Jerar Depardye gələn həftə Bakıya gələcək

 
Jerar Depardye gələn həftə Bakıya gələcək


Aktyor Akademik Opera və Balet Teatrının səhnəsində çıxış edəcək

Məşhur fransız aktyoru Jerar Depardye gələn həftə Bakıya gələcək.Aktyor dekabrın 13-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində çıxış edəcək. Jerar Depardye həmin gün IV Beynəlxalq Rostropoviç Festivalı çərçivəsində teatr səhnəsində nümayiş olunacaq J. Bizenin “Karmen” operasından əvvəl səhnəyə çıxacaq. O, Azərbaycan səhnəsində Prosper Merimenin “Karmen” novellasından parçalar ifa edəcək. Həmin gün “Karmen” operası Qalina Vişnevskayanın opera mərkəzi solistlərinin iştirakı ilə keçiriləcək. Tanınmış rusiyalı vokalçılar - beynəlxalq müsabiqələrin qalibləri Alina Şakirova (Karmen), Oleq Dolqov (Xoze), Anastasiya Privoznovaya (Mikaella) ilə yanaşı, tamaşada həmçinin Rusiya Dövlət Akademik Böyük Teatrının solisti - Elçin Əzizov da (Eskamilio) çıxış edəcək. Opera tamaşasını tanınmış rusiyalı dirijor Yaroslav Tkalenko idarə edəcək. Tamaşanın quruluşçu rejissoru İvan Popovskidir.
Xatırladaq ki, Jerar Depardye sentyabrın 4-də "Karot" beynəlxalq festivalı çərçivəsində İrəvanda olub. Aktyor bu səfərində qondarma "erməni soyqırımı" abidəsini ziyarət edib. Bu səfərindən qısa müddət keçdikdən sonra fransız aktyoru ümumerməni "Hayastan" fonduna maliyyə yardımı etməyə hazır olduğunu bildirib. Onun bu bəyanatı "YouTube" videoportalında yerləşdirilib.
Qeyd edək ki, "Hayastan" fondu Ermənistanda, habelə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində xeyriyyə layihələri həyata keçirir.


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 11:56
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
COX SAQOLUN YAZAN ELLERIVIZ VAR OLSUN MARAQLIDIR

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

nilayka

  • 5 may 2011 23:55
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
bu Azəriləri pisləmişdi ermənilərin tərəfini tutmuşdu biz də bunu qonaq çağırırıq

--------------------

Just For Legend

  • 11 dekabr 2010 19:37
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
maraqli xebere gore minnattaram

--------------------

Azeri_Gozeli

  • 10 dekabr 2010 16:42
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
tesekkurler

--------------------

Sergio Ramos

  • 9 dekabr 2010 18:00
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
bu Azəriləri pisləmişdi ermənilərin tərəfini tutmuşdu biz də bunu qonaq çağırırıq

--------------------

Ulya

  • 9 dekabr 2010 17:44
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
lap yaxsi winked

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 42
Cəmi: 52

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}