Məşhurların eşqə dair sözləri

 
Məşhurların eşqə dair sözləri

Aristo:
"Sevmək acıçəkməkdir, sevməmək ölmək. Sevmək zövqdür, amma tək sevilmənin heç bir zövqü yoxdur"

Augustinus:
"Sevgi ruhun gözəlliyidir."

Franz Xaver Von Baader:
"Azadlıq eşq deyil,yalnız eşqin qapısıdır."



François Bacon:
"Böyük insanlarda, ləyaqət sahibi olanların özlərini axmaq tərəfindən eşqə qapdırdıqları görülməz. Böyük ruhlar və böyük işlər eşqlə uzlaşmaz"

Bailey:

"Eşq dünyanın ən şirin xoşbəxtliyi ilə ən dərin ağrısından yaradılmışdır"

Basta:
"Kişi az lakin tez-tez sevər, qadın isə çox ancaq bir dəfə sevər"

Məşhurların eşqə dair sözləri

Jeremy Bentham:
"Eşq həzzi, dostluqla duyğu həzzlərindən yoğrulmuşdur"

Antoine Bret:

"Eşqin ilk nəfəsi məntiqin son nəfəsidir"

La Cordaire:
"Eşq hər şeyin başlanğıcı, ortası və sonudur"

Eugene Delacroix:
"Eşqi izah edə bilmək üçün yer üzündə var olan dillərdən başqa bir dil istəyir"



Duclos:
"Eşq bezilməyəndir. Hər şeydən bezilə bilər amma eşqdən ... xeyr"

Epiktet:
"Hərəkət etməyin səbəbi 'istək' və 'sevməkdir', bu isə düşünməkdir. Eşq ehtirasdır. Yaxşı ya da pisin nə olduğunu fərq edə bilməyən insan necə sevə bilər"

Epikür:
"Müdrik olan evlənməz. Evlənsə belə eşqin qorxularına qapılmaz... Bir sivilizasiyanın yetkinliyi və insanlığı ancaq qardaşlıq və sevgiylə olasıdır."

Məşhurların eşqə dair sözləri

Douglas Ferrola:
"Eşq qızılcaya bənzər, insan nə qədər gec tutulsa o qədər ağır keçər"

Fenelon:
"Sevmədən yaşamaq yaşamaq deyil. Az sevmək isə süründürülməkdir."

Costance Foster:
"Sevgi bizi zamanın dağıtmasından qoruyan yıxılmaz bir qaladır"

François M. C. Fourier:

"Hər kişi bütün qadınlara və bir qadın bütün kişilərə malikdir."



Freud:
"Həyat əlamətinin mənşəyində duyğulanmadır; duyğulanmanın da təməli eşqdir"

Geraldy:
"Kişinin yaradılışında sevmək yox idi. Ona eşqi öyrədən qadındır"

Geothe:
"Sevilənin qüsurlarını xoş görməyən sevmir deməkdir"

Victor Hugo:
"Eşq bir dəniz, qadın onun sahilidir."

Məşhurların eşqə dair sözləri

Holty:
"Eşq daxmanı qızıldan bir saraya bənzədər."

Mövlana:
"Bir eşqi başqa eşq söndürə bilər. Eşqdə nə yüksəklik, nə alçaqlıq, nə də ağıllılıq və ağılsızlıq vardır. Hafizlik, şeyxlik, müridlik yoxdur. Yalnız rüsvaylıq, alçaq və rintlik vardır. İnsanın torpağını eşq şəbnəmi ilə yoğurduqları üçün aləmdə yüzlərlə fitnə və qarışıqlıq depozitdə olar. Eşqin yüzlərlə neştəri, ruhun damarlarına soxuldu və oradan könül adı verilən bir damla aldı... Eşq elə əngin bir dənizdir ki, nə kənarı vardır, nə də ucu-bucağı."

Moliere:
"Qadınların böyük ehtirası eşqi ilham etməkdir. İnsanı eşqin gözəllikləri yaşadar."

Montaigne:
"Eşq utanma və çəkinmənin olduğu yerdə vardır."



Mu-Ti:
"Kim başqasını sevsə özü də seviləcək. Başqalarını qazandırmış olan özü də qazanmış olacaq. Bütün insanlar özləri arasında qarşılıqlı bir sevgi hiss etsələr, güclülər zəifləri ovlaya bilməzlər. Zənginlər yoxsulları əsla təzyiqləri altına ala bilməzlər, usta olanlar da bacarıqsızlarla lağ edə bilməzlər. Sevgidə tərəfsizlik, fərdi sevgidə yanılmağı önləyər; tərəfsiz sevgi fərdi sevginin də zəmanətidir."

Nyuton:
"Eşq körpü qurmaqdır. İnsanlar körpü quracaqlarına divar hördükləri üçün tək qalarlar."

J. J. Rousseau:
"Eşq xoşbəxtliyini evləndirdikdən sonra da davam etdirə bilsəydik, dünya cənnət olardı. Duyğulu könüllər sevginin hər cürü üçün duyğulu deyilmi?"

Shakespeare:
"Dəyişikliklə qarşılaşınca dəyişən eşq, eşq deyil... Eşq gözlə deyil ruhla görülər."


Məşhurların eşqə dair sözləri

Madame De Scudery:
"İnsan sevməyə başladımı, yaşamağa da başlayar."

Schiller:
"Ey eşq, gözəl və qısaaın... Eşq insanı birliyə, eqoizm təkliyə aparar."

Mark Twain:
"Heç kim uzun müddət evli qalmadıqca gerçək eşqin nə olduğunu anlaya bilməz."

Volter:
"Eşq bir tablodur, onu təbiət çəkmiş və xəyal bəzəmişdir. Tanrı qadınları kişiləri evcilləşdirmək üçün yaratdı."

Oscar Wilde:
"Kişilər qadınların ilk eşqi, qadınlar da kişilərin son eşqi olmaq istəyər."

Və sonda:
Nizami Gəncəvi - Eşqdir mehrabı uca göylərin. Eşqsiz ey dünya nədir dəyərin?


Geri dön

canimmm

  • 10 fevral 2011 18:38
  • Məqalə: 0
  • Şərh: 48
  • Bal:
[color=#FF0000][/color]BASATA:
Kisi az lakin tez-tez sever,qadin ise cox ancaq bir defe sever
[u][/u]

фея

  • 8 dekabr 2010 21:20
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
Madame De Scudery:
"İnsan sevməyə başladımı, yaşamağa da başlayar."
cox saqol gozel deyimlerdir

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

SerSeRi_RuzGaR

  • 8 dekabr 2010 14:54
  • Məqalə: 67
  • Şərh: 656
  • Bal:
{awards}
"İnsan sevməyə başladımı, yaşamağa da başlayar."
Cox_SaGOl_CANIm-TEWekKuR_EdireM_ winked

--------------------
<<<$aLunKa>>>

_M_E_H_I_

  • 8 dekabr 2010 13:08
  • Məqalə: 161
  • Şərh: 114
  • Bal:
{awards}
Haminiza twk.

Oscar Wilde:
"Kişilər qadınların ilk eşqi, qadınlar da kişilərin son eşqi olmaq istəyər." winked

--------------------
(●̮̮̃•̃) (●̮̮̃•̃)
/█\♥ /█\ LOVE FOREVER ...

๖ۣۜ ~ I )̲̅ζø̸√̸£ ч̸ø̸µ ~ ๖ۣۜ

R_O_M_A

  • 7 dekabr 2010 22:58
  • Məqalə: 463
  • Şərh: 1137
  • Bal:
{awards}
Fenelon:
"Sevmədən yaşamaq yaşamaq deyil. Az sevmək isə süründürülməkdir."

--------------------

_MooN_

  • 7 dekabr 2010 22:56
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
maraqlidi))))

Sergio Ramos

  • 7 dekabr 2010 22:54
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
qəşəng sözlərdi ))) təşəkkür

--------------------

Ulya

  • 7 dekabr 2010 22:51
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
super sozlerdi love

Shady Lady

  • 7 dekabr 2010 22:46
  • Məqalə: 0
  • Şərh: 111
  • Bal:
{awards}
Maraqlidi.Twk.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 32
Cəmi: 47

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}