ulya

  • 7 dekabr 2010 21:28
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
aa ne yaxsi wink

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}