İnsan bədəninə başçılıq edən üzv

 
İnsan bədəninə başçılıq edən üzv

İnsan bədəninə başçılıq edən üzv

İnsan kəlləsinin içində rəngi kül rənginə bənzər, «beyin» adlanan bir üzv var. Beyin insan bədənin ən mühüm və incə üzvüdür. Çünki o, bütün qüvvə və hissiyatla başçılıq edir. İnsanın bütün iradə və istəyi ondan asılıdır.

Beynin əhəmiyyətli, incə və zərif üzv olması barədə baş vermiş əhvalatı sizin nəzərinizə catdırırıq.

(İranda nəşr olunan jurnalların birində yazılmışdır): Şirazlı cavan bir tələbə Xuzistanda avtomobil qəzasına uğrayır. Avtomobil qəzasında onun beyni zədələnir. Lakin bədəninin zahirində heç bir nöqsan, zədə yox idi. Bütün bədən üzvləri salamat idi. Təəccüblü burasıdır ki, o, bütün keçmişini unutmuşdu. Fikri, düşüncəsi yaxşı idi, bütün deyilənləri anlayırdı. Lakin öz ata-anasını görsəydi, tanımazdı. Anasını ona göstərib «bu sənin anandır» dedikdə təəccüb edirdi. Onu Şirazdakı evlərinə gətirdilər. Divarda asılmış öz çəkdiyi rəsmləri ona göstərdikdə təəccüblənərək «mən bunları birinci dəfədir, görürəm» deyirdi.

Həkimlər onu müayinədən keçirdikdə məlum oldu ki, onun beynindən aldığı zədə nəticəsində fikirlə yaddaş və hafizə mənbəyini birləşdirən kiçik bir damar qırılmışdır. Elə bil ki, işıq sayğacının düyməsini basmaqla bütün işıqlar keçir və hər yer zülmətə qərq olur. Kiçik bir damarın qırılması da gənc tələbənin kecmişini zülmətlərə aparmışdır. Ola bilər ki, o qırılan hissənin bir iynə ucu qədər həcmi olsun. Lakin onun gənc tələbənin həyatında buraxdığı təsir həddən artıq böyükdür. Bundan məlum olur ki, insanın beyni nə qədər qarışıq, incə, zərif və əhəmiyyətli bir üzvdür.

Beyin və sinir sistemi iki əsas hissədən təşkil olunmuşdur:

1)İnsanın özündən asılı olan sinir sistemi: insanın öz ixtiyarı ilə gördüyü yolu getmək, baxmaq, danışmaq və s.kimi işlərin mənbəyidir.

2)İnsanın özündən asılı olmayan sinir sistemi: Bu hissə insanın ürək döyüntüləri, mədə və bu kimi işlərə başçılıq edir.

Beynin bu hissəsinin bir azının işdən düşməsi ürəyin, yaxud digər üzvün dayanmasına kifayət edər.

Beynin heyrət doğuran hissələrindən biri.

Ağıl huş, iradə, şüur, düşüncə və hafizənin mərkəzi olan hissədir. Qısa sözlə desək, bu hissə (ağıl) beynin ən əsas hissələrindən biridir. Qəzəb, hirs, əsəb, qorxu kimi ruhi müqavimətlərin hamısı ona aiddir. Əgər hər hansı bir canlıda cərahiyyə əməliyyatı aparıb, digər bədən üzvlərini sağlam saxlamaq şərti ilə bu hissəni götürsələr, həmin canlı sağ qalar. Lakin o, bütün ağıl və düşüncəsini itirmiş olacaq.

Bir göyərçindən bu hissəni götürmüşdülər. Bir qədər sağ yaşadı. Yaşadığı bu müddətdə onun qabağına dən tökürdülər. Ac olmasına baxmayaraq, o, dəni yemirdi. Onu uçuranda bir maneəyə toxunub yerə düşməyincə havada olardı.(Şüuru olmadığından, dən yeməz, havaya qalxdıqda yerə enməzdi).

Beynin digər təəccüblü hissəsi hafizədir.

İndiyədək hafizənin necə heyrət doğurucu və maraqlı olması barədə fikirləşmisinizmi? Əgər insanın hafizəsi bir saatlıq əlindən alınarsa, o, necə qəmli aqibətə düçar olar?

İnsan beyninin kiçik bir hissəsini təşkil edən hafizə qüvvəsi (hafizə mərkəzi) insanın bütün həyatını bütün xüsusiyətləri ilə birgə yığıb saxlamışdır. O, bizimlə əlaqədə olan insanların bütün xüsusiyyətlərini-boyunu, rəngini, paltarını, əxlaqını və s. yadında saxlamağa malikdir. Onların hər biri üçün xüsusi hesab açmışdır. Məhs bu səbəbdən bir dəfə gördüyümüz şəxsi ikinci dəfə gördükdə hafizə dərhal özündə yığılmış saysız-hesabsız insan xüsusiyyətləri arasından həmin şəxsin xusisiyyətlərini zehnimizə gətirir. Bununla da biz həmin şəxsi tanıyır, onunla lazım olan rəftarı edirik. Əgər dostdursa, hörmət, ehtiram göstəririk, yox, əgər düşməndirsə, ona nifrət edirik. (Lazım gələrsə, digər münasibətlər də göstəririk.) Bu işlər hamısı yalnız bircə anda (bir az tez, ya gec) baş verir.

Hafizənin təəccüblü və heyrətverici olduğunu o zaman anlaya bilərik ki, zehnimizdə olan bütün şeyləri vərəq, dəftər, yaxud kaset üzərinə yazmaq fikrinə düşək. Əgər bu işi həyata keçirmək istəsək, şübhəsiz ki, həddən artıq dəftər, yaxud kaset lazım olacaqdır. Bundan da təəccüblüsü odur ki, kaset və ya dəftərlərin arasından bir hadisəni axtarıb tapmaq istəsək, uzun bir müddət çəkəcək. Lakin hafizə və zehn bu işi asanlıqla, tez bir anda həyata keçirir.

Şüursuz təbiət necə şüur və düşüncə yarada bilər?

İnsanın beyni barədə bir çox kitablar yazılmışdır. Bu kitablardan bir qismi orta və ali məktəblərdə də tədris olunur. Həddən artıq incə, dəqiq, qarışıq və sirli olan bu üzvün şüursuz təbiət tərəfindən yaradıldığını qəbul etmək olarmı?

Çox təəccüblüdür, ağılsız və düşüncəsiz təbiət necə ağıl və düşüncə xəlq edə bilər? (Necə ki, materilistlər deyirlər. Şübhəsiz ki, bu səhv, batil bir əqidədir. Axı necə ola bilər ki, öz ağılı olmayan təbiət başqaları üçün ağıl yaratsın?)

İnsanın öz vücudunda olan Allah nişanələri barədə Quran buyurur: «Sizin özünüzdə də (sizi yaradanın birliyini sübut edən) əlamət və nişanələr vardır.» (Zariyat, 21).


Geri dön

ZuZuM__

  • 27 dekabr 2012 23:37
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
teshekkurler TAYNA VASTOKA

--------------------

solnuska

  • 2 dekabr 2012 02:32
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
COX SAQ OLUN XEBERE GORE

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

ZuZuM__

  • 1 dekabr 2012 12:01
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
teshekkurler pro100 nigar

--------------------

GuNaY_83

  • 30 noyabr 2012 16:00
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
maraqli idi tesekkurler

--------------------

solnuska

  • 29 noyabr 2012 21:23
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
COX SAQ OLUN XEBER GORE

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

..::MisS DioR::..

  • 29 noyabr 2012 18:28
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
Burda bezilerinin 1 meqabaytliq aqli yoxdu.>))

--------------------

classic_guiter_girl

  • 29 noyabr 2012 15:52
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
tewekkurlerr

derya96

  • 28 noyabr 2012 23:04
  • Məqalə: 0
  • Şərh: 153
  • Bal:
{awards}
XEBERE GORE TESEKKURLER smile

LoVe_HaTe

  • 28 noyabr 2012 22:57
  • Məqalə: 53
  • Şərh: 2342
  • Bal:
{awards}
tesekkur edirem

--------------------
Əl uzatmağın min bir yolu olduğu halda sən hər səfərində şillə vurursan mənə...Ən çox da bu üzür məni...

MUSTI_93

  • 28 noyabr 2012 22:56
  • Məqalə: 0
  • Şərh: 168
  • Bal:
{awards}
COOOOX TEWEKKURLER

--------------------
HEYAT COX QISA...

ramil abdullayev

  • 28 noyabr 2012 22:46
  • Məqalə: 0
  • Şərh: 184
  • Bal:
{awards}
maraqli idi tesekkurler laughing

fatimeyinur

  • 28 noyabr 2012 22:06
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
xebere gore twk

ღ★Diamond★ღ

  • 28 noyabr 2012 22:01
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
İnsanın özündən asılı olan sinir sistemi: insanın öz ixtiyarı ilə gördüyü yolu getmək, baxmaq, danışmaq və s.kimi işlərin mənbəyidir.

Gun--ka

  • 28 noyabr 2012 21:16
  • Məqalə: 3
  • Şərh: 3128
  • Bal:
{awards}
Çox təəccüblüdür, ağılsız və düşüncəsiz təbiət necə ağıl və düşüncə xəlq edə bilər? (Necə ki, materilistlər deyirlər. Şübhəsiz ki, bu səhv, batil bir əqidədir. Axı necə ola bilər ki, öz ağılı olmayan təbiət başqaları üçün ağıl yaratsın?)

İnsanın öz vücudunda olan Allah nişanələri barədə Quran buyurur: «Sizin özünüzdə də (sizi yaradanın birliyini sübut edən) əlamət və nişanələr vardır.» (Zariyat, 21).

--------------------

BƏZƏN deyirəm ki ÇıXıM gedim buralardan sonra fikirləşirəmki hara qacib getsəmdə yenə özümdən qaça bilmərəmki(((((((

SmiLe_LiFe

  • 28 noyabr 2012 21:11
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

so_sad

  • 28 noyabr 2012 20:49
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
teşekkürlerrrrrrr

Banned1

  • 28 noyabr 2012 20:41
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
katara_paris,
qirildaaaa

katara_paris

  • 28 noyabr 2012 20:36
  • Məqalə: 0
  • Şərh: 440
  • Bal:
{awards}
yine yine yine ilk werh menden

--------------------
Ş+S+G
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 38
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}