Bismilləhir Rəhmanir Rəhim!
Əziz bacılarım, bu günkü söhbətim hicab haqqında olacaq.
Hicab bütün müsəlman qadınlarına fərz, vacib buyrulmuşdur. Hərçənd ki, bir coxlarımız namaz qılıb, hicaba yox deyirik. Bununla da "Hicab vacibdir, amma məcbur deyil" deyirik. Bəli, hicabı öz istəyinlə örtməlisən. Namaz qılıb hicabsız gəzməyə öz içimizdən baxaq. Bizi xəlq edən Uca Allaha şükürlər olsun. Allahu Təbarəkü Təala bizi xəlq etmiş, yaratmış və bizim necə olmağımız da ona məlumdur. Bəs niyə Namaz qılarkən örtünüb namazdan sonra qollarımızı, saçlarımızı, sinələrimizi və digər yerlərimizi açıb çölə, toya, gəzməyə və s. gedirik. Məgər Allah bizi tək namaz qılarkən görür? Özümüz də gözəl bilirik ki, bu belə deyil. Allah bizi hər yerdə görür və ürəklərimizdən də agahdır. Bəs onda nə? Nəfsimiz buna yol vermir. Namaz qılan bəndə isə nəfsinə yox deməlidi. Bəs siz necə nəfsinizə yox deyə bilərsiz? Mən bir müsəlman xanımı olduğuma görə belə düşünürəm:

Hicab mənım mənliyimdir!
Hicab mənim kimliyimdir!
Hicab mənim itaətimdir yaradanin əmrinə!
Hicab mənim imanımın işarəsidir!
Hicab mənim məsumluğumdur!
Hicab mənım dinimdir!
Hicab mənim şeytanla döyüşdə qılıncımdır-qalxanımdır!
Hicab mənim kəlmeyi-şəhadətimdir!
Hicab mənim qadınlıq qürurumdur!
Hicab mənim cihadımdır!
Hicab mənim təmizliyimdir cirkin baxışlardan! Bir sözlə, hicab mənim hər şeyimdir!