Hansı içkini nə vaxt içmək lazımdır?

 
Hansı içkini nə vaxt içmək lazımdır?


Hər içkinin içilməsi üçün müəyən vaxt var

İnsanlar nə üçün susayırlar? Əslində bu sualın olduqca sadə açıqlaması var. Orqanizmdə su rezervləri müəyyən müdət ərzində azalmağa başlayır. Yorğunlaşan bədənin su ehtiyacını təmin etmək üçün beyinə siqnal ötürülür və susama yaranır. Susamaq zamanı əsas içki su olsa da, gün ərzində sağlamlığımız üçün başqa içkilərə də yer vərməyimiz vacibdir. Amma hər içkinin içilməsi üçün müəyən vaxtı var.

Səhər saat 08.00

Yuxudan duranda bir stəkan ilıq su və ya bitki çayı için. Çünki orqanizmdə gecə boyunca toksinlər və artıq maddələr toplanır. Yuxu zamanı bədənimiz maye itirir. Otaq temperaturunda olan bir stəkan su böyrək və bağırsağın fəaliyyətini yaxşılaşdırır, bədəni toksiki tullantı maddələrdən təmizləyir, dəriyə gözəl görünüş verir. İçdiyiniz suya bir nemə damçı limon və ya qreypfurt suyu qata bilərsiniz.

Səhər yeməyi

Səhər yeməyi zamanı bir fincan qəhvə və ya qara çay için. Qəhvə və çayın tərkibində sinir sistemini oyandıran maddələr var. Onlar bədənə sürətlə enerji verir, zehni açır və diqqəti artırır. Bundan əlavə, metobolizmi (həzmi) tezləşdirir.

Saat 10:30

Ara vaxtda bir stəkan təzə tərəvəz suyu və ya süd için. Səhər saat 10:00 - 11:00 arasında vücudun su rezervi azalır. Qan şəkəri düşür, yorğunluq yaranır, diqqət azalması müşahidə edilir. Bu zaman bədənin yenidən canlanmalıdır. Tərəvəz şirələri xüsusilə isti havada tər ilə birlikdə itirilən vitaminləri və mineral duzların geri qaytarılmasını təmin edir. Tərəvəzdə olan karbohidratlar qan şəkərini tənzimləyir. Süddə olan maddələr də eyni vəzifəni həyata keçirir. Evdə olarkən tərəvəz suyu hazırlamaq asandır. Ancaq iş şəraitində südə üstünlük vermək məsləhətdir.

Saat 12:00

Ara yeməyi zamanı ayran və ya qazlı su içmək olar. Ayran kalsium ehtiyacını qarşılayır. Mineral sularda olan maddələr insanı gümrah hiss etməyə kömək edir. Ayranın içinə nanə qataraq ondan daha yaxşı faydalanmaq olar. Mineral suya limon sıxmaq isə C vitamini ilə təminatını yaxşılaşdırır.

Saat 15:00

Yeməkdən sonra həzmi asanlaşdıran içki için. Məsələn, yuxunu qaçıran bir stəkan çay yaxşı olar. Çay həm həzmi asanlaşdırır, həm yuxunun qarşısını alır.

Saat 23:00

Yatmazdan öncə süd için. Bu, gecə yuxusu ilə birlikdə böyümə hormonu yaradır və yorğun bədəni rahatladır. Sümükləri qoruyur. Südün yerinə yoqurt içmək də olar.


Geri dön

only-girl

  • 2 yanvar 2011 10:48
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
tewweekkuurrlleerr

--------------------

Just For Legend

  • 12 dekabr 2010 00:56
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
maraqli xebere gore minnettararam

--------------------

OK

  • 7 dekabr 2010 21:23
  • Məqalə: 176
  • Şərh: 1859
  • Bal:
{awards}
Səhər yeməyi

Səhər yeməyi zamanı bir fincan qəhvə və ya qara çay için. Qəhvə və çayın tərkibində sinir sistemini oyandıran maddələr var. Onlar bədənə sürətlə enerji verir, zehni açır və diqqəti artırır. Bundan əlavə, metobolizmi (həzmi) tezləşdirir.

--------------------

Ulya

  • 7 dekabr 2010 21:06
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
maraqli melumatlar idi

R_O_M_A

  • 7 dekabr 2010 20:16
  • Məqalə: 463
  • Şərh: 1132
  • Bal:
{awards}
maraqliydi sud icmeyin yeri yoxdur

--------------------

Sergio Ramos

  • 7 dekabr 2010 20:09
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
mArAqLı idi

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 48
Cəmi: 75

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 46
Cəmi: 633
 
MiSS HaPPy)
Xəbərləri: 43
Cəmi: 74
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 38
Cəmi: 52
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 170
 
♔Hе важно∞
Xəbərləri: 29
Cəmi: 144
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}