Onlar dostdur, ya düşmən?

 
Onlar dostdur, ya düşmən?

Antibiotiklərin zərərli olması barədə son vaxtlar mediada olduqca çox məlumat yayılır. İnsanlar antibiotiklərdən imtina edir, bir çoxları isə bu tip dərmanların orqanizmə zərərli olması barədə deyilənlərə inanmaqdadır. Bəs bu dərmanların insan orqanizmində dəhşətli fəsadlar yaratması, bütün vitamin ehtiyatını məhv etməsi doğrudurmu?

Hər xəstəliyə antibiotik tətbiq etməli?

Antibiotiklər zərərli bakteriyaların səbəb olduğu yoluxucu xəstəliklər zamanı daha tez yaxşılaşmağı təmin etmək üçün istifadə edilir. Dünya ölkələrində həkim reseptlərində antibiotiklər 5-ci və ya 6-cı dərəcəli dərman kimi, bizdə isə ən vacib preparat kimi yazılır. Bir qayda olaraq lazım oldu-olmadı ondan istifadə edirik.

Mərkəzi Klinik Xəstəxananın həkimi Samirə Allahverdiyeva bildirir ki, antibiotiklərin allergiya yaratdığı üçün hər orqanizmə tətbiqi doğru deyil: “Elə antibiotiklər var ki, şok yaradır, hətta ölümə belə səbəb olur. Antibiotikin qəbulundan öncə mütləq sınaq tətbiqi edilməlidir, 0,5 ml. dərialtına yeridilməlidir, əgər sınağın yerində 5 dəqiqə ərzində heç bir əks göstərici yaranmırsa, demək, o orqanizm antibiotiki qəbul edir. Bu sınaq heç vaxt antibiotik qəbul etməyən insanlara tətbiq edilir. Çünki antibiotiklərin allergik xüsusiyyətləri çoxdur”.


Antibiotik vitaminləri məhv etmir

Həkim bildirir ki, antibiotiklərin bədəndəki vitamin ehtiyatını məhv etməsi barədə deyilənlər doğru deyil: “Antibiotiklər yalnız bağırsaqda bəzi yararlı mikrobları öldürür. Bağırsaq çöpləri bizim orqanizmimiz üçün çox lazımdır, bu mikroblar orqanizmimizdə bizə zərər verən digər qrup mikrobları məhv eləmək missiyasını daşıyır. Yararlı bağırsaq çöpləri olmadıqda məlumdur ki, insan orqanizmi zəif düşür. Qida ilə birlikdə qəbul etdiyimiz mikroblar mədə-bağırsaq problemi yaradır, immunitetin çökməsinə səbəb olur. Bundan başqa orqanizmdə göbələk xəstəlikləri baş qaldırır. Hansı ki, orqanizmdə həmin göbələklərlə mikroblar tarazlıqda olanda heç bir problem olmur, amma biz antibiotiki çox içərək həmin mikrobları öldürürük. Antibiotiklə bərabər göbələk əleyhinə dərmanlar da qəbul edilməlidir, əks təqdirdə göbələk xəstəlikləri yaranır”.

Hansı xəstələrə antibiotik olmaz?

Qeyd etmək lazımdır ki, antibotiklərin düzgün işlədilməsi zamanı baş verən fəsadlar da olur ki, bunlar bağırsaqların disbakteriozu, immunitetin zəifləməsi kimi problemlərdir. Həkim Könül Qarayeva isə məsləhət görür ki, əks təsirlər olmaması üçün antibiotiklər qəbul edərkən paralel şəkildə probiotiklər, immunitetin normallaşdırılması üçün vitamin kompleksləri qəbul edilməsi şərtdir:

Antibiotikləri yalnız həkim təyinatı üzrə qəbul etmək lazımdır, hər hansı bir aptekçinin məsləhəti ilə olmaz. Dozasını və müddətini həkim təyin etdiyi qaydada qəbul etdikdə antibiotiklər heç bir zərər vermir. Amma qeyd etmək vacibdir ki, bir sıra xəstəliklər və elə vəziyyətlər var ki, həmin hallarda antibiotiklərdən istifadə olunmasa yaxşıdır, əks halda bu insan həyatı üçün təhlükəli ola bilər. Hamiləlik və uşaq əmizdirilməsi dövründə, uşaqlarda, böyrək və qara ciyər çatışmazlığı olan xəstələrdə, növündən asılı olmayaraq bütün allergik xəstəliklərdə antibiotik tətbiqi qətiyyən yolverilməzdir”.

Azyaşlıların antibiotik köməyinə ehtiyacı var?

Həkim Samirə Allahverdiyeva bildirdi ki, çox vaxt olmasa da, bəzi hallarda aşağı göstərici ilə uşaqlara da antibiotik tətbiqi mümkündür: “Amma mən bir həkim kimi bunun əleyhinəyəm və öz övladlarıma da tətbiq etmirəm. Antibiotik qəbul edəndə xəstəliklə orqanizm yox, dərman mübarizə edir. İnsanının immuniteti möhkəmlənmir. Çalışmaq lazımdır ki, orqanizm xəstəliklə öz gücü hesabına mübarizə aparsın. Antibiotiki o zaman qəbul etmək olar ki, bədən o xəstəliklə mübarizə edə bilmir. Hər xəstəlikdə qəbulu doğru deyil. Çünki orqanizm özü xəstəliklə mübarizə aparanda onu tanıyır, növbəti dəfə eyni xəstəlik baş versə, ondan qorunmağı bacarır. Amma antibiotik bu bacarığı məhv edir, bir növ orqanizmi tənbəlləşdirir”.

Müasir antibiotiklərin bir çoxunun çox yüksək təsirə malik olmasından danışan həkim “firma dərmanları” dediyimiz tipdən olan antibiotiklərin daha geniş yayılmasını da vurğuladı. O bildirdi ki, ənənəvi dərmanlar daha yaxşıdır: “Sovet dövründən istifadə edilən penisillin, ampisillin kimi antibiotiklər ən yaxşısıdır. Yeni antibiotiklərin tərkibində də onlar var. Antibiotiklərin konkret olaraq mikroba görə tətbiqi də vacibdir”.

Həkimin sözlərinə görə, xüsusi analiz nəticəsində bilinir ki, bədəndə olan hansı mikrob hansı antibiotikə həssasdır, antibiotiki bu nəticəyə görə yazmaq lazımdır: “Amma çox həkim bunu etmir, elə antibiotik yazır ki, geniş spektrlidir və bir neçə mikroba qarşı mübarizə aparır. Bu tip antibiotiklər isə lazımlı mikrobu da qırır, lazımsız mikrobu da. Mən daha çox Almaniya istehsalı antibiotiklərin tərəfdarıyam, bir də ənənəvi “sovet antibiotikləri” dediyimiz dərmanların”.

Ölkədə satılan antibiotiklərin hamısı nəzarətdən keçib

Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzindən Milli.Az-a verilən məlumata görə, antibiotiklər çox böyük dərman qrupuna aiddir, onların tarixi 100 ildən artıqdır. Mərkəz rəsmisi bildirdi ki, antibiotiklər bütün dünyada geniş formada tətbiq edilir, mikrobların qarşısını ancaq onun vasitəsi ilə almaq olur: “Antibiotiksiz həyat mümkün deyil. Minlərlə xəstəliyin qarşısı məhz onların vasitəsi ilə alınır. Dünya nə qədər ciddi, qorxulu xəstəlikdən qurtulub, hamısı antibiotiklərin sayəsində. Amma, əlbəttə ki, hər bir dərman kimi, onun da həm müsbət, həm də mənfi cəhətləri var. Bütün dərmanların əks təsiri olur. Ölkəmizdə satışda olan bütün haloqramlı antibiotiklər yararlıdır, çünki onların hamısı həm kliniki, həm də laborator ekspertizadan keçirilir. Sertifikatlaşdırılır və qeydiyyatdan keçir”.

Sonda qeyd edək ki, əczaxanalardan antibiotikləri alarkən mütləq qaydada onların son istifadə olunma tarixlərinə diqqət yetirmək lazımdır. İstifadə vaxtı başa çatan antibiotiklərin qəbul edilməsi orqanizm üçün olduqca təhlükəlidir. Belə ki, apteklərin künc-bucağında qalmış və istifadə müddəti başa çatmış bir çox antibiotikin toksik təsiri kəskin şəkildə artır.


Geri dön

GuNaY_83

  • 1 dekabr 2012 15:02
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
məsləhət üçün sağ olun..

--------------------

come back

  • 26 noyabr 2012 03:08
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
xebere gore tewekkurler maraqlidir.

LoVe_HaTe

  • 25 noyabr 2012 19:31
  • Məqalə: 53
  • Şərh: 2342
  • Bal:
{awards}
tesekkurler

--------------------
Əl uzatmağın min bir yolu olduğu halda sən hər səfərində şillə vurursan mənə...Ən çox da bu üzür məni...

solnuska

  • 25 noyabr 2012 19:23
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
twk......................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

SPY_GIRL

  • 25 noyabr 2012 18:10
  • Məqalə: 56
  • Şərh: 1648
  • Bal:
{awards}
twk.....elgun

--------------------


© Profile Original & Official®
█║▌│█│║▌║││█║▌║▌║║▌
█║▌│█│║▌║││█║▌║▌║║▌
█║▌│█│║▌║││█║▌║▌║║▌

✔ Official Copyright 2012-2013

unfaithful

  • 25 noyabr 2012 17:37
  • Məqalə: 31
  • Şərh: 3681
  • Bal:
{awards}
məsləhət üçün sağ olun..

--------------------

dj_asqa.

  • 25 noyabr 2012 17:21
  • Məqalə: 5
  • Şərh: 1487
  • Bal:
{awards}
xebere gore twk

ღ★ Firuzə ★ღ

  • 25 noyabr 2012 15:30
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
tewekkurlerrrrrrrrrrrrrrrrrrrrrrrrrr

--------------------

GuNaY_83

  • 25 noyabr 2012 15:30
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
maraqlidi..tsk

--------------------

DILEKLER

  • 25 noyabr 2012 15:00
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
tewekkurler...........

ღ★Diamond★ღ

  • 25 noyabr 2012 14:17
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Antibiotik vitaminləri məhv etmir

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 25 noyabr 2012 13:47
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
tewekkkrler

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

★SlaDkaya ciciwKa★

  • 25 noyabr 2012 13:05
  • Məqalə: 2
  • Şərh: 929
  • Bal:
{awards}
axaxax twkleeeeer :)) tongue tongue tongue

--------------------
Öyünecek Tipim Yok Ama ;
Çoğu Erkeğin İsteyipte Beceremediği ,

Anadan Gelmiş DELİKANLILIĞIM Var ALLAH'a Şükür . . !

different

  • 25 noyabr 2012 12:52
  • Məqalə: 0
  • Şərh: 133
  • Bal:
{awards}
sence kim?dost ya dusmen? wink

Gözlüklü

  • 25 noyabr 2012 12:47
  • Məqalə: 216
  • Şərh: 9553
  • Bal:
{awards}
Teüekkurler

classic_guiter_girl

  • 25 noyabr 2012 12:29
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
tewekkurlerrr

::Jessica Alba::

  • 25 noyabr 2012 11:47
  • Məqalə: 13
  • Şərh: 1791
  • Bal:
{awards}

tewekkurler maraqli xeber idi

so_sad

  • 25 noyabr 2012 11:40
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
maraqliydiiiiii

Sladkiy_Elgun

  • 25 noyabr 2012 11:11
  • Məqalə: 26
  • Şərh: 73
  • Bal:
{awards}
I_love_Paris,
I_love_Paris,

[right][/right]

cox saogolun

--------------------
2014
(░)
█████
███████
█████████
(░░░░░░░░░░░)
(░(░█░░░█░)░)
(░░(░░░●░░░)░░)
(░░░░░░=░░░░░░)
(░░░░░░░░░░░░░)
██(░░░░░░░░░░░)██
████(░░░░░░░░░)████
████_██(░░░░░)██_████
████_███████████_██

Prank girl

  • 25 noyabr 2012 11:08
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tesekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Demi Love

  • 25 noyabr 2012 11:06
  • Məqalə: 16
  • Şərh: 1976
  • Bal:
{awards}
maraqlıdır təşəkkürlər...

J ♥ S

  • 25 noyabr 2012 11:02
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
xeste yoxduye prosto hekimlerdide camaati xeste eden:D

--------------------
J & S ∞♥....

..::MisS DioR::..

  • 25 noyabr 2012 11:02
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
maraqlidi..tsk

--------------------

I_love_Paris

  • 25 noyabr 2012 10:49
  • Məqalə: 1
  • Şərh: 69
  • Bal:
{awards}
cox sagol......!tewkkkler....!

...BARSA FANATI....

  • 25 noyabr 2012 10:08
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
cox sag ol....

ZuZuM__

  • 25 noyabr 2012 09:49
  • Məqalə: 430
  • Şərh: 6929
  • Bal:
{awards}
oxuamaga heves olmadiyee sorryyy )))

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 53
Cəmi: 84

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 505
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♔Hе важно∞
Xəbərləri: 17
Cəmi: 63
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}