"Sakitləşdirən" vərdiş hansı dərdləri gətirir?

 
"Sakitləşdirən" vərdiş hansı dərdləri gətirir?

Hər dəfə dırnağının "dadı"na baxan uşaqlar normadan 3 dəfə artıq mikrob udurlar.
Nadir insan tapılar ki, o, ömründə bir dəfə də olsun dırnaqlarının "dadı"na baxmasın. Virus mənbəyi olan dırnaqlar insana dərd "buketi" gətirir. İstər süni olsun, istərsə də təbii dırnaq, içində gizlətdiyi bir çox mikroblarla təhlükə mənbəyi sayılır. Yaşı az olan uşaqlar üçünsə bu təhlükə ikiqat artır. Belə ki, daim əli ağzında olan uşaqlar normadan 3 dəfə artıq mikrob udmuş olur.

Ali məktəblərdən birinin tələbəsi, 22 yaşlı Pərviz Hüseynov dırnaq yeməyin yaxşı hal olmadığını bildirsə də, özü hələ də dırnaqlarını yeyir: "Mən zövq üçün, yaxud bekarçılıqdan dırnaq yemirəm. Əsəbi olan vaxtlarımda istər-istəməz əlimi ağzıma aparıb, dırnaqlarımı yeyirəm. Bu, məni bir növ sakitləşdirir" deyən həmsöhbətimiz 6-7 yaşından etibarən dırnaqlarını yeyir. "Düşünürəm ki, bu, məndə vərdiş deyil. Sadəcə əsəb sakitləşdirməyin bir yoludur. Ən yaxşısı isə buna öyrəşməməkdir".

Terapevt Xatirə İsayevanın sözlərinə görə, uşaqların dırnaq yemə, barmaq əmmə kimi vərdişlərini dərhal tərgitmək lazımdır: "Uşaqlar barmaq əmməyə lap körpəlikdən vərdiş edir. Ağlı kəsmir ki, barmaqdır. Əmzik əvəzi əlinə nə keçsə, ağzına aparır. Bəzən ayaq barmaqlarını əmən uşaqlar da olur. Bu hal uşaq ayaq açandan sonra daha təhlükəli olmağa başlayır. Uşaq barmaq əmməkdən dırnaq yeməyə keçir. Dırnaq yemək uşaqların qarnında qurd əmələ gətirir, bəzən uşaqlar qızdırır, qusur. Bu halı uşaqlara mümkün qədər tərgitmək lazımdır".

Psixoloq Gülnarə Vəliyevanın sözlərinə görə, isə dırnaq yemə vərdişi 4-5 yaşından tez başlamır: "Dırnaq yeməyə gözucu baxılsa da, əslində çox ciddi bir problemdir. Bu problemlə nadir hallarda 1 yaşı tamam olmayan uşaqlarda müşahidə olunur. Uşaqların böyük bir qismi dırnaq yeməyə meyllidir".

Onun sözlərinə görə, bu hal uşaqlarda yetkinlik yaşına qədər davam edir. Artıq yetkinlik yaşında bu hal azalmaqdansa, daha da artmağa başlayır. Həmsöhbətimiz bildirir ki, bunun bir çox səbəbləri var: "Bunlardan birincisi gənclərin ətrafdakı insanlardan təpki görməməsidir. Zaman keçdikcə ictimai mühitdən təpki görən insanlar bu vərdişi tərk edirlər. İkinci hal odur ki, uşaqlar böyükləri bir növ təkrarlamağa meylli olur. Böyüklər dırnaq yediyi halda, istər-istəməz uşaq da buna maraq göstərir və dırnaq yemənin təməli qoyulur".

Psixoloqun sözlərinə görə, dırnaq yemə davranışından çox bu davranışa səbəb olan hadisələri təyin etmək lazımdır: "Ana və atanın həddindən çox narahat olması, uşağı həddindən artıq dərəcədə qoruyub-gözləmələri də dırnaq yeməyə səbəb olan amillərdəndir".

G.Vəliyeva uşaqlara dırnaq yeməyin tərgidilməsindən danışarkən bildirib ki, bu halı görməzlikdən gəlmək ən yaxşı üsuldur: "Bu hal uşaqlarda varsa, onu görməzlikdən gəlin. Bir müddət uşağa fikir verməyin. Əgər bu hallar davam edərsə, o zaman buna səbəb olacaq halları öyrənmək lazımdır. Uşaq dırnaq yeyir deyə, onu danlamaq, ağlatmaq, qorxutmaq qətiyyən yolverilməzdir".

Uşaqları qorxu, qayğı yaradacaq vəziyyətlərdən uzaq tutmağı məsləhət görən psixoloq bildirib ki, kiçik uşaqların qayğı, qorxuverici televiziya filmlərini izləmələri, davalı hadisələrdə olmaları onu həyəcanlandıracağı üçün təhlükəlidir. "Dırnaq yeyən uşaqlara gecələr yatarkən yüngül əlcək geyindirmək olar. Uşaq gecə dırnaqlarını yemək və ya dişləmək istəyəndə xatırladıcı olması baxımından bu, faydalı ola bilər".

Bundan başqa, onun dediyinə görə, barmaq və dırnağa acı lak, zərərsiz bir maye də sürtülə bilər ki, bu, həm xatırladıcı və həm də uşaq dırnağını ağzına apardığı zaman ağrı ilə birləşdiyində tərk etməyə köməkçi olur. Həmsöhbətimiz hesab edir ki, uşaqların marağını başqa istiqamətə yönəltməklə də dırnaq yeməyinin qarşısını almaq olar. Belə ki, film, televiziya izlərkən və ya musiqi dinləyərkən onun ağzını dişləyəcək bir şeylə məşğul etmək dırnaq yemənin və dişləmə yerinə gələcək bir fəaliyyət ola bilər. Dırnaq yemənin və dişləmənin çox pis bir vərdiş olmadığı və bunu istəyənlərin asanlıqla tərk edə biləcəkləri uşaqlara izah edilməlidir. Uşaq buna inandırıldığı zaman bu vərdişdən imtina etmək üçün səy göstərəcək. Çünki xarici faktorlar uşağın bu vərdişdən imtina etməsinə çox təsirli olmamaqla bəzi hallarda vərdişin kök atmasına və başqalarını hirsləndirmək, narahat etmək üçün bir vasitə olaraq istifadə edilməsinə səbəb olmaqdadır.

G.Vəliyeva onu da qeyd edir ki, dırnaq yemək zamanla vərdişdən əlavə xəstəliklərə də səbəb ola bilər: "Əsəb keçirən insanlar da zaman-zaman dırnaq yeməyə adət edir. Dırnaq yemək bəzən onları rahatlaşdırır, gərginliyi azaldır. Bununla da orqanizmə müxtəlif mikroblar daxil olur".


Geri dön

ZuZuM__

  • 27 dekabr 2012 23:58
  • Məqalə: 430
  • Şərh: 6929
  • Bal:
meni sakitleshdiren verdish dirnaqlarimi yemekdir ))ama oz aramizdi dadli olurhaaaa

--------------------

DILEKLER

  • 4 dekabr 2012 23:58
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
"Əsəb keçirən insanlar da zaman-zaman dırnaq yeməyə adət edir.

solnuska

  • 2 dekabr 2012 02:24
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
TWK XEBERE GORE

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

SmiLe_LiFe

  • 1 dekabr 2012 16:07
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

ZuZuM__

  • 1 dekabr 2012 11:54
  • Məqalə: 430
  • Şərh: 6929
  • Bal:
{awards}
"Ana və atanın həddindən çox narahat olması, uşağı həddindən artıq dərəcədə qoruyub-gözləmələri də dırnaq yeməyə səbəb olan amillərdəndir".

--------------------

GuNaY_83

  • 30 noyabr 2012 15:55
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tewekkurlerr

--------------------

solnuska

  • 29 noyabr 2012 21:17
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
COX SAQ OLUN.................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

..::MisS DioR::..

  • 29 noyabr 2012 18:21
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
Tesekkurler..

--------------------

so_sad

  • 29 noyabr 2012 16:43
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
teşekkürlerrrrrrr

classic_guiter_girl

  • 29 noyabr 2012 15:47
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
tewekkurlerr

ღ★Diamond★ღ

  • 29 noyabr 2012 14:52
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
: "Ana və atanın həddindən çox narahat olması, uşağı həddindən artıq dərəcədə qoruyub-gözləmələri də dırnaq yeməyə səbəb olan amillərdəndir".

Prank girl

  • 29 noyabr 2012 13:29
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
oxumadim tsk

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

julyen

  • 29 noyabr 2012 12:41
  • Məqalə: 0
  • Şərh: 334
  • Bal:
{awards}
yaxsi xeberdi.tşk

--------------------
"Biraz insan ol deyəcəm, ama səni də çətin vəziyyətdə qoymaq istəmirəm."

nuraska

  • 29 noyabr 2012 11:58
  • Məqalə: 0
  • Şərh: 1298
  • Bal:
{awards}
coooooox maragliiidiii tessekurler

--------------------
kim Meni Dostlugdan silib Allah razi olsun mende fikirlesirdimki bulari basimnan nece redd edim http://youtu.be/14mqF-fpc4Q

fatimeyinur

  • 29 noyabr 2012 11:33
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
xebere gore tesekkur edirem size

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 41
Cəmi: 79

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 436
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}