Bakı polisində Aşura hazırlığı

 
Bakı polisində Aşura hazırlığı

Bakıda Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçiriləcək. Bu barədə APA-ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Səhlab Bağırov məlumat verib. Onun sözlərinə görə, respublikada, eləcə də paytaxtda Aşura mərasimlərinin keçiriləcəyi yerlərdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar Daxili İşlər Nazirliyi rəhbərliyinin xüsusi tapşırığı var: “Hər il olduğu kimi, bu il də Aşura günü ilə əlaqədar ictimai asayişin qorunması məqsədilə sabah paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq, ictimai asayiş lazımı şəkildə təmin ediləcək”.

S. Bağırov qeyd edib ki, Bakının bütün məscidlərində və ziyarətgahlarda ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları təyin olunacaq: “Dini ayinlərin keçiriləcəyi yerlərə müdaxilə edilməyəcək. Lakin müəyyən edilmiş yerlərdən kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək”.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, sabah yol polisi də gücləndirilmiş iş rejimində çalışacaq. Mərasimlərin keçiriləcəyi yerlərdə və onun ətrafındakı ərazilərdə yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə Dövlət Yol Polisi tərəfindən lazımı qüvvələr ayrılıb. Mərasimlərlə əlaqədar bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıla bilər.

Qeyd edək ki, sabah Azərbaycanda keçiriləcək Aşura mərasimləri ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsi qanvermə aksiyalarının keçiriləcəyi məscid və ziyarətgahların siyahısını açıqlayıb.

Noyabrın 25-də Bakıda yeddi məsciddə və bir ziyarətgahda, bölgələrdə isə altı məsciddə QMİ-nin xətti ilə qanvermə aksiyası keçiriləcək. Vətəndaşlar Təzəpir, Hacı Soltanəli, Bibiheybət, İçərişəhər Cümə, Qaraçuxur, Keşlə qəsəbə məscidlərində, Mir Mövsüm ağa ziyarətgahında, Sumqayıt şəhər Cümə məscidində, Gəncədəki İmamzadə məscidində, Mingəçevir şəhər Heydər məscidində, Şəki şəhər məscidində, Lənkəran şəhər Böyükbazar məscidində və Bərdə şəhər Cümə məscidində qanvermə aksiyasına qoşula bilərlər.


Geri dön

GuNaY_83

  • 1 dekabr 2012 14:57
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
Məlumat üçün təşəkkürlər

--------------------

come back

  • 26 noyabr 2012 03:24
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
xebere gore tewekkurler.

LoVe_HaTe

  • 25 noyabr 2012 19:18
  • Məqalə: 53
  • Şərh: 2342
  • Bal:
{awards}
tesekkurler

--------------------
Əl uzatmağın min bir yolu olduğu halda sən hər səfərində şillə vurursan mənə...Ən çox da bu üzür məni...

solnuska

  • 25 noyabr 2012 19:18
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Hər il olduğu kimi, bu il də Aşura günü ilə əlaqədar ictimai asayişin qorunması məqsədilə sabah paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq, ictimai asayiş lazımı şəkildə təmin ediləcək”.

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Gözlüklü

  • 25 noyabr 2012 17:33
  • Məqalə: 216
  • Şərh: 9553
  • Bal:
{awards}
Tewekkurler

classic_guiter_girl

  • 25 noyabr 2012 17:30
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
tewekkurlerr

unfaithful

  • 25 noyabr 2012 17:29
  • Məqalə: 31
  • Şərh: 3681
  • Bal:
{awards}
Məlumat üçün təşəkkürlər

--------------------

dj_asqa.

  • 25 noyabr 2012 17:16
  • Məqalə: 5
  • Şərh: 1487
  • Bal:
{awards}
xebere gore twk

J ♥ S

  • 25 noyabr 2012 16:05
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
xebere gore tewekkurler

--------------------
J & S ∞♥....

GuNaY_83

  • 25 noyabr 2012 15:25
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
xebere gore sagol

--------------------

Prank girl

  • 25 noyabr 2012 15:09
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
xebere gore twk

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

★WirinKa★

  • 25 noyabr 2012 15:09
  • Məqalə: 14
  • Şərh: 4476
  • Bal:
{awards}
xeber ucun coooxx saolun

--------------------

so_sad

  • 25 noyabr 2012 14:55
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
twklerrrrrrrrrrrrrrrrr

DILEKLER

  • 25 noyabr 2012 14:32
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
xebere gore twk

tewekkurler.......

SALLİ

  • 25 noyabr 2012 14:29
  • Məqalə: 0
  • Şərh: 577
  • Bal:
{awards}
Məlumat üçün təşəkkür

..::MisS DioR::..

  • 25 noyabr 2012 14:22
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
xbr gre tsk.....

--------------------

ღ★Diamond★ღ

  • 25 noyabr 2012 14:11
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
xebere gore saol

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 29
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 481
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}