“WİKİLEAKS” Azərbaycana nə zərər vura bilər?

 
“WİKİLEAKS” Azərbaycana nə zərər vura bilər?

RƏSMİ BAKI TEHRAN, ANKARA VƏ MOSKVA ÜÇBUCAĞININ

QARŞISINDA DAYANMAQ MƏCBURİYYƏTİNDƏ QALA BİLƏR

Dünyanı lərzəyə salmaqda davam edən “WikiLeaks” saytının açıqlamalarında bizim üçün maraqlı olan əsas məqamlar Azərbaycanla bağlı məlumatlardır. İndiyə qədər açıqlanmış məlumatların əsasən İran, Türkiyə və Rusiya ilə münasibətləri əhatə etdiyi diqqəti çəkir. Elə bu səbəbdən də cəmiyyətin bütün nəzərləri yeni açıqlamalara yönəlib. Hamı daha bir neçə sensasiya doğuracaq açıqlamanın olacağını gözləyir.

TÜRKİYƏ

Lakin burada ən önəmli məsələ bu açıqlamalar fonunda Azərbaycana dəyəcək zərərlə bağlıdır. Türkiyənin bununla bağlı reaksiyası artıq bəllidir. Rəsmi Ankara birmənalı olaraq saytın yazdıqlarının həqiqət olmadığını açıqlayıb. Astanada səfərdə olan Türkiyə prezidenti Abdullah Gülün Azərbaycan dövlət başçısı İlham Əliyevlə görüşündə də bu fikirlər bir daha təsdiqlənib. Gül bəyan edib ki, bu cür deyimlərlə iki dövlət arasında münasibət qurmaq fikrində deyillər və saytın yazdıqlarını həqiqət olaraq qəbul etmirlər. Elə rəsmi Bakı da açıqlama verərək, “WikiLeaks”-in yazdıqlarının yalan olduğunu bəyan edib.

Amma istənilən halda Türkiyənin içində bir şübhə düşüb. İstənilən halda, rəsmi Ankara məsələnin nə qədər həqiqət olub, olmadığını araşdırmaq məcburiyyətindədir. Bunu üçün şübhəsiz baş verən prosesləri diqqətlə izləməli olacaq. Eyni zamanda, Ankarada nəşr olunan mətbuatın Azərbaycana qarşı bəzi ittihamlara yer ayırması belə deməyə əsas verir ki, həmin şübhələr dövlət strukturlarına təsir edib. Məsələn, «Milliyet» və «Hürriyet» kimi qəzetlərdə Azərbaycan hakimiyyəti haqqında vaxtaşırı geniş açıqlamaların verilməsi bunun üçün əsas sayıla bilər.

Əslində başqa bir şey gözləməyin də yeri yox idi. Türkiyə zatən təbii qaz məsələsindən sonra Azərbaycanla münasibətlərinə yenidən deyil, növbəti dəfə baxmağı qarşısına məqsəd qoymuşdu. Qiymət məsələsini bir ilə güc-bəla həll edən Ankara Bakı ilə anlaşdıqdan sonra vəziyyəti bir qədər sabitləşdirdi. Amma əvəzində viza məsələsini gündəmə gətirdi ki, həmin problem indi də həllini tapmayıb. Bu yaxınlarda isə Türkiyə Azərbaycandan aldığı qazın həcmini azaltmaq qərarını verib. Bu addımın saytın açıqlamalarından sonraya təsadüf etməsi isə sıradan bir hal kimi qəbul edilmir. Buna qədər bayraq böhranı, məscid sıxıntıları da baş vermişdi ki, onları da bu sıraya əlavə etsək, güvənsizliyin ortada olduğunu daha dəqiq şəkildə demək mümkündür.

Türkiyə-Azərbaycan münasibətlərində bundan sonra nələr yaşana bilər? Hələlik belə bir proqnoz vermək üçün tezdir. Ancaq bir şeylərin olacağı şübhəsizdir. Güman ki, Ankara Bakı ilə bundan sonra münasibətlərini tam etimad fonunda qurmayacaq. Mümkün qədər çalışacaq ki, bəzi addımlarını ehtiyatlı şəkildə atsın. Düzdür, atılacaq addımların heç biri açıq müstəvidə həyata keçirilməyəcək. Əksinə, diplomatik manevrlərlə reallaşdırılacaq siyasət bölgədə Türkiyənin Azərbaycana verəcəyi dəstəyin azalmasına qədər gətirib çıxara bilər.

RUSİYA

WikiLeaks Rusiya-Azərbaycan münasibətləri ilə də bağlı bir çox məlumatlar yayıb. Xüsusən də təbii qaz, Medvedyev haqqında deyilən fikirlər, Kremlin Bakıya təzyiqlər göstərməsi və sair məsələlər heç də xoşagələn münasibətlərin formalaşmasına zəmin yaratmır. Əksinə, bu gedişatla Bakı ilə Kreml arasında ciddi bir gərginliyin yaşanacağı qaçılmaza çevriləcək.

Qeyd edək ki, Rusiya özünün imperiya maraqlarını qorumaq üçün indiyə qədər Azərbaycanı əlində saxlamağa çalışır. Orta Asiyanın qapılarının açarının Bakıda olduğunun fərqinə varan Kreml bu səbəbdən İlham Əliyevin hakimiyyətdə qalmasına açıq şəkildə dəstək verirdi. Təbii qaz anlaşmasından sonra isə münasibətlərdə ciddi bir irəliləyişin olduğu sezilirdi. Hətta iş o yerə çatmışdı ki, siyasi kluarlarda Rusiyanın bunun müqabilində Qarabağı ermənilərdən alıb, Azərbaycana qaytaracağı söz-söhbətləri yayılmağa başlamışdı.

Ancaq bundan sonra nələrin baş verəcəyini düşünmək lazım gələcək. Çünki Moskvanın baş verənlərdən sonra Bakıya olan güvəni şübhəsiz azalacaq. Ortaya atılmış şübhə toxumunun nələrə gətirib çıxaracağı isə Rusiyanın əlindəki təsir imkanlarına bağlıdır. Bunu bilmək üçün isə elə də dərin araşdırmaya gərək qalmır.
Bu gün Rusiyanın Azərbaycana edəcəyi ən böyük təsir vasitəsi Dağlıq Qarabağdır. Belə ki, Ermənistanın ipini əlində tutan Moskva istənilən vaxt münaqişəni həll etmək gücündədir. Hətta son dövrlər münaqişənin həlli ilə bağlı bir sıra irəliləyişlərin olduğu diqqət çəkirdi. Xüsusən də, Rusiyanın baş naziri Vladimir Putinin Ermənistana ünvanladığı sərt tələb belə bir əminlik yaratmışdı ki, Kreml İrəvanı «haqqa gətirmək» məqsədi ilə ilk addımlarını atmağa başlayıb. Amma bundan sonra həmin sərt dil yumşaq bir münasibətə və ya tövsiyyəyə çevriləcək. Astanada keçirilən ATƏT-in Sammitində də bu aydın şəkildə sezilməyə başlamışdı.

İkinci təsir imkanı isə Azərbaycanda separatizmin yenidən baş qaldıra biləcəyi ilə əlaqədardır. Hələ 1993-cü ildə «TMR» məsələsində Əlikram Hümbətovu dolayı vasitələrlə müdafiə edən Rusiya bununla Azərbaycana təsir etmək istəyirdi. Bu işdə İranı da özünə şərik etmiş Kreml müəyyən müddətdən sonra maraqları çərçivəsində geri çəkilməli oldu. Ancaq məsələ bununla da bitmir. Rusiya separatizm sahəsində ikinci təsir imkanına da malikdir. Bu da ləzgi kartından yararlanmaqdan ibarətdir. Hazırda da «Sadval» terror təşkilatını himayə edən Moskva bunu əlində rıçaq olaraq saxlamaqdadır.

Rusiyanın əlindəki çoxsaylı təsir imkanlarından üçüncüsü Xəzərin hüquqi statusu ilə əlaqədardır. Bu yaxınlarda Bakıda bir araya gələn Xəzəryanı dövlətlərin başçıları bir sıra sənədlərə imza atmaqla yanaşı, gələn il statusu müəyyən etmək üçün yekun saziş imzalayacaqlarını açıqlamışdılar. Amma yaranmış vəziyyət fonunda bunun baş tuta biləcəyi bir qədər inandırıcı görünmür. Çünki Kreml Bakını bir müddət daha cəzalandırmaq üçün bu sazişə imza atmaqdan yayınacaq, ya da dolayı bəhanələrdən yararlanacaq.

Burada Rusiyada yaşayan azərbaycanlıların məsələsi, sərhədlərin bağlanılması və digər amilləri də sadalamaq olardı. Ancaq hələlik işin bu yerə qədər gəlib çatacağını gözləmək üçün tezdir. Ortada NABUCCO və Cənub Axını məsələləri varkən Rusiya bir qədər səbirli davranmağa çalışacaq. Buna paralel olaraq isə Kreml üzdə Bakı ilə münasibətlərinin normal olduğunu göstərməyə çalışacaq.

İRAN

Etiraf edək ki, “WikiLeaks”in yaydığı məlumatlar sırasında ən təhlükəli olanı İranla bağlıdır. Azərbaycana heç bir vaxt yaxşı münasibət bəsləməyən və ölkəmizin güclənməsində maraqlı olmayan Tehran üzdə nə qədər mehriban görünməyə çalışsa da, arxa planda düşmənlərimizlə açıq şəkildə əməkdaşlıqdan çəkinmir. Ermənistana bütün sahələrdə edilən yardımlar bunu demək üçün yetərlidir. Sadəcə, işin ən pis tərəfi odur ki, İran Rusiya və Türkiyədən fərqli olaraq, terrora meyilli bir dövlətdir. Elə təhlükə də bununla bağlıdır.

Azərbaycanın inkişaf etməsində maraqlı olmayan, vaxtaşırı təhdid imkanlarından yararlanan Tehranın bu yayılan məlumatlardan sonra əlinə bəzi imkanların düşəcəyi şübhəsizdir. İllərdən bəri əlverişli məqamlar gözləyən İranın bunun ardından Azərbaycana qarşı təxribatlar törədə biləcəyi istisna deyil. Zatən, ölkəmizdə «Hizbullah» və «Mehdi Ordusu» kimi təhlükəli silahlı qruplaşmaları himayə edən İran onlardan lazım olan məqamda istifadə etməyi məqsədəuyğun bilirdi. Elə bu səbəbdəndir ki, böyük əksəriyyəti İranın Azərbaycanda terror aktları törədə biləcəyindən ehtiyatlanır.

Təbii ki, ortada Xəzərin hüquqi statusu və Cənub bölgəsində talış separatizmi kimi təsir rıçaqları da İranın əlində var. İllərdən bəri bunlardan yararlanan Tehran dəfələrlə Azərbaycan əleyhinə işlər görməkdən çəkinməyib. Bəla da odur ki, molla hakimiyyəti bunu açıq şəkildə həyata keçirir və hər dəfə də vəziyyətdən çıxmaq üçün min bir bəhanə uydurur. Üzdə Bakının dostu olduğunu nümayiş etdirən İranın bir sifəti də «Səhər» telekanalıdır ki, bu kanalda da gedən verilişlərdə Azərbaycanın hansı şəkildə tənqid və təhqir olunduğu göz qabağındadır.

İran məsələsini yekunlaşdıraraq aşağıdakı təhlükələrin ola biləcəyini proqnozlaşdırmaq mümkündür:

1. İran Cənub bölgəsində talış separatizminin yenidən baş qaldırması üçün böyük bir hazırlıqlara başlayıb, onun reallaşdırılmasına çalışacaq.

2. İran Azərbaycana qarşı addım atmaq üçün ölkəmizdəki cəsus şəbəkəsini fəallaşdıraraq, onların əliylə bir sıra təxribatlara imza ata bilər. Burada «Hizbullah» və «Mehdi Ordusu» kimi terror təşkilatlarının imkanlarından yararlanılması istisna deyil. Əksinə, baş verməsi mümkün görünən təxribatlar birmənalı olaraq onların əliylə həyata keçiriləcək.

3. İran Ermənistana iqtisadi və siyasi yardımlarını artıraraq, onun Azərbaycan qarşısında güclənməsini təmin etməyə çalışacaq. İndiyə qədər bir çox sahələrdə göstərdiyi köməkliklər sayəsində İrəvan bəzi sıxıntılarını aşa bilmişdi. Bundan sonra isə nəinki problemlərin aşılması, həm də Ermənistanın mövqe baxımından güclənməsi üçün addımların atılacağı istisna deyil.

4. Xəzərin hüquqi statusu məsələsində bu vaxta kimi, göstərdiyi münasibətini İran daha da sərtləşdirəcək. Gələn il sazişin bağlanılmasına mane olmaq üçün yenidən köhnə şakərlərini işə salacaq.


Geri dön

Sergio Ramos

  • 11 dekabr 2010 22:08
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
sağol

--------------------

Ulya

  • 11 dekabr 2010 18:51
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox sagol

Just For Legend

  • 11 dekabr 2010 16:48
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
Maraqli melumata go re minnettaram

--------------------

MuslimGirl

  • 11 dekabr 2010 15:36
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}
Tesekkurler. Oxudum

Azeri_Gozeli

  • 11 dekabr 2010 12:14
  • Məqalə: 91
  • Şərh: 2383
  • Bal:
{awards}
tesekkurler

--------------------

FERID

  • 11 dekabr 2010 10:15
  • Məqalə: 77
  • Şərh: 327
  • Bal:
{awards}
siyasete girishmirem:
;)

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 28
Cəmi: 55

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 239
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 878
 
Limon qoxusu
Xəbərləri: 59
Cəmi: 80
 
Nergiz__Sirinova
Xəbərləri: 30
Cəmi: 552
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 30
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
Lmzade
Xəbərləri: 27
Cəmi: 28
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 5
Cəmi: 18
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}