Samsung Nexus S Smartfonu

 
Samsung Nexus S Smartfonu

Samsung şirkəti bu günlərdə rəsmi olaraq Nexus S smartfonunu təqdim etdi. Qurğuya çoxsaylı yeniliklər əlavə edilməsə də, bununla belə maraqlı məqamları sayəsində o, alıcıların diqqətini özünə cəlb edə biləcək.

Samsung Nexus S Telefonunun Özəllikləri

Ön Panel


Smartfonun ön paneli bir qədər maili formadadır ki, bu da qurğunun istismarını asanlaşdıracaq. Xüsusən də qurğunun aşağı hissəsindəki sensor sistem düymələrini basmaq daha rahat olacaq.

Samsung Nexus S Smartfonu

Displey

Qurğunun gözoxşayan iri 800×400 piksel çözünürlüyə malik 4-dyümlük displeyi Super AMOLED matrisi ilə təchiz edilmişdir.

Nexus S telefonunun əsasını Samsung-un Galaxy S və Galaxy Tab modellərində tətbiq etdiyi eyni platfforma (SoC-sistem Hummingbird) təşkil edir. ARM Cortex A8 bazasında olan bu texnologiya 1GHz tezliyə malikdir.

Nexus S Hansı Yeni Xüsusiyyətləri İlə Seçilir?
Qurğu 16 Gb daxili fləş-yaddaşla təchiz edilib.
Akselerometrlə yanaşı, Nexus S smartfonu giroskopla (və ya jiroskop – hər cür vəziyyətdə öz sabitliyini mühafizə edən sərbəst oxlu cihaz) və eləcə də, NFC çipi ilə təchiz edilib.

Yaddaş

Telefonun əməliyyat yaddaşı 512 Mb-dır.

Kamera

5 meqapiksel fotokamera işartı və avtofokus funksiyaları ilə seçilir.

Əməliyyat Sistemi

Təqdirəlayiq cəhət odur ki, bu smartfon ən son Android 2.3 Gingerbread versiyası ilə işləyəcək ki, bu da proqram təminatı baxımından bir sıra yeni faydalı opsiyalardan yararlanmağa imkan verəcək. Məsələn, təkmilləşdirilmiş köçürmə və yerləşdirmə (copy/paste) funksiyası, inteqrasiya edilmiş VoIP və videozəng texnologiyası, NFC, giroskop, GPS-qəbuledici ilə yaxşılaşdırılmış əlaqə və hər hansı bir məkanın ünvanını müəyyənləşdirərkən daha dəqiq məlumatın verilməsi bu kimi yeniliklərdəndir.


Geri dön

R_A_P_U_N_Z_E_L

  • 26 noyabr 2011 23:56
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
tesekkurler xebere gore

::..ONSLAUGHT::..

  • 4 aprel 2011 22:29
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
xebere gore sagol

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

OK

  • 27 fevral 2011 22:37
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}
Tesekkurler

--------------------

Ulya

  • 7 dekabr 2010 21:52
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol xebere gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 14
Cəmi: 27

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}