Təmizlik ədəbi

 
Təmizlik ədəbi

Təmizlik əxlaqımızın təməllərindən biridir. Bu elə bir əxlaqi keyfiyyətdir ki, təkcə insanlara deyil, həm də insanı əhatə edən bütün canlı və cansız aləmə də aiddir.

Dünyada çox heyrətamiz bir təmizlik sistemi gözə çarpır. Bitkilər, ağaclar yer üzərində həyatın olması və davam etməsi, havanın zəhərini təmizləmək üçün son dərəcə əhəmiyyətli bir iş görürlər:

onlar havadakı karbon qazını alıb, əvəzində oksigen qazı verirlər;
bədənimizdə dövr edən qan hər dəfə dalaq və qara ciyərdən keçərək saflaşır;

torpağa, dənizlərə hər gün atılan milyon tonlarla zibil, çirk, zəhərli və zərərli maddələr yırtıcı heyvanlar, böcəklər, balıqlar tərəfindən qəribə bir şəkildə təmizlənir.

Bəs dünyadakı bu fasiləsiz təmizlik sistemi nəyə və kimə lazımdır? Nə üçün ağlı, şüuru olan insan üçün də, şüursuz canlılar üçün də, hətta „dilsiz-ağızsız” təbiət üçün də təmizlik bu qədər əhəmiyyətlidir?

Məsələ burasındadır ki, bu sistemi kainatın, bütün aləmlərin Xaliqi olan Uca Allah qoymuşdur. Təsadüfü deyildir ki, Müqəddəs Kitabımız “Qurani-Kərim” endirilərkən onun ilk əmri “Oxu”, sonrakı əmri isə “Təmizliyə riayət et” olmuşdur. Allah (c.c.), Peyğəmbərimizə (sas), dolayısı ilə də bütün insanlara belə buyurur: “Ey (libasına) bürünüb sarınan (Peyğəmbər)! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut! Libasını təmizlə! (Nəfsini günahlardan pak et!) (Əzaba səbəb olacaq) pis şeylərdən uzaqlaş! (Bütləri tərk et!)” (“əl-Müdəssir,” 74/1-5).

Quran əxlaqına sahib olan Peyğəmbərimiz (s.a.s.) həyatı boyu təmizliyə xüsusi diqqət yetirmiş, məcsidə və qonaqlığa gedəndə, camaat qarşısına çıxanda təmiz və qəşəng geyinməyə, gözəl ətirlə ətirlənməyə səy göstərmişdir. Soğan və sarımsaq kimi qoxusu başqalarına narahatlıq verən şeylər yeməkdən çəkinmişdir. “Ətrafınızı təmiz saxlayın,”- deyə bizə nəsihət vermiş, hamının istifadə etdiyi ümumi yerlərin təmiz saxlanılmasını istəmişdir. Bununla bağlı, hədisdə Peyğəmbərimiz (sas): “Lənətlənmiş iki şeydən çəkinin” deyəndə səhabələr: “Ya Rəsulullah, o iki şey nədir?” deyə soruşmuşlar. Peyğəmbərimiz (sas): “İnsanların gəlib-getdiyi yolu, yaxud kölgələndiyi yeri murdarlamaqdır” cavabını vermişdir.

Təmizlik bir-biri ilə çox sıx əlaqədar olan iki ünsürdən ibarətdir:

a) mənəvi təmizlik; b) maddi təmizlik.

Mənəvi təmizlik - insanın öz ağlını, düşüncəsini zərərli fikirlərdən, qəlbini yanlış və batil inanclardan, ruhunu pis duyğulardan, günahlardan təmizləməsinə deyilir.

İnsan xarici görünüşü - geyimi, səliqəsi ilə təmiz görünə bilər. Bu keyfiyyətlərinə görə, bəlkə, qəlbində özünü hamıdan üstün də sayar. Lakin təmizlik bir tək üst-başı səliqəli saxlamaqla bitmir axı! İnsan ən əvvəl duyğu və düşüncələrində təmiz olmalıdır. Heç vaxt heç kəs və heç nə barədə pis düşünməməlidir. Bunun üçün də özünü buna alışdırmalıdır. Üst-başına yetirdiyi diqqət qədər daxili aləminin təmizliyinə də diqqət yetirməlidir. Əks təqdirdə bu cür adam başqaları tərəfindən nə sevilə, nə də qəbul edilə bilməz.

Bəzilərinin tez-tez işlətdikləri “Mənim qəlbim təmizdir, niyyətim safdır” kimi ifadələr, əslində, onların təmizlik haqqında çox bəsit anlayışa malik olmalarını göstərir. Çünki insan daim qəlbinin, ruhunun təmizliyi barədə düşünmürsə və bunun üçün əməli iş görmürsə, onun qəlbinin təmiz olması mümkün deyildir.

Maddi təmizlik - mənəvi təmizliyin əməldə təzahürüdür. Buna görə də mənəvi təmizliyi əldə edən insanlar maddi təmizliyi də qazanmış olurlar. Suya atılan daşdan ətrafa ləpələr necə yayılıb genişlənirsə, daxilimizdəki təmizlik də xaricimizə, ətrafımıza beləcə yayılır.

Bu iki təmizlik bir-birinə bağlıdır. Qəlbi iman nuru ilə dolu, gözəl əxlaq sahibi bir adamın artıq zahiri də təmizdir. Belə adamların paltarları təmiz, saçı-saqqalı düzgün, bədəni tərtəmizdir. Belə insanlar harada olurlarsa olsunlar, özlərini bəlli edərlər, eyni ilə bir gül kimi ətraflarına fərəhlik və nəşə yayarlar. Belə təmizliyə əsasən dörd qrupa bölünən zahiri təmizlik də deyirlər.

İmkanlarımızın məhdudluğunu nəzərə alaraq bunlar barədə ətraflı danışmağı gələn həftəyədək təxirə salırıq.


Geri dön

solnuska

  • 25 noyabr 2012 01:40
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
Bu iki təmizlik bir-birinə bağlıdır. Qəlbi iman nuru ilə dolu, gözəl əxlaq sahibi bir adamın artıq zahiri də təmizdir. Belə adamların paltarları təmiz, saçı-saqqalı düzgün, bədəni tərtəmizdir. Belə insanlar harada olurlarsa olsunlar, özlərini bəlli edərlər, eyni ilə bir gül kimi ətraflarına fərəhlik və nəşə yayarlar. Belə təmizliyə əsasən dörd qrupa bölünən zahiri təmizlik də deyirlər.

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

LoVe_HaTe

  • 25 noyabr 2012 00:53
  • Məqalə: 53
  • Şərh: 2342
  • Bal:
{awards}
TŞK.............................................

--------------------
Əl uzatmağın min bir yolu olduğu halda sən hər səfərində şillə vurursan mənə...Ən çox da bu üzür məni...

ShoKKi_MoKKi

  • 25 noyabr 2012 00:14
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
ALLAH Razi Olsun...........

--------------------

SaD_AngeL

  • 24 noyabr 2012 22:40
  • Məqalə: 0
  • Şərh: 1033
  • Bal:
{awards}
Maraqlidir...Tewekkurlerr

--------------------
O mene sevdiyinden daniwarken, men Sevdiyimi dinledim.....

faithful

  • 24 noyabr 2012 17:17
  • Məqalə: 56
  • Şərh: 1046
  • Bal:
{awards}
chox deyerli meqaledir,Allah razi olsun

Prank girl

  • 24 noyabr 2012 15:59
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tesekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

J ♥ S

  • 24 noyabr 2012 15:24
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
tewekkurler=)

--------------------
J & S ∞♥....

solnuska

  • 24 noyabr 2012 15:20
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Təmizlik əxlaqımızın təməllərindən biridir.

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

_Susqun_

  • 24 noyabr 2012 13:17
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
{awards}
xebere gore tewekkur..

--------------------

so_sad

  • 24 noyabr 2012 12:38
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
xebere göre teşekkür dosi no

DILEKLER

  • 24 noyabr 2012 11:22
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
“Mənim qəlbim təmizdir, niyyətim safdır”

..::MisS DioR::..

  • 24 noyabr 2012 11:01
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
Cox saq olun

--------------------

GuNaY_83

  • 24 noyabr 2012 10:55
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
cox sag ol...

--------------------

come back

  • 24 noyabr 2012 10:51
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
xebere gore tewekkur edirem cox sagolun.

R.M Fanatı...

  • 24 noyabr 2012 10:43
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
meqaleye gore twkler

--------------------

nuray x

  • 24 noyabr 2012 09:27
  • Məqalə: 0
  • Şərh: 36
  • Bal:
{awards}
qelbimiz temiz olsun esasi budur.gozel sozlere gore tesekkur.

--------------------
MEN

...BARSA FANATI....

  • 24 noyabr 2012 09:21
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
cox sag ol...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 40
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}