Uşaqlarda mövsümi yaranan allergiyalar

 
Uşaqlarda mövsümi yaranan allergiyalar

Yaz-yay fəsli belə xəstəliklərin aktivləşmə dövrü hesab olunur

Statistikaya görə, dünyada hər 10 nəfərdən 2-si allergiya xəstəliyindən əziyyət çəkir. Allergiya xəstəliyinin izlərinə hələ qədim Misir mumiyalarında rast gəlinib. Ancaq alimlər XIX əsrdə bu xəstəliyi aşkar etməyi bacarıblar. Onun müalicəsinə isə XX əsrdə başlanıb. Müasir dövrümüzdə bu xəstəlikdən əziyyət çəkənlərin sayı günü-gündən artır. Məhz elə buna görə də dünya alimləri apardıqları araşdırmaların nəticəsinə əsasən XXI əsri "allergiya əsri" adlandıracaqlarını deyiblər.

Allergiyanın bir neçə növü var və ən çox yayılan formaları allergik və xroniki rinitdir. Allergik rinit əsasən yaz mövsümündə çiçəklərin tozlanma dövründə baş qaldırır. Mövsümü başa çatdıqdan sonra allergik rinitin əlamətləri yavaş-yavaş aradan qalxır və xəstə normal vəziyyətə qayıdır.
Son zamanlar isə uşaqlar arasında allergiyanın müxtəlif növlərinin çoxaldığı bildirilir. Respublikanın baş pediatrı Nəsib Quliyev Milli.az xəbər portalına açıqlamasında bunu mövsümlə əlaqələndirib, yaz-yay fəslində körpə uşaqlarda ən çox rast gəlinən problemlərin vitamin çatışmazlığı və allergik xəstəliklər olduğunu deyib. Baş pediatrın sözlərinə görə, tibdə polinoz adlandırılan bu fəsadlar uşaqları əhatə edir: "Ağacların göyərməsi, çiçək açması, çiçək tozunun olması ilə bağlı uşaqlar arasında allergik xəstəliklərin reallaşması tez-tez baş verir. Bu vaxt uşaqlarda asqırmalar, gözdə və boğazda qaşınma kimi simptomlar meydana çıxır. Əgər bunlar müalicə olunmursa, boğulma, bronxial astmaya keçir".

N.Quliyev hesab edir ki, bunları nəzərə almasaq, yaz-yay fəslində rast gəlinən xüsusi xəstəlik qrupu yoxdur. Hazırda respublikada uşaqlar arasında ciddi epidemiya təhlükəsi də müşahidə olunmur: "Uşaqlar ətraf aləmlə çox təmasda olduqları üçün onlarda tənəffüs yolları və tənəffüs sistemi fəsadları baş verə bilər. Bu, ən çox rast gəlinən problemlərdir. İkinci yerdə dünyaya təzə gələn körpələrdə müşahidə olunan xəstəliklər, sonra isə mədə-bağırsaq və yoluxucu xəstəliklər durur".

Ucar Rayon Mərkəzi Uşaq Xəstəxanasının pediatrı, Sevinc Nəbiyevadan isə uşaqların sözügedən mərəzlə üz-üzə qaldıqları zaman hansı üsullardan yararlanmanın faydalarını soruşduq.
Onun sözlərinə görə, uşaqlar arasında allergik reaksiyaların ən geniş yayılmış forması qida allergiyasıdır: "Mütəxəssislərin rəyinə görə, 55 faizdən çox uşaq qida allergiyasının bu və ya digər əlamətlərindən əziyyət çəkir. Müasir mülahizələrə əsasən, qida allergiyası qida allergenin qəbulu nəticəsində əmələ gələn allergik reaksiyalardır. Qida allergiyasının əsasını immunoloji mexanizmlər təşkil edir. Buna görə də həmin xəstəlik qidaya dözümsüzlüyün immun forması adlandırılır".

Həkimin sözlərinə görə, bir yaşadək uşaqlarda qida allergiyasını yaradan əsas allergenlərdən biri də inək südü zülallarıdır:
"Əgər uşaq ana südü ilə qidalanırsa, ana hipoallergen pəhrizə riayət etməli, qida rasionundan soğan, sarımsaq, turp, balıq və göbələk bulyonları, ədviyyat çıxarılmalıdır. Süd məhsullarından xama, qatıq, yoqurt və digərləri istifadə olunmalıdır. Bundan əlavə, genetik meyillik, mədə-bağırsaq sisteminin pozuntusu, keçirilmiş kəskin bağırsaq infeksiyası da uşaqlarda erkən dövrdə qida allergiyasının inkişafına səbəb olan amillərdəndir".

Qida allergiyasını qidanın tərkibində olan qlikoprotein zülalları yaratdığını deyən S.Nəbiyeva qida allergenləri məhsullarının kulinariyada işlənməsi zamanı antigen xüsusiyyətlərini dəyişmək qabiliyyətinə malik olduğunu bildirdi: "Qızdırıldıqda zülallar denaturasiyaya uğrayır. Bu zaman qida allergenlərinin bir qrupu allergenlik xüsusiyyətini itirir, digər qrupu isə əksinə allergenlik xüsusiyyəti əldə edir. Meyvə və tərəvəzlərin tam yetişməmiş olması da allergenliyi kəskin artırır".

Həkim allergik xəstəliklərlə mübarizə aparmaq üçün bəzi məsləhətlər də verdi: "Kiflər (göbələklər) nəmli şəraitdə daha tez inkişaf etdiyi üçün yay aylarında eviniz günəş şüası ilə qızmalı, qışda isə rütubətsiz və işıqlı olmalıdır. Otağınızda çox əşya olmamalıdır. Yun və quş tükü ilə doldurulmuş yastıq, yorğan və döşəklərdən istifadə olunması məsləhət deyil. Otaq təmizlənərkən, bu cür xəstəliyi olan şəxs otaqda olmamalıdır. Sadəcə, xəstənin yanında deyil, evin heç bir yerində siqaret çəkilməməli, yataq otağında bəzək bitkisi olmamalıdır. Yuyucu toz və boya qoxusu olan yerlərdən uzaq durmalı, otaq və saç spreylərindən istifadə edilməməlidir. Rəngli və əlavə maddəli qidalar da xəstəliyinizi qüvvətləndirə bilər. Qrip və bu kimi burun-boğaz xəstəlikləri zamanı şikayətləriniz arta bilər, odur ki, öncədən tədbirinizi görün. Havalandırma cihazlarının (air condition) da istifadəsi məqsədəuyğun sayılmır".


Geri dön

Gun--ka

  • 27 noyabr 2012 16:26
  • Məqalə: 3
  • Şərh: 3128
  • Bal:
qida allergiyasını qidanın tərkibində olan qlikoprotein zülalları yaratdığını deyən S.Nəbiyeva qida allergenləri məhsullarının kulinariyada işlənməsi zamanı antigen xüsusiyyətlərini dəyişmək qabiliyyətinə malik olduğunu bildirdi: "Qızdırıldıqda zülallar denaturasiyaya uğrayır. Bu zaman qida allergenlərinin bir qrupu allergenlik xüsusiyyətini itirir, digər qrupu isə əksinə allergenlik xüsusiyyəti əldə edir. Meyvə və tərəvəzlərin tam yetişməmiş olması da allergenliyi kəskin artırır".

--------------------

BƏZƏN deyirəm ki ÇıXıM gedim buralardan sonra fikirləşirəmki hara qacib getsəmdə yenə özümdən qaça bilmərəmki(((((((

LoVe_HaTe

  • 25 noyabr 2012 01:59
  • Məqalə: 53
  • Şərh: 2342
  • Bal:
{awards}
Təssəkürlər.

--------------------
Əl uzatmağın min bir yolu olduğu halda sən hər səfərində şillə vurursan mənə...Ən çox da bu üzür məni...

my angel__

  • 23 noyabr 2012 22:56
  • Məqalə: 291
  • Şərh: 11178
  • Bal:
{awards}
Sitat: _Susqun_
vay-vay canim ne pisdi usagin uzu ureyim agridi....xebere gore tessekkurler,menim qizimda alergicnidi,da bezirem ona yemek verende...

Allah saxlasin canim

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

solnuska

  • 23 noyabr 2012 20:13
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
_Susqun_,ALLAH SAXLASIN ALLAH QORUSUN

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

come back

  • 23 noyabr 2012 17:56
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
_Susqun_,

vay-vay canim ne pisdi usagin uzu ureyim agridi....xebere gore tessekkurler,menim qizimda alergicnidi,da bezirem ona yemek verende...

Allah saxlasin winked xebere gore tewekkur edirem cox sagolun.

ღ★Diamond★ღ

  • 23 noyabr 2012 16:50
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
cannnnnnnnnnnn recourse

so_sad

  • 23 noyabr 2012 16:38
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
xebere göre teşekkürlerr smile

Gözlüklü

  • 23 noyabr 2012 15:15
  • Məqalə: 216
  • Şərh: 9553
  • Bal:
{awards}
Tesekkurler

unfaithful

  • 23 noyabr 2012 14:44
  • Məqalə: 31
  • Şərh: 3681
  • Bal:
{awards}
təşəkkürlər

--------------------

_Susqun_

  • 23 noyabr 2012 14:41
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
{awards}
vay-vay canim ne pisdi usagin uzu ureyim agridi....xebere gore tessekkurler,menim qizimda alergicnidi,da bezirem ona yemek verende...

--------------------

..::MisS DioR::..

  • 23 noyabr 2012 14:41
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
Melumata gore tesekkurler.

--------------------

GuNaY_83

  • 23 noyabr 2012 11:26
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
cox sag ol xebere gore...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 32
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 545
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 92
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}