İnsan iradəsinin və ixtiyarının azadlığına dair ən aşkar sübut

 
İnsan iradəsinin və ixtiyarının azadlığına dair ən aşkar sübut

1.Bütün insanların vicdanı məcburiyyəti inkar edir

Alimlər, filosoflar insanın iradəcə azad və ixtiyar sahibi olması barədə çoxlu mübahisələr etmiş və bu məsələ də bir çox sübut və dəlillər gətirmişlər. Biz isə bu barədə ətraflı danışmayacağıq. Yalnız iradə azadlığı üçün gətirilmiş ən aydın və aşkar dəlili oxucuların nəzərinə çatdırırıq. O dəlil insanların öz vicdanıdır.

İzah: İnsanlar nəyi inkar etsələr də, bir həqiqəti inkar etmirlər. Bu, cəmiyyət də qanunnun olmalı olduğu həqiqətidir. İstər mömin, istərsə də materialist, şərqli,qərbli, keçmiş, indiki, varlı, kasıb - hamısı deyir ki, insanlar arasında qanun hökmranlıq etməlidir. İnsanlar qanun qarşısında məsuliyyət daşımalıdırlar. Kim qanundan kənar hərəkət edərsə, cəzalandırılmalıdır.

Bir sözlə, qanunun aliliyi, insanların qanun qarşısında məsuliyyət daşımaları və eləcə də qanunu pozanın cəzalandırılması bütün insanların qəbul etdiyi bir məsələdir. Yalnız keçmişdə yaşamış vəhşi qəbilə və tayfalar bu üç məsələni rəsmi olaraq qəbul etmirdilər.

İnsanların ümumi vicdanı adlandırdığımız bu məsələ insan iradəsinin azadlığına olan ən aşkar dəlildir. Necə inanmaq olar ki, insan öz iradə və rəftarında məcbur olsun və heç bir ixtiyar sahibi olmasın, eyni zamanda, qanun qarşısında məsuliyyət daşısın və qanunu pozarsa, onu məhkəməyə çəkib sorğu-suala etsinlər, cinayəti sübuta yetdikdən sonra onu zindana salsınlar, yaxud edama məhkum etsinlər? (Əgər insan rəftarında məcburdursa, o zaman bu işlərin heç birinin mənası olmayacaq).

Bu bəzən dağdan yollara tökülüb insanlara zərər yetirən daş parçalarını tutub mühakimə etməyə bənzəyər. Düzdür, zahirdə bir insanla daş parcası arasında fərq var ancaq, əgər insanın iradə azadlığını danırıqsa, onda bu zahiri fərqin heç bir mənası qalmayacaq. Hər ikisi məcburiyyət üzündən hərəkətə gəlmiş və cəmiyyətə müəyyən ziyan vurmuşlar. (Biri dağdan aşağı enib bir nəfəri öldürüb, biri də silahla birini vurub öldürüb.)

«Məcburiyyət» nəzəriyyəsinə əqidə bağlayanların fikrincə, bu iki işin nəticəsində heç bir fərq yoxdur, heç biri öz iradəsi ilə iş görməmişdir. Onda nə üçün biri (insan) mühakimə olunmalı, digəri (daş parcası) isə mühakimə olunmamalıdır?

Belə bir mövqedə insan iki yol ayrıcında durur: ya gərək bütün insanların vicdanı ilə qoyulmuş qanunu pozaraq bütün məhkəmələri ləğv etsin, ya da «məcburiyyət» nəzəriyyəsini inkar etsin.

Şübhəsiz ki, ikinci yol daha üstündür.

Təəccüblü budur ki, həyatta məcburiyyət əqidəsində olanların özləri də həyatda və əməldə qanundan, məhkəmədən və əsl azadlıqdan dəm vururlar. Əgər bir nəfər onlara qarşı kobud və nalayiq hərəkət edərsə, onu məhkəməyə verirlər. Müttəhimi cəzalandırmayınca, sakit olmurlar.

Əgər insan azad deyilsə, özündən heç bir şey asılı deyilsə, bu şikayətlərin, səs-küyün nə mənası var?

İnsanların bu ümumi vicdanı sübut və şahiddir ki, bütün insanlar öz batinlərində azad olduqlarını qəbul etmişlər və buna əmindirlər. Həmişə öz azadlıqlarına vəfadar olmuş, hətta bir gün olsun belə bu əqidədən dönməmişlər. İnsanlar bilirlər ki, bu əqidəsiz yaşamaq, şəxsi və ictimai müşkülləri həll etmək qeyri mümkündür.

İslamın böyük alimi, filosofu Xacə Nəsrəddin Tusi bu məsələni məcburiyyət və ixtiyar barədə yazdığı kitabda çox gözəl bir ifadə ilə bəyan etmişdir: «Bizim öz vicdanımız şahiddir ki, bizim bütün işlərimiz özümüzə aiddir.»

2Din və məzhəb məcburiyyətlə ziddir:

Yuxarıda deyilənlərin hamısı «məcburiyyət» nəzəriyyəsinin insanların vicdanı ilə zidd olmasına aid idi. Burada insanların dindar, məzhəb əhli, yaxud dinsiz və heç bir dinə xidmət etməyən olmasın heç bir fərqi yoxdur.

Məcburiyyət nəzəriyyəsi vicdanla olduğu kimi, din və məzhəblə də müxalif və ziddir. Din və məzhəb təfəkkürü də məcburiyyət nəzəriyyəsinin batil və səhv olduğuna dair digər qanedici sübutlar ortaya qoyur. Din və məzhəb təfəkkürü heç vaxt məcburiyyət nəzəriyyəsi ilə uyğun gələ bilməz. Əgər bu nəzəriyyə qəbul edilərsə, onda dinin əsasları, proqramları çətinliklə üzləşər.

Allahın keçən dərslərdə sübuta yetirilmiş ədaləti ilə məcburiyyət nəzəriyyəsi necə uyğun gələ bilər? Necə ola bilər ki, Allahın bir nəfəri filan pis işi görməyə vadar və məcbur edə, sonra da həmin işə görə onu cəzalandıra? (Bu Allahın ədaləti ilə düz gəlirmi?) Bu iş heç bir məntiqlə uyğun gəlmir. Əgər məcburiyyət nəzəriyyəsini qəbul etsək, onda savab, günah, cənnət və cəhənnəmin hamısı mənasız və hədəfsiz olacaqdır. Həmçinin, əməl dəftəri, qiyamət gününün hesab kitabı, Quran ayələrində günahkarlara vəd olunmuş əzab və eləcə də möminlərə verilmiş müjdələr öz mənasını itirəcəkdir. Çünki bu nəzəriyyəyə əsasən, nə bir nəfər möminin özündən bir şey asılıdır, nə də bir günahkar və kafirin əlindən bir iş gələr.

Bunlardan əlavə, biz din və məzhəbin ilkin mərhələlərində «məsuliyyət»lə üzləşirik. Hər bir insanın din qarşısında məsuliyyət daşıdığını görürük. Əgər insanlar öz iradələrində azad və muxtar (ixtiyar sahibi) olmasalar, onda məsuliyyətin nə mənası olar? Əli özündən ixtiyarsız əsən şəxsə «əlini tərpətmə» deyə bilərikmi? Yaxud enişdən aşağı gələn və özünü saxlaya bilməyən insana «dayan» deyə bilərikmi? Məhz buna görə də əmirəl-möminin Həzrət Əli (ə) hədislərinin birində buyurur ki, məcburiyyət əqidəsi bütpərəstlərin və şeytan hizbinin (partiyasının) əqidəsidir.

Həzrət Əli (ə)-ın hədisinin ibarəsi belədir «Bu əqidə bütpərəstlərin, Allah düşmənlərinin və şeytan yolunda olanların əqidəsidir.»


Geri dön

ZuZuM__

  • 27 dekabr 2012 23:14
  • Məqalə: 430
  • Şərh: 6929
  • Bal:
allah boyukdr.gec eder guc eder

--------------------

solnuska

  • 2 dekabr 2012 02:47
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
TWK.......................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

ZuZuM__

  • 1 dekabr 2012 12:17
  • Məqalə: 430
  • Şərh: 6929
  • Bal:
{awards}
allah razi olsun

--------------------

Prank girl

  • 29 noyabr 2012 13:53
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
TESEKKURLER.

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

LoVe_HaTe

  • 28 noyabr 2012 23:12
  • Məqalə: 53
  • Şərh: 2342
  • Bal:
{awards}
TESEKKURLER......................

--------------------
Əl uzatmağın min bir yolu olduğu halda sən hər səfərində şillə vurursan mənə...Ən çox da bu üzür məni...

..::MisS DioR::..

  • 28 noyabr 2012 19:19
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
coxx saq olun.

--------------------

ღ★Diamond★ღ

  • 28 noyabr 2012 19:00
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Əgər insan azad deyilsə, özündən heç bir şey asılı deyilsə, bu şikayətlərin, səs-küyün nə mənası var?

solnuska

  • 28 noyabr 2012 18:48
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN COX SAQ OLUN.............

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Banned1

  • 28 noyabr 2012 18:19
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
twklerrrrrrrrrrrr

GuNaY_83

  • 28 noyabr 2012 18:10
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUN

--------------------

so_sad

  • 28 noyabr 2012 17:56
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUN

ShoKKi_MoKKi

  • 28 noyabr 2012 17:46
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
ilk serh menden ...xebere gore tesekkur....

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 39
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}