Ana və qızı

 
Ana və qızı


Mart ayı gəlmişdi, amma qızım hələ də oxumağa başlamamışdı. Ev tapşırıqlarını etməmək üçün min cür bəhanə tapırdı. Əlimdən gəldiyi qədər ona kömək edir, oxumağa həvəsini artırmağa çalışırdım. Ancaq heç bir irəliləmə olmurdu ki olmurdu. Elə bil prinsipə düşüb oxuma-yazma öyrənməməyə and içmişdi. Müəlliməliyin qazandırdığı təcrübəmdən hər tərəfli istifadə etməyə çalışırdım, amma heç birinin faydası olmadığı üçün daha da qorxuya düşürdüm. Qızımdan bir yaş kiçik oğlum və hələ yeddi aylıq olan övladıma ayırdığım vaxtlardan oğurlayıb, qızıma daha çox vaxt ayırırdım, ancaq hər dəfə müəllimi ilə danışdıqdan sonra qanadlarım qırılırdı elə bil. "Bəlkə qızımın beyin inkişafı geri qalır?" kimi düşüncələrə qapılır və bu səbəbdən də yaranan baş ağrılarını sakitləşdirmək üçün hər gün 2-3 ədəd dərman qəbul edirdim.

O soyuq mart axşamı sönmək istəyən sobanın yanında qızıma heca-heca oxumaq öyrətməyə çalışarkən, onun bivecliyi olan-qalan səbrimi də tükətdi. Qollarından tutub silkələdib və bapbalaca yanağına hələ də yadıma düşəndə utandığım bir sillə vurdum. Yanağı qıpqırmızı oldu. Çaşqın, amma çox hirsli baxdı üzümə. Ağlamamaq üçün kiçik dodaqlarını tez-tez büzür, baxışları qəlbimin dərinliklərinə doğru ox kimi irəliləyirdi. Səssizliyi mən pozdum. "Niyə? Nazlı, qızım, axı niyə? Niyə oxumağı öyrənməyə cəhd etmirsən?"

Bir anlıq dayandı, sonra səsini bütün kin və gücüylə "Çünki mən oxumaq istəmirəm" - deyə bağırdı. Eşitdiklərimə inana bilmirdim. Yüksək səviyyəli təhsil alıb, gözəl bir gələcəyə sahib olacağını düşündüyüm qızım, mənim, mən Əminə müəllimənin qızı "Oxumaq istəmirəm" deyə qışqırırdı. Çaşbaş qaldım və ümidsizcəsinə "Niyə axı?" - soruşdum. "Çünki, mən sənin kimi oxuyub, müəllimə olub, uşaqlarımı evdə tək qoyub işə getməyəcəm, işləməyəcəyəm.

Mən sadəcə ana olacam." Qızım danışmırdı, elə bil məni sillələyirdi. Başım fırlanır, gözüm qaralır, bu sözlərin doğurdanmı öz qızıma aid olduğunu başa düşməyə çalışırdım. Bəli, bu sözləri mənə 7 yaşındakı qızım deyirdi. "İnsan indi ölməz, bəs nə vaxt ölər?" - deyə düşündüm. Sanki birdən gözlərimin qarşısında film pərdəsi açıldı və kədərli bir kino lenti fırlanmağa başladı. Kəndimizin yaxınlığındakı təpədə, hər ora dırmaşanda bu yolun heç qurtarmayacağını düşündüyüm yoxuşun başındakı heç zaman isidə bilmədiyim evi xatırladım. 12 sentyabrdan sonra həyat yoldaşımın (bir çox insanlarən başına gəldiyi kimi) heç başa düşə bilmədiyim şəkildə və səbəblə tutulub həbsə salınması.

Aylarla həbsdə olmağına baxmayaraq məhkəmənin başlanmaması.İllərlə uzanan və mənim, həmçinin həyat yoldaşımın hətta bəraət aldıqdan sonra da niyə həbs olunduğunu bilmədiyimiz məhkəmələr. Baxa bilmədiyim üçün 9 aylıq oğlumu anamın yanında qoymağım. Baxıcı və baxça xərclərini ödəyə bilmədiyim üçün iki yaşındakı qızımı hər gün işlədiyim məktəbə aparmağım...Qızımın müəllimlər otağında kresloda yatışı. Yuxusunun ən dərin vaxtında tənəffüs zəngi ilə bir yerdə dik atılıb, yenidən kresloda oturuşu. Sonra müdirün məni çağırıb, "Baxın, Əminə xanım, bilirəm çətin vaxtlar keçirirsiniz, amma səni görən hər kəs uşağını məktəbə gətirməyə başladı. Bura baxça deyil axı. Bir daha qızını məktəbə gətirmə" - deyişi. O gündən sonra iki yaş yarımlıq qızımı o böyük, soyuq evdə təkcə qoyub, qayıdana qədər qızımı qoruması üçün Allaha yalvarışlarım. Yemək istəyər, susayar deyə, evin hər tərəfinə qoyduğum su stəkanları və yeməklər. Hər axşam evə qayıdanda övladımı bir bucaqda yorğana bürüşmüş halda tapmağım. "Qızım, necəsən? Qorxmusan?" - soruşanda, "Qorxdum, ağladım, ağladım, yoruldum, susdum, sonra yenə ağladım" - deyərək boynuma sarılması. Bir film kimi keçirdi gözlərimin önündən. Qurtarmaq bilmirdi bu film.

Aprel ayının sonları idi.. Nahar vaxtı evə gəlmiş və zəngi basmağa məcbur olmuşdum. Həmin gün evdən tələsik çıxdığım üçün açarları evdə qoymuşdum. "Qayıdanda qızım açar" - deyə düşünmüşdüm. Amma açmadı. Açmadığı bir yana var gücüylə "Ana" qışqırıb ağlayırdı. "Qızım, mənəm, anandı, aç qapını" - dedikcə, o, "yox, sən anam deyilsən, Sən qurdsan. Məni yeyəcəksən" - deyib fəryad qoparırdı. Güman ki, ona danışdığım nağıldan təsirlənmişdi. Körpə balam qorxur, ağlayırdı. Yarım saat əlləşsəm də onu inandıra bilməmişdim.Edə biləcəyim bir şey qalmışdı. Necə olursa olsun evə girmək. Amma necə? Qapını qırmağa gücüm yox idi. Yaxınlıqda çilingər də yox idi. Aşağı mərtəbəyə düşdüm. Qapını açan qonşuma bir tərəfdən hadisəni başa salır, bir tərəfdən də eyvana doğru qaçırdım. Bir stul götürüb, eyvana qoydum və üstdəki evimin eyvanına çata bildim. Mən, 153 sm-lik arıq bir qadın, bir stulun köməyi ilə necə oldu ki, 3 metrlik məsafəni dırmaşdım, hələ də dərk edə bilmirəm. Sanki görünməyən bir əl məni yuxarı dartdı. Eyvanın qapısı zəif bağlandığı üçün asanca aça bildim və içəri şığıdım. Qızım qapının dibində oturmuş, başını ayaqları arasına salaraq ağlayırdı. Sarıldım, sarıldım, sarıldım... Göz yaşlarım onun göz yaşlarına qarıştı. Qoynuma qısıldı, sadəcə "Ana, ay ana, qurd məni yeyəcəydi" - deyə bilirdi. Həmin gün nahardan sonrakı ilk dərsimə getmədim. Müdürün etirazına baxmadan qızımı sinifdə oturtdum. Əvvəl müdür müavini, sonra müdür tərəfindən azarlandım. Amma heç birinə cavab vermədim. Sadəcə gözlərimdən iki damla yaş süzüldü. Və o yaşlar birdən-birə müdürün susub üzr istəməsinə səbəb oldu. Bəli, bu kədərli film qurtarana oxşamırdı. Qızımın səsinə ayıldım. "Mən oxumayacam, ana olacam" - deyə fəryad edirdi. Fəryad etmir, elə bil məni döyürdü.

Ona yaxşı ana ola bilmədiyimi və onun üçün qəlbində bəslədiyi narazılığını bu sözlərlə hayqırırdı üzümə. Həyatımın heç bir anında belə zülm çəkməmişdim. Heç bir söz ürəyimi bu qədər yaralamamışdı. Qızımın şabalıdı rəngli saçlarını sığalladım. Sillədən qızaran yanağını öpdüm. Başını sinəmə qoydum. Onun yaddaşında yer alan bütün kədərli anları silmək istəyirdim. Ən doğru, ən təsirli sözləri tapmalı idim. Amma necə? Bu qarmaqarışıq beyinlə necə edim?...Bu vəziyyətdə nə qədər oturduq bilmirəm. Bir an danışacaq güc gəldi mənə. "Qızım, hər oxuyan qadın işləmək məcburiyyətində deyil ki. Sən yaxşı bir ana olmaq istəyirsən. Mən də sənin yaxşı ana olmanı istəyirəm. Ancaq oxusan, elmli olsan, yaxşı ana ola bilərsən. İstəmərsən işləmərsən. Evdə övladlarına baxar, onlara oxuma-yazma öyrədərsən." - şəklində davam edən bir çox cümlə sıraladım ard-arda. Qızım razı olmuş kimi görünürdü. Səhəri gün işdən gələndə onu stolda Cin Əli kitabını oxuyarkən gördüm.

Qızım oxuma-yazmağı aylar əvvəl öyrənmiş, ancaq hər kəsdən gizlətmişdi. Müəllim heyrət içində idi. "Necə olur axı, uçaq bir gündə bu qədər şeyi öyrənə bilir?" - deyə soruşurdu. Bu sualın cavabı elə uzun və başa düşülməsi elə çətin idi ki... O an susmaq ən gözəl cavab idi, çünki o sualın cavabını ancaq mən və Nazlı başa düşə bilərdi. İndi qızım Universitetdə iqtisadiyyat fakültəsində oxuyur. Ana dilini çox gözəl bildiyi qədər də, ingilis dilini bilir. Ən gözəli isə hər fürsətdə "Canım anam" - deyə sarılıb yanaqlarımdan öpür. Mən də onun o utandığım sillə ilə qızartdığım yanağından öpürəm...

Bilirem gözləriniz yorulacaq amma oxumağa dəyər :friends:


Ana və qızı


Geri dön

Su Perisi

  • 16 fevral 2012 20:25
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
Çox sağolun oxudum axira qeder maraqlı xəbərdir.

--------------------

_favorit_arkadas

  • 21 yanvar 2012 14:20
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
Deyerli xebere gore cooooooooooooooooox sagolun.............

--------------------

generation

  • 18 dekabr 2011 12:30
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
xebere gore tewekurler

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

R_A_P_U_N_Z_E_L

  • 19 noyabr 2011 23:26
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

gula87

  • 27 oktyabr 2011 10:24
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
OXUDUM VE AGLAMAMAQ UCUN OZUMU BIR TEHER SAXLADIM.EN BIRINCI ANAM YADIMA DUSDU KASKI MENIM DE ANAM YASAYARDI HER GUN MENI DANLAYARDI VURARDI AMA YASAYARDI.iNANINKI ONUN MENI DNALMAGINDAN OTRU DE SISIREM INDI.SONRADA OZUMUN ANA OLMAGIM YADIMA DUSDU.24 YASIM VAR VE ANAM XESTE OLANDA ONUN MUALICESINE BIR AZ DA OLSA YARDIM EDE BILMEK UCUN 4 AYLIQ QIZIMI EVDE QOYUB ISE CIXMAGIM.NE BILIM HEYAT HER INSANI BASQA CUR INCIDIR

play girl

  • 2 oktyabr 2011 13:08
  • Məqalə: 11
  • Şərh: 707
  • Bal:
{awards}
TEWEKKURLER XEBERE GORE

--------------------
AGZI OLAN DEYIL BEYNI OLAN KONUWSUN!

_C.Ronaldo_

  • 30 sentyabr 2011 19:19
  • Məqalə: 29
  • Şərh: 188
  • Bal:
{awards}
Çox sağolun maraqlı xəbərdir.

--------------------
....All right....I love you.....LeGeNd.Az....

Ужасная девушка

  • 1 sentyabr 2011 12:39
  • Məqalə: 19
  • Şərh: 619
  • Bal:
{awards}
tesekkurler

KaRola_16

  • 18 avqust 2011 08:31
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
SUPER COX BEYENDIM... MARAQLI YAZIDIR...

--------------------

nice_angel

  • 22 iyul 2011 12:00
  • Məqalə: 18
  • Şərh: 736
  • Bal:
{awards}
xebere gore twk...

--------------------
☜♡☞ ☜♡☞ ☜♡☞ ☜♡☞
▂ ▃ ▄ ▅ ▆ ▇ █ █ ▇ ▆ ▅ ▄ ▃ ▂ _

.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´ ♥
.. ( ♥ LoVe ♥

_DreaM_

  • 13 iyul 2011 15:50
  • Məqalə: 450
  • Şərh: 1395
  • Bal:
{awards}
oxudum..cox maraqli ve cox kederli idi..ellerinize saglik..eziyyete gore muellife derin tesekkurler...

--------------------

angeloka

  • 12 iyun 2011 23:42
  • Məqalə: 0
  • Şərh: 507
  • Bal:
{awards}
tsk feel

NELLY19

  • 11 iyun 2011 14:30
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
xebere gore tesekkurlerrrrrrrrrrrrrr

samir_252

  • 18 may 2011 19:25
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
XEBERE GORE TESEKKUR COX MARAXLDI

nilayka

  • 9 may 2011 14:17
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
maraqliydi....

--------------------

_RONALDO_

  • 4 may 2011 17:47
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
vallah sebrim catmadi ama yene de emeye gore twk

--------------------

nilayka

  • 3 may 2011 09:53
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
tewekkurler...

--------------------

munika

  • 18 aprel 2011 17:01
  • Məqalə: 0
  • Şərh: 149
  • Bal:
{awards}
vallah sebrim catmadi ama yene de emeye gore twk feel

friend 26

  • 18 mart 2011 18:26
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
cox sagolun

::..ONSLAUGHT::..

  • 9 mart 2011 22:02
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tewekkurler...........

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

gul_93

  • 18 fevral 2011 15:10
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
{awards}
tewekkurler..................

FERID_HESENLI

  • 11 fevral 2011 14:21
  • Məqalə: 1
  • Şərh: 678
  • Bal:
{awards}
ALLAH HEC BIR ANA BALADAN AYIRMASIN

L_SimuS

  • 4 yanvar 2011 01:53
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler

Asiyan

  • 26 dekabr 2010 23:38
  • Məqalə: 0
  • Şərh: 655
  • Bal:
{awards}
sebrim çatmadı.tesekkurler

Sergio Ramos

  • 19 dekabr 2010 22:17
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
çox uzundu səbrim çatmadı oxumağa

--------------------

Azeri_Gozeli

  • 9 oktyabr 2010 00:39
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
suppperrr fellow

--------------------

La_VitA

  • 28 iyun 2010 09:08
  • Məqalə: 0
  • Şərh: 154
  • Bal:
{awards}
oxuyana kimi oldum

aydanka09

  • 20 mart 2010 14:53
  • Məqalə: 0
  • Şərh: 342
  • Bal:
{awards}
heqqiten super oxumaga deyer teekkur

you_and_I

  • 15 fevral 2010 21:14
  • Məqalə: 1
  • Şərh: 60
  • Bal:
{awards}
tewekkurler

--------------------

ViTaMiNKa

  • 13 fevral 2010 19:21
  • Məqalə: 1
  • Şərh: 132
  • Bal:
{awards}
ok

<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 13
Cəmi: 27

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}