Təhsil Nazirliyi məktəblərdə "mini ətək" reydlərinə başladı

 
Təhsil Nazirliyi məktəblərdə "mini ətək" reydlərinə başladı


Artıq 4 ildir ki, paytaxt məktəblərinin vahid formaya keçidi ilə bağlı qərar verilib. Lakin görünən odur ki, heç də bütün məktəblər qaydalara əməl etmir. Bu hal xüsusən də, yuxarı sinif şagirdləri arasında daha çox müşahidə edilir. Bakı şəhəri Təhsil İdarəsi (BTİ) də artıq bir neçə ildir ki, tətbiq edilən prosesə necə əməl edilməsi ilə bağlı reydlərə başlayıb.

Kütləvi İnformasiya Vasitələrinin də iştirak etdiyi reydlər paytaxtın Yasamal rayonu ərazisindəki 308 və 38 nömrəli məktəblərdən başlandı. Məktəblərin əvvəldən seçilməməsi reydlərin obyektiv olacağından xəbər verirdi. Elə gözlənilən də oldu.

Hamı bir nəfər kimi...

İlk olaraq 308 nömrəli məktəbdə olduq. 2007-ci ildə təmir olunan məktəb istilik sistemi ilə də təchiz olunmuşdu. Sistemin işlək olması məktəbə girən kimi hiss olunurdu. Təmir məktəbdə şagirdlərin sayına da təsir edib. Əgər, 2007-ci ildə məktəbdə 511 şagird təhsil alırdısa, hazırda bu rəqəm 1300-dür.

Məktəbin direktoru Təranə Məmmədova artıq beş ildir ki, məktəblərdə vahid formanın tətbiq edildiyini bildirdi. Direktorun dediklərini yerindəcə görmək üçün bir-bir sinif otaqlarına baş çəkdik. Siniflər arasında formaya münasibət fərqini müəyyən etmək üçün ilk olaraq, ibtidai siniflərdən başlayırıq. Kurikulium sistemi ilə dərslərin keçildiyi ikinci sinif şagirdlərinin hamısı məktəbli formasında idi. Şagirdlər də formalarından razı görünürdülər.

Müqayisə aparmaq üçün bu dəfə məktəbin 11a sinfindəyik. Adətən, məktəbli forması geyinməklə bağlı əsas problemlər də məhz yuxarı siniflərdə yaşanır. Lakin bu sinifdə yalnız qızlardan biri formanın jiletini geyinməmişdi. Daha sonra 8c sinfinə baş çəkdik, burada şagirdlər tam formada idilər.

Müəllimlər də vahid forma istəyir

Məktəbin bütün şagirdlərinin formada olması direktor və məktəb kollektivinin prosesə məsuliyyətlə yanaşmasının göstəricisi idi. Hətta söhbət etdiyimiz müəllimlər özlərinin də vahid formaya keçmələrinin tərəfdarı olduqlarını bildirdilər. Düzdür, müəllimlər üçün vahid forma müəyyən olunub. Lakin onlar bu formanı yalnız bayram və xüsusi günlərdə geyinirlər.

Bir sözlə, məktəb reyddən xəbərsiz olsa da, yoxlamadan üzüağ çıxa bildi. Amma bu sözləri baş çəkdiyimiz ikinci məktəb haqqında deyə bilmərik.

Rəngli və müxtəlif köynəklər...

Növbəti dayanacağımız 38 nömrəli məktəbdir. Yeni təmir olunmuş məktəbin istilik sistemi və digər məsələlər yerində olsa da, heç də şagirdlərin hamısı vahid forma geyinməmişdi.

Məktəbin 7-ci sinif şagirdlərinin əksəriyyəti formada deyildi. Sinfin qızlarının demək olar ki, hamısı müxtəlif rəngli boğazlı və ya fərqli köynəklər geyinmişdilər. Oğlanların da bir qismi ötən ildən qalma pencəklərini geyinmişdilər.

Qeyd edək ki, 6 və 7-ci sinif şagirdlərinin məktəbli formaları arasında ciddi fərqlər var və şagirdlərin əksəriyyətinin bu il yeni forma almadığı aydın hiss olunurdu. Diqqətimizi çəkən başqa bir məqam isə qızların ətəklərinin normadan qısa olması idi. Məlumdur ki, məktəbli qızların əksəriyyəti ətəklərini kəsdirir və ya kiçik bir dəyişikliklə bir anda qısalda bilirlər. Baş çəkdiyimiz siniflərdəki qızlar ətəklərinin qısa olmasını paltarların ötən ildən qalması ilə izah etdilər. Anoloji problemlər məktəbin 11-ci sinfində də müşahidə olunurdu. Bu sinfin şagirdlərinin bir qismi ya jilet, ya pencəklərini geyinməmişdilər. Şagirdlər bunu bir formanın olması və yuyulduğu üçün bu geyimdə gəlmək məcburiyyətində qalmaları ilə izah etdilər.

Qeyd edək ki, reydlərdə məqsəd yalnız vahid məktəbli formalarının yoxlanılması olsa da, qız şagirdlərin saç düzümləri, aksessuarlardan istifadələri də diqqətdən yayınmadı. Vahid forma geyilən siniflərdə belə, qızlar müxtəlif, hətta məktəbə uyğun olmayan saç düzümlərində idilər.

Məktəbdə ən müsbət məqam müəllimlərin vahid formada olması idi. Onlar da bundan xeyli razı görünürdülər. Çünki bu həm büdcələri üçün sərfəlidir, həm də hər gün nə geyinəcəklərini düşünmək problemi aradan qaldırılıb.

38 saylı məktəbin direktoru Yaşar Əliyev şagirdlərin müxtəlif formalarda olmamasını belə izah etdi: “Hər kəsin iki forma almaq imkanı yoxdur. Forma bir olduğuna görə də, bəzən yuyulanda şagirdlər formasız gəlməli olurlar”.

Çox qəribədir, deyəsən, bir sinfin şagirdlərinin hamısının forması eyni vaxtda yuyulub.

BTİ-nin ictimaiyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı reydlərin yekunu olaraq, məktəbli formaları ilə bağlı pozuntuların qısa zamanda aradan qaldırılmalı olduğunu bildirdi.

O, həmçinin vahid forma geyinməyən şagirdlərə qarşı cəzaların tətbiq edilməsinin qanunla mümkün olmadığını, yalnız həmin məktəblərin direktorlarının məsələyə daha diqqətlə yanaşmalı olduqlarını dedi: “Hansı məktəbdə vahid məktəbli geyiminə keçməyiblərsə, bununla bağlı direktorlara irad tutulur. Məktəbli geyimi icbaridir, ibtidai siniflərdə tam təmin olunub. Yuxarı sinif şagirdlərinin məktəbli formasına keçməməsi isə daha çox psixoji prosesdir. Hesab edirik ki, 3-4 ildən sonra paytaxt məktəblərində məktəbli geyimləri ilə bağlı problem aradan qaldırılacaq”.

Z.Əliqızı həmçinin məktəblilərin saç düzümləri, aksessuarlar, ayaqqabılar, çantaları məsələsinə də toxundu. O, bununla bağlı həm valideynlərə, həm də məktəblərə xəbərdarlıq edildiyini, lakin məsuliyyətin daha çox valideynlərdə olduğunu dedi. Z.Əliqızı məsələ ilə əlaqədar dəfələrlə valideynlərə xəbərdarlıq etdiklərini vurğuladı.

O, məktəbli qızların ətəklərinin qısa olmasına münasibət bildirdi: “Bəzi qız şagirdlərin ətəkləri standartlara uyğun deyil, qısadır. Buna da birinci növbədə valideynlər nəzarət etməlidirlər. Çünki satışda olan formaların ətəkləri o qədər qısa deyil. Əlbəttə, məktəblər də buna nəzarət edir, amma valideynlər də buna diqqət etməlidir”.

Reydlərdən də göründüyü kimi, bir neçə ildir ki, tətbiq edilsə də, hələ də bütün məktəblər vahid formaya tam əməl edilmir. Əlbəttə, monitorinqlər bununla bitmədi, növbəti məktəb sizinki ola bilər.


Geri dön

katara_paris

  • 25 noyabr 2012 18:33
  • Məqalə: 0
  • Şərh: 416
  • Bal:
oooooooooooooooooofffffffffffffffffffffffff fikir vermeyin

--------------------
Ş+S+G

classic_guiter_girl

  • 25 noyabr 2012 17:37
  • Məqalə: 37
  • Şərh: 5440
  • Bal:
{awards}
aydaaa bizim mektebe hec qelmesinler wink

LoVe_HaTe

  • 25 noyabr 2012 01:53
  • Məqalə: 53
  • Şərh: 2238
  • Bal:
{awards}
Təssəkürlər.

--------------------
Əl uzatmağın min bir yolu olduğu halda sən hər səfərində şillə vurursan mənə...Ən çox da bu üzür məni...

★WirinKa★

  • 23 noyabr 2012 20:01
  • Məqalə: 14
  • Şərh: 4283
  • Bal:
{awards}
mektebin vahid formasi var hami onu da geyinmelidir

--------------------

solnuska

  • 23 noyabr 2012 20:00
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
hec bilmirlereeeee ne etsinler

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

enigmatic_girl

  • 23 noyabr 2012 19:12
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Sitat: dilekler
yupka qisa olar da

fellow

--------------------

come back

  • 23 noyabr 2012 18:09
  • Məqalə: 588
  • Şərh: 11716
  • Bal:
{awards}
esi day bilmirler ne edeler bawlari xarabdir da

Sweet Girl32

  • 23 noyabr 2012 17:36
  • Məqalə: 0
  • Şərh: 35
  • Bal:
{awards}
Bu nedi eee ne forma hemde qizlqrin yupkasindan size ne...???bawlari xarabdi eeeee
Xebere gore TWK

so_sad

  • 23 noyabr 2012 16:51
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
{awards}
teşekkürlerrrr

ღ★Diamond★ღ

  • 23 noyabr 2012 16:41
  • Məqalə: 340
  • Şərh: 8986
  • Bal:
{awards}
hmm normal olmalidida ele bil mektebe yox bawqa yere gedirlerrr

Bash Belası

  • 23 noyabr 2012 15:34
  • Məqalə: 158
  • Şərh: 4873
  • Bal:
{awards}
Guya bizim mektebede gelecekler ama hele gelib cixmiyiblar...yoldadilar wink

Avril_lavigne

  • 23 noyabr 2012 15:20
  • Məqalə: 58
  • Şərh: 2540
  • Bal:
{awards}
eeeeeeee bu ne demekdiye? Uje curudubler. men yupkani kesdirmisem,penceklede jaketi geyinmirem

--------------------
Terk edilmemis bir tek AYRILIK kaldi...

unfaithful

  • 23 noyabr 2012 14:38
  • Məqalə: 31
  • Şərh: 3486
  • Bal:
{awards}
Hər şeyə qarışırlar eee.... angry

--------------------

unut onu

  • 23 noyabr 2012 14:37
  • Məqalə: 31
  • Şərh: 399
  • Bal:
{awards}
menimkide qisadida

--------------------
AWK VARMI ACABA?

..::MisS DioR::..

  • 23 noyabr 2012 14:31
  • Məqalə: 147
  • Şərh: 3792
  • Bal:
{awards}
ee zehlem gedirde qoymurlarda istediyimiz geyimleri geyinek.

--------------------

Deniz

  • 23 noyabr 2012 13:51
  • Məqalə: 338
  • Şərh: 3784
  • Bal:
{awards}
Miniye ehtiyac duymuram =))

GULCIN_ROSE

  • 23 noyabr 2012 13:09
  • Məqalə: 2
  • Şərh: 1006
  • Bal:
{awards}
AYDA ELE ETSELER GUYA AGILLARI ARTACAQQQQQQ///////????????????

--------------------
Mene Hicab yarawmaz deyen xanim,sen ozun Hicaba yarawmaga caliw.

_Susqun_

  • 23 noyabr 2012 12:41
  • Məqalə: 34
  • Şərh: 2346
  • Bal:
{awards}
xebere gore sag olun...

--------------------

Arzu_zadeh

  • 23 noyabr 2012 11:48
  • Məqalə: 167
  • Şərh: 5545
  • Bal:
{awards}
yupka qisa olar da

--------------------

dj_asqa.

  • 23 noyabr 2012 11:38
  • Məqalə: 5
  • Şərh: 1382
  • Bal:
{awards}
xebere gore twkler

ZeMka

  • 23 noyabr 2012 11:36
  • Məqalə: 282
  • Şərh: 4371
  • Bal:
{awards}
Bu ne demekdi qiwdada dey ag koynek giyinmiyecemki elbette nese isti bir wey giyinmeliyemde aa oda rengi olur hemiwe:D

--------------------

GuNaY_83

  • 23 noyabr 2012 11:21
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
{awards}
yaxwi olardi icaze olmasaydi...

--------------------

UNBREAKABLE GIRL

  • 23 noyabr 2012 11:10
  • Məqalə: 0
  • Şərh: 87
  • Bal:
{awards}
axirinci ilimizdi onsuz da

C.I

  • 23 noyabr 2012 10:39
  • Məqalə: 481
  • Şərh: 4876
  • Bal:
{awards}
wink aydaaa bizim sinife gelmeyin....xeberdarliqa gore tewekkurler......

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 41
Cəmi: 69

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 627
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 33
Cəmi: 48
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 141
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}