Cənnəti xurma ağacına qurban verən insan

 
Cənnəti xurma ağacına qurban verən insan

Səmürə ibn Cündəb Fəzari kiçik yaşlarında atasını itirmişdi. Bundan sonra anası ilə birlikdə Mədinəyə gəldi. Mədinədə Səmürənin anası ənsardan olan bir müsəlmana (məşhur səhabə Əbu Səid Xüdrinin əmisinə) ərə getdi və Səmürə atalığının evində böyüyüb boya-başa çatdı.

Peyğəmbər Mədinənin ətrafındakı sahələri müsəlmanların arasında bölüşdürəndə Səmürəyə də pay düşdü. Səmürə öz torpağının bir hissəsini ənsardan olan bir nəfərə satdı. Amma şərt kəsdi ki, sahənin ortasındakı bir xurma ağacını özünə saxlayır. Ənsardan olan müsəlman razılaşıb sahəni aldı, ev tikib ailəsi il birlikdə bura köçdü. Amma Səmürə hər gün icazəsiz-filansız sahəyə gəlir, evin qabağından keçib öz ağacının yanına gedir, onu sulayır, meyvəsini dərirdi. Ev sahibi bir neçə dəfə Səmürədən xahiş etdi ki, ailəni narahat etməmək üçün həyətə girəndə icazə istəsin. Amma Səmürə: ”Öz ağacımın yanına gəlmək üçün səndən niyə icazə almalıyam?“ deyə cavab verdi. Axırda bağ sahibi Səmürənin yola gəlmədiyini görüb Peyğəmbərin yanına getdi, hadisəni o həzrətə danışıb məsləhət istədi.

Peyğəmbər Səmürəni çağırtdırıb səhvini ona başa salmağa çalışdı: ”Ənsardan filankəs səndən şikayət edib. Deyir ki, onun həyətinə icazəsiz girib ailəsini narahat edirsən. Bundan sonra onun həyətinə girmək istəyəndə icazə al, xəbərdarlıq et“. Səmürə hiddətlə soruşdu: ”Öz ağacımın yanına getmək üçün başqasından icazə almalıyam?!“. Peyğəmbər həmin ağacın əvəzində Səmürəyə başqa bir yerdə eyni boyda, eyni məhsullu ağac təklif etdi. Amma Səmürə razı olmadı. Peyğəmbər bir ağacın əvəzinə ona iki xurma ağacı təklif etdi. Səmürə yenə mənfi cavab verdi. Peyğəmbər ağacların sayını artırıb 10-a çatdırdı. Səmürə isə fikrindən dönmürdü. Peyğəmbər buyurdu: ”Sən o ağacı bağ sahibinə bağışlasan ya satsan, mən zamin duraram ki, bunun əvəzində Allah sənə cənnətdə bir xurma ağacı bağışlayar“. Səmürə hətta cənnətə düşməyin müqabilində belə, öz ağacından keçmək istəmədi və Peyğəmbərə rədd cavabı verdi.

Belə olduqda Peyğəmbər buyurdu: ”Sən ziyankar adamsan. Amma möminə zərər vermək Islamda yoxdur“. Sonra o həzrət bağ sahibinə tapşırdı ki, Səmürənin ağacını kökləri ilə birlikdə qoparıb özünə versin. Səmürəyə isə belə buyurdu: ”Ağacını götür, get, harada istəyirsənsə ək“.(Əl-Kafi, V, 294).

Şəriət qanunvericiliyindəki ”Islamda başqasına zərər vurmaq yoxdur“ prinsipi o gündən etibarən qüvvəyə mindi.

Bu hadisə Səmürə ibn Cündəbin həyatında dönüş nöqtəsi oldu. O zamana kimi Səmürənin içindəki kin-küdurət və xəbislik aşkara çıxmamışdı. Hətta Səmürənin yeniyetməlik və gənclik dövrü ilə bağlı rəvayətlərə baxdıqda, onu müsbət bir şəxs kimi görürük. Deyirlər ki, Səmürənin iştirak etdiyi ilk döyüş Ühüd savaşı olmuşdu. Mədinədə müsəlmanlar yetkinlik yaşına çatmış oğullarını Peyğəmbərin hüzuruna gətirir və döyüşə qatılmaları üçün izn istəyirdilər. Peyğəmbər Səmürənin cılız əndamına baxıb döyüşçülərə qoşulmasına icazə vermədi. Səmürə etiraz edib dedi: “Filan oğlana icazə verdiniz, amma mənə vermədiniz. Halbuki, mən ondan güclüyəm və güləşəndə onu yıxıram”. Peyğəmbər Səmürənin dediyi oğlanı çağırtdırdı və bir-biri ilə güləşmələrini tapşırdı. Səmürə rəqibinə qalib gəldi və Peyğəmbərin icazəsi ilə müsəlman ordusunun sıralarına qatıldı.
Lakin zaman keçdikcə Səmürənin mənfi xisləti özünü büruza verməyə başladı. Xurma ağacı ilə bağlı hadisədən sonra Səmürənin adı ilə tarixin yalnız qara səhifələrində rastlaşırıq. Ömər ibn Xəttabın hakimiyyəti dövründə Səmürə şərab satmaqda ittiham edilmişdi (Əhməd ibn Hənbəl. Müsnəd, I, 25, 170-ci hədis).

Müaviyənin hakimiyyət illərində Səmürə Bəsrə valisi oldu. Bəsrədəki altı aylıq hakimiyyəti ərzində o, 8 min adamı qətlə yetirdi. Iş o yerə çatmışdı ki, qəddarlıqda ad çıxarmış Kufə valisi Übeydullah ibn Ziyad Səmürəni bu qədər adamın qətlinə görə danlamışdı. Səmürə isə qətiyyən narahat olmadan demişdi: ”Əgər bir bu qədər də adam öldürsəydim, yenə qorxmazdım“. Deyirlər ki, Səmürə bir qayda olaraq Əhli-beyt tərəfdarlarını xəvaric adı ilə şərləyib qətlə yetirirdi.

Səmürə hicri 58-60-cı illər arasında Kufədə dünyasını dəyişdi. Ömrünün sonlarında qəribə bir xəstəliyə düçar olmuşdu, həmişə soyuqdan əziyyət çəkirdi. Oturduğu yerin dörd tərəfində isti manqallar qoymuşdu, amma yenə faydası olmurdu. Bəzi məlumatlara görə, Səmürə qaynar suyun içinə yıxılıb ölmüşdü. Bununla da Peyğəmbərin bir hədisi həyata keçmiş oldu. Bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) üç (Əbu Hüreyrə, Əbu Məhzurə və Səmürə) və ya on nəfər səhabənin arasında olarkən buyurdu: ”Sizlərdən ən axırda ölən kəs atəşin içində olacaq“. Səmürə ibn Cündəb bu səhabələrin içində ən axırda ölən kəs idi (Ibn Həcər Əsqəlani. Əl-Isabə fi təmyizis-səhabə, III, 130-131; Bəlazuri, Ənsabül-əşraf, XIII, 185).


Geri dön

GuNaY_83

  • 30 noyabr 2012 18:42
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
tewekkurlerr

--------------------

love emo

  • 27 noyabr 2012 13:59
  • Məqalə: 30
  • Şərh: 2601
  • Bal:
{awards}
thankssssssss

--------------------
Bəzən müdrik olman belə yetməz onu anlamağa.

unfaithful

  • 25 noyabr 2012 18:16
  • Məqalə: 31
  • Şərh: 3681
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

..::MisS DioR::..

  • 25 noyabr 2012 12:11
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
tesekkurler,,,

--------------------

LoVe_HaTe

  • 25 noyabr 2012 00:26
  • Məqalə: 53
  • Şərh: 2342
  • Bal:
{awards}
tewekkurler

--------------------
Əl uzatmağın min bir yolu olduğu halda sən hər səfərində şillə vurursan mənə...Ən çox da bu üzür məni...

ShoKKi_MoKKi

  • 24 noyabr 2012 23:05
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN ..

--------------------

come back

  • 24 noyabr 2012 21:11
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
Allah razi olsun.

solnuska

  • 24 noyabr 2012 20:13
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN COX SAQ OL

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

::VIP::

  • 24 noyabr 2012 19:36
  • Məqalə: 36
  • Şərh: 58
  • Bal:
{awards}
birinci sağolun şərhlərə görə.... ikinci Allah sizdən də razı olsun... wink

★WirinKa★

  • 24 noyabr 2012 18:46
  • Məqalə: 14
  • Şərh: 4476
  • Bal:
{awards}
tewekkurler

--------------------

Prank girl

  • 24 noyabr 2012 18:40
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tesekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Kamran.E

  • 24 noyabr 2012 18:21
  • Məqalə: 5
  • Şərh: 1040
  • Bal:
{awards}
deyerli xebere gore tewekur

--------------------
-İki Üzlü Olub Bir Dünyan üçün Yox , Bir üzlü Olub iki Dünyan üçün Yaşa!

SmiLe_LiFe

  • 24 noyabr 2012 18:12
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin
[/hide]

ღ★Diamond★ღ

  • 24 noyabr 2012 18:11
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Sən ziyankar adamsan. Amma möminə zərər vermək Islamda yoxdur

ღ★ Firuzə ★ღ

  • 24 noyabr 2012 17:59
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
oxumadim ama yenede twkk

--------------------

classic_guiter_girl

  • 24 noyabr 2012 17:57
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
tewekkurlerr

ZuZuM__

  • 24 noyabr 2012 17:43
  • Məqalə: 430
  • Şərh: 6929
  • Bal:
{awards}
oxumaga heves olmaiye sorry ama teshekkurler

--------------------

GuNaY_83

  • 24 noyabr 2012 17:43
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUN

--------------------

Lemka19

  • 24 noyabr 2012 17:42
  • Məqalə: 3
  • Şərh: 319
  • Bal:
{awards}
Tewekkurler Allah razi olsun

--------------------
Depresyon dedikləri bumu? Sanki yavaş yavaş her şeydən və hər kəsdən vaz geçirəm :'(

so_sad

  • 24 noyabr 2012 17:42
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUN

✰GoLd GirL✰

  • 24 noyabr 2012 17:30
  • Məqalə: 534
  • Şərh: 10576
  • Bal:
{awards}
Allah razı olsun........

solnuska

  • 24 noyabr 2012 17:28
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
COX SAQ OLUN MARAQLI IDI ALLAH RAZI OLSUN

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 32
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 10
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}