İmam Zamana(e.f)məktub

 
İmam Zamana(e.f)məktub

Məhdi can, ey Fatimə gözünün nuru! Yaxınlaşmaqda olan mövlud əyyamında nə deyək, nə yazaq? Hansı sözlərlə səni mədh edək, halbuki böyük Yaradan öz kitabında sənə mədhiyyələr söyləmişdir. Axı sənin vəsfin yerə-göyə sığan deyil. Axı sən vəsfin özüsən...

Qürbət diyarlardan və qərib könüllərdən ünvanlanan bu kövrək məktubumuzda öncə sənin döğum gününü təbrik edirik. Lakin, əgər bu təbriklər arasında qulağına həzin notlar və gözünə qüssəli sətirlər dəysə, bizi bağışla. Çünki digər təbrik məktublarından fərqli olaraq, istəyirik burada fələyin gərdişindən, zamanın ağırlığından, körpələrin göz yaşlarından, anaların sızıltısından və qocaların ah-naləsindən danışıb, sənə şikayət edək.

Ey mövlamız! Dəhşətli tufan yelinə bənzəyən acı hadisələr bizə hücum çəkmiş, şərəf və azadlığımızı əlimizdən almış, yerində əsarət, köləlik və tənhalıq buraxmışdır. Bir-birindən ayrı düşmüş bu ümmət dağılıb-səpələnmiş və yırtıcı canavarlarla üzbəüz dayanmışdır. Bu rəhmsiz canavarlar öz iti caynaqları ilə cavanlarımızı qanına qəltan edib, qönçə gülə bənzəyən körpələrimizi ayaqları altında vəhşicəsinə əzdilər, yorğun ağsaqqal və ağbirçəklərimizə min bir təhqirlə işgəncələr verdilər, qız-gəlinlərimizi əsir apardılar. Evlərimizi uçurub od vurdular və övladlarımızın fəryadını dağılmış sütunlar altından eşitməyimizə səbəb oldular. Onlar bizi öz müsəlman vətənimizdən qovub “özgə” adlandırdılar, ruhani və ziyalılarımızı, mübariz insanlarımızı dənizlərə tökdülər, insan ayağı dəyməyən uzaq yerlərə aparıb ölənədək işgəncə altında saxladılar.

Düşmənlərimiz bizə qarşı günün ən müasir kütləvi qırğın silahlarından istifadə edirdilər, amma bizim ən sadə silah belə almağa ixtiyarımız yox idi. Çünki müsəlman idik və cəddin Peyğəmbərin mübarək adını daşıyırdıq.

Lakin biz yenə də mübarizəni davam etdirdik. Bizim silahımız daş, kəsək, düyünlənmiş yumruqlar və uca fəryadlardan ibarət idi. Həmçinin vahid Allaha iman, sənin zühurunun intizarı və uzaqdan işıqlı görünən sabahlara böyük ümid bizə yoldaş olmuşdu.
Məhdi can! Biz ədalətli və qayğıkeş rəhbərlər sorağına çıxdıq, amma nə yazıq ki, onların da çoxunun əlini həmin canavarların ətəyində gördük...

Ey risalət və imamət ailəsinin layiqli varisi! Hicranın uzunluğu səbrimizi tükədib, taqətimizi alıb. Bu ayrılığın ağırlığından sinəmiz daralıb, nəfəslərimiz təng olub. Nə etməli? Nə etməli, bir halda ki, uşaqlı-böyüklü hamının gözü yoldadır. Bir halda ki, açılan hər bir sabah səni soraqlayır, hər səhər doğan günəş səni tapmaq üçün öz şəfəqlərilə bütün yer üzünü axtarır, ulduzlar zühuruna ümidlə daha tez parlayırlar...

Gəl, ey Məhdi, gəl! Gəl ki, aləm nura boyansın! Gəl ki, viran qoyulmuş yer üzündə gülüstanlar açılsın! Gəl ki, lalə və qərənfillər öz eşq namazlarını sənə iqtida etsinlər! Gəl ki, nərgiz və yasəmənlər yollarına düzülüb pişvazına çıxsınlar!

Gəl, ey Məhdi, gəl daha. Gəl ki, məzlum insanların “Ey Məhdi!” sədaları göylərə ucalıb. Gəl ki, yazıq kütlələrin tək ümidi sənsən. Gəl ki, övlad dağı görmüş analar öz göz yaşları ilə sən gələn yollara su səpmişlər.


Gəl, ey bəşəriyyətin yeganə xilaskarı! Gəl ki, dünya ədalət sorağında, ədalətsə sənin intizarındadır.
Gəl, ey işıqlı günəş, nurlu sabah,
Ucalmış göylərə yüz aman, yüz ah.
Tez yetir Məhdini fəryada, Allah!
Qoy yaşlı gözlərin ağı çəkilsin,
Analar köksündən dağı çəkilsin!


Geri dön

::VIP::

  • 24 noyabr 2012 19:53
  • Məqalə: 36
  • Şərh: 58
  • Bal:
tşk................ smile

solnuska

  • 23 noyabr 2012 20:20
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

unfaithful

  • 23 noyabr 2012 14:53
  • Məqalə: 31
  • Şərh: 3681
  • Bal:
{awards}
ALLAH razı olsun...

--------------------

GuNaY_83

  • 23 noyabr 2012 11:34
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.....

--------------------

aksana1993

  • 23 noyabr 2012 01:00
  • Məqalə: 62
  • Şərh: 2160
  • Bal:
{awards}
BACI ALLAH SENDEN RAZI OLSUN DEYERLI MEQALENE GORE

--------------------
SEVGIM YALNIZ ALLAHA.....

LoVe_HaTe

  • 23 noyabr 2012 00:34
  • Məqalə: 53
  • Şərh: 2342
  • Bal:
{awards}
tewekkurler

--------------------
Əl uzatmağın min bir yolu olduğu halda sən hər səfərində şillə vurursan mənə...Ən çox da bu üzür məni...

come back

  • 22 noyabr 2012 23:46
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
Allah razi olsun.

julyen

  • 22 noyabr 2012 23:11
  • Məqalə: 0
  • Şərh: 334
  • Bal:
{awards}
Ey risalət və imamət ailəsinin layiqli varisi! Hicranın uzunluğu səbrimizi tükədib, taqətimizi alıb. Bu ayrılığın ağırlığından sinəmiz daralıb, nəfəslərimiz təng olub. ....

--------------------
"Biraz insan ol deyəcəm, ama səni də çətin vəziyyətdə qoymaq istəmirəm."

..::MisS DioR::..

  • 22 noyabr 2012 22:33
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
Cox saq ol bacim Allah razi olsun.

--------------------

so_sad

  • 22 noyabr 2012 21:23
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
allah razi olsun

_Susqun_

  • 22 noyabr 2012 21:11
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.....

--------------------

ShoKKi_MoKKi

  • 22 noyabr 2012 21:04
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
Gəl, ey işıqlı günəş, nurlu sabah,
Ucalmış göylərə yüz aman, yüz ah.
Tez yetir Məhdini fəryada, Allah!
Qoy yaşlı gözlərin ağı çəkilsin,
Analar köksündən dağı çəkilsin!

--------------------

mirsaab

  • 22 noyabr 2012 20:55
  • Məqalə: 0
  • Şərh: 384
  • Bal:
{awards}
COX COX COX TESEKKURLER ALLAH RAZI OLSUN SAGOL

--------------------
Uzulme!Istediyin bir sey olmursa,ya daha yaxsisi olacagi ucun;ya da dogurdan da olmamasi daha lazim oldugu ucundur...

ღ★Diamond★ღ

  • 22 noyabr 2012 20:44
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Gəl, ey işıqlı günəş, nurlu sabah,
Ucalmış göylərə yüz aman, yüz ah.

Banned1

  • 22 noyabr 2012 20:21
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
ilk werh mennen twklerrrrrrr tongue

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 15
Cəmi: 24

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}