Noutbuklar Üçün Yeni Universal Enerji Doldurma Qurğusu

 
Noutbuklar Üçün Yeni Universal Enerji Doldurma Qurğusu

Thermaltake şirkəti noutbuk üçün universal enerji doldurma

qurğusunun yeni modeli olan Toughpower Ultra Slim 95W-i təqdim etdi.

Bu yenilik sayəsində müxtəlif enerji doldurma qurğuları ilə işləyən noutbuklar

artıq vahid bir adapterlə çalışa biləcək. Bu qurğu ilə işləyəcək noutbuklar İBM,

Lenovo, Dell, Acer, Asus, HP, Samsung, Sony, Toshiba, Gateway, Fujitsu,

Hitachi, NEC, Panasonic, Compaq, Sharp kimi məşhur istehsalçılara aiddir.

Yeni qurğudan ibarət dəstə 9 müxtəlif dəyişə bilən enerji konnektoru daxildir.

Bundan əlavə, istifadəçi bu cihaz vasitəsilə multimediya pleyeri,

mobil telefon və smartfon kimi bir sıra portativ qurğuları da enerji ilə doldura biləcək.

Qurğunun Səciyyəvi Xüsusiyyətləri:

Gücü 95 Vt olan Thermaltake Toughpower Ultra Slim qurğusu

ən pik səviyyəyə – 120 Vt-a qədər yükə tab gətirə bilər;

Bu modelin səmərəli iş əmsalı 85%-90% arasında dəyişir;

Qurğu noutbuku həddindən artıq yüklənmə, qısaqapanma,

yüksək cərəyan və normadan artıq gərginlikdən qoruyur;

Thermaltake Toughpower Ultra Slim-in ölçüləri

17.1×145.0×71.00 mm, çəkisi isə 0.33 kq-dır.

Qurğunun Realizəsi

Universal enerji doldurma qurğusu ABŞ-da artıq 60 dollara satışa çıxarılmışdır.

Amma bu yeni modelin digər bazarlarda nə zaman təqdim olunacağı hələ məlum deyil.


Geri dön

Just For Legend

  • 11 dekabr 2010 20:29
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
maraqli xebere gore minnattaram

--------------------

Ulya

  • 8 dekabr 2010 20:36
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox sagol

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 54
Cəmi: 77

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 49
Cəmi: 226
 
NIGAR
Xəbərləri: 44
Cəmi: 865
 
Limon qoxusu
Xəbərləri: 42
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 276
 
aytc.sza
Xəbərləri: 15
Cəmi: 18
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}