Ailə nədir, bilirsinizmi?

 
Ailə nədir, bilirsinizmi?

Dünyanın ətri də könlünü oxşayır, səsi də, dadı da, mənzərəsi də. Sevirsən, ürəyin ovcunda tutduğun quş ürəyi kimi çırpınır, o qədər həssas, o qədər kövrəksən ki... Bu sevgi ilə yenidən doğulmuş kimisən. Ömrünü onsuz təsəvvür edə bilmirsən. Dünya onunla gözəlləşdi gözündə. Və bir gün...

Qucağında iki körpəsi ilə sığınmağa yer axtarırdı. Ər evindən qovmuşdular, ata-anası da qapını üzünə açmadılar. Qoşulub qaçandan sonra barışmamışdılar. Doğrusu, ata-anası onun qaçacağını heç ağıllarına da gətirməzdilər, amma olmuşdu. Sevgi deyilən bir xülyaya uyub, el arasında deyildiyi kimi ata-anasını yerə vurmuşdu. Bu da nəticəsi. 3 il tamam olmamış qucağında iki körpə ilə bir axşamüstü sığınmağa yer axtarırdı.

Ailədə hər kəs yerini biləndə nə narazılıq olur, nə darısqallıq. Amma rahatlığımızı da itirmişik, mənzilimiz də başımıza dar gəlir. İnsan nəyin nə olduğunu anlamayanda heç bir işinin bərəkəti olmur. Elə bildi ki, sevib evlənib. Əgər soruşsan ki, sevgi nədir, heç əməlli-başlı cavab da verə bilməz. Bəlkə də hər şey bir qığılcımdan başlamışdı, heç özü də fərqinə vara bilmədi. Sonra da inada düşdü. İnad başlayan yerdə ağıl arxa plana keçir. Ölsə də, qalsa da, odur, vəssalam! Amma heç üç il keçməmiş hər şeyin paxırı çıxdı. Bəs harada qaldı o “ölsə də, qalsa da?”...

Desəm ki, dörd tərəfimizdə cahillik ayaq açıb yeriyir, çoxu etiraz edəcək. Amma cahillik nədir, heç bu haqda düşünmüsünüzmü? Cahilliyin kitab oxuyub-oxumamaqla heç bir əlaqəsi yoxdur. Adam var ki, min kitab oxuyub, amma cahilin böyüyüdür. Adam da var ki, bircə kitab oxuyub, amma cahil deyil. Haqqı batildən, xeyri şərdən, günahı savabdan ayıra bilən insan cahil deyil, heç kitab oxumamış olsa da.

Ovcunda balaca bir çiçək toxumu tutmusan. Rəngi qapqaradır. Onu torpağa basdırırsan, içindən yamyaşıl bir fidan göyərir. Böyüyür, böyüyür, qol-qanad açır. Sonra o qara toxumdan çıxan yaşıl bitkinin yarpaqları arasında qıpqırmızı bir çiçək açır. Amma başlanğıcda hər şey balaca, qapqara bir toxumun içində gizlənmiş şəkildə idi.

Yazımızı bədbin bir mənzərə ilə başladıq. Sevdiyini, sevildiyini düşünüb qoşulub qaçan və 3 il keçməmiş qucağındakı iki körpəsi ilə sığınmağa yer axtaran gənc bir ana. Sonra da cahilliyin başqa mənzərələrinə nəzər salmağa çalışdıq. Əslində həyatımızın hər məqamında cəhalətə rast gələ bilirsən: istər ailə-məişət münasibətlərimizdə, istər dünyaya baxışımızda.

Ailə nədir, bilirsinizmi? Həyat yoldaşının nə kimi haqları və vəzifələri var? Nikahın əsas mahiyyəti, mənası nədir? İnanın ki, çoxumuz bunun fərqində belə deyilik. Hələ sevgi olub-olmadığını bilmədən, bir havaya uyub külək ağzında saman kimi sovruluruq və bir də baxırıq ki, hər şey yalanmış. Sevsən də, sevməsən də, ailə qurarkən hər şey detallarına qədər danışılmalı, tərəflər öz vəzifələrini, haqlarını bilməlidirlər. Çox gəlinlər var ki, qayınana, qayınata ilə bir damın altında yaşamaq istəmirlər və ərə gedəndən üç ay sonra da evdə narazılıqlar, incikliklər başlayır. Əgər bütün bu məsələlər toydan əvvəl danışılsaydı, vəziyyət bu qədər gərgin xarakter almazdı. Qız əvvəlcədən deyər, ya da oğlan belə bir şərt qoyardı ki, evlənəndən sonra valideynlərinin yanında yaşayacaqlar. Amma danışılmayıb. Buyurun, bu da nəticəsi - sevdiyini, sevildiyini düşünüb qoşulub qaçdı, lakin 3 il keçməmiş qucağındakı iki körpəsi ilə sığınmaq üçün yer axtarmağa başladı...


Geri dön

ZuZuM__

  • 27 dekabr 2012 23:42
  • Məqalə: 430
  • Şərh: 6929
  • Bal:
thanksssssssssss

--------------------

DILEKLER

  • 8 dekabr 2012 19:39
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
MINNETDARAM

SmiLe_LiFe

  • 3 dekabr 2012 15:53
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

seyide

  • 2 dekabr 2012 13:19
  • Məqalə: 1
  • Şərh: 324
  • Bal:
{awards}
twkler cox sagolun

--------------------
Usaq ken sabah neler oynayacayiq deye dusunerdik.indi ise heyat bize hansi oyunu oynayacaq deye dusunuruk.
Qopan bir ipe duyun atdiqimizda ipin en mohkem yeri o duyun olar amma ipe her toxunduqda caninin agridiqi yer mehz o duyundur..

solnuska

  • 2 dekabr 2012 02:37
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
TWK.....................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

ZuZuM__

  • 1 dekabr 2012 12:05
  • Məqalə: 430
  • Şərh: 6929
  • Bal:
{awards}
Sitat: GuNaY_83
TESEKKUR EDIREM

--------------------

GuNaY_83

  • 30 noyabr 2012 16:02
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
TESEKKUR EDIREM

--------------------

solnuska

  • 29 noyabr 2012 21:27
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
TWK EZIYYETE GORE...............

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

..::MisS DioR::..

  • 29 noyabr 2012 18:37
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
evli deyilem bile bilmerem.tesekkurler.

--------------------

Prank girl

  • 29 noyabr 2012 13:35
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tesekkur edirem

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

...BARSA FANATI....

  • 29 noyabr 2012 01:14
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
hmm maraqlidir...

MUSTI_93

  • 28 noyabr 2012 23:14
  • Məqalə: 0
  • Şərh: 168
  • Bal:
{awards}
CETIN MESELEDI

--------------------
HEYAT COX QISA...

derya96

  • 28 noyabr 2012 23:09
  • Məqalə: 0
  • Şərh: 153
  • Bal:
{awards}
TESEKKUR EDIREM

LoVe_HaTe

  • 28 noyabr 2012 23:00
  • Məqalə: 53
  • Şərh: 2342
  • Bal:
{awards}
tesekkur edirem

--------------------
Əl uzatmağın min bir yolu olduğu halda sən hər səfərində şillə vurursan mənə...Ən çox da bu üzür məni...

ღ★Diamond★ღ

  • 28 noyabr 2012 22:05
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
twkrrrrrrrrrrrrrrr

jasminka22

  • 28 noyabr 2012 21:31
  • Məqalə: 0
  • Şərh: 203
  • Bal:
{awards}
twkkkkkk emeye saygi))

--------------------
Hər gecə "üstünü açma üşüyəcəksən"
deməkdənsə, bir dəfə də “ürəyini açma
üzüləcəksən” desəydin ANA...♥

SmiLe_LiFe

  • 28 noyabr 2012 21:16
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

dj_asqa.

  • 28 noyabr 2012 20:58
  • Məqalə: 5
  • Şərh: 1487
  • Bal:
{awards}
twklerrrrrrrrrrrrrrrrrr

so_sad

  • 28 noyabr 2012 20:45
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
teşekkürlerrrrrrrrr

katara_paris

  • 28 noyabr 2012 20:37
  • Məqalə: 0
  • Şərh: 440
  • Bal:
{awards}
tttteeeewwwweeekkkkkkkkuuuuurrrrrr smile

--------------------
Ş+S+G

fatimeyinur

  • 28 noyabr 2012 20:37
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
meqaleye gore tesekkur edirem size

Banned1

  • 28 noyabr 2012 20:35
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
ilk werh mennen

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 26
Cəmi: 44

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 447
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}