Şou-biznes ulduzları "qiyamət günü"nə hazırlaşırlar

 
Şou-biznes ulduzları "qiyamət günü"nə hazırlaşırlar

Mayya təqviminə inansaq, dekabrın 21-də planetlər bir cərgəyə düzüləcək, dünyada bir neçə günlük qaranlıq olacaq. Azərbaycanda da həmin günə öz tədarükünü görənlər var. Elə bu səbəbdən paytaxtın bazar və dükanlarında bəzi məhsullara tələbat çoxalıb. Apardığımız müşahidələr deməyə əsas verir ki, dükanlarda əsasən şam, kibrit və müəyyən qida məhsulları azalıb. Elə satıcıların özləri də bunu gizlətmirlər. Ekspertlər isə məsələyə başqa prizmadan yanaşırlar. Onlar belə xəbərlərin yayılmasının məqsədini birbaşa iqtisadi maraqlarda görürlər. Psixoloqlar isə belə absurd fikirlərin yayılmasından sonra cəmiyyətdə uzun müddət psixoloji gərginliyin hökm sürdüyünü deyirlər. Maraqlıdır, Azərbaycanın şou-biznes ulduzları bu günə necə hazırlaşırlar? Elə bunu öyrənmək üçün onların bir neçəsi arasında sorğu keçirdik.

Müğənni Nadir Qafarzadə “qiyamət günü”nün olacağına inanmır: “İnanıram ki, uca yaradan bizə qarşı mərhəmətli olacaq və bəşəriyyətdə heç bir hadisə baş verməyəcək”.

Əməkdar artist Elza Seyidcahan isə hər bir şeyin sonunun olduğunu düşünür. Onun fikrincə, dünya dağılanda da hərə öz yerini tapacaq: “Təbii ki, dünyanın dağılacağına inanmıram. Amma insanlara tövsiyə etmək istərdim ki, Allahı yadlarına salsınlar. Uca Tanrının ətəyindən tutsunlar”.

Vasif Məhərrəmlinin fikrincə, bütün bunların arxasında iqtisadi maraqlar dayanır: “Bu, cəfəngiyyatdan başqa bir şey deyil. Şam alverinin piarı aparılır. İnsanlar belə şeylərə inanmasınlar. Şəxsən mən "qiyamət günü"nə inanmıram".

Sevda Ələkbərzadə“qiyamət günü”nün olacağına inanmır: “Mən belə şeylərə inanmıram. Bizə ancaq gözləmək və Allaha ümid eləmək qalıb. Onu ancaq Allah bilə bilər”.

Rəqqasə Fatimə isə 21 dekabr gününə xüsusi hazırlıq görüb və indi də bunu davam etdirir: “Qaranlıqdan çox qorxuram. Ona görə də dekabrın 21-nə tədbirlər görmüşəm. Düzdür, qiyamətin olacağına elə də inanmıram. Amma Rusiya kanallarına baxdıqdan sonra inandım. Bizim camaat bunu ciddiyə almır. Amma mən hazırlıq görmüşəm. 3 termos, 2 fənər, qaz balonu almışam. Bir neçə şam da almışdım. Ancaq dedilər ki, şam yanmayacaq, ona görə də çox şam almadım. Konservləşdirilmiş ət və digər ərzaq məhsullarını isə "qiyamət günü" yaxınlaşanda alacam. Çünki indidən alsam, ərzaq xarab ola bilər. Hələ ki vaxta var. İnşallah, hər şey yaxşı olar, dünya dağılmaz".

Xuraman Şuşalı isə deyir ki, insanların Mayya təqvimini ciddi qarşılaması onda yalnız gülüş yaradır: “Mən belə şeylərə inanmıram”.

Əlikram Bayramovun sözlərinə görə, yaşadığı ərazidəki mağazalarda şam tapmaq olmur: “Qonşularımızın əksəriyyəti də şam alıb. Hətta mənə də şam almağı tövsiyə ediblər. Mən buna inanmadığım üçün nə təşvişə düşmüşəm, nə də tədarük görmüşəm. Hər şey Allahın öz əlindədir”.

Xalq artisti Flora Kərimova yayılan şayiələrə inanmır. Deyir ki, 21 dekabra heç bir hazırlıq görməyib: “Həmin gündən qorxan insanlar şam və çörək ehtiyatını saxlasınlar. Mən belə xəbərlərə inanmıram”.

Müğənni Sevda Yahyayeva isə həmin gün dünyanın sonu olmasını istəmir. Çünki dekabrın 28-də onun ad günüdür. Özü belə deyir: “Ad günüm həmin ayda olacaq deyə istəmirəm dünyanın sonu olsun. İnanmıram ki, nəsə qorxulu bir şey baş verəcək. Ona görə də heç bir hazırlıq görməmişəm”.

Əli Mirəliyev 21 dekabrda nəsə qorxulu bir şeyin olacağına inanmadığını dedi və müğənnilərə məsləhət verdi: “Ay müğənnilər, gedin, oxumağı öyrənin. Allahın işinə əl uzatmayın. Dünyanın sonunu heç kim görə bilməz. Mən 21 dekabra xüsusi hazırlaşan bədbəxt bəndələrə baxıb deyəcəm ki, ilahi, sənə çox şükür, axır bunlar sizin də işinizə qarışdılar”.

milli.az


Geri dön

SmiLe_LiFe

  • 1 dekabr 2012 23:43
  • Məqalə: 465
  • Şərh: 3186
  • Bal:
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

solnuska

  • 24 noyabr 2012 16:44
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
TWK XEBERE GORE

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

my angel__

  • 23 noyabr 2012 23:04
  • Məqalə: 291
  • Şərh: 10818
  • Bal:
{awards}
tewekkurelr melumata gore,,,

--------------------
Səndən sonra içimdə yoxdur qorxu. Çünki səni itirmək idi ən pis qorxulu duyğu.. #17

ShoKKi_MoKKi

  • 22 noyabr 2012 23:16
  • Məqalə: 801
  • Şərh: 11344
  • Bal:
{awards}
xebere gore tesekkur inanmiram..yasayib goreceyik..ALLAH Ozu komek olsun..

--------------------

so_sad

  • 22 noyabr 2012 17:10
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
{awards}
teşekkürlerrr

unut onu

  • 22 noyabr 2012 17:06
  • Məqalə: 31
  • Şərh: 399
  • Bal:
{awards}
xebere gore twk

--------------------
AWK VARMI ACABA?

come back

  • 22 noyabr 2012 16:40
  • Məqalə: 588
  • Şərh: 11716
  • Bal:
{awards}
Seda.M,

Kim ne deyir desin evvel axir qiyamet gunu gelecek amma onun bugun veya sabah olacagini yaradandan bawqa heckim bile bilmez. Allah ozu qorusun

aynen =))

Seda.M

  • 22 noyabr 2012 16:25
  • Məqalə: 1
  • Şərh: 23
  • Bal:
{awards}
Kim ne deyir desin evvel axir qiyamet gunu gelecek amma onun bugun veya sabah olacagini yaradandan bawqa heckim bile bilmez. Allah ozu qorusun

ღ★Diamond★ღ

  • 22 noyabr 2012 16:09
  • Məqalə: 340
  • Şərh: 8986
  • Bal:
{awards}
hm yawiyarig gorerik

_Susqun_

  • 22 noyabr 2012 16:00
  • Məqalə: 34
  • Şərh: 2346
  • Bal:
{awards}
ALLAH BILEN MESLEHETDI.... BU HADISEDE OLMEK VARSA ALNIMIZDA,NECE EDIB OZUMUZU QORUSAQDA ALINMIYACAQ....BU MENIM FIKRIMDI...

--------------------

..:LuNaTiK:..

  • 22 noyabr 2012 15:09
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tewekkurler xebe gore.. Amma inanmagim gelmir...

..::MisS DioR::..

  • 22 noyabr 2012 14:48
  • Məqalə: 147
  • Şərh: 3792
  • Bal:
{awards}
Onlarin yeri cennetde hazirdi.viza kartnan kececekler wink

--------------------

pessimistka seva

  • 22 noyabr 2012 14:29
  • Məqalə: 0
  • Şərh: 23
  • Bal:
{awards}
xarici muugenniyle wekil cekdirmek isteyenler cehenneme gedib orda cekdirmek wansi vr xD

--------------------
zir pessimist deliyem valla iliwme ::::...

angeL :)

  • 22 noyabr 2012 14:29
  • Məqalə: 39
  • Şərh: 2187
  • Bal:
{awards}
maraqli deyil yene de twklerrrrrrr

--------------------

YaLnızLıq deYə biR şeY taPdıM..:'(

YaşA YaşA biTmiR...:-/

★WirinKa★

  • 22 noyabr 2012 13:45
  • Məqalə: 14
  • Şərh: 4283
  • Bal:
{awards}
ufff daha bilmirler gundemde nece qalsinlar tewekkurler

--------------------

Music lover

  • 22 noyabr 2012 13:37
  • Məqalə: 16
  • Şərh: 719
  • Bal:
{awards}
Müğənni Sevda Yahyayeva isə həmin gün dünyanın sonu olmasını istəmir. Çünki dekabrın 28-də onun ad günüdür. Özü belə deyir: “Ad günüm həmin ayda olacaq deyə istəmirəm dünyanın sonu olsun. İnanmıram ki, nəsə qorxulu bir şey baş verəcək. Ona görə də heç bir hazırlıq görməmişəm”.
Tesekkurler

SALLİ

  • 22 noyabr 2012 13:30
  • Məqalə: 0
  • Şərh: 534
  • Bal:
{awards}
DÜNYANIN SONU OLMAYACAQ

GuNaY_83

  • 22 noyabr 2012 13:16
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
{awards}
cox sag ol...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 36
Cəmi: 54

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 46
Cəmi: 633
 
MiSS HaPPy)
Xəbərləri: 39
Cəmi: 71
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 36
Cəmi: 50
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 144
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}