Heç birimiz sosial şəbəkə xəstəliyindən sığortalanmamışıq

 
Heç birimiz sosial şəbəkə xəstəliyindən sığortalanmamışıq

Tanıdığımız insanların çoxu sosial şəbəkələrdən əsasən, ictimai işlər üçün yararlanırlar. Bu mənada sosial media maraqlı ünsiyyət vasitəsi olmaqla yanaşı, həm də jurnalistlər üçün xəbər mənbəyidir.

Lakin bizim düşündüklərimizdən fərqli olaraq, sosial mediada “boğulanlar”, “batanlar” da var. “Boğulub batanlar” dedikdə biz gününün xeyli hissəsini kompyuter arxasında - sosial şəbəkədə keçirənləri nəzərdə tuturuq. Belələri arasında sosial şəbəkə aludəçiliyi, sözün həqiqi mənasında, xəstəlik halına gəlib. Bu xəstəlikdən əziyyət çəkən insanlar özlərini real həyatdan təcrid olunmuş kimi hiss edirlər. Belə insanlar tələm-tələsik kompyuteri açıb sosial mediada nələrin baş verməsindən xəbər tutmaq ehtiyacı hiss edirlər.

İctimailəşdiyini düşünərkən, real həyatdan təcrid olanlar

Mütəxəssislərin qənaətinə görə, texnologiyanın inkişafı ilə birlikdə insanların həyata baxışı da dəyişməkdədir. Belə ki, texnologiyanın inkişafının insan həyatına gətirdiyi rahatlıq həm də bir növ tənbəlləşməyə səbəb olur. Digər tərəfdən, sosial şəbəkə aludəçiləri adətən, bilməyərəkdən özlərini pis vəziyyətdə, çıxılmaz durumda da qoya bilirlər. Məsələn, gündəlik olaraq istifadə edilən sosial paylaşma saytları sayəsində insanlar sosiallaşdıqlarını, ictimailəşdiklərini düşünərkən, real həyatdan təcrid olunurlar.

Bundan başqa, getdikləri yerlərdən, onlarla birgə olan insanlardan, yedikləri yeməklərdən, gördükləri işlərə qədər bir çox mövzularda fotolar paylaşanlar onları izləmək və nəzarətdə saxlamaq istəyən insanlar üçün əsl fürsət verirlər.

Sosial şəbəkələrə yerləşdirdikləri fotoların, statusların “bəyən”ilmə arzusu ilə alışıb yanmaları da bu insanların internetdən yoluxduqları “virus” hesab olunur.

İnsanlarla ünsiyyətimiz, sadəcə, yazıdan ibarət olmağa başlayır

Aparılan araşdırmalar göstərir ki, sosial paylaşma saytları əslində insanların psixologiyasına mənfi mənada təsir edir. İstifadəçilərdə bir növ asılılıq əmələ gəlir. Hətta bu gedişlə gələcəkdə siqaret, spirtli içki, uyuşdurucu aludəçiliyi kimi, sosial paylaşma saytlarından asılılığın da aktual olacağı deyilir. Bu fikir onunla əsaslandırılır ki, siqaret, uyuşdurucu maddələri tərgidənlər uzun müddət özlərinə gələ bilmədikləri kimi, sosial şəbəkədən məcburən və ya könüllü şəkildə uzaqlaşan insanlar da özlərini psixoloji cəhətdən narahat hiss edirlər. Ürəkləri darıxır, hər şeyə əsəbi reaksiya verirlər, özlərini sanki nə isə çatışmırmış kimi hiss edirlər. Onlar həm də aqressiv olurlar. Nəticədə, sosiallaşdıqlarını düşünərkən əks vəziyyətə düşmüş olurlar. Monitorun qarşısında rahat bir yerdə oturduğumuzu düşünərkən, beynimiz əks təsirə məruz qalır, halbuki, biz bunu o qədər də hiss etmirik. Tədricən insanlarla ünsiyyətimiz sadəcə yazıdan ibarət olmağa başlayır.

İnsanlarda üz-üzə söhbətləşməyə maraq azalır. Bəziləri qarşılaşdıqları insanlarla söhbətləşməkdən qaçırlar. Çünki həyatları sadəcə, internetdən ibarət olmağa başlayır.

Hər kəs bir-birinə xəbərdarlıq edir, amma dönüb güzgüyə baxmır

İki internet, sosial şəbəkə düşkünü görüşdükdə öncə “xala xətrin qalmasın” deyə bir-iki cümlə başqa mövzudan danışırlar. Amma mövzu yenə dönüb-dolaşıb eyni nöqtəyə gəlir - sosial mediada paylaşılan fotolar, videolar, yazılan statuslar müzakirə mövzusu olur.

İnsanlar sosial şəbəkələrdə vaxt keçirdikcə keçirir, özlərindən uzaqlaşdıqca uzaqlaşırlar. Hər kəs bir-birinə xəbərdarlıq edir, amma dönüb güzgüyə baxmır. Hər kəs virtual aləmdə dünyamızın problemlərindən çıxış yolu axtarır, ancaq gerçək dünyadan qopmuş olurlar.


Geri dön

SmiLe_LiFe

  • 3 dekabr 2012 16:02
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

GuNaY_83

  • 30 noyabr 2012 19:15
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
xebere gore tewekkurler.

--------------------

LoVe_HaTe

  • 25 noyabr 2012 01:29
  • Məqalə: 53
  • Şərh: 2342
  • Bal:
{awards}
cox sagolun

--------------------
Əl uzatmağın min bir yolu olduğu halda sən hər səfərində şillə vurursan mənə...Ən çox da bu üzür məni...

solnuska

  • 24 noyabr 2012 15:51
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
TWK MARAQLI IDI...............

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

ShoKKi_MoKKi

  • 24 noyabr 2012 01:02
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
maraqli idi cox sagolun..

--------------------

come back

  • 23 noyabr 2012 20:37
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
xebere gore tewekkurler.

::VIP::

  • 23 noyabr 2012 20:24
  • Məqalə: 36
  • Şərh: 58
  • Bal:
{awards}
tesekkurler wink

SaD_AngeL

  • 23 noyabr 2012 19:49
  • Məqalə: 0
  • Şərh: 1033
  • Bal:
{awards}
İnsanlarda üz-üzə söhbətləşməyə maraq azalır. Bəziləri qarşılaşdıqları insanlarla söhbətləşməkdən qaçırlar. Çünki həyatları sadəcə, internetdən ibarət olmağa başlayır

--------------------
O mene sevdiyinden daniwarken, men Sevdiyimi dinledim.....

_Susqun_

  • 23 noyabr 2012 19:30
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
{awards}
tessekkurler....

--------------------

solnuska

  • 23 noyabr 2012 19:21
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
İnsanlarla ünsiyyətimiz, sadəcə, yazıdan ibarət olmağa başlayır

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

★WirinKa★

  • 23 noyabr 2012 18:23
  • Məqalə: 14
  • Şərh: 4476
  • Bal:
{awards}

hmm xeberin bawligi ile raziyam... tewekkur

--------------------

ღ★ Firuzə ★ღ

  • 23 noyabr 2012 18:18
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
hmmm cox sagolunnnn....

--------------------

SALLİ

  • 23 noyabr 2012 18:17
  • Məqalə: 0
  • Şərh: 577
  • Bal:
{awards}
Mən hələ sosial şəbəkə xəstəliyinə tutulmamışam

so_sad

  • 23 noyabr 2012 18:14
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
teşekkürlerrrr

ღ★Diamond★ღ

  • 23 noyabr 2012 18:07
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
İnsanlarla ünsiyyətimiz, sadəcə, yazıdan ibarət olmağa başlayır recourse

..::MisS DioR::..

  • 23 noyabr 2012 17:39
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
cox saq olun.

--------------------

GuNaY_83

  • 23 noyabr 2012 17:29
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
cox sag ol.. fellow

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 36
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}